Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
3-01-2022, 14:20
QMİ-də sədr müavinindən öz gəlininə qarşı dini və mənəvi dəyərlərə sığmayan “DƏRS” - ŞOK FAKTLAR...

Bu fikirlərin təməlində dayanan əsas faktorlardan biri də milli-mənəvi dəyərlərimizin timsalında dövlətçilik ənənələrimizin qorunması prinsipidir. Lakin bu prinsipə kölgə salan bəzi məqamlar yaşanır ki, bu yazıda onlardan biri haqda danışacağıq. Beləliklə, mövzumuz da ali dəyərlərimizi kölgədə qoyan bir problemlə bağlıdır. Keçək mətləbə…

Qəmər xanıma və anasına 30-40 min dollar nəyə gərəkdir?

Bütöv.az hurriyyet.az-a istinadən bildirir ki, bu günlərdə tvpress.az-ın redaksiyasına daxil olan şikayət məktubu həqiqətən də ürəkağrıdıcı bir hadisəni əks etdirir və bu barədə yazmamaq, cəmiyyəti, eləcə də müvafiq strukturları həmin hadisə barədə məlumatlandırmamaq ən azından mənəvi məsuliyyətsizlik sayıla bilərdi. O cümlədən, daxil olan şikayətin işıqlandırılması həm də jurnalistika prinsiplərimizə aid olan bir məsələdir və əfsuslar olsun ki, milli-mənəvi, eləcə də dini dəyərlərimizə xas olmayan bir hadisədən bəhs edir.

Şikayətçi Cavadlı Ülviyyə Səmədağa qızı bizlərə həmkar sayıldığına görə onun şikayətini işıqlandırmaq üzərimizə ikiqat məsuliyyət qoyur. Ülviyyə Cavadlı ömür-gün yoldaşı, 3 oğul övladının atası Cavadlı Lətif Aydın oğlunu bu ilin avqustunda itirib. 08.08.2021-ci ildə ailəsinin başı üzərini alan qara buludlar bir müddət onu sakit buraxmayıb. Belə ki, əkiz oğlanlardan biri sağ tərəfli iflic və epilepsiya xəstəsidir. Böyük oğlu isə Türkiyədə təhsil alir. Övladlari ilə çətin vəziyyətdə qalan Ülviyyə xanım təkbaşına, atasız qalan övladlarını necə saxlayacağı barədə, onların müqəddəratının necə olacağı haqqında düşüncələrə dalarkən ona daha bir zərbə də dəyib– öz baldızı və qayınanası tərəfindən.

Hələ mərhum həyat yoldaşı Lətif sağ ikən dişləri-dırnaqları ilə topladıqları vəsait hesabına mənzil alan, ev sahibi olan bu ailənin xoşbəxtliyi uzun çəkməyib. Ülviyyə xanım çıxış yolunu aldıqları evi sataraq daha kiçik ev almasında və bu vasitə ilə övladlarının gələcəyini təmin etməsində görüb. Lakin sən saydığını say, gör fələk nə sayır, deyib atalarımız. Lətif haqq dünyasına qovuşduqdan sonra mərhumun bacısı- Cavadlı Qəmər Aydın qızı və anası- Cavadlı Nailə Bəybala qızı Ülviyyə xanımın qarşısında şərt qoyublar ki, əgər mənzili, evi satmaq fikrinə düşərsə, onlara da əldə ediləcək vəsaitdən pay düşür, özü də azı 30 min ABŞ dolları məbləğində.
Bu planı quran və 81 yaşında qayınanasını da bu planına alət edən tərəf isə şikayətçimizin dediyi kimi baldızı Cavadlı Qəmər xanımdır!

Qəmər Cavadlı kimdir?

İndi isə keçək mövzunun digər tərəfinə və görək Qəmər xanım kimdir və harada çalışır? Şikayətçimiz qeyd edir ki, Qəmər Cavadlı hazırda və uzun illərdir ki, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) hörmətli Şeyx həzrətlərimizin yanında çalışan və kifayət qədər tanınmış ictimai şəxslərdəndir. Onun haqqında Vikipediyadakı məlumatları araşdırarkən o da bəlli olur ki, Qəmər Cavadlı jurnalist, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru olması ilə yanaşı, həm də QMİ-nin ictimaiyyətlə əlaqələr və ailə problemləri (?!) üzrə sədr müavinidir!

