Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI .....                        Azər Zahid barəsində həbs qərarı verildi .....                        Təyyarə qəzasının canlı şahidi danışdı .....                        Yasamaldakı yanğın söndürüldü .....                        Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR .....                        Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO .....                        Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı .....                        Təyyarədə iki çeçenistanlı uşaq olub .....                        Bakıdan Qroznıya nə üçün gedirlər? - Diaspor sədri qəzadan danışdı .....                       
Tarix : 30-12-2013, 18:13
Vəzifədən getmək nədi ki
Mir Şahin
Səttar Mehbalıyevin yerinə olsaydım, heç bir günahım olmasaydı belə günü bu gün istefa verərdim
Möcüzə baş vermədi. Faciə baş verdi. Müdafiə nazirimizin soy-adaşı, Qarabağ müharibəsi əsgəri və əlili Zaur Həsənovu həyata qaytarmaq mümkün olmadı. Onun dərisinin 64 faizlik yanıq yeri dövlətin ürəyinin başını ərazilərinin 20 faizi kimi göynədəcək. Prezidenti sarsıdan amansız akt vətəndaşa “qara adam” kimi baxan bir sıra dövlət məmurlarına özünəməxsus etiraz jesti idi. Biz üzə ağ olmağın nə olduğunu bilirdik. Görünür, üzə qara olmaq da mümkündür. Zaur kimi. Yanaraq istidən, tüstüdən qara olmaq. Burda artıq fərq itir. Qara olmaq, ağ olmaq hamısı birləşir.
Qarabağ müharibəsi əlili özünə düz Həmkarlar Konfederasiyasının, vətəndaşların əmək hüququnu qorumağa borclu olan təşkilatın baş ofisi qarşısında od vurdu. Elə bir yerdə ki, burda vətəndaşın əmək hüquqları qorunmalıdır. Zaur Həsənovun özünə vurduğu alovun şöləsində araşdırılmasını vacib bildiyim bir neçə borc söhbəti var.
Birincisi: vətəndaşın vətəni qorumaq borcudur ki, Qarabağ müharibəsi əlili Zaur Həsənov ondan döyüşərək sağlamlığını itirməklə çıxmışdı. Vətəni müdafiə borcunun hamıya şamil edilməsinə baxmayaraq, öz borclu adını vətənin nisyə dəftərinə yazdıran, ya da bu mənəvi borcu nəğd pula ödəməyə çalışan böyük bir antivətən qrupu fonunda Zaur arxanı yox, önü, arxasını yox, önünü seçmişdi. Və Zaur, eyni zamanda, bir əsərdən obraz, filmdən rol da deyildi, həm də adicə insan, adicə vətəndaş, adicə ailə başçısı idi, onun da uşaqları var idi, övladları qarşısında valideyn borcu, adi qayğıları, balalarının ehtiyac dolu baxışları var idi. Və bütün bunlarla yanaşı, o, Qarabağ döyüşlərində vuruşmaq tək bir üstünlüyə də malik idi. Bəlkə də başqa vaxt o da bir çoxları kimi yeməklə yox, ümidlə yaşayardı. Amma o, Qarabağda həm də o oğlanın yerinə döyüşəndə, qəlpə, yara qazananda o oğlanın və ya o oğlanların da onun yerinə pul, sərvət qazandığını düşünüb əsəbiləşirdi. Məncə, Zaurun sondakı odlu-alovlu çıxışının bir səbəbi bu idi.
Zaur niyə od püskürdü sualının daha bir cavabı borca aparır. Məmur borcuna. Xalqın xidmətçisi olmalı olan kəslərin xalqdan xidmətçi düzəltmək inadının altında itib batmış vəzifə borcuna. Bu borc hər bir nazirin aldığı maaşdan, əldə etdiyi qazancdan qat-qat artıqdır. Vətəndaşlarla ağırtaxta bir qrafik üzrə, müəyyən vədələrdə, mövsümi cədvəllərlə görüşən dövlət məmurlarının qəbuluna səbri çatmayan zavallı, mağmın insanlar hirsdən-hikkədən öz canlarına qıyır. Deməli, dövlət məmuru bir borclu kimi başqa bir borclunun sağlığını təkcə istəməməli, həm də bu sağlığı təmin etməlidir. Həmişə palçıq vulkanı gözlənilən yerdən həmişə palçıq vulkanı çıxmır. Cənablar, zülmətin içində olanları görmürsünüz. İndi Cırtdanlar özünə od vurub işıq verməyə başlayırlar ki, bəlkə divlər işıq gələn tərəfə gedə…

