Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
28-03-2026, 12:17
Su basmış ərazilərdən insanlar təxliyə edilir - VİDEO


Su basmış ərazilərdən insanlar təxliyə edilir - VİDEO

Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

28-03-2026, 12:06
Sel avtomobil yolunu yararsız hala saldı


Sel avtomobil yolunu yararsız hala saldı

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlər görülür.
28-03-2026, 12:06
Dünyanın ən yaxşı bacısı

Yaqut Əliyeva – 75


Dünyanın ən

yaxşı bacısı


Rəhmətlik Zemfira anam dünyasını dəyişməzdən bir neçə gün əvvəl bir az kövrək, bir az da titrək səslə mənə dedi ki, oğlum, mən bu dünyadan köçüb haqq dünyasına qovuşanda sən heç də üzülmə, ən çətin günündə Yaqut bacın yanında olacaq. O, səni məndən də çox istəyir. Özün bunun şahidi olacaqsan!

Həmin an kövrəlmişdim, heç nə deyə bilmədim. Amma illər keçdi, zaman göstərdi ki, anam, həqiqətən, haqlıdır. Yaqut bacım məni anam qədər çox istəyir. Mən bacımdan o qədər cəfakeşlik və fədakarlıq görmüşəm ki, bunların yüzdə birini qələmə alsam, uzun bir dastan yaranar.
Bir dəfə yaxın qohumlarımdan biri mənə demişdi ki, tale sənin bəxtinə “Dünyanın ən yaxşı bacısının qardaşı” olmaq xoşbəxtliyi nəsib edib! Mən isə deyirəm: “Kaş dünyadakı bütün bacılar onun kimi olaydı! Yer kürəsində “Ən yaxşı bacı nominasıyası” üzrə müsabiqə keçirilsəydi, planetin bütün münsifləri bir an belə tərəddüd etmədən bu yüksək fəxri ada məhz onu layiq görərdilər!
Amma burada bir məqamı da mütləq qeyd etmək lazımdır. O da budur ki, bacım ali təhsilli filoloq, müəllimə Yaqut Əliyeva həm də dünyanın “Ən yaxşı qayınanası rəhmətlik Səriyyə xalanın ən yaxşı gəlini” olub. Bunu bacımın həyat yoldaşı Tariyelin istisnasız olaraq bütün doğmaları söyləyirlər.
Yaqut, təbii ki, həm də ən gözəl anadır. Dünyadakı bütün analar əziz və müqəddəsdir. Amma bacımın öz övladları – Fuad və Könül ilə münasibəti təkcə ana-bala sevgisi ilə bitmir. Bu, sevimli ana və onun son dərəcə sədaqətli övladları arasında olan ilahi bir sevgidir. Bu doğma, məhrəm münasibəti adi sözlə ifadə etmək mümkünsüzdür.
Düşünürəm ki, Fuad və Könülün analarına olan sevgisini yalnız dünyanın ən böyük dramaturqu (qoy ingilislər məndən inciməsin, mənim nəzərimdə o, Vilyam Şekspirdən daha qüdrətli sənətkardır) Cəfər Cabbarlının qələmi təsvir etmək iqtidarındadır:
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.


Bəli, Fuadın və Könülün anası, Tariyelin həyat yoldaşı, Səriyyə xalanın sevimli gəlini, İkinci Dünya Müharibəsinin əlili, atam Həsən kişinin ürəyi, anam Zemfira xanımın gözünün işığı, həyat yoldaşım Elina xanımın əziz rəfiqəsi, nəhayət, “Dünyanın ən yaxşı bacısının qardaşı kimi” daha nə yaza bilərəm? Çox şey yaza bilərəm. Sadəcə, buna ehtiyac yoxdur! Bilirəm ki, Yaqut bu sözləri oxuyub mütləq deyəcək: “Mahir (evdəkilər məni uşaqlıqdan bu adla çağırırlar) niyə bu qədər əziyyət çəkibsən?”
Burada qısa da olsa, ərz etməliyəm ki, Yaqut Həsən qızı Hüseynova (ailə qurandan sonra soyadı Əliyevadır) 1951-ci ildə Qafqazın ən gözəl şəhəri –Şəkidə dünyaya göz açıb. 1958-1968-ci illərdə Şəkidəki orta məktəbi bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə Yaqut xətrini doğma atası qədər çox istədiyi əmisi professor Şirməmməd Hüseynovun evində yaşayıb. Burada o, hörmətli Şirməmməd müəllimdən və onun həyat yoldaşı Ülkər xanımdan özünə qarşı olduqca böyük diqqət və qayğı görüb. Yaqut Ülkər xanımı doğma anası qədər çox istədiyini heç vaxt gizlətməyib. Və onun xarakterinin formalasmasında Ülkər xanimin boyük rolu olub.

