Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
10-12-2021, 18:01
İrəvanda gərginlik: Xarici İşlər Nazirliyində qarşıdurma oldu - VİDEO

İrəvanda “Azadlıq” Hərəkatı üzvləri Xarici İşlər Nazirliyinin binasının yaxınlığında etiraz aksiyası keçirib.

Bütöv.az yerli mənbələrə istinadən xəbər verir ki,ardınca etirazçılar nazirliyin binasına daxil olublar. Polis onları ərazidən çıxarmaq istəyəndə qarşıdurma baş verib. Nəticədə bir neçə nəfər saxlanılıb. Nümayişçilər Qarabağdakı ermənilərlə bağlı hökumətdən məlumat tələb edirlər.


10-12-2021, 17:28
Xalqın Ümummilli lideri

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anım günüdür. Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir,

Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı.
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır”.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
Xalqın istəyi ilə 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.

Aynur Xəlilova – YAP üzvü

Bütöv.az
10-12-2021, 17:21
Ermənilərdən Kəlbəcərdə növbəti TƏXRİBAT - VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.




Bütöv.az
10-12-2021, 15:27
Moskvaya niyə Xələf Xələfov göndərildi?

Bu gün Moskvada “3+3” formatı üzrə ilk danışıqlar keçiriləcək.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun təmsil etməsi diqqət çəkib.

Belə ki, Ermənistan baş naziri bu formatın məsləhətçi funksiyasını yerinə yetirəcəyini demişdi. Amma Xələf Xələfov Xəzərin hüquqi statusu və Gürcüstanla sərhədin demarkasiyası məsələsində iştirak edən və bu prosesi dərindən bilən şəxsdir.

Azərbaycanın sərhəd məsələlərində hər zaman Xələf Xələfov iştirak edib, bu proseslərdə milli maraqlardan qətiyyən geri çəkilməyən savadlı, peşəkar diplomat kimi tanınır. Məhz Xələf Xələfovun Moskvaya göndərilməsi və “3+3” (daha doğrusu, “2+3” – Gürcüstan iştirak etmir) formatında Azərbaycan nümayəndəsi təyin edilməsinə təsadüfi baxılmır. Ermənistanla sərhədin delimitasiya və demarkasiya məsələsinin də bu formatda müzakirəyə çıxarılması ehtimalı var. Buna görə də Azərbaycan bu prosesi dərindən bilən diplomatını “3+3” formatında təmsilçi seçib.

Bütöv.az
10-12-2021, 12:03
Əhməd İsmayılov: "Yeni qanun media mühitini sağlamlaşdıracaq"

"Azərbaycanda yeni hazırlanan “Media haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi informasiya təhlükəsizliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır".

Cebhe.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir: “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".

Ə.İsmayılov qanun layihəsinə əsasən Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək".


Bütöv.az
10-12-2021, 11:56
ABŞ-dan İrana xəbərdarlıq

ABŞ-ın Müdafiə naziri Lloyd Ostini İrana xəbərdarlıq edib.

Bütöv.az xəbər verir ki, onun sözlərinə görə, İranla davam edən nüvə danışıqlarının nəticəsiz başa çatacağı təqdirdə Vaşinqton digər addımları atmağa hazırdır. Pentaqon rəhbəri israilli həmkarı Benni Qantzla Vaşinqtonda görüş zamanı bildirib ki, ABŞ-ın və İsrailin İranla bağlı mövqeyi eynidir.
“İranın nüvə silahı əldə etməsinə mane olmaq məsələsində eyni fikirdəyik” - deyə Müdafiə naziri vurğulayıb.
10-12-2021, 11:49
Təhsil sistemimizin ABSURDLARI...

