Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
14-12-2021, 15:30
Bələdiyyə sədri deputatı rinqdə döydü - VİDEO

Braziliyada Amazonas ştatının Bobra şəhərinin bələdiyyə sədri 39 yaşlı Simao Peksoto ilə 45 yaşlı keçmiş deputat Erineu Alvas Da Silva rinqə çıxıb.

Bütöv.az xəbər verir ki, 3 raund davam edən döyüşün qalibi bələdiyyə sədri olub.

Yerli BNC agentliyi bildirib ki, tərəflər arasında siyasi gərginlik ötən aydan başlayıb. Keçmiş deputat bələdiyyə sədrini “küçə döyüşçüsü” adlandıraraq, rinqə dəvət edib. Bələdiyyə sədri Peksoto isə dəvəti qəbul edib.

14-12-2021, 15:26
Ürəyi möhkəm və sağlam edən 5 növ qida

Britaniya diyetoloqlar assosiasiyası ürəyi möhkəmləndirən və xəstəliklərdən qoruyan 5 növ qida təqdim ediblər.

Bütöv.az saglamolun.az-a istinadən bu qidaların siyahısını təqdim edir:

1. Tamdənli bitkilər (qəhvəyi düyü, yulaf yarması, çovdar çorəyi, tamdənli undan hazırlanmış makaron)

Mütəxəssislər bu məhsulları hər gün qidalanmaya daxil etməyi tövsiyə edirlər. Bu məhsullar ürək əzələsini daha sağlam və möhkəm edir.

2. Paxlalı bitkilər (lobya, mərci, noxud)

Bu bitkilər orqanizmdə xolesterinin səviyyəsini aşağı salır. Xolesterinin orqanimzdə yüksək səviyyədə olması aterosklrozun əsas səbəblərindən biridir. Ateroskleroz zamanı xolesterin damarların daxilində yığılır, damarları daraldır, zəif və kövrək edir ki, bunun nəticəsində ürək xəstəlikləri və infarktın riski artır.

3. Meyvə və tərəvəzlər

Kaliumla zəngin olan meyvə və tərəvəzlər (banan, ərik, kivi, əncir, sitrus meyvələri, avokado, kartof, pomidor, kələm, ispanaq, balqabaq və s.) ürəyin sağlamlığına çox müsbət təsir edir.

4. Balıq

Mütəxəssislər sübut edir ki, balığın müntəzəm olaraq istehlakı ürək xəstəlikləri və infarktın riskini xeyli azaldır. Bunun səbəbi balığın omeqa-3 yağlı turşular, B6 və B12 vitaminlərlə zəngin olmasıdır.

5. Qoz-fındıq

Bu məhsullar ürəyin ritmini tənzimləyir, aritmiyanın qarşısını alır. Aritmiya infarkt və ürək çatışmazlığının riskini artırır.
14-12-2021, 15:08
Bu il itirdiyimiz MƏŞHURLAR

Geridə qoyduğumuz ildə xeyli sənət adamlarını, tanınmış şəxsləri itirdik. Dünyasını dəyişənlərin çoxunun ölüm səbəbi isə koronavirusdur. Hətta Azərbaycanda builki qədər tanınmış şəxsin vəfat etməsi görünməmiş hal idi.

Modern.az bu il vəfat edən tanınmışların siyahısını təqdim edir:

Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov bu ilin 20 mayında dünyasını dəyişib. T. Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
Şair, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca mayın 5-də dünyasını dəyişib. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdu. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdi (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.). 85 yaşında vəfat edən Xalq şairi Fəxri xiyabanda dəfn olunub.

Kinorejissor, Xalq artisti, professor Ramiz Əzizbəyli uzun sürən xəstəlikdən sonra bu il iyunun 9-da vəfat edib. R.Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Xalq artisti Arif Quliyev bu il koronavirus səbəbindən mayın 7-də dünyasını dəyişib. Mərhum sənətkar 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim”, “Alma almaya bənzər”, “Ağ gəmi” bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir. Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Yalçın Rzazadə də bu il aramızdan köçənlərdəndir. Məşhur Azərbaycan müğənnisi, Xalq artisti Yalçın Rzazadə bu ilin 22 fevralında dünyasını dəyişib. O, 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid “Durnalar” mahnısı olub. Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib.

Azərbaycan kinorejissoru, ssenaristi, SSR Xalq artisti Eldar Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. İnfarkt keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqub Zurufçu koronavirusdan vəfat edib. Müğənni 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəlib. Yaqub Zurufçu 14 sentyabr 2021-ci ildə 65 yaşında vəfat edib.

Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Nailə Mirməmmədli yanvarın 4-də dünyasını dəyişib. N. Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdu. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir. Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdı. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir. Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Müğənni, Əməkdar artist Baloğlan Əşrəfov 69 yaşında COVID-19 epidemiyasından vəfat edib. O, 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdu. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. “Yuxuma gəl”, “Anam mənim”, “Günayım”, “Tanrıdan diləyim ol” və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib. 26 aprel 2021-ci ildə 69 yaşında Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Məşhur müğənnisi Səyyad Əlizadə də koronavirusdan vəfat edənlər arasındadır. Məşhur müğənni 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, “Bəyaz gecələr”, “Gül ki” mahnıları ilə xalqın sevgisini qazanıb. Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında COVID-19 epidemiyasından vəfat edib. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.