Yaqut BDU-nu fərqlənmə diplomu ilə bitirib. Bir müddət Şəkidəki musiqi texnikumunda Azərbaycan dili və ədəbiyyatından dərs deyib. 1971-ci ildə ixtisasca tikinti mühəndisi olan ağdamlı gənc Tariyel Əliyevlə ailə qurub. Birlikdə çox mehriban və xoşbəxt ailə həyatı yaşayıblar.
Rəhmətlik Tariyelin xatirəsi hamımız üçün çox əzizdir. O, həqiqətən, böyük qəlb sahibi idi. İxtisasca mühəndis olsa da, ədəbiyyatı, bəlkə də peşəkar ədəbiyyatçılar, tarixi tarixçilər qədər yaxşı bilirdi.
Tariyel Şirməmməd əmimin ailəvi dostu, xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadə poeziyasının vurğunu idi. Bu qeydləri ona görə yazıram ki, “Dünyanın ən yaxşı bacısı” Yaqut Əliyeva indi ömrünün 75 illik zirvəsinə çatır. Axı bu il martın 31-də onun ad günüdür. Bu, bizim ailə üçün çox xoş və əlamətdar bir gündür.
Əziz bacımı bu münasibətlə ürəkdən təbrik edir və ona həyatın ən böyük neməti olan can sağlığı arzulayıram! Yaqut, əzizim, yaxşı ki, varsan! Mən səninlə fəxr edirəm!

Yusif HÜSEYNOV,

naşir-jurnalist
28-03-2026, 11:33
Leysan yağışlar maşınların hərəkətini çətinləşdirdi


Leysan yağışlar maşınların hərəkətini çətinləşdirdi

Dünən gecə saatlarından başlayan güclü leysan yağışları şimal-qərb bölgəsində müəyyən çətinliklər yaradıb.
Güclü leysan yağışları nəticəsində Şamaxı, İsmayıllı və Qəbələ rayonlarında yolları su basıb.
Hazırda Şamaxı rayon ərazisində güclü leysan səbəbi ilə yollarda su səviyyəsi qalxıb, avtomobillərin hərəkətində çətinliklər müşahidə olunur.
28-03-2026, 11:22
Tailand İranla razılığa gəldi


Tailand İranla razılığa gəldi

Tailand İran İslam Respublikası ilə neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz şəkildə keçməsinə icazə vermək barədə razılığa gəlib.
Bu barədə Tailandın Baş naziri Anutin Çaarnvirakul məlumat verib.
O bildirib ki, əldə olunan bu razılaşma ölkənin yanacaq idxalı ilə bağlı narahatlıqları azaldacaq.
28-03-2026, 11:13
Leysan yağışlar davam edir - Rayonlara 50 sm qar yağıb


