Binəqədi rayon Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Teymur Tağızadənin daha bir özbaşınalığı üzə çıxıb. Sən demə, idarə rəisi rayon üzrə itirilmiş enerjinin varlığını ört-bas etmək məqsədilə qanunsuz işlərə imza atırmış. Belə ki, Tağızadə satdığı enerjinin pulunu dolayı yolla çıxarmaq üçün həm Azərişıq ASC-nin rəhbərliyini, eləcə də Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsini (bundan sonra - QMKDK) aldadırmış.
Bütöv.az yazır ki, bu barədə Demokratik TV-yə daxil olan məlumata görə, Dərnəgül qəsəbəsi Səttar Bəhlulzadə ilə Ziya Bünyadov küçələrinin kəsişməsində yerləşən məcburi köçkün yataqxanalarına və yaxın ərazini əhatə edən QMKDK-ya məxsus "26" kod altında istifadə edilən əhali kodu kommersiya və digər maddi məqsədlər üçün istifadə edilir. Məlumata görə, Dərnəgüldə yol kənarında yerləşən bir sıra sahibkarlıq subyektləri araşdırılarsa üzə çıxar ki, Qaçqınkomun əhali kodu üzrə ödədiyi elektrik enerjisini bəzi sahibkarlar da istifadə edir. Yəni, təsəvvür edirsinizmi, Azərişıq sahibkarlıq obyektlərinin istifadə etdiyi elektrik enerjisini də dövlətə - Qaçqınkom-a ödətdirirmiş.
Saytımızın əldə etdiyi məlumata görə, ərazidəki transformatora (TM-443) əlavə gərginliyin yüklənməsi təkcə büdcə israfçılığı yaratmır, həm də mütamadi texniki nasazlıqlar, süni problemlər yaradır. Məcburi köçkünlərin tez-tez işıqsız qalmasına səbəblərdən biri də məhz əlavə yüklənmələrdir. İddialara inansaq, Azərişıq sözügedən maxinasiyada ikiqat uduş əldə edir, enerjini həm abonentə, həm də nəğd pulla qaçqınkoma satır. Problem barədə Azərişıq ASC-nin aidiyyatı şəxsləri də məlumatlıdır.
2021-ci ilin sentyabrında Binəqədi RETSİ-nin rəisinin qeyri-rəsmi əmrilə ərazidə məcburi-köçkün qeyri-yaşayış obyektlərindən 50-yə yaxın sayğacın sökülərək çıxarılması da məsələnin ciddiyyətindən xəbər verir.
Bu fakta görə Teymur Tağızadə cəzalandırılmazsa, hər şey gün kimi aydındır - Demək ki, "Azərişıq" ASC-ni sadəcə satdığı enerjidən pul qamarlamaq, debütor borcu minimumda saxlamaq maraqlıdır, bu məqsədlə dövlətin digər qurumu maddi zərər görsə də... Bütöv.az Azərişıq ASC-nin mövqeyini də öyrənib dərc etməyə çalışacaq!
Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.
Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti təhlil edilib, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.
Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb. Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Bütöv.az rəsmi məzənnəyə əsasən xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9217 manata, 1 Rusiya rublu 0.0230 manata, 1 türk lirəsinin məzənnəsi isə 0.1430 manata enib.