I və IV qrupların qəbul imtahanının cavabları AÇIQLANDI .....                        Ərdoğanla Paşinyan birgə bəyanat verəcək .....                        İran yenidən İsraili vurdu .....                        Müdafiə haqqında qanun dəyişir .....                        Parlamentin növbəti plenar iclasının gündəliyi .....                        Putinə dedim ki, öz problemlərini həll et - Tramp .....                        Solovyovun təxribatçı açıqlamasına rəsmi reaksiya .....                        DİN-dən küçə ticarəti ilə məşğul olanlara çağırış .....                        Qəza aradan qaldırılır - Bakıya su bu tarixdə veriləcək .....                       
23-05-2024, 17:04
Əməkdar jurnalist 91 yaşında vəfat etdi


Əməkdar jurnalist 91 yaşında vəfat etdi

Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.
Bu barədə Mətbuat Şurasının yaydığı nekroloqda qeyd olunub.
“Mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı veririk. Bəbir Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşürük”, - nekroloqda deyilir.
Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb. 1990-cı ildə nəşrin “Lenin yolu” adının dəyişdirilib özünə qaytarılması naminə böyük əmək sərf edib. Bu, sabiq SSRİ-nin mövcud olduğu dövrdə cəsarətli mövqe nümayişi idi.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov yaradıcı gəncləri bir araya toplayıb və “Ağdam” qəzetinin fəaliyyətində yeni cığır açıb. Onun sayəsində nəşrdə doğma diyarın problemlərinin həllini, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsini, ümumən milli mənlik şüurunun dirçəldilməsini hədəf seçən çoxsaylı materiallar yayımlanıb. Jurnalist çətin müharibə şəraitində Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib.
B.Hüseynov jurnalistikaya yüksək sədaqəti ilə seçilib, örnək olub. O, peşənin güc və imkanlarını cəmiyyət və dövlət üçün səfərbər etmək baxımından da daim sözünü deyib, bu keyfiyyətinə, həmçinin səmimiyyətinə, qayğıkeşliyinə görə hörmət və rəğbət qazanıb.
Allah rəhmət eləsin!
23-05-2024, 16:45
Rəhmonun Azəbaycana səfəri başa çatdı


Rəhmonun Azəbaycana səfəri başa çatdı

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 23-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
23-05-2024, 16:28
Tacikistan-Azərbaycan münasibətlərinə nikbin baxırıq - Prezident


Tacikistan-Azərbaycan münasibətlərinə nikbin baxırıq - Prezident

Beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkələrimizin təşəbbüslərinin qarşılıqlı şəkildə dəstəklənməsi təcrübəsinin davam etdirilməsinin tərəfdarı olduğumuzu bildirdik. Azərbaycanın bu il COP29-u keçirməsi ilə bağlı qərarını alqışlayırıq.
Bu sözləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Tacikistan Prezidenti, eyni zamanda, vurğulayıb: “Biz Tacikistan-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərinə nikbin baxırıq”.
23-05-2024, 16:22
Azərbaycanla əməkdaşlığımızın səviyyəsindən məmnunuq - Rəhmon


[b]Azərbaycanla əməkdaşlığımızın səviyyəsindən məmnunuq - Rəhmon[/b]

Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk.
Bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.
“Bu baxımdan terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq”, - deyə Prezident E.Rəhmon vurğulayıb.
23-05-2024, 16:15
İmzalanan sənədlər münasibətləri xeyli möhkəmləndirir


İmzalanan sənədlər münasibətləri xeyli möhkəmləndirir

Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.
Dövlətimizin başçısı deyib ki, bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.
23-05-2024, 16:00
Azərbaycan Prezidenti Tacikistana səfərə dəvət olundu


Azərbaycan Prezidenti Tacikistana səfərə dəvət olundu

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana səfərə dəvət olunub.
Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
"Onu da demək istərdim ki, mən konstruktiv dialoqumuzu davam etdirmək məqsədilə əziz dostum və qardaşım İlham Heydər oğlu Əliyevi böyük məmnuniyyətlə Tacikistana səfərə dəvət etmişəm", - Tacikistan dövlət başçısı qeyd edib.
23-05-2024, 15:40
Azərbaycanda müəllimlərə siqaret çəkmək qadağan edildi


Azərbaycanda müəllimlərə siqaret çəkmək qadağan edildi

Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib.
Sözügedən sənəddə pedoqoji heyətin təhsil müəsisələrində davranış qaydaları öz əksini tapıb.
Qaydalara əsasən, təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir.
Həmçinin, müəllimlər dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.
23-05-2024, 15:24
Müəllimlər bu qaydalara riayət etməlidir! - Nazirlikdən QƏRAR


Müəllimlər bu qaydalara riayət etməlidir! - Nazirlikdən QƏRAR

Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il qərarı ilə "Təhsilverənlərin etik davranış Qaydaları" təsdiq edilib.
Sözügedən sənəddə pedoqoji heyətin təhsil müəsisələrində davranış qaydaları öz əksini tapıb.
Qaydalara əsasən, təhsilverənlər tədris prosesi zamanı qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət kimi prinsiplərə əməl etməlidir.
Təsdiq edilən sənədə əsasən, təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.
O, birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. Təhsilverən birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Təhsilverən korrupsiyaya imkan verməməli, təhsilalanları korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir.
Təhsilverən xidməti vəzifəsinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödəniş və s. tələb və ya qəbul etməməlidir. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Təhsilverən özünün bilik və bacarıqlarını inkişaf etdirməli, təhsilalanların nailiyyətlərini yüksəltmək məqsədilə davamlı peşəkar inkişafını təmin etməlidir.
Təhsilverən nitqində Azərbaycan ədəbi dilinin normalarına riayət etməli, təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir.
Təhsilverən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməli, dövlət əmlakından şəxsi maraqlar, habelə xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir.
Təhsilverən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməli, xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.
Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalı, ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.
Qərara əsasən, təhsil müəssisəinin rəhbəri kollektivi bu Qaydalarla tanış etməli, təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalı, təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir.
Rəhbərlər etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməli, müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalı, bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.
23-05-2024, 15:13
Ağdərə rayonunda 5 məktəb yaradılacaq - Siyahı

Ağdərə rayonunda 5 məktəb yaradılacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərara əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”nda dəyişikliklər edilib.
Qərarda bildirilib ki, Ağdərə rayonunda aşağıdakı məktəblər yaradılacaq:

- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi

- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi

- Ağdərə rayonu Talış kənd tam orta məktəbi

- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi

- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.

Eyni zamanda, qərara əsasən, “Tərtər rayonu Talış kənd uşaq bağçası” sözləri “Ağdərə rayonu Talış kənd uşaq bağçası” ilə əvəz ediləcək.
23-05-2024, 14:53
Bakının 3 məktəbində nöqsanlar aşkarlandı - Direktorlar İŞDƏN ÇIXARILDI


Bakının 3 məktəbində nöqsanlar aşkarlandı - Direktorlar İŞDƏN ÇIXARILDI

Paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib.
Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi qəzetinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.
81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onnun tabeliyində gözətçi işlədiyi aşkar edilib.
203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!