Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
10-01-2025, 17:50
Magistr imtahanlarının I cəhdi bu tarixdə keçiriləcək


Magistr imtahanlarının I cəhdi bu tarixdə keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların vaxtı açıqlanıb.
DİM magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdinin keçirləcəyi günü də elan edib.
Belə ki, magistraturaya qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək.
Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq.
Xatırladaq ki, DİM yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçirəcək.
10-01-2025, 17:28
Polis Bakıda əməliyyatlar keçirib - 10 nəfər saxlanılıb


Polis Bakıda əməliyyatlar keçirib - 10 nəfər saxlanılıb

Polis Bakının Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb. Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi pisxotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
10-01-2025, 17:18
Ən yaşlı namizəd bu bələdiyyənin sədridir - 85 yaşı var


Ən yaşlı namizəd bu bələdiyyənin sədridir - 85 yaşı var

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərində 16 mindən çox namizəd mübarizə aparacaq.
Namizədlərdən ən yaşlısı 85 yaşındadır.
O, Cəlilabad rayon Alar Bələdiyyəsinin sədri Bağış Mustafayevdir.
Onun namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülüb.

10-01-2025, 17:10
Azərbaycanda hava şəraitinin mülayim keçməsinin səbəbi açıqlandı - RƏSMİ


Azərbaycanda hava şəraitinin mülayim keçməsinin səbəbi açıqlandı - RƏSMİ

Son günlər ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Belə ki, atmosfer proseslərinin inkişafında isti hava kütlələrinin üstünlük təşkil etməsi hava şəraitinin mülayim keçməsinə səbəb olur.
Bu fikirləri Milli Hidrimeteorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.
Onun sözlərinə görə, yanvarın birinci ongünlüyündə havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Aran rayonlarında 18, dağlıq rayonlarda isə 13 dərəcə isti qeydə alınıb:
"Havanın temperaturu yanvarın 3-də Bakı və Abşeron yarımadasında iqlim normasından 5.6 dərəcə yüksək olub. Son 24 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu müsbət 20.1 dərəcə təşkil edib".
G.Abbasova bildirib ki, yanvarın 11-i və 12-də istirahət günlərində ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Mülayim cənub küləkləri üstünlük təşkil edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 9-14, Aran rayonlarında 8-13, dağlıq rayonlarda isə 3-8 dərəcə isti olacağı gözlənilir".
10-01-2025, 16:43
"Tesla" yeni avtomobilini təqdim etdi - FOTO


"Tesla" yeni avtomobilini təqdim etdi - FOTO

ABŞ-nin "Tesla" şirkəti yenilənmiş "Model Y" krossoverini təqdim edib.
Krossoverin görünüşü dəyişib və daha uzun məsafəli olub.
"Tesla Model Y"nin ön hissəsi "Cybertruck" elektrik mühərrikli pikapının və "Cybercab" pilotsuz taksisinin görünüşünə uyğun hazırlanıb, yeni işıqlandırma avadanlığı, kapot və bamper quraşdırılıb.
Birinci mərhələdə yeni məhsul iki modifikasiyada təklif olunacaq. Avtomobil arxa ötürücülüdür və tam şarjla 593 km getməyə qadirdir.
Yenilənmiş "Tesla Model Y"nin tədarükləri bu ilin yazında başlayacaq.


10-01-2025, 16:28
İranın paytaxtının köçürülməsi yenidən gündəmə gəlib


İranın paytaxtının köçürülməsi yenidən gündəmə gəlib

İranın paytaxtının Tehran şəhərindən köçürülməsi məsələsi yenidən gündəmə gəlib.
İran hökumətinin sözçüsü Fatma Mühaciraninin bununla bağlı bir neçə gün öncə verdiyi aşıqlama ölkədə geniş rezonans doğurub.
Nəticədə Fatma Mühaciraninin bu gün yenidən jurnalistlərə açıqlama verməyə məcbur olaraq, onun adından yayılan məlumatı təkzib edib. O, paytaxtın Mehran şəhərinə köçürüləcəyi ilə bağlı iddialara münasibət bildirib.
"Mən paytaxtın Mehrana köçürüləcəyini deməmişdim, yalnız iki şuranın yaradıldığını bildirmişəm. Bu şuralardan biri mövcud paytaxtın problemlərini, digəri isə dəniz yönümlü iqtisadiyyatın problemlərini - xüsusilə Mehrandakı güclü tərəfləri araşdırır. Bu açıqlamalardan paytaxtın Mehrana köçürüləcəyi qənaətinə gəlmək olmaz”, - deyə F.Mühacirani jurnalistləri qınayıb.
Hökumət sözçüsü daha sonra əlavə edib: "Bu açıqlamalar yalnız araşdırmanın davam etdiyini göstərir. Əvvəllər də qeyd etdiyim kimi, bu məsələ ilə bağlı universitetlərin, ekspertlərin və elitanın fikirlərini eşitməyə hazırıq".
F.Mühacirani hazırkı paytaxtın məhdud yaşayış sahələrinə malik olduğuna işarə edərək, vurğulayıb:
"Bunlara su problemi və Əlborz dağ silsiləsinin vəziyyəti kimi məsələlər daxildir. Dağların bəzi yerlərində demək olar ki, zirvəsinə qədər evlər tikilib.
Paytaxtın köçürülməsi məsələsinin köhnə məsələ olduğunu xatırladan Mühacirani, təxminən 30 ildir bu mövzuda araşdırmalar aparıldığını bildirərək, "dünyada bu mövzuda müxtəlif təcrübələr var. Lakin mənim açıqlamalarımdan çıxarıılan nəticələr doğru deyil”.
10-01-2025, 16:22
Qarabağın işğalına son qoyulması sülhün təmini üçün çox əhəmiyyətli idi