Leysan yağışlar davam edir - Rayonlara 50 sm qar yağıb

Ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xınalıqda düşən qarın miqdarı 39 mm (aylıq normanın 104%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 10 sm, Şahdağda 35 (aylıq normanın 93%-i), əmələ gələn qar örtüyünün hündürlüyü isə 49 sm, Qrızda 60 (aylıq normanın 146%-i), qar örtüyünün hündürlüyü 17 sm, Kəlbəcərdə 7, Laçında 5, Qubadlı, Şuşada 1 sm-dir.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 104 mm qeydə alınıb ki, bu da aylıq normanın 440 %-idir (təxminən 4 dəfədən çox). Kürdəmirdə 69 (aylıq normanın 201%-i), Qusarda 68 (aylıq normanın 181%-i), Xızıda 67 (aylıq normanın 149%-i), Xaçmazda 61 (aylıq normanın 251%-i), Xaltanda 60 (aylıq normanın 160%-i), Qobustanda 56 (aylıq normanın 77%-i), Şamaxıda 52 (aylıq normanın 71%-i), Qubada 52 (aylıq normanın 138%-i), Şəkidə 47 (aylıq normanın 74%-i), Şabranda 44 (aylıq normanın 190%-i), Oğuzda 39 (aylıq normanın 47%-i), Qəbələdə 38 (aylıq normanın 42%-i), Bərdədə 29 (aylıq normanın 109%-i), Tərtərdə 29 (aylıq normanın 109%-i), İsmayıllıda 26, Göyçayda 25 (aylıq normanın 56%-i), Ağsuda 23, Yevlaxda 22 (aylıq normanın 91%-i), Naftalanda 22 (aylıq normanın 115%-i), Qaxda (Sarıbaş) 22, Mingəçevirdə 21 (aylıq normanın 72%-i), Daşkəsəndə 20, Ağdamda 19 (aylıq normanın 54%-i), Zərdabda 19 (aylıq normanın 66%-i), Gədəbəydə 18, Sabirabadda 17 (aylıq normanın 56%-i), Goranboyda 16 (aylıq normanın 83%-i), Şəmkirdə 15 (aylıq normanın 54%-i), Neftçalada 14 (aylıq normanın 48%-i), Zaqatalada 13, İmişlidə 12 (aylıq normanın 40%-i), Balakəndə 12, Şahbuzda 11, Tovuz, Sədərək, Şərur, Biləsuvarda 9, Astarada 8, Gəncə, Beyləqanda 7, Ordubad, Naxçıvanda 6, Göygöldə 5, Ağstafa, Culfa, Lerikdə 3, Yardımlıda 2, Lənkəran, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Daşkəsən, Şahdağ, Qubada (Qrız) 20, Şabran, Bakıda və Abşeron yarımadasında 18 m/s-yə çatıb.
28-03-2026, 10:56
Qadını öldürüb, otlaq sahəyə atanlar həbs edildi


Qadını öldürüb, otlaq sahəyə atanlar həbs edildi

Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Ağsu Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.
28-03-2026, 10:40
Azərbaycan nefti rekord bahalaşdı - 125 dollara yaxınlaşır


Azərbaycan nefti rekord bahalaşdı - 125 dollara yaxınlaşır

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dollar artıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
27-03-2026, 22:55
RUHUMUZU İŞIĞA BƏLƏYƏN ŞAİR


RUHUMUZU İŞIĞA

BƏLƏYƏN ŞAİR


…Mövzu palitrası daha əlvan, daha çoxrəngli olan, şeirləri ilə ruhumuzu işığa bələyən, dünyaya saf, təmiz məsum şair gözüylə baxan, şərəfli yaradıcılıq yolu ilə inamla addımlayan Adil Şamiloğlunun «Qaçaq Gülsüm» əsərilə (Bakı, 2025) tanışlıqdan sonra bir daha inandım ki, əsl şairlərin sözü dirilik suyudur. Bu «dirilik suyundan» içdim və Şəmkir elinin mərd və qeyrətli bir qadını ilə tanışlıqdan qürur hissi keçirdim. Qürurlandım ki, Azərbaycanın aslan təbiətli, şir ürəkli qadınları olan yerdə həmişə düzlük, saflıq, halallıq var, qeyrət, namus, şərəf var. Həm də qürurlandım ki, dünyanı dolaşan «Aslanın erkəyi, dişisi olmaz» məsəli məhz türk qadınları üçün deyilib. At belində sağa-sola ox atan, qılınc oynadan, tüfənginin gülləsi hədəfindən yayınmayan mərd və qeyrətli qadınlarımız tarix boyunca kişilərlə çiyin-çiyinə dayanaraq düşmənə qarşı igidliklə vuruşublar. Onların sayı çoxdur, saymaqla bitib-tükənməz. Həmin o cəsur, igid qadınlardan biri də Qaçaq Gülsümdür və həmin o igid, cəsur, qorxmaz Şəmkirli balasından, Odlar Yurdunun od qızından Adil Şamiloğlu bütün zamanlarda oxunacaq tarixi bir poema yazmış, həm ədəbiyyatın, həm də ədəbiyyat tarixinə yazılacaq bu əsər nəsillərdən-nəsillərə ötürülərək oxunacaq.
Gülsüm tarixi şəxsiyyətdir. O, 1863-ci ildə Əmirqulu kişinin evində dünyaya göz açıb və ömrünün son gününə, son anına kimi ucalıq taxtından düşməyib. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər çar rusiyasının azğınlaşmış məmurlarına qarşı barışmaz olmuş, tüfəngini yerə qoymamış, kolxoz quruculuğu dövründə də haqsızlığa qarşı barışmaz mövqe tutmuş, özünü-sözünü bilməyən erməni milislərinin (Polisini – red.) çirkin əməllərinə görə gözünü belə qırpmadan güllələyən Qaçaq Gülsüm qaçaqlıq dövründə olduğu kimi yenə də düşmənə düşmən kimi cavab vermişdir.
Şair Adil Şamiloğlu Qaçaq Gülsümü ucalığın, əyilməzliyin, vətənpərvərliyin, yurdsevərliyin, mərdliyin…rəmzi kimi qələmə vermiş, onunla bağlı fikir və düşüncələrini, eşitdiklərini, hiss və həyəcanlarını səmimi şəkildə qələmə almışdır.
Qaçaq Gülsümün Kərəmlə dostluğundan, onun məsləhətilə Araz çayını adlayıb o taya keçməsindən, qaçaqların həbs edilməsindən və Qaçaq Kərəmin köməyi sayəsində onların azad olunmasından, Qaçaq Kərəmin qardaş tövsiyyəsilə Gülsümün qaçaqlıq həyatından əl çəkməsindən söhbət açmış, hər incə detala toxunmaqla son dərəcə təsirli bir əsər yazmağa müvəffəq olmuşdur.
Qaçaq Kərəm özünə bacı və silahdaş bildiyi Gülsümə müraciətlə belə deyir:
Elinə-gününə yanıb da qayıt,
Uşaq çağlarını anıb da qayıt.
Qayıt, əziz bacım, mehriban bacım,
Azalsın mənim də qoy ağrım, acım.
Bir rahat, bir azad həyat qurarsan,
Kəndə-kəsəyə də dayaq durarsan.
Sənin arzuların, əməlin haqdır,
Qadına ən ali ana olmaqdır.

