Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 28-12-2015, 13:53
Ulduzlar 2016-cı ildə bürclərə nə vəd edir?



Çin təqviminə görə, 2016-cı il meymun üzərində təhvil olur. Hər ilin bürclər üzərində özünəməxsus təsiri var.


Butov.az Publika.az-a istinadən bu yazıda meymunun ayrı-ayrı bürclər altında dünyaya gələnlərin iş və özəl həyatına təsiri ilə bağlı proqnozları təqdim edir:

Qoç bürcü: Bu il sizin peşəkar fəaliyyətinizdə ciddi dəyişikliklər gözlənilir. Bəziləri işini, ümumiyyətlə, dəyişəcək və özünə daha perspektivli iş tapa biləcəklər. Lakin praktiki olaraq istənilən işdə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha çox səy göstərməli olacaqsınız. Ailə həyatında kəskin dəyişiklik gözlənilmir, olsa belə, bu, ancaq xeyrinizə olacaq.

Buğa bürcü: Çoxlu əziyyət çəkməli olacaqsınız. Planlarınız çətinliklə reallaşacaq. Ona görə də güclü olmalısınız. Amma bu yolda misilsiz təcrübə qazanacaqsınız. Şəxsi həyatda xoşbəxtlik gözlənilir. Xüsusilə, sevdiyiniz insana qarşı sədaqətli olsanız, hər şey qaydasında olacaq.

Əkizlər bürcü: Maraqlı insanlarla ünsiyyət sizə daha yaxşı təcrübə qazandıracaq. Bu il həm peşə fəaliyyətində, həm də şəxsi münasibətlərdə bir çox ziyanın yarısından qurtaracaqsınız. Bəziləri üçün il ailə qurması ilə əlamətdar olacaq.

Xərçəng bürcü: İşdə qarşılaşdığınız çətinliklərə baxmayaraq, bir çox məsələlərdə uğur qazana biləcəksiniz. Ən əsası, səbirli olun. Hadisələri sürətləndirməyə çalışmayın. İlin əvvəlində xroniki xəstəliklərin kəskinləşməsi ilə bağlı problemlər yarana bilər.

Şir bürcü: Şir bürcünün nümayəndələrinin əksəriyyətini bu il uğursuzluq gözləyir. Aktivliyiniz sayəsində uğursuzluqları dəf edəcəksiniz. Başlıcası isə özünüzə olan inamı itirməyin. Payız-qış mövsümü sizin üçün daha əlverişli olacaq.

Qız bürcü: İlin birinci yarısında karyera yüksəlişi və peşə fəaliyyətinin genişləndirilməsi ilə bağlı imkanlarınız olacaq. Lakin işə aludə olub ailənizdəki mühüm məqamları gözdən qaçıra bilərsiniz. Pis niyyətli insanlar, bədxahlar ayağınızın altını qaza bilər. Odur ki, ehtiyatlı olun. Yayın ortalarından başlayaraq problemlər tamamilə həll olunmasa da, gərginlik xeyli aradan qalxacaq.

Tərəzi bürcü: İctimai həyatda uğur qazanmaq istəyənlər ilin birinci yarısında populyarlıq qazanacaqlar. İlin ikinci yarısı fəaliyyətinizin genişləndirilməsi, təhsil və karyerada yüksəliş üçün əlverişli olacaq. Şəxsi həyatınızda da gözlənilməz hadisələr baş verəcək. Ancaq ürəyinizcə olduğundan bunlar sizi narahat etməyəcək.

Əqrəb bürcü: Bu il əsas narahatlıq sevdiyiniz adamla və ya doğmalarınızla bağlı olacaq. Münasibətlərdə gərginlik hökm sürəcək. Yaz fəsli investisiya qoyuluşu üçün yaxşı vaxt deyil. Lakin ilin ikinci yarısında sizin maddi vəziyyətiniz xeyli yaxşılaşacaq, işinizdə də yüksəliş gözlənilir.

Oxatan bürcü: Payıza qədər maliyyə məsələlərində ehtiyatlı olun. Hər cür riskdən uzaq durun, əlinizdə olanları qoruyub saxlayın. Bu il maddi baxımdan korluq çəkə bilərsiniz, lakin bu halda belə özünüzə inamı itirməməyə çalışın. Əzminiz və çalışqanlığınız sizi çətin vəziyyətdən çıxaracaq.

Oğlaq bürcü: Bu il sürprizlərlə dolu olacaq. Bütün işlərinizi əvvəlcədən planlaşdırsanız da, gözənilməz hadisələr həyatınıza birbaşa təsir edəcək. Özü də bu, təkcə peşəniz yox, hətta şəxsi həyatınızla bağlı olacaq. İlin ikinci yarısında maliyyə problemləri yarana bilər.

Dolça bürcü: Gələn il dolçalar üçün həm böyük uğurlar, həm də uğursuzluqlar gözlənilir. Meymun ilində sizə doğma olan bir şəxslə münasibətləriniz korlana, hətta onunla ünsiyyəti birdəfəlik kəsə bilərsiniz. 2016-cı il sizin üçün həm təhsil, həm karyera baxımından uğurlu hesab olunur. İşgüzarlığınız və məsuliyyətiniz sizə peşə sahəsində yaxşı nəticələr qazanmağa kömək edəcək.

Balıq bürcü: Təxirə saldığınız işləri ilin əvvəlində reallaşdıracaqsınız. Şəxsi həyatda ayrılıq gözlənilir. Ona görə də sevgi işlərində son dərəcə nəzakətli və ehtiyatlı olmaq lazımdır. Bütün il ərzində səhhətinizlə bağlı ciddi problemlər yarana, gizli xəstəliklər meydana çıxa bilər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!