Xalq artisti Səməd Səmədov 24 iyul 2021-ci ildə sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov “Toylar Kralı” adını qazanıb. Ona bu adı estradasının korifeyi Mirzə Babayev verib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunub.
Müğənni Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyadan köçüb. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan “Reyhan”, “İgidlər”, “Bulaq suyu, dağ havası” və “Of dədə” Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

Azərbaycanın məşhur gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də vəfat edib. O 1944-cü il noyabrın 14-də Ağdam rayonunun Gülablı kəndində anadan olub. 2008-ci ildə “Əməkdar artist”, 2014-cü ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 76 yaşlı Xalq artistinin ölüm səbəbinin koronavirus olduğu bildirilib.

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov da dünyanı ağuşuna alan koronavirusdan 2021-ci il yanvarın 6-da vəfat edib. Mərhum hakim 1963-cü il sentyabrın 3-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov aprelin 13-də koronavirus səbəbindən dünyasını dəyişib. 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. 2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Nyu-Yorkda müalicə aldığı xəstəxanada vəfat edib. Azad Rəhimov 1964-cü ilin 8 oktyabrında Bakı şəhərində anadan olub.

1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsində, 1998-2006-cı illərdə isə “Italdizain” Qapalı Tipli Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildən Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsində olub. 2021-ci il aprelin 30-da ağciyər xərçəngindən vəfat edib. 2-ci Fəxri xiyabanda dəfn olunub.

“Azərxalça”nın sabiq sədri Vidadi Muradov xərçəng xəstəliyindən bu il dünyasını dəyişib. O 1956-cı il martın 5-də Bərdə rayonunda anadan olub. 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsə ittihamı ilə həbs olunmuşdu. 31 oktyabrda isə səhhəti ilə əlaqədar azad edilmişdi.

Azərbaycan jurnalisti və televiziya aparıcısı Elnur Əşrəfoğlu uzun sürən müalicədən sonra 2021-ci il oktyabrın 19-da vəfat edib koronavirusdan vəfat edib. Tanınmış jurnalist 1974-cü il 19 iyunda anadan olmuşdu. 2011-ci ildə “Space” TV telekanalının idman departamentinin rəhbəri, 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibinin müavini olub.

“Baku Network” Ekspert Şurasının direktoru Elxan Ələsgərov yanvarın 5-də koronavirus səbəbindən vəfat edib. E.Ələsgərov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. Qarabağ müharibəsinin iştirakçısı və Trend İnformasiya Agentliyinin baş direktor müavini olub.

Sentyabrın 8-də Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev koronavirusdan vəfat edib.

Sabiq deputat Rafael Cəbrayılov da bu ilin sentyabrında həbsxanada dünyasını dəyişib.
Aktyor, rejissor Arif Həbibi bu ilin 27 yanvarında vəfat edib. O 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli filmləri ana dilinə dublyaj və tərcümə edib. “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Mauqli” kimi filmləri dublyaj edib.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bu ilin 30 aprelində 71 yaşında vəfat edib.

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev böyrək çatışmazlığından vəfat edib. O, 1949-cu il aprelin 1-də Şahbuz rayonunda anadan olub. Azərbaycan Milli Məclisinin 1, 2 və 3-cü çağırış üzvü olub. May ayının 25-də vəfat edib.

Bütöv.az
14-12-2021, 15:06
Hacıbala Abutalıbov son iş günündə ruhi xəstə ilə müqavilə bağlayıb

Magistral su kəmərlərinin mühafizə zonasının icarəyə verilməsinin arxasındakı maraqlar

Dekabrın 14-də Nizami Rayon Məhkəməsində hakim Həqiqət Əhmədovanın sədrliyi ilə Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasının qanunsuz olaraq icarəyə verilməsindən iddiaya baxılacaq.

İddiaçı Bahadur Əli qanunsuz bağlanmış müqavilənin ləğvini tələb edir. Bildirir ki, əslində müqavilə formal olaraq ruhi xəstə ilə bağlanıb. Torpaq sahəsi Cəlal Həmidovun adına rəsmiləşdirilsə də, faktiki olaraq vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində mühasib işləmiş, ağbirçək yaşında xuliqanlığa görə məhkum olunmuş Tamara Əliyevna Həmidovanın istifadəsindədir.

İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdan alınan sənədlərin çox ciddi şəkildə araşdırılmasına ehtiyac olmasını vurğulayır: “Hacıbala Abutalıbov işdən çıxarılan gün - 2018-ci il aprelin 20-də Tamara Həmidovanın maraqlarına uyğun bir sənəd imzalayıb. Bu gün də bəlli deyil ki, Hacıbala Abutalıbovun həmin sənəddəki imzadan xəbəri olub və ya əksinə, olmayıb.

