Venesuelanın növbəti lideri kim olacaq? - Trampdan cavab .....                        Mikroavtobus dirəyə çırpıldı - Ölən var .....                        Venesuelanın vitse-prezidenti Rusiyaya qaçdı .....                        Azərbaycanda Ramazan ayı bu tarixdə başlayır .....                        Maduro yataq otağında tutulubmuş .....                        Türkiyədən Venesueladakı hadisələrə reaksiya .....                        Din pərdəsi altında diktatura - İran rejimi öz sonuna yaxınlaşır? .....                        Venesuela Prezidenti və xanımı barədə bu ittihamlar irəli sürülüb .....                        Prezident ailəsi ilə birgə Şahdağda - FOTO .....                       
Tarix : 21-09-2015, 10:09
Yunanlar yenə “Syriza”dedilər


Verilən səslərin 80%-dən çoxu sayılıb və “Syriza”nın 35% səs topladığı məlum olub.
Ötən gün Yunanıstanda növbədən kənar keçirilən parlament seçkisinin qalibi növbəti dəfə Aleksis Çiprasın liderlik etdiyi “Syriza” partiyası oldu. Butov.az ANS PRESS-in məlumatına əsasən xəbər verir ki, artıq verilən səslərin 80%-dən çoxu sayılıb və “Syriza”nın 35% səs topladığı məlum olub.

“Syriza”nın ən yaxın rəqibi Yeni Demokratiya Partiyasının sədri Vanqelis Meymarakis verdiyi açıqlamada 28% səs topladıqlarını və məğlubiyyəti qəbul etdiklərini deyib.

Yunanıstanda bir partiyanın tək başına hakimiyyətə gəlməsi üçün 300 yerlik parlamentdəki 151 kresloya sahib olması lazımdır. Bunun üçün isə bir partiyanın 40% səsə ehtiyacı var.

Ötən gün yunanlar 2015-ci il ərzində artıq üçüncü dəfə seçki məntəqələrinə üz tutublar. Yanvarın 25-də ölkədə növbədənkənar parlament seçkisi, iyulun 5-də isə kreditorların ultimatumuna və iqtisadi siyasətə dair referendum keçirilib.

Yunanıstan əhalisinin 9.8 milyonu səsvermə hüququna malikdir. Seçkilərdə 19 partiyadan 7-nin tələb olunan səs sayını toplayıb parlamentdə təmsil olunma şansı var. Namizədlərin hər biri iqtisadi yüksəlişin olacağına söz verib və öz seçki kampaniyalarını iqtisadiyyat üzərində qurublar.

Yunanıstan bir müddət əvvəl Avropalı kreditorlarla iqtisadi yardım üçün daha 86 milyard avro ayrılması barədə razılığa gəlib. Avroqrupun rəhbəri Yerun Deysselblum deyib ki, Afinaya yardım müzakirələri zamanı fikir ayrılıqları olsa da, nəticədə bütün mübahisəli məsələlər yoluna qoyulub.

Avroqrupun avqustun 14-də Brüsseldə keçirilən toplantısı 6 saat davam edib. "France-Presse" bildirir ki, bu zaman Afinanın kredit qarşılığında aparacağı islahatlar və atacağı sərt addımlar bütün incəliklərinə qədər müzakirə edilib.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!