Paşinyan Ter-Petrosyana da “müharibə” elan etdi .....                        Məhəmməd Sinvarın meyiti tapılıb - TƏSDİQLƏNDİ .....                        Ərdoğan Şəriflə regional məsələlərdən danışdı .....                        Yəməndə məscid atəşə tutuldu - 9 nəfər öldü .....                        Üçqat olimpiya çempionundan yeni dünya rekordu .....                        Azərbaycanın Suriyada növbəti xeyriyyə aksiyası - FOTO .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Ata və oğlunu maşın vurdu .....                        Ukraynanın Donetsk vilayətinə kütləvi atəş - 4 ölü, 9 yaralı .....                       
26-06-2024, 12:47
Sabahın havası


Sabahın havası

İyunun 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi səhər mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 25-30° isti, dağlarda dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.
26-06-2024, 12:38
İran növbədənkənar prezident seçkisi astanasında - Ən vacib detallar


İran növbədənkənar prezident seçkisi astanasında - Ən vacib detallar

İran İslam Respublikası növbədənkənar prezident seçkilərinin astanasındadır - iyunun 28-də ölkənin səsəvermə hüququ olan vətəndaşları sandıq başına keçəcəklər.
İran prezidenti Konstitusiyanın 114-cü maddəsində göstərildiyi kimi, 4 ildən bir xalqın birbaşa səsverməsi ilə seçilir. Prezident ölkənin birbaşa seçilən ən yüksək vəzifəli şəxsi, icra hakimiyyətinin başçısıdır.
Səslərin mütləq əksəriyyətini (50% +1) toplayan namizəd seçkidə qalib gəlmiş sayılır.
Namizədlərdən heç biri kifayət qədər səs toplamasa, növbəti cümə günü ən çox səs toplayan iki namizəd arasında təkrar seçki keçirilir.
İranda seçkilərə buraxılan prezidentliyə namizədlərin təşviqat kampaniyası iyunun 12-dən iyunun 27-dək davam edir.
Prezidentliyə namizədlər siyahısında aşağıdakı adlar yer alıb:

- Seyyid Əmir Hüseyn Qazizadə Haşimi
- Əlirıza Zəkani
- Səid Cəlili
- Mustafa Purməhəmmədi
- Məhəmməd Bakır Qalibaf
- Məsud Pezeşkian.

İrandakı prezident seçkiləri ilə bağlı bəzi vacib detallar bunlardı:

- Ölkə daxilində və xaricdə seçkilər 1-28 iyun 2024-cü il, cümə günü saat 08.00-da başlayacaq.

- Səsvermə müddəti 10 saatdır, lakin müddətin uzadılması daxili işlər nazirinin səlahiyyətindədir.

- Xaricdə 344 səsvermə mərkəzi olacaq, həmin ölkələrdə şəxsiyyətin yoxlanılması pasportla aparılacaq.

– Kanada hökuməti seçki lisenziyası verməyib və seçkilər orada deyil, ABŞ-da keçiriləcək. Seçicilər məntəqələrə şəxsən gedib pasportları ilə səs verə bilərlər.

- Səsvermə məntəqələrində şəxsiyyəti təsdiq edən elektron yoxlama aparılacaq.

– Seçki kampaniyaları iyunun 27-si səhər saat 08.00-da başa çatacaq.

- Namizədlərin hər məntəqədə bir nümayəndəsi ola bilər. Həmin nümayəndələr səslər hesablanana qədər forada olurlar.

- Səslərin sayılmasından şəkil çəkmək qadağandır.

- Ölkə daxilində 58 640 məntəqə səs verməyə hazırdır.

- Birinci mərhələdə namizədlər səslərin mütləq əksəriyyətini ala bilməsələr, seçki ikinci mərhələyə keçir. Ən çox səs toplayan iki nəfər ikinci mərhələyə keçəcək.

– Seçkilər ikinci tura keçərsə, təkrar seçki iyulun 5-də keçiriləcək.

- Doğum tarixi 29 iyun 2005-ci ildən əvvəl olanlar seçkilərdə iştirak edə bilərlər.

– Seçkilərin birinci turunda iştirak etməyənlərin ikinci turda iştirakına heç bir maneə yoxdur.

