21-12-2021, 10:10
Dünya bazarında Brent neftin qiyməti artıb, WTI isə ucuzlaşıb.Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin fevral müqaviləsinin dəyəri 0,81% artaraq 1 barelə görə 72,10 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 3,71% azalaraq 68,23 dollar təşkil edib.