Vikipediya məlumatında o da xüsusi vurğulanır ki, Qəmər xanım müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır. Nə deyə bilərik, bu əslində xoş və qürurverici bir statusdur, amma... cəmiyyətdəki prestij və şöhrət öz yerində, bu prestijin ailədaxili sosial məsələlərdə hansı rol oynaması, daha dəqiq desək, bu gün gəlinləri olan Ülviyyə xanımın başına gələnlərin təhlilindən çıxarılan nəticələr kifayət qədər böyük təəssüf doğurmaqdadır. Yeri gəlmişkən, onun mərhum qardaşının həyat yoldaşı olan Ülviyyə xanımın övladlarından biri ağır xəstədir və onun davamlı şəkildə müalicə proseduru keçməsinə ehtiyac var.

Təsəvvürünüzə gətirin, tək ana, üç övlad və onlardan biri xəstə. Çalışdığı yerdə böyük gəliri olmayan Ülviyyə xanımın belə bir vəziyyətdə bəlkə də satmaq istəmədiyi evini satışa çıxarması məcburiyyətini anlamaq isə çətin deyil, böyük oğlu xaricdə təhsil alır və ana onun nəyin bahasına olursa olsun təhsilini davam etdirməsini təmin etmək istəyir. Və belə yerdə Qəmər xanımın ehtiyacı olmadığı (bu barədə daha aşağıda qeyd edəcəyik) halda yaratdığı pproblemin, maddi vəsait marağının qeyd edilən milli-mənəvi, eləcə də dini dəyərlərdən qat-qat, hətta kosmos məsafəsindən də uzaq olması necə deyərlər, göz önündə canlanır.

Qəmər xanım QMİ-nin, çox hörmətli Şeyximizin yanında çalışır və özü də məhz ailə problemləri üzrə sədr müavini statusunu daşıyır.

Maraqlıdır, görəsən çox hörmətli Allahşükür Paşazadə ailə problemləri üzrə müavininin öz ailəsində yaratdığı və dini, mənəvi dəyərlərə sığmayan problemləri barədə məlumatlıdırmı?

Hər halda hesab edirik ki, Şeyximiz bu hadisələrdən məlumatsızdır və məlumatlı olsaydı, bir an da olsun bu problemin yaşanmasına izn verməzdi, hətta bunu edənləri tənbeh də edərdi. Müdrik xalqımızın belə bir deyimi də var– dünya malı dünyada qalır, haqq dünyasına anadan gəldiyin kimi köçürsən…

Bəlkə də bu məsələnin hüquqi çərçivədə həll olunması baldız Qəmər xanımın, yaxud qayınana Nailə xanımın xeyrinə olardı, amma olsa da, belə bu məsələnin mənəvi, dini dəyərlərimizə qətiyyən sığmadığını bəri başdan vurğulaya bilərik. İslam dininə bağlılıq yalnız ibadətlə və s. ilə ölçülmür, bu dinin irfanı, tövhidi, elmi və helmi də mövcuddur ki, onlara riayət etmək hər bir müsəlmanın Allah qarşısındakı bilavasitə mənəvi borcudur!

Amma və Lakin…

Kiçik araşdırmalarımızdan sonra üzə çıxardığımız faktlar bizi daha da məyus etdi. Daha doğrusu, QMİ-nin, yəni Şeyx həzrətlərinin ictimaiyyətlə əlaqələr və ailə problemləri məsələləri üzrə sədr müavini Qəmər xanımın istər birbaşa, istərsə də dolayısı ilə, (yəni, ailə üzvlərinə məxsus) üzə çıxan bəzi mülklərinin, varidatlarının bir hissəsini diqqətinizə çatdırırıq:

1. Xırdalan şəhərində “Milyonerlər məhəlləsi” adlanan ərazidə 3 mərtəbəli villa.

2. Mərdəkan qəsəbəsində 2 mərtəbəli villa.

3. Həsən Əliyev (keçmiş İnqilab) küçəsində yeni yaşayış binasında oğlu Elturan üçün alınmış mənzil.

4. Riyad “Gənclik şəhərciyi”ndə qızı Selcan Qasımovaya aid mənzil.

5. Riyad “Gənclik şəhərciyi”ndə oğlu Elturan Qasımov üçün mənzil.

6. Yasamal rayonu, Mirəli Seyidov küçəsi 16-da qaynanası Cavadlı Nailənin yaşadığı 3 otaqlı mənzil. Bu mənzil də Qəmər Cavadlının qızı Selcanın adına alınıb.

7. Şamaxı şəhərinin Mədrəsə kəndində bağ evi- oğlu Elturan Qasımovun adına.

