Dani Bolt "Qarabağ"da .....                        Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ .....                        Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı .....                        Cüdoçumuz Macarıstanda gümüş medal qazandı .....                        Mahmud Əhmədinejad öldürüldü - İDDİA .....                        Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik! .....                        Sahibə Qafarova həmkarı ilə danışıqlar apardı .....                        Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR” .....                        QHT-lərə xəbərdarlıq edildi .....                       
26-05-2024, 20:24
Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib


Vardanyan prinsipsiz biri olduğunu təsdiqləyib

İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Vardanyan olub.
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-İran əlaqələrinin möhkəmlənməsi” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, çirkli pulların yuyulması ilə də məşğul olan Vardanyan mütəşəkkil cinayətkar təşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusiyanın vətəndaşlığından imtina edib. Bununla da mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Rusiyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simalarından olub. Müəllif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırda Azərbaycanda həbsdə saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərəfindən sanksiyaya məruz qalması faktına da diqqət çəkib.
Həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzəçilərin iştirakı ilə müxtəlif ölkələrdə tədbirlər təşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistan münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib. Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayan Vardanyan bəyan edib ki, İran ermənilərin Qarabağ uğrunda mübarizəsində erməni xalqının naminə deyil, öz maraqları naminə iştirak etməlidir. Müsahibədə İrəvandakı Azərbaycan tarixi-mədəni irsinin abidəsi Göy məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb.
Sonda müəllif Vardanyanın ədalətli şəkildə mühakimə olunaraq qanuni cəzasını alacağına ümidini ifadə edib.
26-05-2024, 20:12
Növbəti qurban Ermənistan olacaq : ABŞ və Aİ-dən böyük oyun


Növbəti qurban Ermənistan olacaq: ABŞ və Aİ-dən böyük oyun

ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında aprelin 5-də imzalanmış müqavilə Cənubi Qafqazda yeni gərginliyə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Bunun əsas səbəbi İrəvanla Qərb arasında əlaqələrin inkişafıdır. ABŞ və Aİ-yə bu qədər yaxınlaşmaq Ermənistan daxilində ciddi problemlər yarada bilər.
Vaşinqton və Brüssel Moskvanı daha çox küncə sıxışdırmaq siyasətini tutublar.
Sözügedən üçtərəfli müqavilə Ermənistanı bir növ arxayınlaşdırdı.
Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək. Çünki İrəvan Moskvanı qəzəbləndirməyə davam edir.

Xəlilov Anar
Azərbaycan Universiteti
26-05-2024, 20:05
Gürcüstan Qərbdən aslılığın nələrə səbəb ola biləcəyini anladı


