Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
26-02-2026, 22:26
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır


Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

27 fevral 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan 69 dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Namizədlər 6 mart 2026-cı il saat 17:00-dək //miq.edu.az/direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilən vakant yerlər 20.02.2026-cı il tarixinə olan məlumatlara istinad edir.
Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.
26-02-2026, 21:32
Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB


Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB

Tələbələrin fotolarını yayan şəxsi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin saxladı.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
26-02-2026, 21:12
Cəriməsi olana kredit verilməyəcək?


Cəriməsi olana kredit verilməyəcək?

Son dövrlərdə maliyyə intizamı ilə yanaşı, vətəndaşların ümumi davranış göstəricilərinin də kredit riskinin qiymətləndirilməsində nəzərə alınması məsələsi gündəmə gəlir. Xüsusilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozan sürücülərin bank xidmətlərinə çıxışının məhdudlaşdırılması ideyası müzakirə mövzusudur.
Bu barədə iqtisadçı Natiq Cəfərli təşəbbüsün tamamilə əsassız yanaşma olduğunu deyib.
“Yol hərəkəti qaydalarının pozulmasının kredit almaqla nə əlaqəsi var? Bunlar tamamilə fərqli sahələrdir. Dünyanın heç bir ölkəsində bank-maliyyə münasibətləri inzibati xətalarla bu formada əlaqələndirilmir. Kredit verilməsi maliyyə intizamı və öhdəliklərin icrası ilə bağlı məsələdir. Bankdan kredit götürməyin əsas və yeganə meyarı kredit tarixçəsidir. Əgər şəxsin əvvəlki öhdəlikləri vaxtında yerinə yetirilibsə, gecikmələr yoxdursa və maliyyə intizamı yüksəkdirsə, ona kredit verilməsi üçün əsas var. Əksinə, kredit tarixçəsi zəif olan şəxslər üçün risk dərəcəsi artır və banklar bunu nəzərə alır. Bir çox xarici ölkələrdə yaxşı kredit tarixçəsinə malik şəxslərə daha aşağı faiz dərəcələri, daha uzunmüddətli ödəniş imkanları və əlavə güzəştlər təqdim olunur. Yəni maliyyə bazarında fərqləndirici amil yol hərəkəti qaydaları deyil, məhz maliyyə davranışıdır”.
İqtisadçı Natiq Cəfərli yol hərəkəti qaydalarını pozan sürücülərə kredit verilməməsi təklifinə sərt reaksiya verib. O bildirib ki, sürücünün intizamı ilə bank öhdəlikləri arasında heç bir məntiqi əlaqə yoxdur. Ekspertin fikrincə bankların əsas meyarı vətəndaşın maliyyə tarixçəsi olmalıdır.
Dünya təcrübəsində də belə bir yanaşmanın olmadığını deyən Natiq Cəfərli vurğulayıb ki, inzibati xətalarla maliyyə münasibətlərini qarışdırmaq yanlışdır. O qeyd edib ki, əsas meyar vətəndaşın əvvəlki borclarını necə ödəməsidir və bu qayda beynəlxalq praktikaya uyğun olaraq saxlanılmalıdır.
“Əgər məqsəd vətəndaşların məsuliyyətini artırmaqdırsa, bunun üçün ayrıca hüquqi mexanizmlər mövcuddur. Kredit sistemini digər sahələrlə qarışdırmaq düzgün deyil. Hesab edirəm ki, ölkəmizdə də beynəlxalq praktikaya uyğun olaraq kredit tarixçəsi əsas meyar kimi qalmalıdır”, – deyə o əlavə edib.
26-02-2026, 20:55
Zelenski Hersoqla sanksiyaları müzakirə etdi


Zelenski Hersoqla sanksiyaları müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski İsrail Prezidenti İsxak Hersoq ilə təhlükəsizlik zəmanətləri və İrana qarşı sanksiyalar məsələsini müzakirə edib.
Zelenski BMT Baş Assambleyasında Rusiyanın genişmiqyaslı hücumunun dördüncü ildönümü ilə bağlı qətnaməyə görə İsrailə təşəkkür edib və müharibənin dayandırılması, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, terrora dəstək verən heç bir qüvvə cəzasız qalmamalıdır. Zelenski İranın Rusiyaya “Shahed” tipli pilotsuz uçuş aparatları verməsini xatırladaraq, rəsmi Tehranın addımlarını diqqətlə izlədiklərini qeyd edib.
26-02-2026, 20:26
ABŞ-nin İrana qarşı əsas tələbləri AÇIQLANDI


