Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
2-07-2024, 21:45
Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür


Azərbaycan Türkiyənin ən böyük qaz tədarükçüsüdür

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazın ixracını əhəmiyyətli dərəcədə artırıb. Artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,02 faiz təşkil edib.
Bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatında deyilir. Məlumatlara əsasən, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyon kubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.
Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyənin ən böyük qaz tədarükçüsü olub.
İkinci yerdə 544 milyon kubmetrə yaxın qaz ixracı ilə İran yer alıb. Bu göstərici 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faiz azalıb.
Türkiyəyə təbii qazın ixracının həcminə görə üçüncü ölkə Rusiyadır. Hesabat dövrü ərzində Rusiya Türkiyəyə 413,24 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə 76,01 faiz azdır (1,524 milyard kubmetr).
2-07-2024, 20:22
Ukrayna üçün yeni yardım paketi - 2.3 milyard...


Ukrayna üçün yeni yardım paketi - 2.3 milyard...

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.
Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşündən sonra bildirib.
Amerikalı nazirin sözlərinə görə, yeni paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri daxil olacaq.
ABŞ-ın Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra elan edilib. Bayden bildirib ki, 225 milyon dollarlıq paketə HIMARS sursatları, "Stinger" yer-hava raketləri və HAWK hava hücumundan müdafiə raketləri daxildir.
"Associated Press" agentliyi mənbələrə istinadən bildirir ki, ABŞın yeni hərbi yardım paketi iyunun 25-də açıqlanacaq. Məlumata görə, paketə HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər, 105 mm və 155 mm çaplı artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlar və qumbaraatanlar daxil olacaq.
2-07-2024, 20:12
Su anbarında batan şəxs təyyarə ilə axtarılır


Su anbarında batan şəxs təyyarə ilə axtarılır

Mingəçevirdə batdığı ehtimal olunan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub.
21 iyun 2024-cü il tarixində Mingəçevir su anbarında batdığı ehtimal olunan Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Vüqar Oruc oğlu Həsənovun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.
2-07-2024, 19:45
Magistraturaya qəbulun nəticələri açıqlandı


Magistraturaya qəbulun nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
2-07-2024, 19:12
“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

“Şərqi Zəngəzur-Quruculuq və Böyük Qayıdışın ünvanı”

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) yazıçı-publisist, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun yeni çapdan çıxan “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” kitabının təqdimatı olub.
MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tədbiri giriş sözü ilə açıb, bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur – Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi çərçivəsində nəşr edilən kitabda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz siyasi iradəsi, qətiyyətli sərkərdəlik bacarığı sayəsində xalqımızın və rəşadətli ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, dövlətimizin başçısının rəhbərliyi ilə Şərqi Zəngəzur iqtisadi rayonunda başlanan genişmiqyaslı işlər zəngin informasiya və analitik materiallarla əks olunub. Natiq qeyd edib ki, “Prezident İlham Əliyev Şərqi Zəngəzurun bərpasının və Böyük Qayıdışın memarıdır” adlı “Ön söz”lə açılan kitabda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 44 günlük tarixi qələbədən bir neçə gün sonra - 16 noyabr 2020-ci ildə Şərqi Zəngəzur bölgəsinə ilk səfərlərindən başlayaraq Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında çoxsaylı görüşlərinə, açılış və təməlqoyma törənlərinə dair məlumatlar rəngli fotolarla 60-dan çox başlıqla Zəfər, Dirçəliş və Böyük Qayıdış fəsillərində təqdim olunub.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasov təqdim edilən kitabda Vətənimizin ayrılmaz parçası olan Zəngəzurun tarixi keçmişi, Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması haqqında qərarının siyasi əhəmiyyəti, nankor qonşularımızın törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılması üçün gerçəkləşən Dövlət proqramlarının, reallaşan layihələrin bugünkü mənzərəsi və gələcək perspektivləri, Şərqi Zəngəzurun iqtisadi potensialı, təbii sərvətləri barədə materiallara geniş yer verilməsini müsbət dəyərləndirib.
“Zəfər” ordenli şəhid polkovnik Babək Səmidlinin bacısı Röxsanə Səfərzadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısının kitabda geniş sənədli yazılı materiallarla, foto-şəkillərlə əks olunmasını razılıqla qeyd edib. Bildirib ki, MEK-də yeni yaradılmış “Qarabağ Qəhrəmanları” Fondunda müəllifin “Şəhidlər”, Qardaşlığın Zəfəri” kitabları ilə yanaşı bu nəşr də öz layiqli yerini tutacaqdır.
MEK-in elmi katibi Şəbnəm Rüstəmova QHT Agentliyinin ciddi informasiya, maarifləndirmə yönümlü layihələri maliyyələşdirməsinin əhəmiyyətini vurğulayaraq yüksək poliqrafik formatda rəngli tərtibatda nəşr edilmiş 240 səhifəlik kitabın MEK-ə təqdim edilən nüsxələrinin AMEA-nın kitabxanalarına, elm və təhsil müəssisələrinə də paylanacağını bildirib:
“Kitabdakı materillardan aydın görünür ki, Prezident İlham Əliyevin nəşrin üz səhifəsində də əks olunmuş bu fikri artıq gerçəkləşmə yolundadır: “Mən demişdim ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.
Səmimi fikir mübadiləsindən sonra çıxış edən müəllif Hacı Nərimanoğlu kitabın donoru QHT Agentliyinə və təqdimatda iştirak edən şəhid ailələrinin üzvlərinə, Qarabağ müharibəsi veteranlarına, AMEA, BDU, QHT və KİV əməkdaşlarına təşəkkürünü bildirib.
İştirakçılara kitabın nüsxələri, üzərində QHT-nin loqosu və layihənin adı həkk olunmuş qələmlər hədiyyə olunub.
1-07-2024, 23:25
Aeroport yolunda ağır qəza: 6 maşın toqquşdu