Adil Şamiloğlunun bir sənətkarlıq xüsusiyyəti də odur ki, o, təkcə Qaçaq Gülsümdən söhbət açmır, həm də türkçülükdən söz salır, türkün böyüklüyünü, nəyə qadir olduğunu, tarix yazdığını dilə gətirir, həm də ikiyə bölünmüş Azərbaycanın yaralarına sözlə məlhəm olmaq istəyir.
Qaçaqlar Araz çayını keçən zaman şair Nəbi Eloğlu yada düşür. Onun Araz çayına yazdığı şeiri şagirdi Əzəmət yanıqlı-yanıqlı Araz çayına baxıb dilə gətirir:
Ömür yolu qaralıdır, ağlıdır,
Bu dərd məni için-için ağladır.
Təbrizimə gedən yolum bağlıdır,
Araz çayı, aramıza girmə gəl!
Şair özü də Gülsümün dilindən ikiyə bölünmüş Azərbaycanla bağlı fikirlərini bölüşür ki, bu da oxucunu daha da təsirləndirir:
…Adını dilimdə bitirmişəm mən,
O gözüm, o, qanım, canıma candır,
O, iki bölünmüş Azərbaycandır.
Heç zaman dilimdən adı düşməyib,
Hələ Azərbaycan bütövləşməyib.

Şair Adil Şamiloğlu eyni zamanda ağır qul əməyi olan pambıq yığımından, bu bitginin vaxtilə Şəmkirdə də yetişdirilməsindən, qadınların, qocaların, uşaqların zəhərli pambıq tarlalarında günçıxandan günbatana kimi işləməsindən ürəkağrısı ilə söhbət açır. Erməni milislərinin (polis) Gülsümün hamilə gəlinini də pambıq yığımına göndərmək istəyindən, erməni milisi Hampet Aşotyanın Gülsümə qarşı hədə-qorxu gəlməsindən və s. söz açaraq yenə də Gülsümün kişi qeyrətini, mərdliyini bir daha açıqlamalı olur:
Erməni bir az da irəli vardı,
Ağzı köpükləndi, köksü qabardı:
- Deyəsən, hökumət-zad bilmirsiniz,
Sürərəm Sibirə, qalmaz iziniz.
Mənmi yığacağam çöldə pambığı?
Birbaşa tarlaya, itin qancığı.
Halaldır içsək də bizə qanları,
Bitirmək gərəkdir müsəlmanları.
Gülsüm dözə bilmir və silaha sarılır.
Gülsüm fırlanaraq aldı tüfəngi,
Dəyişdi bir anda milisin rəngi.
Nə tərpənə bildi, nə macal tapdı,
Harda ermənini gör, əcəl tapdı.
Dolaşıb yıxıldı o ən irisi,
Qaçmağa cəhd etdi hələ birisi.
Daha nə söyür, nə şeşələnirdi,
Yekəpər yerində eşələnirdi.