Qarabağın işğalına son qoyulması sülhün təmini üçün çox əhəmiyyətli idi

Qarabağın işğalına son verilməsi həqiqətən də bölgədəki davamlı sülhün təmini baxımından inanılmaz dərəcədə əhəmiyyətli bir mərhələ idi. Artıq bölgədə yaranan sülhün davamlı hala gətirilməsi, rəsmi hal alması vacibdir. Qafqazda son 100 ildə qeyri-sabitliyin hökm sürməsi heç birimizin lehinə olmadı. İndiki sabitliyi davam etdirmək mümkündür və bunun üçün tarixi fürsət yaranıb.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan AZƏRTAC-ın sualını cavablandırarkən bildirib.
”Prezident İlham Əliyevin bu baxımdan qərarlı liderliyini təqdir edirik. Azərbaycan Prezidentinin həm ölkəsini, həm də bölgəni inkişaf etdirmək baxımından atmaq istədiyi addımlar mühüm əhəmiyyət daşıyır”, - deyən nazir bölgədə davamlı sülh istiqamətində artıq imzaların atılması üçün qalan bir neçə maddənin də tamamlanmasının lazım olduğunu bildirib və bu il bunun başa çatacağına ümid etdiyini deyib.
10-01-2025, 16:16
ABŞ-dəki yanğına görə 1 nəfər tutuldu


ABŞ-dəki yanğına görə 1 nəfər tutuldu

Los-Anceles polisi bölgədə baş verən meşə yanğınlarının insan müdaxiləsi nəticəsində başladığını düşünür.
Bu barədə polisin yüksək rütbəli zabiti "Sean Deans News Nation"a bildirib.
Onun sözlərinə görə bir nəfər bu şübhə ilə saxlanılıb.
Qeyd edək ki, Kennett hazırda Kaliforniyada yanan beş ərazidən biridir. bölgə prokuroru Nathan Hochman deyib ki, yanğın törədəni ömürlük həbs cəzası gözləyir.
10-01-2025, 11:21
36 yaşlı hakim qəfil dünyasını dəyişdi


36 yaşlı hakim qəfil dünyasını dəyişdi

Qax Rayon Məhkəməsinin hakimi qəfil vəfat edib.
Məhkəmə hakimi 1989-cu il təvəllüdlü Kərimov Taleh Etibar oğlu bu gün səhər saatlarında dünyasını dəyişib.
Bildirilib ki, T.Kərimovun səhhəti yaşadığı evdə pisləşib. Hadisə yerinə həkim briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Mingəçevir şəhər sakini olan T.Kərimov ötən ilin may ayında Qax Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdu.
10-01-2025, 09:03
Özləri getdi, sözləri qaldı