8. Türkiyənin İstanbul şəhərində 4 otaqlı və daha bir mənzil (ümumilikdə 2 mənzil)

9. Quba rayonu ərazisində hektarlarla torpaq sahəsi.

Yəqin ki, Qəmər xanım bütün bunları bizdən də yaxşı bilir! Və, bütün bunlar yalnız öyrənə bildiyimiz ünvanlardır ki, onların hər biri Qəmər xanımın və həyat yoldaşının birgə əldə etdikləri mülkiyyətlərdir. Maraqlıdır, görəsən bu mülkiyyətləri bir araya toplayaraq qiymətləndirsək neçə milyon manat edər? Yaxud, QMİ-də əmək haqqı nə qədər yüksəkdir ki, Cavadlılar ailəsi bütün bunlara və hələ bilmədiklərimizə (!) sahibdirlər? Üstəlik, ağır və çıxılmaz vəziyyətdə 3 övladı ilə qalan və məcburiyyətdən əri ilə birlikdə aldıqları evi satmağa məcbur olan gəlinləri- Ülviyyə Cavadlıdan vərəsəlik payı tələb edirlər?

Onların 30-40 min manata bu qədərmi ehtiyacları yaranıb? Məgər uca Allah yerə göndərdiyi peyğəmbərləri vasitəsi ilə buyurmayıbmı ki, gözü tox olsunlar, acizləri və məzlumları incitməsinlər, acları doyursunlar, dünya malından özlərinə yetəcək qədər sahib olsunlar, çox olarsa artığını ehtiyacı olanlarla bölüşsünlər, ən nəhayəti isə İslamın buyurduğu mənəvi və irfani dəyərlərinə əməl edib imtahan dünyası üçün deyil, həqiqət dünyası üçün yaşasınlar və xilaslarını bu dünyada sığortalasınlar?

Görəsən, Şeyx Allahşükür Paşazadə hansı addımı atacaq? Yoxsa bu hadisəyə görə Qəmər xanıma mükafat verəcək?

Yəqin ki, Qəmər xanım bütün bunları bizdən də yaxşı bilir, amma əməl məsələsinə gələndə onları gözardı edir, üstəlik çalışdığı kifayət qədər nüfuzlu bir təşkilatda hansı vəzifəni daşıdığını da unudur. Və, çox hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri milli-mənəvi və dini dəyərlərimizə zidd təsiri bağışlayan bu ağrılı-acılı hadisədən məlumatlı olarsa, hansı tədbirləri görəcək ???

Bunu zaman göstərəcək. Bizi izləyin!

İddia olunanlarla bağlı Teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ARDI VAR
3-01-2022, 14:08
Azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatların yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən görülən zəruri tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilmiş hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Keçirilmiş tədbirlərlə işğaldan azad edilmiş ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.



Bütöv.az
3-01-2022, 14:04
Putin Ərdoğandan kömək istəyir – TƏHLİL

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında yanvarın 2-də telefon danışığı olub.

Moskva-Ankara diplomatik-siyasi xəttində 2022-ci ildə baş tutan ilk danışığın məzmununda Ukrayna böhranı əsas müzakirə mövsuzuna çevrilib.
Putin-Ərdoğan danışığının mayasında dayanan əsas məsələ Kreml-Kiyev münasibətlərinin gərginləşməsi fonunda Moskvanın Ankaradan umduğu dəstəkdir.

Rusiya istəyir ki, öz təhlükəsizliyinə zəmanət verəcək hüquqi öhdəlik yaradan sazişlərin hazırlanmasına Türkiyə də töhfə versin.

Çünki:

1. Rusiya Qərblə soyuqlaşan və kəskin qütbləşmə yaradan münasibətlər sistemində ən yaxın “dostu”, NATO üzvü Türkiyəni vasitəçi olaraq dəyərləndirir. Türkiyənin vasitəçiliyi Qərbə də sərf edir.

2. Rusiya-Türkiyə münasibətlərinin inkişafı ikitərəfli əlaqələrə yeni gündəlik gətirir.

Rusiyanın cızdığı strateji tablo bundan ibarətdir ki, NATO onun sərhədlərinə “qırmızı xətti keçəcək” həddə yaxınlaşmasın.

Vladimir Putinlə ABŞ Prezidenti Cozef Baydenin dekabrın 30-da baş tutan telefon danışığı görünür ki, heç də yumşaq tonda keçməyib.