Gürcüstan Qərbdən asılılığın nələrə səbəb ola biləcəyini anladı

Bu gün Gürcüstanda baş verənlər bir neçə günün və yaxud da bir neçə ayın məsələsi deyil. Bu, illərlə yığılmış problemin bir partlayışı kimi də dəyərləndirilə bilər. Çünkü uzun illər, artıq 20 ildən çox vaxtdır ki, Qərb bu və ya digər formada Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsini həyata keçirir. Belə QHT-lərin sayı 25 minə qədərdir.
Tarixi təcrübə göstərir ki, Qərb Gürcüstanın arxasında və ya Gürcüstanda hakimiyyətə gətirdiyi şəxslərin arxasında dayanmayıb. Ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin aqibəti çoxlarına bəllidir. Çünkü Saakaşvili hakimiyyətə gətirən qərb sonuna qədər onun arxasında dayanmadı.
Bundan başqa, Qərb 2008-ci ildə Gürcüstanı faktiki olaraq Rusiyanın əlinə verdi.
Qərb, həqiqətən də, bu ölkənin daha da inkişaf etməsini istəyirsə, oraya böyük miqdarda iqtisadi yatırımlar etməliydi. Amma əksinə etdi. ABŞ və müttəfiqləri Gürcüstan Cəmiyyətinin Agentura Şəbəkəsini formalaşdırdı. QHT-lər vasitəsi ilə insanları ələ aldılar və verilən böyük miqdarda maliyyə yardımları cəmiyyətin yönləndirilməsində istifadə edildi. Nəticə o yerə gəldi çıxdı ki, bugün Gürcüstanda 700 mindən də çox insan Amerika və Avropaya köçüb gedib. Bunun adını liberallaşma, inteqrasiya qoyurlar. Amma o deyil. Görünən odur ki, Gürcüstan cəmiyyəti bu 20 il ərzində bir çox şeyləri itirdi. İndi isə artıq etirazçılar başa düşürlər ki, hökumətin qəbul etdiyi qanun onların bir növ çörəyini kəsir. Amma hökumət də anlayır ki, bunun qarşısını almasa Gürcüstanı qarşıda daha ağır vəziyyətlər, daha ağır siyasi prosesslər gözləyir. Mən düşünürəm ki, əgər həqiqətən də, Qərb, istər ABŞ, istər Aİ olsun, Gürcüstana, həqiqətən, dəstək vermək, onu inkişaf etdirmək istəyirsə, onun iqtisadiyyatına yardım etməli idi və investisiya qoymalı idi. QHT-lərə verilən pullar özünü doğrultmadı.
Buna görə də Gürcüstan cəmiyyətində artıq ciddi problemlər ortaya çıxır. Düzdür, yavaş-yavaş insanlar anlayırlar ki, Qərbin onları çətin vəziyyətə qoyması gün üzünə çıxır. Amma davam edən aksiyalar Gürcüstan hökumətini ciddi sarsıtdı. Yəqin, bu cəmiyyət anlayacaq ki, Qərbə inteqrasiya heç də hər şeyin yaxşı olacağı anlamına gəlmir. Burada yaxşı tərəflər də ola bilərdi, amma hələ ki, bu yaxşılığın arxasında bir də özlərinin maraqlarını güdən bir siyasət durur. Bu baxımdan düşünürəm ki, Gürcüstan bundan sonra nə qədər də Qərbə inteqrasiya prosesinə girişsə də mövcud vəziyyət Gürcüstan hökuməti qarşısında ABŞ və Aİ-dən asılılığın nələrə səbəb ola biləcəyinə dair nümunə olacaq.

Muxtarov Məcid
Azərbaycan Universiteti
26-05-2024, 19:53
Putin Özbəkistanda rəsmi səfərdədir


Putin Özbəkistanda rəsmi səfərdədir

Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfər edib.
Onu hava limanınds Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Putini qarşılayıb.
İki günlük səfərin əsas proqramı sabah üçün nəzərdə tutulub.
Dövlət başçıları Rusiya və Özbəkistan Regionları Şurasının ilk iclasında iştirak edəcəklər.
26-05-2024, 19:36
BİR DAHA FARS FAŞİZMİNİN SAXTAKARLIĞI HAQQINDA


