Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
28-06-2024, 18:29
İranda seçki daha iki saat davam edəcək


İranda seçki daha iki saat davam edəcək

İranda növbədənkənar prezident seçkilərində səsvermə vaxtı 2 saat uzadılıb.
Bu barədə ölkənin Seçki Komissiyasının mətbuat katibi Möhsün Eslami deyib.
O, ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
28-06-2024, 18:22
MSK sabah seçkilərlə bağlı qərar verəcək


MSK sabah seçkilərlə bağlı qərar verəcək

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar iclası keçiriləcək.
İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” qəbul ediləcək, MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub.
Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.
Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edilib.
İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. Sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
28-06-2024, 18:14
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı


FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğın barədə məlumat yayıb.
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 500 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, havalandırma qurğusunun izolyasiya üzlüyü 30 m² sahədə, 1 ədəd elektrik lövhəsi və 25 p.m elektrik kabeli yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
28-06-2024, 18:10
Parisdə yenidən etirazlar başlayır


Parisdə yenidən etirazlar başlayır

Parisin nəqliyyat həmkarlar ittifaqları sağçı Milli Birlik partiyasının parlament seçkilərində qalib gələcəyi təqdirdə tətillə hədələyib.
Marin Le Penin partiyası parlament seçkilərin ikinci turunda deputat yerlərinin mütləq əksəriyyətini qazanarsa, “Solidaires” həmkarlar ittifaqı Parisin nəqliyyat işçilərini tətil və nümayişlərə çağırıb. “Solidaires” hesab edir ki, Le Penin partiyası “fəhlələrin düşmənidir” və dövləti parçalayır.
Bundan əvvəl Ümumi Əmək Konfederasiyası həmkarlar ittifaqı (CGT) “Solidaires” ilə birlikdə “sağlara qarşı vahid cəbhə” yaratmağa və “təcili sosial ədalət tədbirləri” tətbiq etməyə çağırmışdı. CGT solçu partiyaların koalisiyasına, “Yeni Xalq Cəbhəsi”nə dəstəyini açıq şəkildə ifadə edir.
İyunun 9-da Fransada Avropa Parlamentinə keçirilən seçkilərdə Milli Birlik partiyası 31,36 faiz səs toplayaraq prezident Emmanuel Makronun tərəfdarlarının koalisiyasını iki dəfədən çox qabaqlayıb. Bundan sonra Makron Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və iki mərhələdə - iyunun 30-da və iyulun 7-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib. Sorğulara görə, fransızların 37 faizi Milli Birlik partiyasına səs verməyə hazırdır, prezident koalisiyası isə 20 faizdən də az səs toplaya bilər.
28-06-2024, 17:55
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq


Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyunun 29-da Daşkəsən–Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara bölgəsində leysan xarakterli yağış yağacağı və dolu düşəcəyi gözlənilir ki, bu da qeyd olunan ərazilərdən axan çaylarda sululuğun artması və sel keçməsi ehtimalını yaradır. Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Baş hidroloq sel təhlükəsi olan ərazilərdən axan çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.
28-06-2024, 17:51
ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib


ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib

ABŞ Azərbaycanı NATO sammitinə dəvət edib.
Bu barədə Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomat bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşların toplantısına dəvət edib.
"Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermınistanın da daxil olduğu NATO tərəfdaşlarının tədbirinə ev sahibliyi edəcək. Mən hər iki ölkənin iştirakını gözləyirəm. Bu ölkələr də daxil olmaqla, ümümilikdə 30 ölkə orda birgə iştirak edəcək", - o deyib.
Qeyd edək ki, NATO-nun Vaşiqnton sammiti 9-11 iyul tarixlərində keçiriləcək.
28-06-2024, 17:47
Dostu Baydeni seçki yarışından çəkilməyə çağırdı


