Maduro Belarusa qaça bilər: qapımız açıqdır! - Lukaşenko .....                        Mürvət Həsənli İctimai Şuranın sədri seçildi .....                        İqor Babuşkin Azərbaycandadır - Fotolar .....                        Naxçıvanda külli miqdarda narkotik məhv edildi .....                        Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanıldı - VİDEO .....                        Deputatlar amnistiya aktının müzakirəsinə toplaşırlar .....                        Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI .....                        İlin ən yaxşı qapıçısı seçildi .....                        Ərdoğan Ermənistanla normallaşma prosesindən danışdı .....                       
1-12-2025, 16:01
Azərbaycanda COVİD-19-a yoluxanlar var - RƏSMİ


Azərbaycanda COVİD-19-a yoluxanlar var - RƏSMİ

6 il əvvəl bu gün COVİD-19 virusuna ilk bilinən yoluxma halları Çinin Hubei əyalətinin Uhan şəhərində qeydə alınıb. Belə ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) retrospektiv araşdırmalarına görə, ilk klinik olaraq tanınan hadisə 1 dekabr 2019 tarixində müşahidə edilib.
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib ki, hazırda ölkəmizdə koronavirusa (COVID-19) aşkarlanma hallarına rast gəlinir. Onun sözlərinə görə, hazırda koronavirus mövsümi respirator xəstəliklərin daxilində nəzarətdə saxlanılan bir xəstəlikdir. Digər respirator xəstəliklər kimi, COVID-19-un da aylıq olaraq statistikası aparılır.
"Bütün respirator xəstəliklər necədirsə, COVID-19 da elədir. İndi mövsümdür və respirator xəstəliklər yayılıb. Əvvəllər hər gün COVID-19-a dair statistik rəqəmlər tərtib olunurdusa, indi ayda bir dəfə hesabat təqdim edilir. Yəni yoluxma dərəcəsi o qədər azdır", - deyə Y.Qarayeva diqqətə çatdırıb.
1-12-2025, 16:00
Ramiz Mehdiyevin oğlu İŞDƏN ÇIXARILDI


Ramiz Mehdiyevin oğlu İŞDƏN ÇIXARILDI

Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Teymur Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğludur.
Onun adı FHN-in rəsmi saytından çıxarılıb.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.
Qeyd edək ki, bu xəbəri daha əvvəl "trend" agentliyi yayıb.
1-12-2025, 15:52
İşdən çıxarılan nazirin yerinə təyinat


İşdən çıxarılan nazirin yerinə təyinat

Rəşadət Nabatov Naxçıvanın səhiyyə nazirinin müavini təyin edilib.
Müvafiq sərəncam Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov tərəfindən imzalanıb.
O, yeni nazir təyin olunana qədər səhiyyə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası edəcək. Rəşadət Nabatov “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsindən çalışıb.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub.
1-12-2025, 15:40
Laçında nadir quş göründü - FOTO


Laçında nadir quş göründü - FOTO

Zəngin flora və faunası ilə diqqət çəkən Laçın dağlarında nadir hallarda rast gəlinən Saqqallı kərkəs görünüb.
Bu yırtıcı quş Azərbaycanda əsasən dağlıq ərazilərdə yaşayır.
Zoologiya İnstitutunun Quru Onurğalıları laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Tahir Kərimov AZƏRTAC-a deyib ki, Saqqallı kərkəs Azərbaycan ərazisində Böyük Qafqazda və Kiçik Qafqazda yayılıb və yuvalayır: “Bu quşu 500 metrdən aşağıda nadir hallarda görmək olur. Saqqallı kərkəs heyvan leşi ilə yemlənir. Həmin ərazilərdə soyuq iqlimdə ölmüş heyvan leşləri uzun müddət qalır. Əsasən sümüyün ilik hissəsini yeyir. Buna görə də ölmüş heyvanların sümüyünü qaldıraraq yüksəklikdən atır yerə. Sümük parçalandıqdan sonra onun ilik hissəsini yeyir və sümüklərini udur. Bu quşların mədəsi sümüyü həzm etmək, ölmüş heyvanın leşini həzm etmək qabiliyyətinə malikdir”.
Qeyd edək ki, uzunluğu 95-125 santimetr arasında dəyişən quşun qanadları açılan zaman 3 metrə qədər çata bilir. Çəkisi isə 4,5-7,5 kiloqram arasında dəyişir. Sıldırım qayalarda yuva qurur, yumurtlama dövrü qışın əvvəlində olur. Özünəməxsusluğuna görə Azərbaycanın ən qiymətli yırtıcı quşlarından biri sayılır, ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib.
Toğlugötürən adı ilə də tanınan Saqqallı kərkəsin şəkli 1994-cü ildə Azərbaycanda buraxılan poçt markasının üzərində yer alıb.