Düşünürəm ki, «Qaçaq Gülsüm» poeması son 15-20 ildə yazılmış ən gözəl, ən dəyərli əsərlərdən biridir, bəlkə də birincisidir. Belə bir poemanı yazmaqla Adil Şamiloğlu hansı istedada, hansı söz qüdrətinə malik olduğunu bir daha açıb göstərmiş oldu.
Əsərdə maraqlı, təsirli səhnələr yetərincədir. Qaçaq Kərəmin, Stalinin, M. C. Bağırovun, Gülsümü dəlicəsinə sevən şair Nəbi Eloğlunun, qaçaq Şirəlinin və digər tanınmışların haqqında söz açılması əsərin dəyərini daha da artırır. Oxucu xəyalən ötən illərə səyahət etməli olur, Azərbaycan tarixinin hələ tam açılmamış, öyrənilməmiş səhifələrini vərəqləyir, həm qürur duyur, həm də vaxtilə əzilən xalqın taleyinə acıyır.
Söz meydanında söz köhlənini şahə qaldıran şair Adil Şamiloğlu təvazökarlıq edərək əsərin girişində Qaçaq Gülsüm haqqında məhz Səyavuş Sərxanlının, yaxud Məzahir Hüseynzadənin yazmalı olduğunu bildirir:
…Mövzu təzə mövzudur,
Duymamışdı Səyavuş.
Sərxanı vəsf etməkdən,
Doymamışdı Səyavuş.
Məzahir də bu işdən,
Bu mövzudan yan keçdi,
Aradan illər ötdü,
Gün keçdi, zaman keçdi.
Bu mövzunu vəsf etmək,
Düşdü mənim boynuma…

Ancaq buna baxmayaraq oxucu onunla razılaşmaq məcburiyyətində olmur, çünki «Qaçaq Gülsüm» poemasını, ancaq Adil Şamiloğlu yaza bilərdi, yazdı da. Yazdı və həm özünə, həm də Azərbaycanın mərd və qeyrətli bir qadınına sözlə heykəl ucalda bildi.
* Adil Şamiloğlunun «Qaçaq Gülsüm» poemasında vətən sevgisi, yurda bağlılıq, təbətin tərənnümü, Təbriz həsrəti, Araz dərdi, ölüm haqqında fikir və düşüncələr, türkçülük, rus və erməni azğınlığı… diqqəti cəlb edən başlıca xüsusiyyətlərdəndir. Poemada şair Vətən duyğulu, təbiət ətirli misraları ilə könlümüzü oxşayır, ruhumuza sığal çəkir. Vətənə, təbiətə, yurd yerinə qırılmaz tellərlə bağlı olan, yurdun hər daşını, quru yarpağını belə müqəddəs bilən şair ən gözəl duyğularını sözə çevirərək Sərxan kəndinin əhatə dairəsində olan Kotan bulağından, Cəyir çayından, İlıxçı meşəsindən və s. söhbət açmaqla kifayətlənmir, həm də bir rəssam kimi o gözəl yerləri gözlərimiz önündə canlandırır:
…Min ildir mövcuddur bu Kotan bulaq,
Bir gün gərək gedib mehmanı olaq.
Bulaq axıb gedir, indi də vardır,
Axır şırıl-şırıl, nə bəxtiyardır.

Sərxan kəndinə həsr edilmiş misraların sehrinə düşməmək mümkündürmü?
Yol boyunca mürgüləyir İlıxçı,
Üstümüzə meh ələyir İlıxçı.
Yarımyaylaq…Ana Cəyir…İlıxçı…
Sərxana gəl, sərxana gəl, Sərxana.