ÇƏRKƏZ HACIYEV 1918-19993


Özləri getdi, sözləri qaldı

Ötən əsrin 50-80-ci illərində Kəlbəcərdə qaynar bir ədəbi mühit formalaşmışdı. Xalq şairi Səməd Vurğunun Kəlbəcərə məşhur səfərindən sonra şeirə, poeziyaya maraq göstərənlərin sayı sürətlə artmışdı. Azacıq ilhamı olanlar xüsusilə poeziyanın gəraylı və qoşma janrlarında qələmlərini sınayır, yeni-yeni şeirlər yaradırdılar. Təbii ki, bunların heç də hamısını yüksək poeziya nümunəsi hesab etmək olmazdı. Lakin bu yazarların arasında elə istedadlı insanlar vardı ki, özləri heç bir mətbuat orqanının qapısını döyməsələr də şeirləri dildən-dilə düşüb müəllifinə böyük şöhrət qazandırırdı. Hətta elə yazarlar vardı ki, zamanında çap olunmadıqlarından bəzən onların şeirlərini başqa şairlərin adına oxuyurdular. Bu baxımdan Sınıqkilsə kəndindən olan Nəcəf Sarıyevin “Qocalmışam” şeiri daha çox populyar idi. Çox vaxtı da bəzi aşıqlar bu şeiri Bəhmən Vətənoğlunun adına bağlayırdılar. Rəhmətliyin özü də şeirlərinin çap olunmasında o qədər də maraqlı deyil. Yadımdadır ki, illər öncə “Kəlbəcərin söz sərvəti” antologiyasını nəşrə hazırlayanda bir neçə dəfə yaxın adamlarla sifariş göndərsəm də Nəcəf kişinin şeirlərin ala bilmədim ki, kitaba daxil edim.
Qeyd etmək istəyirəm ki, rayonun elə bir kəndi yox idi ki, orada bir neçə nəfər yaxşı şeir yazan olmasın. Belə kəndlərdən biri olan Sınıqkilsə kəndində də saz-söz həvəskarları az deyildi. Onlardan biri də el arasında Sazbənd Çərkəz adıyla tanınan Hacıyev Çərkəz Fərzalı oğluydu. Çərkəz Hacıyev 1918-ci ildə anadan olmuşdu. Həyatın çox isti-soyuğun görmüş, hələ gənc yaşlarından İkinci Cahan savaşında iştirak edib ağır cəbhə yolu keçmişdi. Müharibədən qayıdandan sonra ailə qurub öz kəndində yaşamışdır. Tanınmış aşıqların bir çoxunun sazı Çərkəz kişinin əlindən çıxmışdı. Çərkəz Hacıyev 1993-cü ildə dünyasını dəyişmişdi.
İlk dəfə Çərkəz kişinin adını da bir toy məclisində aşıqların onun həmkəndlisi Nəcəflə deyişməsini oxuyanda eşitmişdim.
Məlumdur ki, ölməz sənətkarımız Aşıq Ələsgərdən üzübəri el şairlərimizin bir çoxu yaxın adamlarına, xüsusilə öz xanımlarına zarafatyana yazdıqları satirik şeirləri xalq arasında daha populyar olmuşdu. Təbii ki, bu şeirlərdəki satirik ruh sarkazm ovqatında deyil, daha çox yumorvari olurdu. Elə rəhmətlik Nəcəf və Çərkəz kişinin də deyişməsi belə bir dodaqqaçıran bir ruhda idi. Onu da deyim ki, elə bir toy, şənlik olmazdı ki, bu məşhur deyişmə məclisin bəzəyi olmasın.

Nəcəf:
Evlilər eşitsin, subaylar bilsin,
Şikayətim var arvadın əlindən.
Atalar dad çəkib əsrlər boyu,
Bədöy atın, kür arvadın əlindən.

Çərkəz:

Evlilər eşitdi, subaylar bildi,
Təngə gəlmə bir arvadın əlindən.
İkisin alanlar bəs necə edir,
Bu hesabla gör, arvadın əlindən.

Nəcəf:
Səhərki davamız uzanır şama,
Məbədin qoyuruq gələn axşama.
Yanıb sümüklərim dönübdü şama,
Sinəm olub pir arvadın əlindən.

Çərkəz:
Afərin, şərikəm bütün sözünə,
Arvad gəlmir ocağına – üzünə.
Gələn gündən bəd göründüm gözünə
Gündə vurhavur arvadın əlindən.

Nəcəf:
Tarixə baxıram cavandı yaşım,
Tökülüb dişlərim, ağarıb başım.
Özüm cəhənnəmə, qohum-qardaşım
Nələr çəkir gör arvadın əlindən.

Çərkəz:
Qocalmışıq, ömür keçib yarıdan,
Mən də sən günlüyəm arvad sarıdan.
Ver kağızın, alaq duldan, qarıdan,
Dünya bizə dar arvadın əlindən.

Nəcəf:
Aliment verməyə pulum da yoxdu,
Bir yana getməyə yolum da yoxdu.
Əcəl yaxın gəlmir, ölüm də yoxdu,
Üz döndərib gor arvadın əlindən.

Çərkəz:
Axşam-səhər mənnən yaman deyişir,
Pərdə götürülüb, daha söyüşür.
Səsini zilləyir, beynimə düşür,
Qulaqlarım kar arvadın əlindən.

Nəcəf:
Nəcəf deyər: çox qaraltma qanını,
Əzəldən itirdin adı-sanını.
Qismət olsa, sağ qurtarsan canını,
Nəzir-niyaz ver arvadın əlindən.