Deputat Etibar Əliyev: «Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar»

Təhsil nazirliyinin müşaviri Elnur Nəsibov: «Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı»

Pandemiyanın çox ciddi zərbə vurduğu təhsil sistemi görülən bütün tədbirlərə, aparılan bütün islahatlara rəğmən hələ də cəmiyyətin ən ağrılı yeri olaraq qalmaqdadır. Az qala təcrübə laboratoriyasına dönən təhsilimizdə bir çox ölkələrin praktikası tətbiq edilsə də istənilən nəticə əldə olunmur. Bir çox hallarda naşı idarəçilik, sistemə yad olan kadrların prosesləri idarə etməsi pedaqoji mühiti acınacaqlı duruma salıb. Axşama qədər mənasız kağız yığınlarının içərisində eşələnməyə məcbur olan müəllimlər proseslərin arxasınca sürünməyə məhkumdur. Hansısa nazirliyin dəftərxanasını xatırladan məktəblərdə müəllimlər təzyiq, xof altında müxtəlif sənədlər yazmalı, summativlər çıxarmalı, jurnallar doldurmalı və imkan olarsa dərs də keçməlidirlər.
Fakt odur ki, bu gün təhsil sisteminə müxtəlif yollarla doluşan naşı kadrlar inzibati yollarla tədrisin anasını ağladırlar. Tamamilə sistemə yad olan və öz ixtisasına aid olan sahələrdə özünü doğrultmayan kadrlar bu gün Azərbaycan təhsilini “dirçəltməklə” məşğuldurlar. Deputat Etibar Əliyevin bu günlərdə yayımlanan müsahibəsində çox ciddi mətləblərə toxunulub. O haqlı olaraq qeyd edir ki, “Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar. Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur“.
Deputatın müsahibəsində sadəcə bir məqama diqqət yetirsək təhsil sistemində hansı oyunların baş tutduğuna şahid olarıq. “Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?
Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib.”
Göründüyü kimi təhsil sistemində hələ də monopoliya, tayfabazlıq, klan prinsipləri hökm sürür. Nədəndirsə qosqoca təhsil nazirliyi “Məhəbbətin qüdrəti”nin qarşısında hələ də acizdir və paytaxt məktəbləri “portfelsiz nazirin” kurasiyasında qalmaqdadır. Bu arada deputatın bu statusundan Təhsil nazirliyində narahat olanlar olub. Belə ki, müşavir Elnur Nəsibov öz şəxsi facebook səhifəsində ünvanını göstərməyə cəsarət etməsə də (kstati nazirliyin öz XƏCALƏTİ, əstəğfirullah CƏSARƏTİ özünə bəsdir) belə bir status paylaşıb.«Bağda ərik var idi, salam əleyk var idi. Bağda ərik qurtardı, salam əleyk qurtardı». Nə isə, məşhur kinoda deyildiyi kimi, «matroslar dalaşanda aralarına girməzlər».
Qayıdaq millət vəkilinin müsahibəsində qeyd etdiyi “onda bu imtahan oyunları nədir?” fikrinə. Ondan başlayaq ki, təhsil nazirliyinin təhsilin inkişafına xeyri olan istənilən təşəbbüsünü alqışlamışıq, saytımızda dəstək vermişik. Hələ illər öncə şagird qəbulunun və yerdəyişməsinin vahid elektron sistemlə həyata keçirilməsi üçün təşəbbüs irəli sürmüş, bu barədə silsilə yazılar yazmışdıq. Doğrudur sonradan bizim təklifimiz M.Vəliyeva tərəfindən özününküləşdirilərək təqdim olundu. Amma hər halda təşəbbüsümüzün həyata keçirilməsi naminə çox da dərinə getmədik. Bu gün də deputatın “imtahan oyunu” adlandırdığı məsələyə bir qədər geniş yanaşmaq istəyirik. Müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahan balları əsasında baş tutur. Bu zaman heç bir əsası olmayan absurd bir proses-sırf müəllimlərin incidilməsinə hesablanan bürokratik əngəl formalaşdırılır. MİQ nəticəsi ilə paytaxt məktəblərində yerdəyişmə etmək istəyən müəllimlər yenidən imtahana cəlb olunur. Əgər müəllim Bakı məktəbləri üçün məqbul balı toplayıbsa onun yerdəyişmə üçün yenidən imtahana cəlb olunmasına hansı ehtiyac var. Şəxs artıq imtahan verib və lazım olan balı toplayıb. Sadəcə Bakı daxilində məktəbi dəyişir. Onun yenidən imtahana cəlb olunması hansı məntiqə sığır?
Eyni proses rayondaxili və yaxud rayonlararası yerdəyişmələrə də aiddir. İşə qəbul üçün lazım olan balı toplayan müəllim yenidən prosesə sıfırdan başlamalı olur. Təbii ki, bütün bunlar əlavə vaxt itkisi və bürokratik əngəllər yaradır. Təklif edirik ki, MİQ ilə Bakı məktəbləri üçün lazım olan balı toplayan şəxs paytaxt daxilində yerdəyişmə etmək istəyərkən yenidən imtahana cəlb olunmasın. Əgər müəllim rayondan paytaxta gəlmək istəyirsə yenidən imtahana cəlb olunması lazımdır. Amma Bakı üçün lazım olan balı toplayan müəllimin yenidən imtahan olunmasına nə hacət. Adamın yadına məhşur lətifəəki söz düşür- Şəkidən Bakıya da 5 manat, Bakıdan Bakıya da 5 manat?
İnanırıq ki, nazirliyin rəsmiləri təklifimizi ciddi dəyərləndirəcək və bu bürokratik əngəlin aradan qaldırılmasına yardımçı olacaqlar.