Bulağın, çayın, dağın, kəndin…obrazını yüksək sənətkarlıqla yaradan, yurdun əsrarəngiz gözəlliyini məhəbbətlə itfadə edən, ən müqəddəs duyğularını qələmə alan Adil Şamiloğlunun yurd yerlərilə bağlı poetik düşüncələri olduqca maraqlıdır, orijinaldır, ideya-məzmun və sənətkarlıq cəhətdən qüvvətli olması ilə seçilir.
Poemada Sərxan kəndi cazibə qüvvəsi kimi adamı həm də ona görə özünə çəkir ki, bu kənddə şair-publisist Səyavuş Sərxanlı, tanınmış şair Məzahir Hüseynzadə, həm də əsərin baş qəhrəmanı, kişi qeyrətli Qaçaq Gülsüm dünyaya göz açıb və öz mərdliyi, igidliyi, qoçaqlığı, haqq yolçusu olması ilə Şəmkir elini yaxın-uzaq bölgələrdə tanıtdıra bilib. Peterburqda rus çarı Nikolay da Gülsümün qaçaqlıq etməsindən xəbər tutur və onun üstünə silahlı dəstə göndərir.
Poemada Qaçaq Gülsümlə təbiətin birgə tərənnümü, Gülsümün-Süleymanın da təbiətin bir parçası olduğu bədii boyalarla təsvir edilir ki, bu da əsəri daha oxunaqlı, daha təsirli, daha cazibədar etməklə yanaşı, həm də şairin özünün də vətəni, yurd yerini qanıyla, canıyla sevdiyinə şahidlik etmiş oluruq. Gülsümün xahişi ilə şair Nəbinin dilindən söylənilən, öz həzinliyi, poetik gözəlliyi ilə yaddaşa köçən bu misraları həyəcansız oxumaq mümkün deyil:
…Novlu bulaq bir ilahi biçimdə,
Sərinləyin, bir doyunca için də.
Sərxan mənim ürəyimin içində,
Sərxana gəl, Sərxana gəl, Sərxana.

Poemada Azərbaycan təbiətinin ətrini, qoxusunu duymaq, Şəmkir elinin gözəlliklərini, ürəkaçan mənzərələrini görmək mümkündür. Təbiətlə könül söhbəti eləyən, bulağın, çayın, dağın, meşələrin gözəlliyini poeziya dilinə çevirən Adil Şamiloğlu həm də oxucuya təbiəti sevdirməyi bacaran şairdir.
Əsərdə təbiət sevgisilə yanaşı, Nəbi və Gülsüm sevgisi də əks olunub.
Gülsüm kişi paltarı geyinib silahlansa da, dağlara, meşələrə çəkilib qaçaq dəstəsinin başçısı kimi Süleyman adını daşısa da, yenə də ürəyi el üçün, oba üçün, doğmaları üçün döyünür. O, kəndə qayıdacağına, haqq-ədalətin bərpa olunacağına, Süleyman adının yenidən Gülsüm adıyla əvəz olunacağına inanır və ümid edir. O da ailə qurmaq, sevib-sevilmək istəyir. Dəstəyə qoşulan şair Nəbi Eloğlunun onu təmiz məhəbbətlə sevdiyini bilsə də, hələ gözləməyə üstünlük verir. Çünki o, haqq uğrunda mübarizə aparır. Sapı özümüzdən olan Bayram kimi kəndxudaların, yaddinli, yadelli pristavların, canişinlərin özbaşınalığına son qoyulmayana qədər silahı yerə qoymayacağına and içib. Gözləri qarşısında atası Əmirqulunun kürəyinə qaynar samovar bağlatdıran pristavı o, necə bağışlaya bilər? Bu, mümkündürmü?
Poemada Gülsüm həm qaçaqdır, həm də kövrək ürəkli, incə təbiətli bir qadındır. Onun da ürəyində sevgi duyğuları, məhəbbət hissləri baş qaldırır. O da ailə qurmaq, ana olmaq istəyir, amma məzlum, kasıb adamlara, kəndlilərə qənim kəsilən, onların son tikəsini belə əlindən alan pristavlara, kəndxudalara, çar məmurlarına qarşı olan nifrəti onun ana olmaq istəyini dəfələrlə üstələyir. Məhz ona görə də şair Nəbinin sevgisinə biganə qalmasa da, biganəlik göstərir. Şairin sevgi dolu misralarını dinləyir və ona belə cavab verir.
…Tələsmə, səbr eylə, Nəbi Eloğlu,
Bizim istəyimiz çıxacaq doğru,
Heç fikir eləmə, o gün gələcək,
Xoşbəxtlitk, qaval, toy-düyün gələcək.

