Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 27-08-2013, 15:32
Qara və Bozlar şəhərində


Mövlanə Cəmaləddin Rumi bu gün Bakıda yaşasaydı yəqin ki, o məhşur kəlamın bu cür ifadə edərdi " Neçə insan gördüm yaşamaları üçün şəhər yox, neçə şəhər gördüm içində insan yox".Bir gün Bakı küçələrində gəzmək azərbaycanlının həyat tərzini görmək üçün kifayətdir. Elə bil insanlar hamısı eynidir. Eyni cür gəzir, eyni cür danışır, eyni cür davranır və ən nəhayət eyni cür geyinirlər. Rəngarəng geyinmiş bir insan kütlənin içində o saat seçilir.

Görəsən niyə bizim qızlar diqqəti çəkmək üçün bu üsulu deyil, açıq saçıq geyinməyi daha üstün tuturlar? Ya onların ağlına bu gəlmir ya da sevimli rəngləri olan qara və bozdan hələ də əl çəkmək istəmirlər. Məni düşündürən bizimkilərin bu rənglərə qarşı olan boyük marağıdı. Hərdən fikirləşirəm ki, ruslar bizimkilərə digər qafqazlılar və orta asiyalılar kimi qara dərili və qara işlərdə işlədiyinə görə yox, məhz həmişə qara rəngdə geyindiyi üçün qara deyirlər. İnsanın geyimi onun daxili aləmindən xəbər verən amillərdəndir deyir psixoloqlar. İş orasındadır ki, bizdə xoşbəxtlər də, bədbəxtlər də qara və boz rəngdə geyinir. Bəlkə bu həvəs onların içində olan dərd çəkmək istəyindən irəli gəlir. Bəli, səhv oxumadınız, dərd çəkmək istəyi. Dostoyevskinin Cinayət və cəza əsərində günahı üstünə götürən günahsız insanın bu hərəkətinin səbəbini müstəntiq Şərqdəki bəzi təlimlərdə olan dərd çəkmək, özünə əzab vermək istəyi düşüncəsiylə əlaqələndirir. Hərdən küçədə "çılqın" gənclik dövrü yaşadığını düşünən cavanlara rast gəlirik. Bu "çılqınlıqsa" kiməsə ilişməkdən, söz atmaqdan, küçədə möhkəm səslə danışmaqdan, uyğun olmayan yerə zibil atmaqdan, ətrafdakılara sayqısızlıq etməkdən ibarətdir. Dərd orasındadır ki, elə həmin bu "çılqınların"da geyimləri ya qara ya da boz rəngdədir. Amerika imperializminə, yəhudi massonluğuna qarşı İranda keçirilən mitinq dağılandan sonra yerdə qalan "Coca-cola" şüşələri kimi. Qoy qara və bozlar inciməsin məndən, mən sadəcə düşündüklərimi yazıram. Ümidvaram ki, bu yazını oxuyan hər kəs məni düşündürən bu reallıq haqqında heç olmasa bir dəfə də olsun düşünəcək. Elə mən də mentalitetimizə sadiq qalaraq qara və boz rəngli düşüncələrlə ayrılıram sizlərdən.


Paylaş



Bölmə: Köşə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!