BİR DAHA FARS FAŞİZMİNİN SAXTAKARLIĞI HAQQINDA

Bu günlərdə elektron KİV-lərdə Tehranın şovinist fars faşizmi rejiminin Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xameneinin nəvəsinin ABŞ-ın Nyu-York şəhərində hicabda deyil, dünyəvi qadınlara məxsus paltarda, video-görüntüləri yayımlandı. Video-görüntüdən bəlli olur ki, Xameneinin rəhbərlik etdiyi faşist molla rejiminin fars şovinizminin başqa millətləri din pərdəsi altında ideoloji əsarətə alaraq, başqa millətlər üzərində hökmüranlıq etmək məqsədilə yaratdıqları islamın şiəlik cərəyanına əsaslanan şəriət qanunlarına uyğun qurduqları rejimin şəriət qanunları ilə deyil, dünyəvi dövlətdə, bəşərin inkişafının bu günkü səviyyəsinə cavab verən azad və demokratik quruluşda yaşamağa israrlı olan hissəsinin ölkədən didərgin salınaraq müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da yaşamağa məcbur olanlar Xameneinin dünyəvi libas geyinmiş nəvəsini, – “İranda saçlarını һicabla örtmədiklərinə görə bizim qızlarımızı öldürürlər, baxın görün Xameneinin nəvəsi utanmadan nə geyinib”, – sözləri ilə qarşılayaraq, molla rejiminə öz etirazlarını bildiriblər. Əslində müasir, ciddi qadınlar kimi çox abırlı paltar geyinmiş Xameneinin nəvəsinin libasına hətta kiçik bir irad tutmağa cəhd etmək belə haqsızlıq olardı. Obyektiv olduqda, onun nə libasına nə də video-görüntüdəki davranışına heç bir irad tutmaq mümkün deyil. Əslində isə onun abırlı, həm də insanların bu günkü inkişaf, şüur və həyat tərzinə bütün parametrləri ilə uyğun olan bir libasda, Qərbin insan haqqları, insan azadlığı şüarı altında insanların təbii fiziki durumunu, funksiyalarını obyektiv normal təbii prosseslərin ziddinə dəyişdirilməsinə qanunla ifrat azadlığa yol verilməsilə insanların normal mənəvi, əxlaqi dəyərlərini süni yaradılıb, heç bir təbii əsası, gələcəyi olmayan cəmiyyətin hökmüran təbəqəsinin məqsəd və mənafeinə uyğun olaraq istədikləri vaxt dəyişdirə biləcəkləri yeni ehkamlar vasitəsilə asanlıqla idarə olunan zombilərə çevirməyi hədəfləyən, həm də buna xeyli səviyyədə nail olan Qərb dünyasının lokomotivi olan ABŞ-ın meqapolisi Nyu-Yorkda görünməsi bir neçə cəhətdən təqdirəlayiq olduğu kimi, həm də onun qəhrəmanlığıdır.
Əslində hicab islamın müəllifi olub, altıncı əsrdə yaşamış Məhəmmədin həmin dövrdə küçəyə tək çıxan qadını zorla həyətinə salaraq özünün ovu sayan vəhşi ərəblərin şüur səviyyəsinə uyğun insanların mənəviyyatını, əxlaqının, psixologiyasını ideoloji cəhəddən qandallayaraq əsarət altında saxlamaq üçün müəyyən etdiyi dinin və onun özünün qəbrinin qoruyucusu olub, oraya ziyarətə gələnlərdən ildə 30 milliard ABŞ dolları həcmində xalis gəlir göturən Səudiyyə Ərəbistanının kralının vəliəhdi, Qərbin ən elit universitetlərində dünyəvi təhsil almış Salman XXI əsrdə, bu gün, – “Qadınlar da bəzi hallarda insandır”, – deyərək hələdə qadını bütövlükdə insan hesab etmir. Bütün dinlər, xüsusilə də islam insanları qul, qadınları isə bütövlükdə canlı əşya olaraq dəyərləndirir. Məhz buna görə də dini əsasla qurulan dövlətlərdə insanların əsas bəşəri hüquqlarını ifrat dar çərçivədə qandallayıb, onları qul olaraq fiziki-mənəvi istismara məruz qoymaqla insanlığa qarşı ən böyük və genişmiqyaslı, ağır və vəhşi cinayət törədərək, həm də bəşərin inkişafını ləngidir. Son 44 il ərzində şovinist fars molla-faşist rejimi din şuarı altında ölkənin aborigen milləti və ərazisinin sahibi olan 60 milyondan çox türkü, ümumilikdə 10 milyondan çox olan kürd, ərəb, bəluc, lor və sairə millətləri iqtisadi, inzibati, ideoloji, ekoloji, fiziki, mədəni, mənəvi, əxlaqi terrora mərus qoyaraq vəhşicəsinə talayır və assimilyasiyaya məruz qoyur.
