20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
9-12-2021, 20:29
Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:

“Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.”.

Bütöv.az
9-12-2021, 10:39
COVID-19 tədbirlərinə qarşı mübarizəsinə görə “İlin adamı” seçildi

ABŞ-ın “Time” jurnalının oxucuları “İlin adamı” kimi Braziliya prezidenti Jair Bolsonaronu seçib.

İstifadəçilər həmin ilə pis və ya yaxşı daha çox təsir göstərən insanı və ya qrupları seçməli olublar. Bolsonaro 9 milyondan çox səsin 24 faizini toplayıb.

Qeyd edək ki, Jair Bolsonaro həm Braziliya siyasətçiləri, həm də beynəlxalq ictimaiyyət tərəfindən koronavirus pandemiyası ilə mübarizəyə yanaşmasına görə dəfələrlə tənqid edilib.

O, koronavirusu tibb ictimaiyyətinin tanımadığı vasitələrlə müalicə etməyi təklif edib. 2021-ci ilin oktyabrında Braziliya prezidentinin “YouTube” hesabı COVID-19 haqqında “fake” xəbər yaydığı üçün bağlanılıb.

Bütöv.az
9-12-2021, 10:32
Tokioda eynicinsli münasibətlərin rəsmi qeydiyyatdan keçirilməsinə başlanılır

Tokio hakimiyyəti 2022-ci ilin aprelindən eynicinsli tərəfdaşlıq üçün sertifikatların verilməsi sistemini işə salacaq.

Bu barədə Yaponiya paytaxtının qubernatoru Yuriko Koikenin bəyan edib.

Onun sözlərinə görə, bu hal gündəlik həyatda problemlərin həllinə kömək edəcək və Tokioda müxtəlifliyin dərk edilməsinə töhfə verəcək.

Qeyd olunur ki, eynicinsli cütlükləri rəsmən tanıyan analoji plan artıq Yaponiyanın bir sıra prefekturaları tərəfindən də tətbiq edilib.

Mənbə: Reuters


Bütöv.az
9-12-2021, 10:30
Qurban Qurbanov: "Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm"

"Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Matça ciddi hazırlaşmışıq. Futbolçularımdan daha yaxşı oynamağı tələb etmişəm".

Bütöv.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçrədə "Bazel"ə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.

O bildirib ki, "Bazel"in oyununda yaxşı mənada dəyişiklik var: "Bakıdakı görüşdə bir neçə futbolçusu idman formasından uzaq idi. Amma artıq istədikləri səviyyəyə gəlib çatıblar. Çox uğurlu seriya yaxalayıblar. Sadəcə, son oyunda qələbə qazana bilmədilər. Oyun üslublarında dəyişiklik olmasa da, etdiklərini daha da yaxşılaşdırıb və sürətləndiriblər. Rəqibin çox oyununu izlədim. Geniş heyətə malikdir. Meydana eyni səviyyədə 11 oyunçu buraxmaq gücündədir".

Baş məşqçi bu cür matçların komandası üçün yaxşı təcrübə olduğunu söyləyib: "Biz bunu özümüzdə hiss edirik. Rəqib son vaxtlar daha da inamlı oynayır. Yaxşı mübarizə aparıb layiqli oyun göstərməyi çox istəyirik. Bu komandaya qarşı oynamaq bizim üçün xoşdur. Meydanda fərqli dinamika və düşüncə olacaq. Ona görə də futbolçularım öz oyunlarını sərgiləməklə yanaşı, rəqibin meydanda nə etmək istədiyini də izləməlidir. Bunları edə bilsək, maraqlı oyunun şahidi olacağıq".

Qurbanov deyib ki, nəticələrə baxanda "Qarabağ"ın səfərdə daha yaxşı oynadığı görünür: "Amma qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçularım bu oyunu inamlı şəkildə sona çatdırsınlar".