1-12-2025, 15:37
Samuxda ər-arvad dəm qazından boğularaq öldülər


]Samuxda ər-arvad dəm qazından boğularaq öldülər

Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.
Rayon sakinləri - 1957-ci il təvəllüdlü T.Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı M.Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
1-12-2025, 15:30
Məmməd İbrahimli də həbs edildi


Məmməd İbrahimli də həbs edildi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri seçilib.
Onun barəsində Səbail rayon Məhkəməsində qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə M. İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar.
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
1-12-2025, 15:18
Zelenski Makronla görüşdü


Zelenski Makronla görüşdü

Parisin Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə onun fransalı həmkarı Emmanuel Makron arasında görüş keçirilir.
Məlumata görə, Makron artıq Zelenskini sarayın önündə qarşılayıb. Ölkə liderləri bir-birinin əlini sıxaraq qucaqlaşıblar, ardınca danışıqlar üçün içəri yollanıblar.
Mətbuata qapalı keçirilən görüşdə liderlərin Ukrayna ətrafında mövcud vəziyyəti və dayanıqlı sülhün əldə edilməsi şərtlərini müzakirə edəcəkləri gözlənilir.
Danışıqlar Cenevrə müzakirələri, ABŞ-nin sülh planı və Avropa müttəfiqləri ilə koordinasiya kontekstində aparılacaq. Gündəliyə eyni zamanda “İstəklilər koalisiyası” çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin daxil olduğu ehtimal edilir.
1-12-2025, 15:16
Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ - FOTO


Ramiz Mehdiyevin üstündən XƏTT ÇƏKİLDİ - FOTO

Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevlə bağlı qalmaqal davam edir.
Ötən həftə məlum olub ki, Mehdiyev vaxtilə tutduğu bir sıra vəzifələrdən azad edilib.
12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən 797 nömrəli sərəncam imzalanıb. Sərəncamla bağlı bir sıra detallar "e-qanun" platformasında dərc edilən rəsmi sənədlərdə məlumat yer alıb.
Sərəncama əsasən, Mehdiyevin adı 4 rəsmi sənəddən silinib:

1 Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında
2. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında

3. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında

4. Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında.

Beləliklə, Ramiz Mehdiyevin uzun illər formalaşdırdığı təsir mexanizmləri sistemdən mərhələli şəkildə çıxarılır. Dövlət institutları onun adı ilə bağlı bütün izləri hüquqi və inzibati müstəvidə təmizləyir.
Artıq Mehdiyevin fəaliyyəti dövlətə xəyanət ittihamı fonunda qiymətləndirildiyi üçün onun adının rəsmi qurumlardan silinməsi həm siyasi, həm də institusional baxımdan qaçılmaz prosesdir.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bir müddət öncə Səbail rayon Məhkəməsində Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edilib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
87 yaşlı Ramiz Mehdiyev 1995-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademikasının həqiqi üzvüdür.

1-12-2025, 14:55
Masazırda qadının pul kisəsi oğurlandı


Masazırda qadının pul kisəsi oğurlandı

Abşeron rayonunda soyğunçuluq hadisəsi olub.
Zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs Masazır qəsəbəsi ərazisində ona məxsus “Hyundai” markalı avtomobildən içərisində 1800 manat olan pul kisəsini açıq talama yolu ilə ələ keçirib.
Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qarayevi müəyyən edərək saxlayıblar.
Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Xırdalan şəhər sakininin velosipedini oğurlamaqda şübhəli bilinən, keçmişdə də məhkum edilmiş 35 yaşlı R.Abbasov da tutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
1-12-2025, 14:47
BDU-nun korpusu təmirə bağlanır


BDU-nun korpusu təmirə bağlanır

BDU-nun 1 saylı tədris korpusunda ən müasir standartlara cavab verən əsaslı təmir planlaşdırlır. Qanunvericiliyə müvafiq olaraq, bununla əlaqədar sənədləşmə işləri aparılır və proses bitmək üzrədir.
Bu Bakı Dövlət Universitetindən bildirilib.
Qeyd edilib ki, əsaslı təmirdə binanın zirzəmisindən damına qədər bütün mərtəbələr, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulacaq, elmi-tədqiqat laboratoriyaları yeni cihaz və qurğularla təchiz olunacaq. Binada yerləşən kitab fondları və oxu zalları yenilənəcək, professor-müəllim heyəti üçün yaradıcılıq otaqları, xüsusi müzakirə otaqları və s. yaradılacaq. Binanın bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənəcək. Auditoriyalar ən müasir elektron avadanlıqlar, kondisioner və mebellərlə təzhiz olunacaq. Eyni zamanda binanın həyətyanı sahəsi və Universitetin ümumi girişi yenidən qurulacaq, abadlaşdırılacaq.
İnfrastrukturun yenilənməsi Universitetin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Tədris prosesinin təkmilləşdirilməsi, elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi məqsədilə maddi-texniki bazanın müasir tələblərə cavab verməsi üçün tədbirlər görülür.
Binanın əsaslı təmiri zamanı tələbələr müasir tədris prosesi üçün zəruri şəraiti olan məkanda dərslərinə davam edəcəklər. Tədrisin fasiləsizliyi təmin olunacaqdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!