Vəzifədən getmək nədi kiBu hadisədən xəbər tutan prezident sarsıldığını deyib. Niyə? Ona görə ki, ortada üçüncü bir borc nümunəsi da var. Xatırlayaq: İlham Əliyev ilk dəfə dövlət başçısı seçiləndə bəyan etmişdi ki, bütün azərbaycanlıların prezidenti olacaq. Prezident bu bəyanatının, deməli vətəndaşlarının arxasında dayandı. Hansı cinayəti işləməsindən, onların günahının böyük və kiçik olmasından asılı olmayaraq özünü irəli verdi. Macarıstanda Ramil Səfərovu, İranda Xalidə Xalidi qorudu. Körpə İmran Cəfərovu, böyük Vaqif Səmədoğlunu himayə etdi. Bu mənada onun Zaur Həsənovun halına yanması da şəxsən məndən ötrü təəccüblü deyildi. Dövlət başçısı növbəti dəfə nümunə göstərdi. Vəzifə borcundan çıxmaq nümunəsi, dövlətin öz vətəndaşının qayğısını üzərinə götürmək borcundan çıxmaq nümunəsi. Nə acı ki, prezident öz qayğısının bəhrəsini bu dəfə görmədi.
Möcüzə baş vermədi. Zauru yenidən dünyaya gətirmək mümkün olmadı.
Əlbəttə, Qarabağ müharibəsi əlilinin hərəkətində riskli məqamlar da var. Etirazın Zaur üslubu heç bir halda başqa tələbkarlara hədəfə çatmağın kəsə yolu kimi görünməməlidir. Prezidentin reaksiyası “Zaur Həsənov özünü yandırdı, istədiyini aldı, ya Allah, hamımız tonqal başına!” anlamına gəlməməlidir. İlham Əliyevin bir əlilə, bir ailə başçısına, sadəcə bir vətəndaşa göstərdiyi dəstəyi dövlət başçısının təhdid qarşısında geri çəkilməsi tək qiymətləndirmək yanlış olardı. Elə çıxmamalıdır ki, özünü yandırmaq bu torpağı qoruyaraq əlil olmaqdan daha sərfəlidir. Birini nəzərə almayıb hər şeyi əlindən alırlar. İkincisini nəzərə alıb sənə hər şeyi verirlər-deyə düşünmək təhlükəli olardı. Çünki, sabah yenə Azərbaycanın yeni Zaurların müdafiəsinə ehtiyacı olacaq. Vətəni qorumaq isə təkcə şərəfli deyil, həm də sərfəli olmalıdır.
…Zauru torpağa tapşırdıq. Bir vaxtlar bu torpağı ona tapşırdığımız kimi. O özünün, ailəsinin yeganə dolanışıq yeri, dolanışıq torpağı uğrunda həlak oldu. Həmin o lənətə gəlmiş çayxana yerini yəqin ki, daha heç kim özününküləşdirməməlidir. Çünki o ərazidə Zaurun tənzifin arasında tora düşmüş kimi görünən bir cüt gözü qalıb. Oralarda həmişə Zaurun yanıq ruhu inildəyəcək. Burada yaşayanların yuxusuna bütün bədəni tənzifə bürünmüş, yalnız gözləri bir cüt quyu kimi qaralan qorxulu kabus girəcək. Mən bilmirəm ki, günah kimdədir, həqiqət kimin tərəfindədir… Amma Allah göstərməsin, bu hadisədə Səttar Mehbalıyevin yerinə olsaydım, heç bir günahım olmasaydı belə günü bu gün istefa verərdim. Şəhid qardaşımın ruhu xətrinə. Adam dünyadan gedib, vəzifədən getmək nədi ki…


Paylaş



Bölmə: Xəbər / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!