Birincisi, Xameneinin nəvəsinin bu addımı istər-istəməz dünyanın ən müdhiş və qatı dini əsaslarla idarə edilən dövlət rəhbərinin öz ailə üzvlərinin dinlərin, xüsusilə islam dininin müasir insan hüquqlarının ziddinə olaraq, qadınları hicab adlı fərdi zindanda saxlayanlara, ilk növbədə Tehranın şovinist fars molla faşizminə qarşı üsyandır. Həm də bu üsyanı əhalinin aşağı təbəqəsindən olub, molla rejiminin iqtisadi-ictimai eybəcərliklərindən əziyyət çəkib, bezən zümrənin deyil, ölkəni və ölkə əhalisini quldurcasına talayıb, öz ailə üzvlərinin istifadəsinə vermiş dövlət başçısının nəvəsinin etməsi birbaşa və birmənalı olaraq rejimin ideoloji əsasına qarşı edildiyini sübut edir.
İkincisi, onun bu üsyanı islam dinində qadın üçün fərdi zindan olaraq icad edilib, qadını son dərəcə məhdud şüur və dünyagörüşünə malik, müti qul, seks materialı olaraq istifadə edilməsinə qarşı olan etirazla bərabər Şərq qadınının 1400 ildən bəri salındığı bu zindanın onun azadlıq uğrunda mübarizə əzmini və iradəsini qıra bilməyəcəyinin təzahürü, nümayiş etdirilməsidir. Bu halda istər-istəməz ortaya belə bir sual çıxır ki, “Xameyinin Nyu-Yorkda dünyəvi libasla cəmiyyət arasına çıxan nəvəsinə etiraz edən etrazçılar haqlıdırlarmı?” Məhz bu sualla birlikdə bu məsələnin ikili xarakteri, yəni, etirazçıların səsləndirdikləri şüarın məzmunundakı antoqonist ziddiyyət ortaya çıxır. Belə ki, onların bu xanıma “utanmır” deyərək, əslində onun hicabda olmalı olması iddiasını irəli sürmələrinin özü, etirazçıların ondan, dünyəvi libasda cəmiyyət arasına çıxdığına, mahiyyət etibarı ilə, onun babasının idarə etdiyi molla faşizmi rejiminin nəzəri əsasını təşkil edən ideoloji sisteminə qarşı təkbaşına həyata keçirdiyi üsyana görə utanmalı olması tələbidir. Əgər bu xanım Nyu-Yorkda şəhərə Tehran rejiminin tələbinə uyğun olaraq hicabda çıxmış olsaydı, onda, onun hərəkəti molla faşizminin Qacar yurdunda minlərlə sağlam düşüncəli qadını hicab etmədiyinə görə zindanlarda işgəcəyə məruz qoyması, edam edilməsi, əxlaqsız “əxlaq polisinin” küçələrdə hicabsız qadınlara qarşı zorakı hərəkətlərinə həmrəylik anlamına gəlmiş olardı. Bu baxımdan etirazçıların “utanmır” şüarı ilə ondan utanmaq tələbi tamamilə haqsızdır. Etirazçıların ondan utanmaq tələbinin özü mahiyyət etibarilə özləri də anlamadan Tehranın müdhiş rejiminin “hicab” siyasəti ilə həmrəylik nümayişi anlamına gəlir.
Etirazçıların şüarının digər hissəsi olan, – “İranda saçlarını hicabla örtmədiklərinə görə bizim qızlarımızı öldürürlər”, deyərək molla rejiminin ideoloji əsasına etirazlarında tamamilə haqlıdır. Çünki, bəşər cəmiyyətinin inkişafının bu günkü səviyyəsi dövründə həytın bütün elmi, praktiki sahələrində kişilərlə çiyin-çiyinə çalışaraq, böyük nailiyyətlər əldə edib, bəşərin kişilərlə tam bərabər hüquqlu övladı olduğunu sübut etdiyi halda dünyanın molla rejimlərinin qadınları hicabda, qul, seks materialı statusunda saxlaması, təkcə bəşəriyyətin inkişafının qarşısını almaq cəhdi ilə bitməyib, qadınlara qarşı edilən ağır və vəhşi cinayətdir.