- Namizədlər namizədliklərini geri götürmək qərarına gəldikdə, bu barədə şəxsən və ya nümayəndələri vasitəsilə seçki mərkəzinə yazılı məlumat verməlidirlər, lakin qanunda namizədlikdən imtina üçün müddət nəzərdə tutulmayıb.
26-06-2024, 12:30
NATO-ya yeni baş katib seçildi


NATO-ya yeni baş katib seçildi

Mark Rutte NATO-nun yeni baş katibi olaraq təsdiq edilib.
Yens Stoltenberqdən sonrakı baş katib Rutte olacaq.
26-06-2024, 12:01
Türkiyə MN Azərbaycan ordusunu təbrik etdi


Türkiyə MN Azərbaycan ordusunu təbrik etdi

“Azərbaycan türkü qardaşlarımızın dinclik və təhlükəsizliyi üçün qəhrəmanlıq və fədakarlıqla xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin qurulmasının 106-cı ili qutlu olsun. Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
26-06-2024, 11:50
Rusiya Ermənistana silah-sursat tədarükünü dayandırıb - Qriqoryan


Rusiya Ermənistana silah-sursat tədarükünü dayandırıb - Qriqoryan

Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığı 96%-dən 10%-ə qədər azalıb.
Bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, Rusiyanın seçimi olub.
“Məhz Rusiya silah və sursat tədarük etməmək qərarına gəlib. Onlar hələ də 2021 və ya 2022-ci il üçün müqavilələr üzrə nəzərdə tutulan silahları tam çatdırmayıblar”, - Qriqoryan bildirib.
Ermənistanla Rusiya arasında təhlükəsizlik sahəsində münasibətlərin necə inkişaf edəcəyinə gəlincə, Təhlükəsizlik Şurasının katibi deyib ki, bu, Rusiyanın bütün mövcud problemlərə necə reaksiya verəcəyindən asılıdır.
Təchizatdan imtinanın nə ilə əsaslandırıldığını soruşduqda, Qriqoryan Ermənistanda əsas səbəbin Ukrayna ilə müharibə olması ilə bağlı izahat eşitdiklərini söyləyib.
“Ancaq 2021-ci ildə imzalanmış müqavilələr də var. Ad çəkmək istəmirəm, bir dəfə Ermənistandan olan yüksək rütbəli məmura demişdilər ki, əgər Rusiya bizə silah-sursat versə, mövqelərimiz daha da sərtləşəcək və bu da bir səbəbdir ki, onlar tədarükü dayandırıblar”, - deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
26-06-2024, 11:23
Ermənistan bizi Rusiya və Avropa ilə birləşdirə bilər - Hindistan XİN


Ermənistan bizi Rusiya və Avropa ilə birləşdirə bilər - Hindistan XİN[/color]

"Ermənistan Hindistanı Avropa və Rusiya ilə birləşdirə bilər".
Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib:
"Şimal-Cənub yaxın 5 ildə inkişaf edəcək. Dəhlizdə rəqəmsal rabitə, avtomobil və dəmir yolu infrastrukturunu təmin edən komponentlər var. Dəhlizdə avtomobil yollarının, dəmir yollarının modernləşdirilməsi zamanı yüklərin daşınması, informasiya mübadiləsi və digər proseslər mümkün olacaq və digər infrastrukturlar və gömrük prosesləri uyğunlaşdırılacaq."
Qeyd olunub ki, bundan əlavə, 2023-cü ilin payızında Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) istifadəyə verildiyini elan edib.
26-06-2024, 11:11
MİQ imtahanları ixtisaslar üzrə bu tarixlərdə keçiriləcək - Sİyahı


MİQ imtahanları ixtisaslar üzrə bu tarixlərdə keçiriləcək - Sİyahı

2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərildi.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunacaq.

26-06-2024, 10:59
219 nəfərdən 15-i sağdır - Yaşayan Milli Qəhrəmanlar


219 nəfərdən 15-i sağdır - Yaşayan Milli Qəhrəmanlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev I Qarabağ müharibəsinin şəhid döyüşçüsü Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.
Natiq Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra bu fəxri ada layiq görülüb.
Bununla da Milli Qəhrəman adını alanların sayı 219-a çatıb.
Bundan əvvəl “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və İbad Hüseynova verilmişdi.
Beləliklə, hazırda Azərbaycanın 219 Milli Qəhrəmanından 15 nəfəri sağdır.
Onların adlarını şəkillərinin sıralanması üzrə təqdim edirk:



1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. Rövşən Əkbərov

4. Vahid Quliyev

5. Mirzə Quliyev

6. Şahin Tağıyev

7. Fəxrəddin Cəbrayılov

8. Ehtiram Əliyev

9. Fariz Qəhrəmanov

10. Mədət Quliyev

11. Zabit Quliyev

12. Fariz Mədətov

13. Mövsüm Məmmədov

14. Sahil Məmmədov

15. İbad Hüseynov

26-06-2024, 10:47
Bakıda hərbi yürüşlər keçirilir


Bakıda hərbi yürüşlər keçirilir

Bu gün səhər saatlarından Bakının müxtəlif küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri başlayıb.
Yürüşlər hərbi orkestrlərin müşayiəti ilə keçirlir.
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə keçirilən yürüşlər beş marşrut üzrə təşkil olunub.
Hərbçilərin Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Yürüşlər Bakıda Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə təşkil edilib.
Qeyd edək ki, bu gün, həmçinin saat 19:00-dan 21:00-dək Sumqayıt Dənizkənarı Bulvar ərazisi, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində müəyyənləşdirilmiş yerlərdə orkestrlərin nümunəvi çıxışları olacaq.
26-06-2024, 06:33
SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN ƏMƏLİYYATI...

SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN əməliyyatının qarşısını alan Azərbaycanlı QƏHRƏMAN zabitlər kimlərdir?

Ötən yazılarımızda ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılovun Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini “Qurbanəli İsmayılov: “Heydər Əliyevlə bircə dəfə görüşmək kifayətdir ki, onun nə qədər müdrik və dahi şəxsiyyət olduğunu görəsən” başlıqlı məqalədə davamlı olaraq yazmışdıq. Qurbanəli müəllim elə mətləblərdən danışdı ki, onu qələmə almamaq olmur. Daha doğrusunu desəm, həyəcanlanmamaq mümkün deyil. 1990-cı illərdən sonra Sovet ordusunun balansında olan təyyarələrin, hərbi texnika və döyüş sursatlarının yerləşdiyi ərazidən məxvi şəkildə çıxarılması prosesini əngəlləyən zabitlər barədə söhbətlər hər kəsin marağına səbəb olacaq. Bu əməliyyatda qəhrəmanlıq göstərən zabitləri və bu işlərə rəhbərlik edənləri tanıyacaqsınız. Beləliklə Qurbanəli İsmayılovla gərgin və maraqlı söhbətimizə başlayırıq. İlk sualmızı verirəm.
-Məlumat aldınız ki, Azərbaycanda vəziyyət gərgindir. Bəs müalicənizi yarımçıq qoyub Bakıya qayıtmağınızın əsas səbəbi nə idi?
-1992-ci ilin fevral ayında mən müalicə üçün Kırımdakı sanatoriyaların birində idim. Həmin vaxt «Mayak» radiostansiyasında bir xəbər verildi ki, Dağlıq Qarabağdakı Xocalı qəsəbəsində birneçə nəfərin öldürülməsi səbəbindən Azərbaycan xalqı ayağa qalxıb. «Mayak» radiostansiyasının xəbərindən anladım ki, nəsə dəhşətli hadisələr baş verib. Əks halda, xəbərləri ciddi senzuradan keçən «Mayak» radiostansiyası belə bir xəbəri verməzdi. Evə zəng etdim. Evdən bildirdilər ki, Sovet və erməni qoşunları Xocalıya basqın edib, böyük soyqırım törədiblər, çoxlu sayda insan öldürülüb. Dərhal müalicəmi yarımçıq qoyaraq, Azərbaycana döndüm. Gəncəyə, ordan da Şəmkirə gəldim. Hər yerdən insanlar üzüntü içində idi.
Evdə dayanmayıb, birbaşa hərbi hissəyə getdim. Yolda öyrəndim ki, Xalq Cəbhəsinin yerli şöbəsinin rəhbərləri məni axtarır. Onlar da Şəmkirdəki rus hərbiçilərinin çıxarılması üçün azərbaycanlı zabitlərdən dəstək istəyirdilər.
Nə isə, hərbi hissəyə gəldim. Gördüm ki, şəxsi heyət üzrə komandir müavini olduğum hərbi hissədəki azərbaycanlı zabitlər və gizirlər məni gözləyir. Qeyd edim ki, məndən başqa həmin hərbi hissədə 3 zabit və 20-yə yaxın azərbaycanlı gizir vardı. Hamımız bir yerə yığıldıq ki, bundan sonra hansı addımı atacağımızla bağlı müzakirə aparaq. Açığı gördüm ki, hamının gözü məndədir, qərarı mənim verməyimi istəyirlər. Mən də bildirdim ki, azərbaycanlı olduğumuza görə, Azərbacan dövləti üçün xidmət etməliyik. Ancaq hərbi hissəni tərk etsək, Rusiya burdakı texnikanı, təyyarələri, silah-sursatı aparacaq. Ona görə də, burda qalmalı, çalışıb heç bir texnikanın Azərbaycandan çıxarılmasını imkan verməməliyik. Bu texnika Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağ müharibəsinin qələbə ilə başa çatması üçün ölkəmizə lazımdır.

