İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
29-09-2021, 10:59
İlham Əliyev Fransadan gözləntini ortaya qoyur - Bəs Paşinyanla görüş mümkündürmü? – TƏHLİL

Prezident İlham Əliyev Fransanın “France-24” telekanalına müsahibəsində Bakı-Paris siyasi münasibətlərindəki gərginliyin azaldılması üçün xoşməramlı bəyanatlar da ön planda idi.

Bununla yanaşı Prezident Parisi ATƏT-in Minsk Qrupunun həmsədri mandatından kənara çıxaraq Ermənistanın tərəfini tutduğunu da xatırlatdı.

Məsələ burasındadır ki, bu mövqe Parisin sülh tərəfdarı olmaması anlamına da gəlmir, Bakı düşünür ki, Fransa regionda sülhü, sabitliyi və təhlükəsizliyi arzulayır.

Bəs Fransanı narahat edən nədir?

Bir neçə amilə diqqət çəkmək lazımdır:

1. Fransa Türkiyə faktoruna görə çox narahatdır,

2. Dünyanın güc mərkəzlərindən biri kimi proseslərdən kənarda qalmasını həzm edə bilmir. Maraqlarını təmin etməkdən çox ambisiyalarını ortaya qoyur,

3. Fransada fəal erməni icmasının siyasi dairələrə çıxış imkanları genişdir. Fransa rəhbərliyi erməni icmasını da elektorat kimi nəzərdən keçirir və onların xoşuna gəlmək üçün Ermənistanın işğalçı maraqlarını müdafiə edir.

Bununla belə, İlham Əliyev müsahibədə əvvəl baş verənləri geridə qaldığını deməklə sülh üçün gələcəyə baxmağın formulunu ortaya qoyur və Parisdən gözləntini belə ifadə edir:

“Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Ümid olunur ki, Ermənistan da istəyir. Biz bunun üzərində işləməliyik, buna diqqətlə yanaşmalıyıq və bir il əvvəl baş verənlərə qayıtmalı deyilik. Bizə gəldikdə, bu çox xoşagəlməz hadisələrdən sui-istifadə etməyəcəyik. Biz səhifəni çevirmək istəyirik”.

Prezident müsahibəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb-görüşməyəcəyinə dair suala cavabında həmsədrlərin üzərinə məsuliyyət qoyub. İlham Əliyev deyib ki, Minsk Qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz.

İlham Əliyevin görüş üçün dedikləri isə Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin bu yaxınlarda Azərbaycan-Ermənistan rəhbərləri arasında vasitəçilik üçün səylərin göstərildiyinə dair açıqlaması fonunda diqqət çəkir.

Təbii ki, bu ideyanın mənşəyi Tbilisinin özü deyil, burada Qərb Gürcüstanı prosesə salır və Qaribaşvili özü də bunu dolayısı ilə etiraf edir.

Gürcüstanın vaxtı ilə dost və qardaş qonşu ölkələr arasında vasitəçi kimi çıxış etməsini xatırlatmaqla bu faktın ABŞ və Avropa İttifaqı tərəfindən təqdir olunduğunu qeyd etməsi belə deməyə əsas verir (Ağdamın mina xəritələrinin Azərbaycana verilməsində Qərb Gürcüstanı vasitəçi kimi işə salmışdı)

Bəs biz bu olanlardan və açıqlamalardan hansı nəticələrə gələ bilərik?

Sualı cavablandırarkən proseslərin Ermənistanın tutduğu mövqedən asılılıq dərəcəsini qeyd etməliyik. Lakin hazırda proseslərin cari durumunu qara rəngdə görməkdə də düzgün olmaz.

Səbəblər:

1. Uzunmüddətli sülh üçün siyasi və diplomatik təmaslar intensivləşib, xüsusilə həmsədrlər canlanıb,

2. Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına çalışır, Ankara isə Bakının maraqlarını ön plana çəkir,

3. Azərbaycan-Ermənistan sərhədinin Qarabağ zolağında nisbi sakitlikdir, bu, yəqin ki, diplomatik təmasların nəticəsidir,

Lakin qeyd edək ki, son zamanlar Qərb mətbuatında Azərbaycana qarşı kampaniya xarakterli və iftira dolu məqalələr dərc olunur, lakin bunun proseslərin ümumi ruhuna təsirləri azdır.

NƏTİCƏ:

Əgər Bakının mövqeyi nəzərə alınarsa və həmsədrlər konstruktiv mövqe sərgiləyərsə, Əliyev-Paşinyan görüşü mümkün görünür,

Hazırda sülh müqaviləsinin rüşeymlərinin formalaşması üzərində işlər gedir, qolobal güclərin də bir aktivliyinin səbəbi budur.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!