Məsələnin bu hissəsində etirazçıların molla rejiminə etirazı tamamilə haqlıdır. Məsələnin məhz bu ikili xarakterinə görə, yəni, Xameneinin nəvəsinin nəinki babasının vəhşi ideologiyası və rejiminin tləblərini qəbul etməməsi, hətta ona qarşı etdiyi üsyana görə etirazçılar babasının cinayətlərində heç bir günahı olmayıb, rejimin müdhiş vəhşiliklərə məruz qoyduğu qadınlara edilən cinayət və haqsızlıqlara qarşı etdiyi bu üsyana görə əslində onu Nyu-Yorkda gül-çiçək dəstələri və alqışlarla qarşılayaraq, “rejimə və rejim sahiblərinə ölüm!”, şüarı ilə qarşılamalı idilər. Bu zaman Xameneinin nəvəsinin hərəkəti və molla rejiminə etirazçıların münasibəti obyektiv dəyərləndirilmiş olardı.
Bu insidentin molla faşiminin mahiyyətindən irəli gələn bəzi cəhətləri də mövcuddur. Elektron KİV-lərdə tez-tez Tehranın molla rejiminin rəhbər heyətində olmuş və bu gün də olan islam ideologiyasının ən yüksək dini rütbəli “alimləri” hesab edilən Ayətullahların uşaqlarının, nəvələrinin ölkənin və vətəndaşların sərvətlərinin talanması hesabına xarici dünyəvi ölkələrdə zəngin dünyəvi həyat sürməsini sübut edən video görüntülər sərgilənir. Bu görüntülərin bir hissəsi vətəndaşları 6-cı əsr həyat tərzi yaşamağa zorla məcbur edən rejimin əsarətindən, elə molla rejiminin rəhbərliyində yüksək mövqe tutan babaları, atalarının təkidi, razılığı ilə xarici dünyəvi dövlətə köçüb, orada yaşayanlara, bir hissəsi də vaxtaşırı xarici öklələrə səyahət və istirahətə gedib, sonra qayıdan, ölkədə daimi yaşayan vətəndaşlardır. Bu da qanunla deyil, hansı ideoloji əsasla qurulmasından asılı olmayaraq, quldurluq üsulları ilə idarə olunan quldarlıq, feodalizm mahiyyətli bütün mütləqiyyət üsul – idarəli quruluşlarda vətəndaşlara qanunun tələbinə uyğun deyil, onların ictimai mənşəinə uyğun olaraq ikili münasibət sərgilənməsinin təzahürüdür.
Ölkədə hicabı bir qədər tələb olunduğundan fərqli bağlayan sadə, adi vətəndaşları edam edən, zindanlarda işgəncələrə məruz qoyan, küçələrdə “əxlaq polisi” vasitəsilə təhqir edən molla rejimi, Ayətullaların qadınlarının, qızlarının xaricdə dünyəvi davranış və geyimləri haqqında video materiallara sahib olduqda, belə yəni,molla rejiminin qanunları baxımından cinayət sayılan əməllərinə görə, rejimin yüksək rütbəli məmurlarının yaxınlarına cəzasızlıq hüququ tanıyır. Yəni, Xameneinin xanım nəvəsinin Nyu-Yorkdakı dünyəvi səyahətinin molla rejiminin bu ikili məzmununu özündə ehtiva edən belə bir xüsusiyyəti də mövcuddur. Dini və ya dünyəvi əsaslarda qurulan, mütləqiyyət quruluşuna malik olan dövlət piramidasında qərarlaşan məmurların özlərinə və yaxınlarına cəzasızlıq statusu tanınması, sadə vətəndaşların isə istənilən şər və böhtan vasitəsilə istənilən cəzaya məhkum edilməsi mühiti mütləqiyyət üsul-idarəsinin mahiyyətindən doğan qaçılmaz nəticədir. Məsələn, dünyəvi dövlət olan Azərbaycanda qanunla dini mənsubluq azad olduğundan dini mənsubluğuna görə vətəndaşlar təqib edilmir. Lakin dövlət piramidasındakı məmurlar hakimiyyət ierarxiyasına uyğun olaraq