Bu sualımıza cavab olaraq bildirirəm ki, orada baş verən hadisələr haqda müəyyən məlumat vermək lazımdır. Qeyd edim ki, SSRİ dağılsa da, onun müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda yerləşən hərbi hissələri qalırdı. Rusiya bu hərbi hissələrin ona məxsus olduğunu bildirsə də, məsələ mübahisəli idi. Xüsusən hərbi texnikanın taleyilə bağlı konkret bir qərar, razılaşma yox idi. Buna görə də bir çox azərbaycanlı zabitlər, o cümlədən mən bu hərbi hissələrdə qalıb, qulluq edirdik
-SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN məxfi planının qarşısını alan Azərbaycanlı zabitlər barədə nə deyə bilərsiniz?
-Həmin hərbi təyyarələrin Azərbaycanda saxlanılmasında adlarını çəkəcəyim cabitlərdən Vladimir Kravtsovu deyə bilərəm, lakin Aleksandr Pleşanın ciddi rolunun olduğu haqda deyilənlər həqiqətə uyğun deyil. Nasosnuda olan 30 ədəd Miq-25PD markalı təyyarənin necə Azərbaycana saxlanılması barədə dəqiq məlumatım yoxdu. Ancaq Dəllərdə baş verənlərin şəxsən iştirakçısı olmuşam. Aleksandr Pleşanı da yaxından tanıyıram. Ancaq o, həmin alayın eskadrilya komandiri idi. Eyni zamanda Şəmkirdə mənim qonşum idi. Düzdür, Aleksandr Pleşa sonradan Azərbaycan Hərbi Hava Qüvvələri eskadrilyasının komandiri oldu. Ancaq, bu onun Dəllərdəki hərbi təyyarələrin Azərbaycanda qalmasındakı xidmətləri ilə bağlı deyildi. BU MİNVALLA QƏRARA ALDIQ Kİ, AZƏRBACAN DÖVLƏTİ ÜÇÜN XİDMƏT ETMƏLİYİK.

- Sovet hərbi rəhbərlərinin məxvi planlarının qarşısı necə alındı?

-RUSİYANIN MƏXFİ PLANLARINI AZƏRBAYCAN MN-nin BAŞ QƏRARGAH RƏİSİNƏ ÇATDIRDIM.
Bunun üçün hansı addımları atacağımıza gəldikdə isə, bildirdim ki, bu haqda hər kəslə ayrıca söhbət olacaq. Bunu da onun üçün etdim ki, əgər içəridən kimsə bu haqda hərbi hissənin rəhbərliyinə xəbər vermək istəsə, ümumi plan haqda məlumatı olmasın. Hamı razılaşdı. Və o da qərara alındı ki, kim bu plan barədə hərbi hissənin rəhbərliyinə xəbər verərsə, satqınlıq edərsə ən ağır şəkildə cəzalandırılsın.
Qərar qəbul elədim ki, Bakıya gəldim.

Həmin vaxt Bakıda müdafiə nazirin müavini olan polkovnik Mehman Səlimovla şəxsi tanışlığım vardı. Mənim tələbə yoldaşım idi. Onunla əlaqə saxladım və məsələ ilə bağlı məlumat verdim. Mehman Səlimov məni nazirliyin rəhbərliyilə görüşdürəcəyini bildirdi. Nazirliyə gəldim və polkovnik Səlimov məni Baş Qərargah rəisinin yanına apardı. Baş Qərargah rəisnə və nazirlikdə mühüm vəzifə tutan general-leytenant Valeh Eyyuboviçlə görüşdüm. Onlara Gəncə və onun ətrafında, Qazaxda, Şəmkirdə, qulluq etdiyim ordu birləşməsində hansı qüvvələrin olduğu, hansı hazırlıqların getdiyi haqda qısa məlumat verdim. Mən komandir müavini olduğumdan Hərbi Şuraya gedərdim, eyni zamanda məxfi yazışmalar haqda məlumat almaq imkanım vardı. Buna görə də Rusiyanın planları barədə tam məlumatlı idim. Bütün bildiklərimi Baş Qərargah rəisinə çatdırdım.
Düzdür, rus zabitləri məndən müəyyən məlumatları gizlətmək istəyirdilər. Ancaq müxtəlif yollarla məndən gizlədilən məlumatları əldə edirdim. Həmin məlumatlara əsasən Rusiyanın Dəllərdə təyyarələri və silah-sursatı Azərbaycandan çıxarmağa hazırlaşdığını bildirdim.