Dostu Baydeni seçki yarışından çəkilməyə çağırdı

ABŞ prezidenti, prezidentliyə namizəd Co Baydenin dostu və məşhur publisist Tomas Fridman onu təcili olaraq seçki yarışından çəkilməyə, "Amerikanı xilas etməyə" çağırıb.
"Mən Bayden-Tramp debatına baxdım və bu, məni ağlatdı. Yaxşı insan və yaxşı prezident olan Co Bayden yenidən seçilmək hüququ yoxdur”, - o qeyd edib.
Fridman Baydenin ailəsi və siyasi komandasının tez bir zamanda bir araya gəlməli və prezidentlə ən çətin söhbəti - "sevgi, aydınlıq və qətiyyət haqqında söhbət" etməli olduğuna inandığını ifadə edib.
"Gənc Co Bayden belə bir lider ola bilərdi, amma zaman ona yetişdi. Bu, cümə axşamı günü ağrılı və qaçılmaz şəkildə aydın oldu. Əgər o [namizədliyini geri götürərsə], adi amerikalılar Co Baydeni tərifləyəcəklər", - Fridman yazıb.
28-06-2024, 17:40
Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatlar təsdiqləndi


Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatlar təsdiqləndi

Avropa İttifaqı ölkələrinin liderləri növbəti beş il üçün Avropa qurumlarının ən yüksək vəzifələrinə təyinatları təsdiqləyiblər.
Avropa Şurasının səlahiyyət müddəti başa çatan rəhbəri Şarl Mişel X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Ursula fon der Leyen 5 il müddətinə Avropa Komissiyasının rəhbəri, Estoniyanın baş naziri Kaja Kalas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa Şurasının rəhbəri seçilib.
Təyinat üçün Avropa Parlamentində səsvermə keçiriləcək.
28-06-2024, 17:23
Ceyhun Bayramov Blinkenin köməkçisilə nə danışdı


Ceyhun Bayramov Blinkenin köməkçisilə nə danışdı

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.
Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əlaqələr və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti görüşdə qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb.
Layihə üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və qanunvericilik aktlarında, ölkəmizin ərazi bürövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməyin, Konstitusiyaya dəyişik edilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, Ermənistanın hərbiləşmə siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
28-06-2024, 15:38
Vətənim

VƏTƏNİM


"Ömür karvanım" kitabının müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yusifova Zəkiyyə Musaqızının "Vətənim" şeirini oxucularımızın diqqətinə çatdırırıq:
VƏTƏNİM

Gözəl məkan qoy baş əyim qarşında,
Səcdə edim torpağında, daşında,
İtaətkar bir zəvvaram qarşında,
Könül açan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Mənim üçün müqəddəssən, əzizsən,
Görən gözüm, sevən ruhum, nəbzimsən,
Azərbaycan, səcdəgahım, Kəbəm sən,
Göz oxşayan məskənimsən, məskənim.
Candan əziz vətənimsən, vətənim!

Anam səni laylasında sevdirib,
Atam müdrik nəsihətlər pay verib,
Qürurundan, vüqarından hay verib,
Uğur saçan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Boy atmışam, o laylalar səsindən,
Güc almışam, nəsihətlər dilindən,
San almışam, müdriklərin elindən,
İşıq saçan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Göz oxşayan üfüqlərin sevmişəm,
Məğrur duran zirvələrin sevmişəm,
Sellər yuyan dərələrin sevmişəm,
Könül açan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Eşitmişəm müdrik oğul, qızları,
Hünəriylə tarixləri yazanı,
Qüdrətilə sipər olan canları,
Uğur saçan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Hər bucağın, hər qarışın ürəyim,
İftixarlı keçmişindir mənliyim,
Saf azadlıq nəğməsidir birliyim,
Könül açan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Gen açdığın qollarına qurbanam,
Uğur saçan yollarına qurbanam,
Saf ürəkli bir təqvalı balanam,
Göz oxşayan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

O üçrəngli bayrağındır ünvanım,
Odlar yurdu kəlməsidir soy adım,
Qürur duyum, zərrən olub yaşayım,
Uğur saçan məskənimsən, məskənim,
Candan əziz vətənimsən vətənim!

Azərbaycan! Qoy baş əyim qarşında,
Səcdə edim torpağında, daşında,
İtaətkar bir zəvvaram qarşında,
Könül açan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Səni sevən milyonlardan biriyəm,
Bağrına bas, nur köksündə isinəm,
Zəkiyyəyəm, şeyda - bülbül kimiyəm,
Göz oxşayan məskənimsən, məskənim,
Candan əziz vətənimsən, vətənim!

Zəkiyyə MUSAQIZI


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!