vətəndaşlara, ümumilikdə cəmiyyətə qarşı törətdikləri nəinki xırda, hətta iri miqyaslı, insan zəkasına sığmayan dəhşətli cinayətlərinə görə belə, cəzalandırılmadan, məsuliyyətdən kənar saxlanılır. Dövlət büdcəsindən milyardları talayanlar, minlərlə günahsız insanlara ən vəhşi üsul və vasitələrlə işgəncə verənlər məsuliyyətdən kənar saxlanılaraq, nisbətən kiçik çaplı cinayət icraçıları azadlıqdan məhrum edilərək, qısa müdət ərzində əvf edilir və ya şərti cəzaya məhkum edilirlər. Ehtiyaca, aclığa, səfalətə düşünülmüş şəkildə məhkum edilmiş sadə vətəndaşlar öz mövcudluğunu təmin etmək üçün xırda, əhəmiyyətsiz cinayətlərə əl atdıqda, və yaxud cəmiyyətdəki ədalətsizliyə qarşı açıq etiraz etdikdə isə onları böyük müddətlərə azadlıqdan məhrum etməklə cəzasını tam çəkməyə məcbur edirlər. Bütün ölkələrdə, o cümlədən bu gün Qərbdə mütləq demokratiya və azadlıq kimi elan edilərək bütün dünyaya etalon qismində sırınan dövlətlərdə belə, ədalətsizliyin səviyyə və miqyası nisbətən bir qədər fərqli olsa da, hələ ki mövcuddur. Həmin ölkələrdə ara-sıra baş verən etirazlar bu ədalətsizliyin mövcudluğunun sübutu və carçısıdır. F.Engels Anti-Dürinq əsərində yazır ki, – “Köləlik üzərində qurulan hər bir istehsal və onun üzərində qurulan hər bir cəmiyyət həmin ziddiyyət üzündən məhv olur”.
Tehran rejimindəki ziddiyyətlər ümumilikdə üç yerə bölünür. Birinci qrup ziddiyytlər molla rejiminin iqtisadi sistemində və onun iqtisadi siyasətindədir. İkinci qrup ziddiyyətlər onun ictimai, o cümlədən hüquq sistemində olan ziddiyyətləridir ki, bu sistemdəki ziddiyyətlərin məzmununda ifrat antoqonizmin yaranmasını ilk növbədə mövcud rejimin iqtisadi-ictimai məzmun və mahiyyətinin fars şovinizminin ideoloji silahı olan şiəlik doğmaları əsasında müəyyən edilərək, idarə edilməsi labüd edir. Üçüncü səbəb isə, dünyanın, o cümlədən, bəşəriyyətin bu günkü inkişaf səviyyəsi ilə daban-dabana zidd olub, cəmiyyət üzvlərinin mütləq əksəriyyətinin şəxsi və ictimai mənafelərinə, ictimai şüur səviyyəsinə uyğun olmayan, ölkədəki iqtisadi-ictimai prosseslərin təbii inkişafını kobud zor vasitəsilə məhdudlaşdıraraq onu fars şovinizminin başqa millətləri əsarətdə saxlayaraq assimilyasiya etmək, yaratdıqları süni ideologiya olan şiəlik şüarı ilə başqa ölkələrdə silahlı qruplaşmalar yaradıb, onların vasitəsilə dünya gücünə çevrilmək iddiasında olmasıdır. Məhz bu ziddiyyətlər yaxın gələcəkdə Tehraın təkcə şovinist fars molla faşizmi rejiminin deyil, ümumiyyətlə, fars dövlətçiliyinin mövcudluğuna son qoymuş olacaq.
Hələlik Tehran rejiminin özünün məqsədlərinə çatmaq, ilk növbədə nüvə silahı əldə edərək bütün dünyanı təhdid etmək imkanı üçün vaxt qazanmaq hədəfilə böyük güclərə müəyyən taktiki məsələlərdə güzəştə getmək, onların mənafeinə uyğun olan müqavilələr imzalamaq, kəsə sözlə, siyasi fahişəlik üsulları ilə özünün mövcudluğunu qorumağa çalışır. Lakin, Rusiya ermənilərin bu xislətini 200 ildən sonra duyduğu kimi, fars faşizmini Qacar yurdunda hakimiyyətə gətirənlər də siyasi fahişəliyin, ayrılmaz fars milli xüsusiyyəti olduğunu artıq dərk etmişlər.
Tehran rejiminin məhv olmaqdan yaxa qurtarması imkansızdır. Çünki, onun mövcudluğunu labüd və ya zəruri edə biləcək heç bir amil, səbəb mövcud deyil.