Amma o gün gəlib çıxmır. Nəbi döyüşlərin birində öldürülür. Gülsüm göz yaşlarını saxlaya bilmir, ürəyi alışıb-yanır.
Gülsüm sarsılmışdı…Gülsüm ağladı,
Nəbinin gözünü özü bağladı…

* Əsəri oxuyub başa vurandan sonra bir müddət xəyala daldım. O illərin ağrı-acılarını ürəyimdə hiss elədim. Tomiris qeyrətli, Sara Xatun düşüncəli Qaçaq Gülsümü düşündüm, ruhuna dualar oxudum. Onu da düşündüm ki, Azərbaycanın onun kimi mərd qızları, qadınları az deyil, çoxdur və təəssüf ki, o igid, döyüşkən qadınların çoxu unudulub, yaddan çıxıb. Onları unutmaq şərəfli tariximizin bir parçasını unutmaq demək deyilmi?
Nə yaxşı ki, Adil Şamiloğlu kimi vətən sevdalı bir qələm adamı varmış və o, tarixin gizli qalan səhifələrindən birini – Qaçaq Gülsüm səhifəsini arayıb-axtararaq rəhrəmanlıqlarla dolu tariximizin daha da zənginləşməsi üçün böyük əziyyət çəkmiş, hər zaman oxunacaq, bu günkü və gələcək nəsillərə örnək ola biləcək bir əsər yazaraq oxuculara ünvanlayıb.
«Qaçaq Gülsüm» poeması şairin həm də özünə ucaltdığı söz abidəsidir. Söz abidəsi qurmaq, igid bir qadına sözlə abidə ucaltmaq şair üçün qazanılan ən böyük savabdır, Allahın da xoşuna gəldiyi bir işdir. Bu işin öhdəsindən ustalıqla gələn Adil Şamiloğlu sözün əsl mənasında Qaçaq Gülsümə yaraşan, onun adına layiq bir əsər yarada bilib, o tarixi şəxsiyyəti Milli Qəhrəman kimi dəyərləndirib və düz də eləyib.
Qəhrəman Gülsümə öz adından söz abidəsi yaradan şair haqlı olaraq yazır ki, «Ən böyük abidə yaranar sözdən».
Gülsümə sözlə abidə ucaldan şair həm də bəyan eləyir ki:
Mən bu abidəni hər yerdə qurdum,
Sevən ürəklərdə, qəlblərdə qurdum.

Bəli, sevən ürəklərdə, qəlblərdə qurulan söz abidəsindən hər kəs faydalanacaq. Bu əsər zamandan zamana keçib yaşayacaq, keçmişimizi, soykökümüzü, milli qeyrətimizi, kimliyimizi, nənə və babalarımızın qəhrəmanlığını, haqq işi uğrunda mübarizə apardığını unutdurmağa qoymayacaq, bu günkü və gələcəkdə doğulacaq uşaqların qəhrəmanlıq ruhunda, vətənpərvərlik ruhunda tərbiyə almalarında önəmli rol oynayacaq, xalqımıza ərmağan edilən ən dəyərli töhfə kimi qəbul ediləcək.
Bəli, bu söz abidəsi hər zaman oxunacaq və Qaçaq Gülsümü də əbədi yaşadacaq. Yaşat ki, yaşayasan, deyiblər. Mən də deyirəm ki, Qaçaq Gülsüm kimi qəhrəman, vətənpərvər, xalqımıza başucalığı gətirən bir qadını sözlə yaşatdığına görə sağ ol, şair!
P.S. Şair, Adil Şamil oğlu 21 fevral 2026- cı ildə Şəmkir rayon, Məhəmməd Füzuli adına tam orta məktəb - liseydə "Qaçaq Gülsüm" kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində Şəmkir rayon İcra hakimiyyətinin və Şəmkir rayon Bələdiyyəsinin nümayəndələri də iştirak etmişdilər. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdur!


Hüseyn İSAOĞLU,

yazıçı-publisist,
AYB və AJB üzvü.
27-03-2026, 17:50
Dünya səyyahları Füzulidə


Dünya səyyahları Füzulidə

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Füzuli şəhəri olub.
Füzuli şəhərinə gələn səyyahlar işğal zamanı dağıdılmış ərazilərə baxıblar. Eyni zamanda, azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti quruculuq işlərinin şahidi olublar.
Qeyd edək ki, iki günlük səfər çərçivəsində bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir. Bu isə sayca indiyədək Qarabağa və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.
“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!