Məhz buna görədir ki, Baydenlə rabitədən sonra Putinin Ərdoğanla müzakirəsi Moskvanın dəstək qazanmasına hesablanmış addım kimi dəyərləndirilə bilər.

Rusiya məqsəd güdür ki, bu ilin yanvarın 9-10-da Rusiya-ABŞ rəsmilərinin Cenevrədə gözlənilən danışıqlarında Türkiyə tərəfinin dəstəyini Moskvanın əlini gücləndirən mexanizm kimi qələmə versin.

Ümumiyyətlə yanvar ayında qlobal arenada intensiv təmaslar gözlənilir.

Cenevrə danışıqlarından sonra tərəflər yanvarın 12-də Brüsseldə müzakirələrin yeni mərhələsinə qoşulacaqlar.

ABŞ-ın Rusiyanı sanksiyalarla hədələməsi, Moskvanın genişmiqyaslı sanksiya tətbiqi variantını böyük səhv kimi xarakterizə etməsi, tərəflərin diplomatik potensiallarını yenidən dəyərləndirmək üçün fürsət tanıdıb.

Əgər hüquqi təminata dair əhəmiyyətli icra mexanizmi qurulmasa, Rusiya diplomatik təmaslarda sanksiyalar qarşılığında ata biləcək hərbi addımları diqqətə çatdıracaq.

Türkiyə Ukraynanı dəstəkləyir, amma Moskva Ankaraya “əl uzadaraq” ən azından bu dəstəyi minimallaşdırmaq istəyir.

Rusiyanın təhlükəsizliyi üçün Qərbdən qarantiya alması resepti bundan ibarətdir ki, Moskva və Vaşinqton bölünməz və bərabər təhlükəsizlik prinsipi üzrə əməkdaşlıq etsinlər.

Rusiya tərəfindən Qərbə təqdim edilən layihənin mətnində qeyd olunur ki, üçüncü ölkənin ərazisindən digər tərəfə silahlı hücum istisna edilir.

Qeyd olunur ki, tərəflər öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməsinlər.

Sənədə əsasən, Rusiya və NATO bir-birini düşmən hesab etmədiklərini təsdiqləməli, NATO Ukrayna və bir sıra ölkə ərazisində istənilən hərbi fəaliyyətdən əl çəkməlidir.

Putin-Ərdoğan danışığında liderlər Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirmək üçün qərarlı olduqlarını açıqlayıblar.

Bu, Ukrayna mövzusu ilə yanaşı tərəflərin birgə maraqlarının Cənubi Qafqazda da təmin edilməsi məsələsini də özündə ehtiva edir.

Liderlər telefon danışığında Cənubi Qafqazdakı yeni reallıqları müzakirə ediblər. Türkiyə tərəfinin yaydığı məlumatda bildirilir:

“Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Qafqaz, Suriya və Liviya ilə yanaşı regional və beynəlxalq məsələlərin müzakirə ediblər. Söhbət zamanı Türkiyə-Rusiya əməkdaşlığının bütün sahələrdə inkişaf etdirilməsi əzmi bir daha vurğulanıb”

2022-ci ildə Türkiyə ilə Rusiya Cənubi Qafqazda mövqelərini uyğunlaşdırmağa çalışacaq. Hələlik bu iki ölkənin maraqlarının uzlaşdığı əsas platforma elə Cənubi Qafqazdır.

Ancaq Türkiyənin Rusiyaya hansı dərəcədə dəstək göstərəcəyi sual altındadır.

Qərbin həm Rusiya, həm də Türkiyəyə qərəzli münasibəti Ankara ilə Moskvanı yaxınlaşdırsa da, Türkiyə üçün Ukrayna məsələsi Kremllə əməkdaşlığın fövqündə dayanır.

Bütöv.az
3-01-2022, 11:11
Argentinalı hücumçu “Mançester Yunayted”in hədəfində

İngiltərənin “Mançester Yunayted” komandası Argentina millisinin və “River Pleyt”in hücumçusu Xulian Alvaresi almaq niyyətindədir.

Premyer Liqanın “Vulverhempton”la ev oyunundan sonra “manikunianlı”lar Mançesterdə Argentina millisinin 21 yaşlı futbolçusunun agenti ilə danışıqlar aparacaq.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” Alvareslə 2026-cı ilə qədər müqavilə bağlamağa hazırdır.

Argentinanın son çempionatında Alvares 20 oyun keçirib, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. O, turnirin ən yaxşı bombardiri olub.