Şapur Qasimi
19.05.2024
+99455 522-36-15
26-05-2024, 18:57
Koreya və Çin əməkdaşlığı gücləndirir


Koreya və Çin əməkdaşlığı gücləndirir

Koreya Respublikası və Çin əməkdaşlıq və mübadilələri gücləndirməyə və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqları davam etdirməyə davam edəcəklər.
Bunu Koreya Respublikasının Prezidenti Yun Sok-yol Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Syan ilə görüşündə deyib.
O qeyd edib ki, son vaxtlar ölkələr nazirlər səviyyəsində müxtəlif sahələrdə dialoqu bərpa edib, regional iqtidar orqanları arasında mübadilələr intensivləşib:
“Ümid edirəm ki, Koreya Respublikası və Çin gələcəkdə əməkdaşlığı gücləndirməkdə və mübadilələri inkişaf etdirməkdə davam edəcək və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqlar üçün səy göstərəcəklər”.
Qeyd edək ki, mayın 26-da Li Syan Seula səfərə gəlib, ertəsi gün Yun Sok-yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Bu, 2019-cu ilin dekabrından bəri bu formatda ilk üçtərəfli görüş olacaq. Prezident Yun Sok-yolun bazar günü Yaponiyanın Baş naziri ilə görüşü planlaşdırılır.
26-05-2024, 18:46
Hindistanda əyləncə parkında yanğın - 28 nəfər öldü


Hindistanda əyləncə parkında yanğın - 28 nəfər öldü

Hindistanın Qucart ştatının Rackot şəhərində əyləncə parkının oyun zalında yanğın olub.
Yanğın nəticəsində əksəriyyəti uşaq olmaqla, 28 nəfər ölüb.
Hadisə zamanı parkda 300-ə qədər insan olub.
İlkin ehtimala görə, yanğının səbəbi elektrik xəttində qısaqapanmadır.
26-05-2024, 18:12
Ermənistanda yepiskop Baş nazir olmaq istəyir


Ermənistanda yepiskop Baş nazir olmaq istəyir

Ermənistanda müxalif “Tavuş Vətənin uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürüb.
Bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.
Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.
26-05-2024, 17:53
İsrail Qəzzada 50 hərbi obyekti vurdu


İsrail Qəzzada 50 hərbi obyekti vurdu

İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib, qoşunlar cənubda Rəfah bölgəsində, Fələstin anklavının şimalında isə Cəbəliyyədə reydləri davam etdirir.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Hücum zamanı hərbi qurğular, silah anbarları, raket buraxılış qurğuları, müşahidə məntəqələri və terrorçu birləşmələri məhv edilib. Rəfah bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyatlar zamanı hərbçilərə hücum etməyə cəhd edən terrorçular zərərsizləşdirilib.
Ərazidə İsrail qoşunları tunel şaxtaları və çoxlu sayda silah-sursat, o cümlədən pulemyotlar, qumbaraatanlar, qumbaralar və partlayıcı maddələr aşkar ediblər.
26-05-2024, 17:03
İrəvanda Paşinyana qarşı aksiya - İSTEFA


İrəvanda Paşinyana qarşı aksiya - İSTEFA

İrəvanın Respublika meydanında Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş yepiskopu, “Tavuş Vətənin uğrunda” hərəkatının lideri Baqrat Qalstanyan rəhbərliyi ilə mitinq başlayıb.
Mitinqdən əvvəl gənclərin İrəvan küçələrində yürüşü olub, daha sonra onlar Respublika meydanına gəliblər.
Mitinq Ermənistan Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!