Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 9-10-2016, 16:10
] Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...

Vüsalə Qələndərli


Böyümək istəyən uşaqlar və balacalaşmaq istəyən böyüklər...

Kaş mən də uşaq olaydım... bu ifadəni işlətməyən böyük yoxdur. Baxmayaraq ki, o yolu hamımız keçmişik, amma həmişə dönüb o yollara həsrətlə baxmışıq. Kaş uşaq olaydım...

Heç fikir vermisizmi, biz uşaq olmağı arzu edərkən uşaqlar da böyüməyi arzu edərlər, niyə bilirsiz? Çünki onlar da özlərini ən aciz bilirlər, bu asılılıqdan qurtarmaq istəyirlər. Çünki onların da daxilində böyüklük eşqi var. Onlar böyümək istəyir, şəxsiyyət olmaq istəyir, böyük adamlar olmaq istəyir.... Biz böyüklər isə, deyəsən acizləşməyə doğru gedirik. Uşaq olmaq istəməklə zəiflik göstəririk, problemlərdən qaçmağa çalışırıq, yəni biz balacalaşmaqla bütün məsuliyyətdən azad olmağı arzulayırıq.

 Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...
***

Uşaqlar artıq yaşlarından çox böyük düşünməyə başlayıblar. Hətta ailənin ağır yükünü balaca ürəklərində çəkəcək qədər.
Uşaqlar… Ən məhsum, ən günahsız varlıqdır, lakin, çox vaxt ən böyük işğəncələrə belə məruz qalırlar.

Bəzi uşaqlar sevgiylə böyüyərkən, bəziləri sevginin nə olduğunu belə bilməzlər. Bəzi uşaqlar əylənərkən, bəziləri əyləncənin nə olduğunu bilməzlər. Bəziləri var -dövlət içində üzərkən, bəziləri çörəyə həsrət qalarlar, uşaqlar var dünyanı bəzəyər, uşaqlar da var ki dünyada onlara bir gün uşaq kimi yaşamaq haram sayılar, döyüş meydanlarında əzilər, ayaqlar altında qalar, aclıqdan susuzluqdan, ölərlər....

 Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...

Bəzi uşaqlar yemək seçimi edərkən, bəziləri yeməyə bir şey tapmazlar… Bəziləri bayramı hər gün yaşarkən, bəziləri ömür boyu yaşamazlar.. Uşaq olmaq bumu?!

Ailədəki kasıbçılığı başa düşən uşaqlar böyümək istəyir, ailəsinə dəstək ola bilmək üçün. Problemlərdən qaçmağa çalışan böyüklər isə balaca olmaq istəyir.
***
(Görün vəziyyət hansı həddə çatıb ki, uşaq olmağı nə qədər istəyirsə böyüklər, onlar üçün uşaq bağçası da açıldı. Bəli, qəribə də olsa, Rusiyada Novosibirsk vilayətində böyüklər üçün uşaq bağçası açılıb. Lunta Yevgeniy Pyatkovskiy adlı fiziki şəxsin dediyinə görə, bu, Rusiyada ilk belə məkandır və analoqu yoxdur: Biz dostlarımızla müzakirə apardıq və qərara gəldik ki, özümüzü axırıncı dəfə ən çox uşaq bağçası illərində xoşbəxt hiss etmişik. Və elə bu söhbətdən böyüklər üçün uşaq bağçası yaratmaq ideyası ortaya çıxdı”.
Böyüklərin uşaq bağçasının menyusuna südlü sıyıq, meyvə püresi və sair yeməklər daxil edilib. Böyüklərin ən böyük əyləncəsi qumdan və plastilindən ev düzəltmək olacaq).
 Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...
 Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...
***
Təhsildən yayınan uşaqlar, təhsil almaq imkanı olmayan uşaqlar, azyaşlı olmasına baxmayaraq çörək pulu üçün küçələrdə iş axtaran uşaqlar, əməyi istismar olunan uşaqlar, xəstələnincə dərman ala bilməyən uşaqlar, uşaq pulundan belə məhrum edilən uşaqlar… onlar özlərini müdafiə üçün böyümək istəyir, biz isə....

Onlar böyümədi… böyüsəydilər…


Bütün dünyada, eləcə də Azərbaycanda müharibə zamanı saysız uşaqlar həyatını itirib.

Təkcə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.
Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.
Soyqırımlar, qanlı yanvar gecəsi nə qədər günahsız uşaq həyatını itirdi. Hələ də dünyada nə qədər uşaq aclıq və səfalət içində yaşayır. O uşaqlar da böyümək istəyirdi, amma olmadı...

Təəssüf ki, xoşbəxtlik saçan gözlərini əbədi yuman mələklər az deyil. Həm də kimlərinsə günahı üzündən.

Bu uşaqların bir qismi də 19 may alovunda diri-diri yanan körpə mələklərdir. Onlar dünyanın ən gözəl və məsum uşaqları idi. Onlar gülüşləriylə bütün dünyanı isidəcək qədər gözəl idi. Lakin onları elə odda-alovda yandırdılar ki, bundan sonra bütün dünya birləşsə, ürəyimizdəki yanğını, acını soyuda bilməyəcək.

Bunu edən böyük qazanc əldə etmək istəyən vicdansızlar oldu..
.

Nə yazıq ki, yol terrorunun, həkim səhlənkarlığının qurbanları da az deyil...

İŞİD-in qurbanı olan uşaqlar da var.
Siyasət oyununda oyuncağa çevrilmiş uşaqlar da… Onların müdafiəsinə kim qalxacaq?! Və nə zaman?!

Dünyann bəzəyi olan uşaqlar bəzəksiz qalıb

Dünyada nə qədər uşaq var, amma uşaqlığını yaşaya bilməyən, böyüməyən uşaqlar da az deyil... İşgəncələrə, ədalətsizliklərə ən çox məruz qalan onlardır... Dünyaya gəlmədən onun yaşayıb- yaşamayacağına qərar verilən uşaqlar olur… Doğulduqdan sonra, köməyə möhtac -yenə uşaqlar olur.
Həyata tutunmağı bacarmadan həyatdan qoparılan uşaqlar, heç vaxt böyümürlər.

 Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...

Ailə zorakılığı, işgəncələrə məruz qalan uşaqlar, böyük başbilənlərin qurduğu siyasət oyunlarının qurbanı olan uşaqlar.... Bu deyilmi uşaqlıq.... Köməksiz qalan bu məsumlara həsəd aparmaq nə qədər böyüklükdür?!...

Balacalaşmayaq insanlar, böyüyək mümkünsə... Ağlımızla, mənəviyyatımızla, bacarıqlarımızla, insanlığımızla böyüyək, böyük adam olaq. Böyüyək ki, balacalarımızı da qoruyub böyüdə bilək....
 Balacalaşmayaq insanlar, böyüyək mümkünsə!...


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!