Aeroport yolunda ağır qəza: 6 maşın toqquşdu

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Hadisə şahidləri bildirib ki, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.
1-07-2024, 23:16
Bu kənd palçıq altında qalıb, sakinlər köçürülür - VİDEO


Bu kənd palçıq altında qalıb, sakinlər köçürülür - VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi baş verib.
Nəticədə kəndin yolları, evlər və digər obyektlər palçıq altında qalıb.
Kənddə yaşamaq təhlükəli olduğu üçün sakinlərin köçünə başlanılıb.
Ətraflı İTV-nin hazırladığı süjetdə:

1-07-2024, 22:35
Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - AÇIQLAMA


Hərbi xidmətə yararsız şəxslərin aqibəti necə olacaq? - AÇIQLAMA

35 yaşı tamam olmamış və əvvəlki illərdə barələrində yararsız qərar qəbul edilmiş, lakin möhlət hüququ bitən vətəndaşların müayinəsi də təkrar hərbi həkim komissiyası tərəfindən həyata keçiriləcək.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev deyib.
Qurum rəsmisinin sözlərinə görə, yenidən yararsızlıq barədə qərar qəbul edilməsi üçün isə çağırışçılar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriləcəklər:
"Əvvəlki qayda ilə Hərbi Komissarlıq tərəfindən elektron bildiriş göndərilməklə çağırışçılar çağırışa cəlb olunacaqlar. Çağırışa cəlb olunan şəxslər mütləq müayinə metodlarından keçməsi üçün elektron qaydada tibb müəssisəsinə yönləndiriləcəklər. Tibb müəssisəsindən qeydiyyatdan və müayinədən keçdikdən sonra əllərindəki nəticələr Səfərbərlik Xidmətinin elektron sisteminə yüklənəcək. Səfərbərlik Xidməti həmin şəxsləri doqquz həkimdən ibarət hərbi-həkim komissiyası tərkibində müayinə edəcək, onlar barədə yararlı, məhdud yararlı və yararsızlıq barədə qərar qəbul edəcək. Yararlı şəxslər birbaşa hərbi xidmət üçün hərbi hissələrə veriləcəklər".
Qeyd edək ki, bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirir.
1-07-2024, 21:58
Avro-2024: Növbəti 1/4 finalçı


Avro-2024: Növbəti 1/4 finalçı

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Fransa və Belçika yığmaları üz-üzə gəlib. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 85-ci dəqiqədə Belçikanın heyətində avtoqol müəllifi olan Yan Vertongen vurub.
Bununla da Fransa adını 1/4 final mərhələsinə yazdırıb.
Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
1-07-2024, 21:17
Blinkendən Bakı və İrəvana mesaj: "Sülh mümkündür"


Blinkendən Bakı və İrəvana mesaj: "Sülh mümkündür"

ABŞ indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkanların olduğunu düşünür.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
“Ölkələr arasında sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var, bu, onilliklər davam edən münaqişəyə son qoyacaq və hesab edirəm ki, regionda iqtisadi əlaqələr, iqtisadi artım, şimal və cənub, qərb və şərq ölkələri arasında əlaqələrin qurulması baxımından böyük imkanlar yaradacaq”, - deyə Blinken vurğulayıb.
O, bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını xatırladıb.
Blinken ölkəsinin diplomatiya vasitəsilə Azərbaycan və Ermənistanı sülh sazişinə yaxınlaşdırmağa çalışdığını vurğulayıb.
"Hesab edirəm ki, bu, Azərbaycan və Ermənistan xalqlarının maraqlarına tam cavab verir", - amerikalı diplomat qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!