Təcrübəli mütəxəssis əsas hədəflərinin qrup birinciliyi olduğunu əlavə edib: "Yaxşı oyunla yaxşı qələbə əldə etmək istəyirik. Lakin komandam avrokubok matçlarını elə formada keçirib ki, oyunçulara iradım yoxdur. İnanıram ki, sabah nəticə istədiyim kimi alınmasa da, futbolçularımın çıxışından razı olacağam".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
9-12-2021, 10:28
"Ağıllı kənd" layihəsində xoşagəlməz hadisə - VİDEO

Zəngilan rayonunun "Ağıllı kənd" layihəsində podratçı şirkətlərdən birinin sahibi türkiyəli iş adamı Sedat Yavuz ciddi problemlərlə qarşılaşdığını, onun fəaliyyətinə qəsdən əngəllər yaradıldığını iddia edir.

Qlobal.az xəbər verir ki, şikayətçi olan iş adamı başına gələnlər barədə Gundelik-Baku.com xəbər saytına müsahibə verib.

Teref.az türkiyəli iş adamının video müsahibəsini təqdim edir:
Qarşı tərəf münasibət bildirə bilər.



Bütöv.az
9-12-2021, 10:19
Qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,34% artaraq 3,87 ABŞ dolları təşkil edib.
9-12-2021, 10:17
Rektor Vilayət Vəliyev taksi şirkəti və hər mərtəbədə restoran açıb

Azərbaycan Texniki Universitetinin rektoru, adı ictimaiyyətə o qədər də tanış olmayan Vilayət Vəliyevin qəribə işgüzarlığı, unikal biznes ideyaları ilə fərqlənir.

Reportyor.info-ya verilən xəbərə görə, rektorun biznes fəaliyyətində qeyri-adiliyi davam edir. V. Vəliyevin pedaqoji işini kənara qoyaraq ATU-da taksi xidməti açdığı məlumat verilir. Universitetin həyətində açılan taksi şirkəti rektora aiddir. Bildirilir ki, V. Vəliyev müəllimləri hansısa taksi firmasına zəng edərək sifariş verməyə qoymur, özünün taksi xidmətindən istifadəyə məcbur edir. Universitetin həyətində olan rektora aid taksilərə sifariş verməklə istənilən ünvana getmək olar. Həmçinin, rektorun avtoyuma məntəqəsi də açılıb. Vəliyevin heç kimin ağlına gəlməyən və digər rektorların etmədiyi bu biznes sahələri həqiqətən də heyrət doğurmaya bilmir. Əldə etdiyimiz bilgiyə görə, ATU rektoru ali məktəbin içində də restoran biznesi qurub. Əvvəllər təhsil ocağında yalnız bir yeməkxana var idisə, indi hər mərtəbədə bir kafe-bufet fəaliyyət göstərdiyi deyilir. Yəni təhsil müəssisəsi az qala şadlıq evinə çevrilib. Əgər gələcəkdə rektor burada gözəllik salonu, market açsa təəccüb doğurmaz. Ancaq nədənsə Vəliyevin ağlına bizneslə bağlı ideyalar gəlir. Onun ali məktəbdə təhsilin keyfiyyətini artırmaq, müəllimlərin dərs saatı ilə bağlı addım atmaq, onların problemləri ilə maraqlanmaq, kollektivdən lüzumsuz tələblər irəli sürməyi dayandırmaq hələ ki ağlına gəlmir.

Bütöv.az
9-12-2021, 10:08
Hərbi qulluqçumuz şəhid olub - RƏSMİ - VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

Qeyd olunub ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



Bütöv.az
8-12-2021, 18:01
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 245 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 355, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 941 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 772 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 107 205, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 601 258, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 063 850 təşkil edir.

Bütöv.az
8-12-2021, 17:58
Fərid Mansurov nazirlikdən getdi, yeni vəzifəyə TƏYİN OLUNDU - VİDEO

Gənclər və İdman Nazirliyində gözlənilən növbəti yerdəyişmə baş verib.

Bütöv.az-ın xəbərinə görə, yeni nazir Fərid Qayıbovun gəlişindən sonra ayrılacağı gözlənilən yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov postundan gedib.

O, nazirlikdə tutduğu İdman şöbəsi müdiri vəzifəsindən ayrılıb. Onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına prorektor təyinatı barədə xəbərin yaxın günlərdə elan olunacağı gözlənilir.

Qeyd edək ki, Fərid Mansurovun vəzifəsindən gedəcəyini ilk olaraq sportinfo.az saytı xəbər verib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!