Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                        Həlak olan ekipaj üzvlərinə şəhid statusu verilə bilər .....                        Təyyarəyə kənar müdaxilə olub - Nazir .....                       
Tarix : 2-12-2015, 11:55
2016-cı il bürclərə nə vəd edir? - Rusiyalı astroloq



2016-cı il odlu meymun ili olacaq. Bu ildə bürcləri nələr gözləyir? Hansı bürcü uğurlar, hansı bürcü uğursuzluqlar gözləyir? Bu haqda rusiyalı astroloq Vasilisa Volodina mətbuata açıqlama verib.
Meymun ili - 1920, 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016-cı illərdə doğulan insanların ilidir.

Bu insanlar ağıllıdırlar, cəlddirlər, ixtiraçıdırlar, orijinaldırlar. Ən mürəkkəb məsələni asanlıqla həll etməyi bacarırlar, lakin bununla bərabər etibarsız və ziddiyyətli insanlardırlar. Onlar hər nə oldusa, onu dərhal bilmək və öyrənmək istəyirlər, səbrsiz və hər şeylə maraqlanan olurlar. Ən yüngül maneə belə onların əhval-ruhiyyələrini korlaya bilir, hər hansı bir planlarını onların gözündən asanlıqla sala bilir. Onlardan bir çoxu qərarsız olurlar, bu xüsusiyyətləri ilə digərlərdən fərqlənirlər.

Düzgün qərar qəbul edirlər, sağlam düşüncəyə malik olurlar. Əgər onlara mane olan olmasa onlar çox şöhrətli olarlar. Yüksək vəzifə sahibi olurlar.

Sizə gələcək həyat yoldaşı üçün uyğun olan illər- əjdaha və siçan. Ailə qurduqda bəzən uğurlu ola bilər-dovşan, qoyun, it, meymun. Ailə qurmaq üçün uğursuz olanlar - ilan, qaban, pələng

Bəs bu ildə bürcləri nələr gözləyir? Hansı bürcü uğurlar, hansı bürcü isə uğursuzluqlar gözləyir? Bu haqda rusiyalı astroloq Vasilisa Volodina mətbuata açıqlama verib.

Meymunlar enerjili və dinamik heyvanlardı. Bu ildə kim aktivliyə can atsa, onun ili olacaq. Meymun keçidən daha dərin düşüncəli və hərəkətli olduğu üçün bir yerdə oturmaq lazım deyil. Mütləq aktiv hərəkət etmək lazımdır. Kim öz uğuru və karyerası üçün can atsa, qazanacaq.

Qoç – Harmoniya və sabitlik gözlənilir. Yalnız ifratlardan uzaq olmaq məsləhətdir. İş fəaliyyətində yaxşılığa doğru dəyişiklər olacaq. Şəxsi həyatda sakitlik, ilin sonuna yaxın böyük mənfəət gözlənilir. Sağlamlıq 2016-ci ildə yaxşı olacaq. Qısamüddətli enmələr böyük zərər gətirməyəcək.

Buğa – İşdə yüksəlişlər vəd edilir. Mükafatlanma gözələnilir. Sağlamlığa və qidalanmaya diqqət edilməlidir. Şəxsi həyatlarında da münasibətlərin düzələcəyi gözlənilir. Bu ildə ailə, qohum dəstəyi də sizinlə olacaq. Həmçinin düzgün qidalanmaq və vaxtında həkimə getmək lazımdır.

Əkizlər - Bütün tutduğu işlər uğurla nəticələnəcək. Keçən ilə nisbətən 2016-cı ildə ailəyə diqqəti artırmaq lazımdır. Pul problemi bu ildə qaydasında olacaq. Gəlirlərin və karyeranın yüksəkliyi gözlənilir. Əkizləri şəxsi həyatında diqqət yaranacaq. Hədiyyələr, görüşlər artacaq. Lakin tənha əkizlər tale yoldaşlarını tapmaqda çətinlik çəkəcəklər. 2016-cı ildə əkizlərin sağlamlığı özlərindən asılı olacaq.

Xərçəng – Bu il çox işləməli olacaqlar. İlin axırında çəkdikləri əziyyətin bəhrəsini görəcəklər. Şəxsi həyatındakı insanla stabillik, sakitlik gözlənilir. Subay xərçənglər öz yarılarını bu ildə tapacaqlar. Kredit götürməkdən qorxmayın, çünki ilin sonuna kimi hamısını qaytaracaqsınız. İlin sonu çəkilmiş əziyyətə görə gərginlikdən çıxmaq üçün istirahət etmək lazımdır.