Məsələnin mahiyyəti budur ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq vətəndaş Bahadur Əlinin Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəsinə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olub ki, Tamara Həmidovanın qəyyumu olduğu qardaşına icarəyə verilən torpağın bir hissəsi Bahadur Əlinin torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür".

Buna görə də Bahadur Əli Bakı Şəhər İcra Hakimiyyətinə və Cəlal Həmidova verilən icarə müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında ayrılmış torpağın Bahadur Əliyə məxsus torpaq sahəsinin zəbt etməsi tam təsdiq olunub. Məhkəmədə Tamara Həmidovanın qardaşı ilə bağlanan icarə müqaviləsinin ləğv edilməsi və iş üzrə xüsusi qərardadın çıxarılması qaçılmaz olub.

Vəziyyətdən çıxış yolu kimi növbəti, cinayətə bərabər ağlasığmaz qanunsuzluq baş verib!

Tamara Həmidova məhkəməyə qardaşı ilə BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişi təqdim edib.

Məhkəmə icarə müqaviləsinin ləğv edilməsini əsas götürərək Bahadur Əlinin iddiasını həmin hissədə təmin etməyib. Bahadur Əli ağbirçək qonşusunun məhkəmədə bu cür geri çəkilməsindən şübhələnib. Ortada yeni bir hiylə və cinayətin ola biləcəyini ehtimal edib. Yanılmayıb, məlum olub ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Həmidovun adına verilmiş 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdiyi gün elə həmin torpaq sahəsinə Hacıbala Abutalıbovun imzası ilə yeni - 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli icarə müqaviləsi alıb.

Bahadur Əli Nizami rayonu, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Əli oğlu Həmidovun qanuni nümayəndəsi Tamara Əliyevna (Əli qızı) Həmidova arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cəlal Əli oğlu Həmidovun həmin torpaq sahəsindən çıxarılması tələb edir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


Bütöv.az
14-12-2021, 14:25
Mahir Şükürovun qardaşı həbs edildi

Məşhur futbolçu Mahir Şükürovun ögey qardaşı Ümüd Şükürovun dələduzluq etdiyi iddia olunur.

Bu barədə zərərçəkmişin özü Lent.az-a məlumat verib.

O bildirib ki, Şükürov Ümüd Malik oğlu bir neçə ay əvvəl Gürcüstandan avtomobil ehtiyat hissəsi gətirmək adı ilə ondan 150 manat beh alıb. Dəfələrlə onunla əlaqə saxlayan zaman məsələni həll edəcəyini bildirsə də, sonradan yoxa çıxıb.

Zərərçəkmiş həmçinin Ü.Şükürovun özünü polis zabiti kimi təqdim etdiyini də dilə gətirib.

Məlumata görə, Ümüd Şükürov Sumqayıtda dələduzluq etdiyinə görə axtarışda olub. O, bir neçə ay əvvəl həmin cinayətlərinə görə həbs olunub.

Onun hazırda həbsdə olduğu bildirilir.

Bütöv.az
14-12-2021, 14:00
Türkiyədə sərnişin avtobusu aşdı -  VİDEO

Türkiyənin Amasya bölgəsində güclü yağış səbəbindən sürücünün idarəetməsindən çıxan sərnişin avtobusu aşıb.

Bütöv.az xəbər verir ki, qəzada 2 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hadisə bu gün səhər saatlarında Amasya-Çorum yolunun 25-ci kilometrliyində baş verib. Bildirilib ki, sərnişin avtobusu İzmirdən Tokata gedirmiş.

Qəza səbəbindən Amasya-Çorum avtomobil yolu bir müddət bağlanıb.

Qəza zamanı yaralananlardan biri hadisənin səbəbkarı kimi sürücünü göstərib:

"Köməkçi sürücüyə “yavaş get” xəbərdarlığı edib, amma sürücü “tələsirəm” deyib".

14-12-2021, 13:35
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 0,50 % ucuzlaşaraq, bir bareli 70,93 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçersləri 0,43 % ucuzlaşaraq, bir bareli 74,07 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
14-12-2021, 13:33
Kəlbəcərin Güneypəyə kəndi - VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Güneypəyə kəndindən videogörüntülər yayıb.

Həmin görüntüləri təqdim edirik:



Bütöv.az
14-12-2021, 13:13
Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi AÇILDI

Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcəvüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirir.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılıb.
Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Bütöv.az
14-12-2021, 13:09
Nail Olpak: “Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativ olacaq”

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativ olacaq”.

Ordum.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının prezidenti Nail Olpak deyib.

Onun sözlərinə görə, üç ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün imkanlar genişdir: “Məsələn, bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard ABŞ dolları təşkil edib. İki ölkənin bütün sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığı genişlənir. İşğaldan azad edilmiş ərazilərdə böyük layihələrin icrasında birlikdə ola bilərik”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!