Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
3-04-2026, 16:42
İran bu ölkələrə zərbələr endirir


İran bu ölkələrə zərbələr endirir

İran ordusu pilotsuz uçuş aparatları ilə İordaniya və Küveytdə ABŞ hərbçilərinin dislokasiya məntəqələrinə, həmçinin Bəhreyndə iri alüminium zavoduna zərbələr endirib.
Bu barədə İran ordusu məlumat yayıb.
Məlumata görə, İran ordusu bu gün PUA-larla İordaniyada ABŞ ordusunun avadanlıq, təminat anbarına, Küveytdə ABŞ-ın zirehli briqadasının mexanikləşdirilmiş batalyonunun yerləşdiyi “Camp Afifjan” bazasına və Bəhreyndə ABŞ-ın hərbi sənayesinin təchizatçısı olan ən böyük alüminium zavoduna zərbələr endirib.
3-04-2026, 16:35
Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın!


Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın!

Roma Papası XIV Leo İsrail prezidenti İsaak Herzoqla telefon danışığı aparıb və Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün bütün mümkün diplomatik dialoq kanallarının açılmasına çağırıb.
Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb və söhbətin Pasxa bayramı günlərində baş tutduğunu açıqlayıb.
"Söhbət zamanı Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması məqsədilə davam edən münaqişəyə son qoymaq üçün bütün mümkün diplomatik dialoq kanallarının yenidən açılması zərurəti bir daha vurğulanıb. Söhbət mülki şəxslərin qorunmasının, beynəlxalq və humanitar hüquqa hörmətin təşviq edilməsinin vacibliyinə yönəlib", - deyə açıqlamada bildirilib.
3-04-2026, 16:27
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi


Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə, ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Təltif olunanlar arasında ANAMA-nın həlak olan əməkdaşı İsayev Raqif Deputat oğlu da var.
Xatırladaq ki, 2024-cü il 21 iyun tarixində işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində sursat partlayışı hadisəsi baş verib. Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib.
3-04-2026, 16:19
Rövnəq Abdullayevin xərclədiyi pullar yoxlanılmır - AFFA prezidenti


Rövnəq Abdullayevin xərclədiyi pullar yoxlanılmır - AFFA prezidenti

"Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır".
Bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.
Rövşən Nəcəfin ona ünvanlanan "Rövnəq Abdullayevin 16 illik AFFA prezidenti olduğu dönəmdə SOCAR-dan bu quruma azı 320 milyon sponsorluq vəsaiti ayrılıb. Siz də hazırda həm AFFA, həm də SOCAR prezidentisiniz. Sizdən əvvəlki dönəmlərdə SOCAR-dan AFFA-ya ayrılan vəsaitin doğru istiqamətdə xərclənib-xərclənməməsinə dair yoxlama aparılıbmı?" sualına cavabı konkret olub:
"Yoxlama aparılmır".
Qeyd edək ki, SOCAR-ın sabir prezidenti R.Abdullayev eyni zamanda 2008-2024-cü illərdə AFFA-ya rəhbərlik edib.
3-04-2026, 16:11
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM


Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətində fərqlənən aşağıdakı şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər:

Bağırov Ceyhun Əkbər oğlu – polkovnik

Daşdəmirov Mehman Qəhrəman oğlu – istefada olan polkovnik

Məmmədov Süleyman Abdulla oğlu – mayor

Abdulov Səyahət Namik oğlu – kapitan

Salahov Nurlan Bilal oğlu – kapitan

Ağayev Hüseyn Osman oğlu

Cəfərov Vüsal Nurəddin oğlu

Cəlilov Şahin Səhlədar oğlu

Əliyev Rəşad Radin oğlu

Əliyev Fədai Azər oğlu

Hüseynov Azər Fehruz oğlu

Hüseynov Xaliq Araz oğlu

Hüseynov Namiq Əbdülrəhim oğlu

Hüseynov Nizami Rasim oğlu

İsayev Raqif Deputat oğlu (ölümündən sonra)

Qasımov Ruslan Teymur oğlu

Qasım-zadə Orxan Əhməd oğlu

Məmmədov İldırım Məhərrəm oğlu

Məmmədov Kamran Nadir oğlu

Mirzəyev Babək Vəkil oğlu

Namazov Füzuli Hidayət oğlu

Rəhimov Rəhim Naib oğlu

Səfiyev Bəhruz Tofiq oğlu

Süleymanov Həşim Ramiz oğlu

Zülfüqarov Namiq Tofiq oğlu.
3-04-2026, 15:58
ABŞ İranda vurulan qırıcının pilotunu axtarır: onu əsir götürüblər


ABŞ İranda vurulan qırıcının pilotunu axtarır: onu əsir götürüblər

Amerikanın aprelin 3-də vurulan F-35 qırıcı təyyarəsinin pilotunu azad etmək səyləri uğursuz olub.
Bu barədə İranın yarımrəsmi “Tasnim”Agentliyi məlumat yayıb.
İran Ordusundakı mənbələr bildirirlər ki, amerikalılar bir neçə saatdır aprelin 3-də vurulan F-35 təyyarəsinin pilotlarını Black Hawk helikopterləri və Hercules 130 təyyarələrindən istifadə edərək axtarırlar; lakin səyləri uğursuz olub.
İran hərbçilərinin pilotu əsir götürdüyü ehtimal olunsa da, bu barədə hələ ki rəsmi məlumat yoxdur.
Məlumata görə, qırıcı təyyarənin pilotu katapult edərək ölkə daxilində eniş edib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son sutkada İranın mərkəzi səmasında ABŞ-a məxsus iki F-35 qırıcı təyyarəsinin vurulduğunu bəyan edib.
İran mediası vurulan təyyarənin qalıqlarının fotoşəkillərini yayımlayıb.
3-04-2026, 15:34
Ceyhun Bayramov Hindistanlı diplomatla görüşdü


Ceyhun Bayramov Hindistanlı diplomatla görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistan Respublikasının Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı, Azərbaycan ilə Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.
Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Yaxın Şərqdə mövcud gərginlik barədə fikir mübadiləsi aparıblar. Regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyi qeyd edilib. Bununla yanaşı, Hindistan vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Hindistan tərəfdən isə Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corc rəhbərlik edib.
3-04-2026, 15:21
Ali Məhkəmə həbs edilən jurnalistlərlə bağlı qərar verdi


Ali Məhkəmə həbs edilən jurnalistlərlə bağlı qərar verdi

Ali Məhkəmə “Abzas Media işi” üzrə həbs edilən jurnalistlərin kassasiya şikayətlərini təmin etməyib.
Hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən son məhkəmə iclasında iş üzrə təqsirləndirilən digər şəxslər – jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın da kassasiya şikayətlərinə baxılıb.
“Abzas Media”nın qadın jurnalistləri prosesdə iştirak etmədiklərinə görə onları vəkilləri təmsil edib.
3-04-2026, 15:16
Azərbaycan sürücülük vəsiqəsi Belarusda tanınacaq


Azərbaycan sürücülük vəsiqəsi Belarusda tanınacaq

Azərbaycanın sürücülük vəsiqəsi Belarusda da tanınacaq.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin 6 aprel keçiriləcək birgə iclasında müzakirə olunacaq.
Belə ki, komitə iclasında Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”in təsdiq edilməsi müzakirə ediləcək.
3-04-2026, 15:09
Sabahdan intensiv yağış başlayır - XƏBƏRDARLIQ


Sabahdan intensiv yağış başlayır - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və arabir güclənən yağışların şəhərətrafı subasmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur.
Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.
Qeyd edək ki, aprel ayının birinci ongünlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!