-Həmin dövrdə Dəllərdə yerləşən hərbi hissənin siyasi və tərbiyəvi işlər üzrə komandir müavini işləyirdim. Sovet ordusunun tabeçiliyində olan təyyarələrin Azərbaycandan çıxarılmasının qarşısını almaq qərarına gəldik. Amma necə?

Bu suala cavab tapmaq çətin idi. Yollar düşünürdük.
MOSKVA İSƏ BÜTÜN HƏRBİ TEXNİKANI RUSİYAYA DAŞIMAQ İSTƏYİRDİ. Hətta MDB dövlətlərinin Belarusiyanın Minsk şəhərində keçirilən hərbi toplantısında bildirimişdilər ki, müəyyən kvota çərçivəsində təyyarə və silah-sursatın bir quismi yerləşdiyi dövlətlərə verilsin. Amma Rusiyalı hərbçilə bununla razılaşmırdı.
Azərbaycan ərazisindəki hərbi texnikanın, o cümlədən hərbi təyyarələrin Rusiyaya məxsus olduğunu xidmət elədiyim hərbi hissənin rəhbərliyi təkidlə vurğulayırdı. Bildirilirdi ki, keçmiş SSRİ-nin əmlakıdır. Onun varisi isə Rusiyadır. Belə olan halda bizim işlərimiz çətinləşirdi. Təbii ki, keçmiş SSRİ-nin tərkib hissəsi olaraq, həmin hərbi əmlakda Azərbaycanın da payı var idi. Ancaq Moskva bütün hərbi texnikanı özününkü elan edərək, Rusiyaya daşımaq istəməsi bizi narahat edirdi. O zaman Rusiya müttəfiq respublikalardakı qarışıqlıqdan, güclü mərkəzi hakimiyyətin formalaşmamasından istifadə edərək keçmiş müttəfiq respublikaların əksəriyyətindən hərbi texnika, silah-sürsatı Rusiyaya daşındı. Məsələn, Gürcüstanda nə qədər hərbi texnika, silah-sursat var idisə hamısı aparıldı. Yalnız Ukraynada, Belarusiyada və Ermənistanda heç nəyə əl vurmadılar ki, bunun da səbəbi məlumdur.
Eyni qaydada Azərbaycandan da həbri texnikanı, silah-sursatı Rusiyaya aparmaq istəyirdilər.

Ölkədə həmin vaxt güclü hakimiyyətin formalaşmaması, siyasi qarşıdurmanın olmasından istifadə edərək, bunu reallaşdırmaq istəyirdilər. Ancaq həmin vaxt Azərbaycanın Müdafiə Nazirliyində olan, eləcə də ölkəmizdəki keçmiş SSRİ-yə aid hərbi hissələrdə qulluq göstərən azərbaycanlı zabitlər belə bir qərara gəldilər ki, buna imkan vermək olmaz. Qərara alındı ki, nəyin bahasına olur-olsun Azərbaycan ərazisində olan keçmiş SSRİ-yə aid hərbi texnika ölkədə saxlanılmalıdır.
Dəllərdə yerləşən kəşfiyyat avia- alayına məxsus 5 MiQ-25 RB və 11Su-24MP - ümumilikdə 16 hərbi təyyarə Azərbaycanda saxlanıldı. Həmin vaxtda Dəllərdən rus hərbiçilərini və ailələrini, eləcə də onların əmlakını aparmaq üçün gələn İl-76 təyyarəsinin bir ədədinin Azərbaycanda saxlandığını bildirilsə də, əslində onların sayı 2 olub. Bu da onunla bağlı idi ki, Rusiya gizlincə Dəllərdə yerləşən kəşfiyyat avia-alayına məxsus 8 təyyarəni qaçırmışdı. Bunun əvəzində biz həmin İl-76 təyyarələrini saxladıq.
(ardı var)

Subut Mehdiyev
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!