Çərkəz:
Ərəsəti məhşər çəkibdi Çərkəz,
Saxla bu sirrimi bir dəftərə yaz.
Ha çalış, çabala, yaxan qurtarmaz
Caynaqları şir arvadın əlindən.
Çərkəz kişi klassik aşıq poeziyasını gözəl bilirdi. Şeirlərində də dərin mənalı hikmətamiz deyimlər, öyüd-nəsihət ruhlu çağırışlar üstünlük təşkil edirdi. Onun şeirlərinin dili də olduqca rəvan və axıcı idi.

Yaradandan gileyliyəm, nə yazım bu haxda bax,
Qara saçlar qan ağlayır, vaxtsız düşüb şaxta bax.
Qocalmışam, keçən günlər ta qayıtmaz arxaya,
Cavanlığım geri dönməz, görmərəm uzaqda bax.

El içində quru bəylər varsa, kişi mən deyir,
Elin zəhmətin yeyənlər həmişə qan-qan deyir.
Şübhən varsa, inandırım, bu şeiri yazan deyir:
Bu gün sağam, bir də gəzəm ya qismət, sabahda bax.

Qaratikan baş qaldırıb deyir əsil gül mənəm,
Sərsəri gəzən gədələr söylər əhli-dil mənəm.
Yalançılıq, fırıldaqlıq, ikiüzlük bil mənəm,
Düz sözümə inanan yox, taleyə bax, baxda mən.

Kimə yaxşı söz deyirəm, sanki zəhərli oxdur,
Ey ilahi, niyə mənim dərdim həddindən çoxdur.
Quzu kəssəm, kabab versəm, heç bir hörmətim yoxdur,
Xətir-hörmət, bircə qalıb yüz qram araxda bax.

İnsan oğlu, sözlərimi yaxşı düşün, qulaq as,
Könlün məni istəyirsə, məhləmizə ayaq bas.
Çərkəzəm, müvəqqətiyəm, çıxar, qayıtmaz nəfəs,
Sönra məni ha axtar ki, əmində qıraqda bax.

Çərkəz kişi zamanın qarma-qarışığından yaxşı baş çıxaran, bəsirət gözü açıq, sinədəftər bir insan idi. Şeirlərindəki satirik ruh poeziyasına bir dinamiklik, canlılıq gətirirdi. Taledən qismətinə yeddi qız balası düşmüşdü. Ailəcanlı, övladlarını dərin məhəbbətlə sevən şairin bu münasibətlə yazdığı şeir də dodaq qaçırır, insanda xoş ovqat yaradır.

Yaman yavaşıdıb məni,
Asılıb qız yaxamızdan.
Yandırıb-yaxır sinəmi,
Tökülmür köz yaxamızdan.

İli-ildən yaşlaşıram,
Ağlım gedir gah çaşıram.
Lülənib buzlaşıram,
Ərimir buz yaxamızdan.

Göbək nənəsi Gülüsdan,
Çatdırır özün o başdan.
Çərkəz, indi söylə dastan,
Qurtarmaz söz yaxamızdan.


Zamanın çox istisini, şaxtasını görmüş ustad sazbəndin taleyinə yurd itkisi, qaçqınlıq da yazılmalıymış. O da minlərlə soydaşı kimi, doğma yurd, Kəlbəcər həsrəti ilə dünyasını dəyişdi. Ölümünü də gülə-gülə qarşılamışdı.

Şairin ürəyi çox kövrək olar,
Gah söz ilə dolar, gah da boşalar.
Nədənsə şairlər çox tez qocalar,
Əzrayıla deyin, yaxın gəlməsin.

İndiki mollalar segah oxuyar,
Millətin başına corab toxuyar,
Halvanını iyini gendən qoxuyar.
Yoluna daş-qaya yıxın gəlməsin.

Vardı Kəlbəcərin şair Bəhməni,
İndi hardan tapaq Sücaətini.
A dostlar gəlin siz qınaman məni,
Elzaya bir çələng toxun, gəlməsin.


İnanırıq ki, indi haqq dünyasında olan Çərkəz Hacıyevin də ruhu dinclik tapıb. Doğma Kəlbəcəri, Qarabağı azadlığına qovuşub. Allahdan ona və vətən həsrəti ilə dünyasını dəyişən yurddaşlarımıza Allahdan rəhmət diləyirik.

P.S. Kəlbəcər poeziyasının bir özəlliyi də onda idi ki, burada bir nəsildən, bir ailədən bir neçə şair çıxırdı. Çərkəz kişinin oğlu Yaşar Hacıyev ali təhsilli riyaziyyat müəllimi olsa da, poeziya vurğunudur. Ata qanından damarlarına hopmuş şeir-sənət sevgisi sözü duyan gündən onun qələmindən süzülərək dəyərli poetik nümunələrin yaranmasına təkan olmuşdur. İnşallah, qədər imkan versə yaxın zamanlarda Yaşar müəllimin də şeirləri ilə oxucularımızı tanış etməyi özümüzə borc bilirik.

İlham MƏMMƏDLİ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!