Şir – Əziyyət çəkməyəcəklər. Peşə üçün fəallığa maneə yaranmayacaq. İşi ona zövq verəcək və nəticəsi böyük olacaq. Çılğınlıqları bu il kənara qoymaq lazımdır. Çünki bilmədən səhvlərə yol verə bilərlər. Şəxsi həyatınızda əsaslı dəyişikliklər olacaq. Maliyyə məsələləri qaydasına düşəcək.

Qız – Bu il çox çalışmalı olacaqlar. Baxmayaraq ki, maneələri aradan qaldırmaq üçün il öz köməyini göstərəcək. İşdə yeni əlaqələr və tanışlıqlar yaranacaq. Romantika və şəxsi həyat dərinləşəcək. 2016-cı ilin ikinci yarısı daha çox şans vəd edir. Həssas insanlar əsəbdən uzaqlaşmaq üçün istirahətdən yayınmamalıdırlar.

Tərəzi – 2016-cı il tərəzilər üçün uğurlu il olacaq. Karyeralarında 1-2 pillə yüksəliş gözlənilir. Şəxsi həyatında Meymun ili yeni heç nə vəd etmir. Maddi vəziyyət yaxşılaşacaq, sevgi ikinci plana keçəcək. Subay tərəzilər taleləri üçün ilin sonunda axtarışa çıxsalar, yaxşıdır. Ailəlilərin isə bəxti gətirib, ilin sonuna kimi sakitlik olacaq. Özünü yaxşı hiss etdiyinə görə, il boyu gümrah olacaqlar. Yüngül soyuqdəymə əhvallarını pozmayacaq.

Əqrəb – Gələn il əqrəblərin həyatında cürbəcür dəyişikliklər olacaq. Əvvəldən nəzərdə tutulan planları israrla gerçəkləşdirməyə çalışmalıdırlar. Aktiv əqrəblər çox şeyə nail olacaqlar. Evlilər arasındakı soyuq münasibətlər istiləşəcək və sürprizlər yaranacaq. Sağlamlıqları qaydasında olacaq.

Oxatan – Karyerada yüksəliş gözlənilir. Oxatan zəhməti sayəsində öz iş prosesindən zövq alacaq. Ancaq həmkarları arasında soyuqluq yaranacaq. Bu mühitə öyrəşmək lazımdır. Ailə münasibətlərində münasibətlər rəvanlaşacaq. Oxatanların maliyyə ehtiyacı olmayacaq. Sağlamlığa diqqət etmək lazımdır. Ulduzlar oxatanlara dəniz səyahətləri tövsiyyə edir.

Oğlaq – Əmin-amanlıq və dinclik gələcək. İş fəaliyyətində biznes təklifləri olacaq. Məhəbbət iztirabları gözlənilmir. Subay oğlaqlar da öz yarılarını ilin axırına kimi tapacaqlar. İstirahətə də vaxt ayırmaq lazımdır. Yoxsa, gərgin iş rejimi oğlaqlara əsəb və narahatçılıq verəcək. Həmçinin ulduzlar onlara həzm sistiminə və qaraciyərə diqqət etməyi tövsiyyə edir.

Dolça - Enerjili və aktiv olacaqlar. İşdə yaxşılığa doğru dəyişikliklər gözlənilir. Məqsədə doğru getmək lazımdır. Çünki uğurla nəticələnəcək. Tərəafdaşla münasibət yüksələcək. Sağlamlıqda əsasən əsəb sistemini qorumaq lazımdır. Bu il ulduzlar zərərli yağlı qidalar və spirtli içkilərdən uzaq durmağı məsləhət görmürlər.

Balıq – Balıqları sakitlik gözləyir. İşlərinə dəstək olunacaq. Ailə bağlantılarında möhkəmlik, sabitlik hökm sürəcək. Subay balıqların bu il yarılarını tapmaqda yüksək şansları olacaq. Meymun ilində qidalarına diqqət etməlidirlər. Artıq bu ildən düzgün həyat rejiminə və idmana yer verməlidirlər. Balıqlar bu il yaxşı istirahət edərlərsə, bol uğur qazanacaqlar.



Qadın.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!