2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
28-12-2024, 14:47
Saraydan “20 Yanvar"a yeni marşrut xətti açılır


Saraydan “20 Yanvar"a yeni marşrut xətti açılır

Vətəndaş müraciətləri nəzərə alınaraq Saray qəsəbə sakinlərinin ictimai nəqliyyata olan tələbatının təmin olunması məqsədilə 29 dekabr tarixindən yeni 508 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Saray qəsəbəsini “20 Yanvar” metro stansiyası ilə əlaqələndirən marşrut üzrə sərnişin daşımaları "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. 12-13 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərəcək marşrutda gediş haqqı 0.55 AZN müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində paytaxtın və ətraf ərazilərin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və tətbiqinə başlanılıb.
Optimallaşdırma işləri çərçivəsində sərnişin tələbatına uyğun olaraq AYNA tərəfindən yeni marşrutların yaradılması davam etdiriləcək.

28-12-2024, 14:36
Paşinyan koronavirusdan sağaldı


Paşinyan koronavirusdan sağaldı

Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusdan sağaldığını bildirib.
Bu barədə baş nazirin özü sosial şəbəkə hesabında yazıb.
“COVID testimin cavabı nəhayət neqativ çıxdı”, - deyə Paşinyan qeyd edib.
Bununla yanaşı, o, şərhinin yanına gülüş smayliki də əlavə edib.
Bir çoxları Paşinyanın koronavirusa yoluxduğu barədə söylədiklərinə inanmır. İddia olunur ki, Nikol Paşinyan delabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirlən MDB liderlərinin qeyri-rəsmi sammitində və Avrasiya İqtisadi İttifaqının iclasında iştirakdan yayınmaq üşün bu variantdan istifadə edib.
28-12-2024, 14:35
Putindən miqrantlara daha bir qadağa


Putindən miqrantlara daha bir qadağa

Rusiyada miqrant uşaqlarının rus dili bilikləri olmadan məktəbə qəbulu qadağan edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, dekabrın 11-sə Rusiya Dövlət Dumasında rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinə baxılıb. Duma rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanunu üçüncü oxunuşda qəbul edib. Qanun lehinə 409 deputat, əleyhinə isə bir deputat səs verib.
28-12-2024, 14:28
Prezidentdən “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım


Prezidentdən “Konstitusiya və Suverenlik İli” ilə bağlı paylaşım

Prezident İlham Əliyev 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:

28-12-2024, 14:24
Türkmənistan Moskvaya uçuşları dayandırdı


Türkmənistan Moskvaya uçuşları dayandırdı

"Türkmənistan Hava Yolları" Moskvaya uçuşları bir aylıq dayandırıb.
Bu barədə "Türkmənistan Hava Yolları" məlumat yayıb.
Aşqabad - Moskva - Aşqabad marşrutu üzrə müntəzəm reyslərin dekabrın 30-dan yanvarın 31-dək ləğv edildiyi bildirilib.
28-12-2024, 14:13
Hökumənin atası: "İstəyirəm, çalışdığım Kəlbəcər məktəbinə qızımın adı verilsin"


Hökumənin atası: "İstəyirəm, çalışdığım Kəlbəcər məktəbinə qızımın adı verilsin"

"Öz istəyi ilə o, hava limanında işləməyə başlayıb. Artıq 9 ilə yaxındır".
Bunu açıqlamasında Aktauda təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın atası Cəlil Əliyev deyib.
Onun sözlərinə görə, qızı ixtisasca hüquqşunaslığı bitirsə də, bu peşədə çalışmaq istəyib:
"Bu, onun seçimi idi. Həmişə xarici ölkələri gəzməyi sevirdi. Qızımla fəxr edirəm. Allah Prezidentimizdən razı olsun! Ondan bircə şey istəyirəm. Mən özüm ədəbiyyat müəllimiyəm. İstəyirəm ki, çalışdığım Kəlbəcər rayonunun 67 saylı tam orta məktəbinə qızımın adı verilsin".
28-12-2024, 13:51
Almaniya XİN Rusiyaya qarşı çağırış etdi


Almaniya XİN Rusiyaya qarşı çağırış etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Finlandiya və Estoniya arasında “Estlink 2” kabelinin zədələnməsi ilə bağlı insidentdən sonra Rusiyaya qarşı yeni sanksiyalara çağırıb.
Annalena Berbok bunu “Funke” media qrupuna müsahibəsində deyib.
Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri mühüm infrastrukturun daha yaxşı qorunmasını və milli müdafiəyə investisiyaların artırılmasını istəyib. “Biz NATO-dakı tərəfdaşlarımızla Baltik dənizini hibrid təhlükələrdən daha yaxşı qorumalı olduğumuzu müzakirə edirik”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, “Estlink 2” elektrik ötürücü xətti dekabrın 25-də sıradan çıxıb. Helsinki kabelin Kuk adaları bayrağı altında üzən “Eagle S” gəmisinin lövbəri ilə zədələdiyindən şübhələnir. Finlandiyanın gömrük orqanları həmin gəminin Rusiyanın enerji resurslarının daşınmasında iştirak etdiyini bildirir.
28-12-2024, 13:47
Azərbaycanda təhsilində ilk - “Tat dili” dərslikləri hazırlanıb


Azərbaycanda təhsilində ilk - “Tat dili” dərslikləri hazırlanıb

İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan “Tat dili” dərslikləri hazırlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün ölkədə 4282 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 150 mindən, şagird sayı isə 1 700 000-dən çoxdur.
Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib.
"2024-cü ildə 93 211 uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib. 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 67 adda (52 adda yeni hazırlanmış, 15 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb.
İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan “Tat dili” dərslikləri hazırlanıb.
Bununla yanaşı, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 322 adda 7 244 545 nüsxə dərsliyin çapı yekunlaşdırılıb və ümumtəhsil məktəblərinə çatdırılıb", - deyə bildirilib.
28-12-2024, 13:15
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi


2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".
Prezident Konstitusiyanın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
28-12-2024, 13:09
Rusiya şirkəti Azərbaycana uçuşları dayandırdı


Rusiya şirkəti Azərbaycana uçuşları dayandırdı

Rusiyanın "Azimut" aviaşirkəti Azərbaycana uçuşları ləğv edib.
Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Şirkət Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb. Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin uçuş icazəsini ləğv etməsi göstərilir.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın bir neçə şəhərindəki hava limanına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılıb.
Məlumatlara görə, "Embraer 190" təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib. Rusiya tərfi "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
Avialeynerin ekipajı böyük şücaət göstərərək, təyyarəni Aktau şəhərinə çatdırsa da, qəzadan qaçmaq mümkün olmayıb.
Aktau limanının yaxınlığında qəza enişi edən təyyarədəki 67 nəfərdən 38-i həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!