COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 25-07-2017, 17:49
Elmira Axundova Azərbaycan və Rusiya prezidentlərinin görüşünə münasibət bildirib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Soçidə görüşü, zənnimcə, son vaxtlar ikitərəfli münasibətlərdə müşahidə edilən bəzi gərginlik baxımından tam vaxtında və aktual oldu. Mən azərbaycanlıların Rusiyada ən böyük diaspor təşkilatının – Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ətrafında Rusiyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azərbaycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir araya sığışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tuturam.

Bu fikirləri Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova AZƏRTAC-a müsahibəsində söyləyib.

O, bildirib ki, əlbəttə, bütün bu neqativ informasiyalar əsası hələ XXI əsrin əvvəlində ulu öndər Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş dövlətlərarası münasibətlərimizin möhkəm təməlini sarsıda bilməz. Lakin biz başa düşürük ki, Rusiyada, o cümlədən hökumət dəhlizlərində qəsdən çaşqınlıq yaratmaq və regionun ən qüdrətli dövləti ilə əlaqələrimizin gələcək davamlı inkişafına mane olmaq istəyən qüvvələr az deyil. Buna görə də dövlət başçıları arasında şəxsi münasibətlər dünyanın müasir siyasi sistemində ən mühüm amildir. İndiki vəziyyətdə də bu, məhz belədir.

“Tanınmış tarixçi və politoloq, Milli Məclisin deputatı Musa Qasımlı düzgün müşahidə edib ki, bu görüş Rusiyanın dövlət və ictimai strukturlarında, xüsusilə kütləvi informasiya vasitələrində özünə yer etmiş erməni lobbisi nümayəndələrinə özünəməxsus cavabdır. Rusiya Federasiyasının siyasətçiləri və ictimai xadimləri, nəhayət, aydın şəkildə dərk etməlidirlər ki, onların ölkəsinin əsl dostu kimdir və kim görüntü yaradır”, - deyə Elmira Axundova qeyd edib.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan Elmira Axundova vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın mühüm rolu ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözləntiləri nəzərə alınmasa, Azərbaycan və Rusiya arasında, prinsipcə, xüsusi problemlər yoxdur. Əlbəttə, biz istərdik ki, Rusiya bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərsin. Ondan çox şey asılıdır.

Qafqazda sülh hamıya – Azərbaycana da, Rusiyaya da, sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanın özünə də lazımdır. Dövlətimizin başçısının Türkiyə Prezidenti və ABŞ dövlət katibi ilə danışıqları kimi, iki prezidentin görüşü də Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə və ədalətli həllinə xalqımızın ümidlərini artırıb”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!