Mənbə: Sports.ru

Bütöv.az
3-01-2022, 11:08
Hərbçi yoldaşlarını öldürən MAXE Laçında saxlanıldı

Xəbər verdiyimiz kimi, bu gün Qubadlıda üç hərbçi öldürülüb.

Bütöv.az xəbər verir ki, DSX-nin yaydığı məlumata görə, Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.
Üç hərbçinin qətlində ittiham olunan E.Əvəzlinin fotosunu təqdim edirik:
3-01-2022, 11:03
Ərəbistana qar yağdı - VİDEO

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar.

Bütöv.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.
Bildirilib ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib.

Sakinlər ağ örtüyə bürünmüş dağların ətəyində tonqal qalayıb, Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Qonşu ölkə Qətərdən də turistlər Cəbəl Əl-Ləvz bölgəsinə axın ediblər. Onlar bu ərazidə özlərini Avropadakı kimi hiss etdiklərini deyiblər.

Meteoroloqlar Tabuk regionunda qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.

3-01-2022, 11:01
Pentaqon rəhbəri koronavirusa yoluxub

ABŞ-ın müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub.

Bu barədə hərbi qurum rəhbərinin Pentaqonun rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

Onun sözlərinə görə, COVID-19 əlamətlərini məzuniyyətdə olarkən hiss edib.

“Simptomlar yaranan kimi test tələb etdim”, - deyə Ostin bildirib.

Onun sözlərinə görə, test müsbət nəticə verib, hazırda xəstəliyi yüngül keçirdir.

Nazir karantinə evdə riayət etmək niyyətindədir. O, diaqnozu barədə ABŞ prezidenti Co Baydenə də məlumat verib.

Mənbə: Aif.ru

Bütöv.az
3-01-2022, 10:58
Paşinyan öz əskrlərindən qorxur? - VİDEO

Xəbər verildiyi kimi, dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla birlikdə Azərbaycanla sərhəddəki mövqelərə baş çəkib və hərbçilərə həvəsləndirici hədiyyələr təqdim edib.

Bütöv.az moderator.az-a istinadən xəbər verir ki, “Hraparak” qəzeti “Paşinyan nədən qorxur?” başlıqlı məqaləsində yazdığına görə, Paşinyanın Yeni il ərəfəsində erməni hərbçilərlərə görüşünün video-görüntüləri yayıldıqdan sonra internet istifadəçiləri baş nazirlə görüş zamanı hərbçilərin avtomat tüfənglərinin sandıqçalarının olmadığını, yəni gülləsiz olduğunu müşahidə ediblər.
“Keçmişdə Ermənistan respublikasının birinci şəxslərinin hərbi mövqelərə səfərlərini əks etdirən video-çəkilişlərin müşahidəsi göstərir ki, sərhəd xidmətinin hərbi qulluqçularının hər zaman yanlarında sandıqçaları patronla dolu olan silahlar olub”- erməni nəşri belə yazır.
Görünür, Azərbaycanın 44 günlük savaşdakı böyük uğurlarından sonra Ermənistanın baş naziri öz hərbi qulluqçularından da ehtiyat edir...
Əlavə edilmiş videoda müvafiq kadrlar göstərilir.

3-01-2022, 10:55
Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı - VİDEO

Səudiyyə Ərəbistanının Təbuk şəhərinə qar yağıb.

Təbiət hadisəsi şəhər küçələrini ağ rəngə boyayıb.

Əhali 2022-ci ilin ilk qarını qeyd edərkən ənənəvi rəqs nümayişləri keçirib.

Hökumət qurumları qarın yağması ilə əlaqədar yollara nəzarəti gücləndirib və bölgə qubernatorunun əmri ilə fövqəladə vəziyyət planı hazırlanıb.

Fəlakət və böhranların idarə edilməsi mərkəzi sərt hava şəraiti ilə əlaqədar əhalini diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şimalında yerləşən Təbuk bölgəsində nadir də olsa yağış və qar müşahidə olunur.



Bütöv.az
3-01-2022, 10:46
Dünya bazarında "qara qızıl"ın qiyməti artıb

Dünya bazarında neftin qiyməti artıb.

Bütöv.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası ticarət əməliyyatlarının gedişində Brent neftin 2022-ci il mart müqaviləsinin dəyəri 0,69% artaraq 78,32 ABŞ dolları olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında da WTI markalı neftin qiyməti artıb. Belə ki, WTI markalı neftin 2022-ci il fevral müqaviləsinin dəyəri 0,76% arataraq 75,78 ABŞ dolları olub.

Mənbə: Bloomberg
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!