Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
29-09-2021, 19:12
Ərdoğanla Putin Soçidə görüşdü - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə baş tutan görüş yekunlaşıb.

Mətbuata qapalı keçirilən görüş 2 saat 45 dəqiqə davam edib.
Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putin arasında görüş başlayıb.

Görüş mətbuata qapalı keçirilir.

Qeyd edək ki, Ərdoğanın səfəri Rusiyanın dövlət başçısının dəvəti ilə təşkil edilib.




Bütov.az
29-09-2021, 19:00
Mərkəzi Bank Rusiyadakı azərbaycanlı milyarderi MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan Mərkəzi Bankın 8 şirkətə qarşı cəza protokolu tərtib etməsilə bağlı məlumat yayılıb. Bildirilib ki, həmin şirkətlər barəsində tərtib edilən inzibati protokollar müvafiq olaraq qeydiyyat ünvanlarındakı rayon məhkəmələrinə təqdim edilib.

Modern.az məsələ ilə bağlı Mərkəzi Banka sorğu ünvanlayıb.

Mərkəzi Bankdan Modern.az-a verilən cavabda məlumat təkbiz edilməyib. Bildirilib ki, sorğu olunan məlumatlar bank əməliyyatları ilə bağlıdır:

“Bu səbəbdən Mülki Məcəllənin 967-ci və “Banklar haqqında” Qanunun 41-ci maddələrinə görə bank sirrini təşkil edir. Çünki burada müştərinin bank hesabına xidmət göstərən bank, xarici valyuta əməliyyatının məbləği və təyinatı və s. yer alır. Ona görə də məhkəmənin qanuni qərarı olmadan hər hansı şəxsə açıqlana bilməz. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin (İXM) 51-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə məlumatların yayılmasına yol verilmir və yalnız icraatında olan hakimin hesab etdiyi həcmdə açıqlana bilər”.

Yayılan məlumata görə, “Navi” MMC, “Futales” MMC, Teymur Əhmədov adına “Aznar” QSC, “Lopart” MMC, “Avtotexno” MMC, “Göyçay-Şərab” Açıq Səhmdar Cəmiyyəti, “Tıfanı Ltd” MMC, “Ysm Auto Oil Ltd” MMC şirkətlərilə bağlı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu rayon məhkəmələrinə göndərilib. İndex.az-ın məlumatına görə, bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Qeyd edilib ki, siyahıda adı olan Teymur Əhmədov adına “Aznar” QSC rusiyalı iş adamı, milyarder Fərhad Əhmədova məxsusdur. Fərhad Əhmədov və ona məxsus şirkətlərin adları son zamanlar müxtəlif qalmaqallarda hallanır.

Xatırladaq ki,bundan əvvəl AMB, Rusiyada yaşayan daha bir Azərbaycan əsilli milyarder-Araz Ağalarovun şirkəti ilə bağlı eyni inzibati cərimə protokolu tərtib etmişdi.

Bütov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!