ABŞ-nin İrana qarşı əsas tələbləri AÇIQLANDI

ABŞ-ın İrana Cenevrə danışıqlarında irəli sürdüyü tələblər məlum olub.
“The Wall Street Journal” nəşrinin amerikalı rəsmilərə istinadən yaydığı məlumata görə, Vaşinqton Tehrandan Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç əsas nüvə obyektinin ləğvini tələb edir. Bundan əlavə, ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarının tam şəkildə Amerika nəzarətinə verilməsində israrlıdır.
Məlumata əsasən, ABŞ tərəfi uranın sıfır səviyyədə zənginləşdirilməsi prinsipini əsas şərt kimi irəli sürüb. Bununla yanaşı, danışıqlar aparan nümayəndə heyəti tibbi məqsədlər üçün aşağı səviyyəli zənginləşdirmə aparılması məqsədilə Tehrandakı reaktorun yenidən işə salınmasını müzakirə etməyə hazır olduğunu bildirib.
Vaşinqton mümkün razılaşmanın müddətsiz olmasını istəyir. Sanksiyaların isə ilkin mərhələdə minimal şəkildə yumşaldılması, sonradan isə əlavə güzəştlərin mümkünlüyü nəzərdə tutulur.
WSJ yazır ki, İran tərəfi uranın zənginləşdirilməsinin uzunmüddətli dayandırılmasını və ya prosesin ərəb–İran konsorsiumu vasitəsilə həyata keçirilməsini istisna etmir. Bu model ABŞ üçün əlavə nəzarət mexanizmi yarada bilər.
Qeyd edək ki, bu gün Cenevrədə ABŞ və İran arasında nüvə sazişi ilə bağlı danışıqların üçüncü raundu başlayıb. Bundan əvvəlki görüş fevralın 17-də keçirilib. İranın xarici işlər naziri Abbas Əraqçi əvvəlki görüşdən sonra tərəflərin əsas məsələlər üzrə razılıq əldə etdiyini və detallara keçməyə hazır olduqlarını bildirmişdi.
26-02-2026, 20:21
Marketlərdən oğurluq edən şəxslər SAXLANILIB


Marketlərdən oğurluq edən şəxslər SAXLANILIB

Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E.Qədirov və 39 yaşlı R.Gözəlov müəyyən edilərək saxlanılıblar. Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.
Saxlanılanlardan E.Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
26-02-2026, 19:11
Rusiya hərbçiləri Ermənistan sərhədini tərk etdi


Rusiya hərbçiləri Ermənistan sərhədini tərk etdi

Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsində rusiyalı sərhədçilər erməni hərbçilərlə əvəz olunub.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan hökumətinin 2021–2026-cı illər proqramının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən hesabatda bildirilir ki, 1 mart 2025-ci il tarixindən etibarən Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində xidməti yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları həyata keçirir.
Sənəddə qeyd olunur ki, 2026-cı ilin əvvəlindən “Axurik” sərhəd-keçid məntəqəsində də xidmət tam şəkildə Ermənistan MTX-nin Sərhəd Qoşunları tərəfindən icra edilir. Hazırda Ermənistan sərhədlərində fəaliyyət göstərən bütün keçid məntəqələri ölkənin sərhəd qoşunlarının tam nəzarəti altındadır.
26-02-2026, 18:53
Səfirliyi yandırmaq hədəsinə 5 il


Səfirliyi yandırmaq hədəsinə 5 il

Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
İttihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev 2025-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib.
O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq "əlinə lopa alıb" səfiri yandıracağını deyib.
Ulfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ulfan Əliyevə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
26-02-2026, 02:22
Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI


Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla baş tutan son telefon danışığı barədə məlumat verib.
Zelenski bu barədə “Telegram” səhifəsində paylaşım edib. O bildirib ki, danışıq zamanı Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də müzakirələrə qoşulublar. Prezident qeyd edib ki, tərəflər müharibənin dayandırılması istiqamətində aparılan proses və komandaların gördüyü işlər ətrafında fikir mübadiləsi aparıblar.
Zelenski PURL proqramının əhəmiyyətini vurğulayıb, həmçinin Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi üçün ABŞ-dən hava hücumundan müdafiə sistemlərinin alınmasının vacibliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, telefon danışığında Cenevrədə keçiriləcək ikitərəfli görüşün gündəliyi və martın əvvəlində planlaşdırılan üçtərəfli formatda növbəti danışıqlara hazırlıq məsələləri də müzakirə olunub.
Ukrayna lideri bu prosesin gələcəkdə dövlət başçıları səviyyəsində görüşə zəmin yaradacağına ümid etdiyini bildirib və müharibənin başa çatması üçün ardıcıl diplomatik addımların vacibliyini qeyd edib.
26-02-2026, 01:47
Braziliyada daşqınlarda 40 nəfər ölüb


Braziliyada daşqınlarda 40 nəfər ölüb

Braziliyanın cənub-şərqindəki Minas Jeraes əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölüm sayı 40-a çatıb, 27 nəfər hələ itkindir.
Juiz de Fora və Uba şəhərlərində daşqın və torpaq sürüşmələri təxminən 3 600 nəfəri evsiz qoyub. Yerli və federal hakimiyyətlər zərərçəkənlərə yardım və sığınacaq təmin edir.
Əyalətdəki Juiz de Fora şəhəri bu ilin fevralını tarixdə ən çox yağış düşən ay kimi qeyd edib. Daşqınlar zamanı çox sayda ev dağılıb və insanların həyatına təhlükə yaranıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!