25-07-2017, 17:49
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Soçidə görüşü, zənnimcə, son vaxtlar ikitərəfli münasibətlərdə müşahidə edilən bəzi gərginlik baxımından tam vaxtında və aktual oldu. Mən azərbaycanlıların Rusiyada ən böyük diaspor təşkilatının – Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ətrafında Rusiyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azərbaycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir araya sığışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tuturam.
25-07-2017, 17:41
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.
25-07-2017, 17:02
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib. Modern.az - ın məlumatına görə, millət vəkilinə Fəxri Vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.
Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılması işi, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb.

[/center]
25-07-2017, 14:08
Allah yolunda öldürülənlərə(şəhid olanlara)”ölü deməyin”.Əksinə,onlar (Allah dərgahında) diridirlər,lakin siz bunu dərk etmirsiniz.
“Bəqərə” sürəsi 154
25-07-2017, 13:55
Azərbaycanda sürücülərin əksəriyyəti barələrində tərtib olunmuş protokollar üzrə cərimələri vaxtında ödəmir. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, indiyədək ödənilməyən cərimələrin miqdarı 50 milyon manata çatıb. Son illər sürücülər cərimələri ödəməkdən daha çox yayınırlar. Dövlət Yol Polisi bunu nəzərə alaraq cərimələri vaxtında ödəməyən sürücülərə qarşı sərt addım atıb.
25-07-2017, 13:43
2017-ci ilin birinci yarısına olan məlumata əsasən Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir. AzVision.az “RT”-yə istinadən xəbər verir ki, bu şəxslərin 90 faizi ağır və çox ağır cinayətlər törədən şəxslərdir.
25-07-2017, 13:39
2017-ci ilin birinci yarısında qeyri-neft sənayesində məhsul istehsalı 4,4%, kənd təsərrüfatı 2,2%, ümumilikdə ixrac 36%, o cümlədən qeyri-neft ixracı 27% artmış, müsbət saldo 1,9 mlrd. ABŞ dolları təşkil edib.
25-07-2017, 13:28
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 27-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək.
25-07-2017, 13:21
24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.
25-07-2017, 13:15
Azərbaycanın istehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan, fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.