Nicat Mahmudov
Rubrika.Az


Bütöv.az
10-12-2021, 11:36
UEFA Superkuboku matçı Ukraynada keçirilə bilər

Ukrayna 2024 və ya 2025-ci illərdə futbol üzrə UEFA Superkuboku qarşılaşmasını keçirməkdə maraqlıdır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferinlə görüşü zamanı bildirib.

Çeferin Kiyevə Ukrayna Futbol Assosiasiyasının 30 illik yubileyi münasibətilə gəlib.

Zelenski Avropa futbolunun rəhbərinə Ukraynada futbol infrastrukturunun inkişafı üzrə layihələrin həyata keçirilməsinə görə təşəkkür edib.

Dövlət başçısının sözlərinə görə, Ukrayna UEFA və digər idman təşkilatlarının himayəsi altında müxtəlif yarışların keçirilməsinə çalışır, eyni zamanda idmanın hər bir vətəndaş üçün cəlbedici və əlçatan olmasını təmin edir.

Görüşün sonunda Zelenski Çeferinə IV dərəcəli Knyaz Müdrik Yaroslav ordenini təqdim edib.

Mənbə: “Anadolu”

Bütöv.az
10-12-2021, 11:30
"Qarabağ" qol vurdu, hakim görməzdən gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının qrup oyununda "Qarabağ" "Bazel" ilə üzləşib.

Bütöv.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan "Qarabağ" haqsızlıqla üzləşib. Belə ki, matçın 2-ci dəqiqəsində Abdullah Zubir qol vursa da, hakim bunu görməzdən gəlib.

Oyunu idarə edən xorvatiyalı baş hakim Fran Yoviçin bu qərarı azarkeşlərdə ciddi narazılıq yaradıb.

10-12-2021, 11:22
Hande Harmancı: “Vaksinlərin hamısı “Omikron” ştammına qarşı effektivdir”

“Azərbaycanda ən son “Delta” ştammı aşkarlanıb. Bütün dünyada olduğu kimi, burada da insanlar həmin ştammdan əziyyət çəkir. Hələlik Azərbaycanda “Omikron” ştammına rast gəlinməyib”.

“Report”un Qərb bürosu xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ofis rəhbəri Hande Harmancı deyib.
Gəncədə səfərdə olan ÜST rəsmisi xatırladıb ki, yeni ştamm Azərbaycanda hələ aşkarlanmasa da, “Omikron” variantının burada olmayacağı anlamına gəlməməlidir:

“Çünki dünyanın hər yerində “Delta” ştammı aşkarlananda bunun Azərbaycanda yayılıb-yayılmayacağı soruşulanda təbii ki, yayılacağını demişdim. Bu fikrim “Omikron” ştammına da aiddir. Çünki yeni ştamm bütün ölkələrdə aşkarlanır. Bunun üçün təlaşa düşməyə ehtiyac yoxdur. İndiyədək istifadə olunan vaksinlərin hamısı yeni ştamma qarşı effektivdir. Tələb olunan qoruyucu tədbirlərin hamısı “Omikron”dan qoruyur. Sadəcə özümüzü və sevdiklərimizi qorumaq üçün qoruyucu tədbirlərə ciddi əməl etmək mütləqdir”.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!