Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-01-2022, 12:59
Ölkədə son bir həftədə virusdan ölənlərin sayı 50-ni ötüb

Bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, onlardan 53-ü dünyasını dəyişib.
Qeyd edək ki, Mərkəzin yaydığı son məlumatlara görə, Azərbaycanda koronavirusun yeni ştamı yoluxma sayında artım müşahidə edilir.
27-01-2022, 12:50
Jirinovskidən şok: Hücüm planı hazırdır - VİDEO

Rusiya müharibəyə dair məsələlərini Ukrayna ilə yox, ABŞ və NATO ilə həll etməlidir. Qərb müharibəyə hazırdır, amma müharibə edə bilmir. Onlar qorxurlar. Rusiya da müharibə etmək istəmir, amma rahatlıqla edə bilər.

Bütöv.az xəbər verir ki, bu sözləri rusiyalı siyasətçi Vladimir Jirinovski deyib.

“Qərbin anlaması lazımdır - Rusiya döyüşə hazırdır! Biz bunu bəyan etsək, onlar qorxacaq, geri çəkiləcək, çünki onlar doymuş, bəslənmişlər, firavan həyata öyrəşiblər – və birdən-birə mübaribə... Rusiyalı diplomatlar ayağa durub deməlidirlər ki, müharibəyə nə vaxt başlayırıq? Bunu deyəm kimi onlar qorxacaq!

Bu günlərdə dünyanın taleyi həll olur - müharibə, yaxud sülh? Ya Rusiya fövqəldövlət olacaq, ya da bizi 50 il tapdalayacaqlar. Kremlin qərargahlarında buna dair plan hazırdır. Orada nə edəcəklərini bilirlər”, - deyə o qeyd edib.



27-01-2022, 12:47
Zəngəzur dəhlizi gözlənildiyindən tez istifadəyə VERİLƏCƏK

Artıq Horadiz şəhərindən qatarlar işğaldan azad olunan Cəbrayıl rayonuna hərəkət edə bilirlər.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, ümumi uzunluğu 110.4 km olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb:
"Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Bu arada Ermənistanın baş naziri Arazadəyən-Horadiz dəmir yolu xəttinin öz ölkəsindən keçən hissəsinin bərpası ilə bağlı işçi qrupu yaradıb. Bərpa olunacaq dəmiryolu xətti Zəngəzur Dəhlizinin Ermənistan hissəsini əhatə edəcək və Horadiz-Ağbənd xəttinə inteqrasiya olunacaq".
Deputat qeyd edib ki, işğaldan azad olunan ərazilərimizdə bərpa və yenidənqurma işlərinin intensiv həyata keçirilməsi Zəngəzur dəhlizinin gözlənildiyindən daha tez istifadəyə veriləcəyindən göstərir:
"Daha qısa zamanda Azərbaycan vətəndaşları Zəngəzurdan keçməklə quru yolu ilə ölkəmizin qərb hissəsindən Naxçıvana səfər edə biləcəklər. Bütün yollar Zəngəzura aparır!"

Bütöv.az
27-01-2022, 12:39
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu yanvar ayının 28-də saat 12:00-da keçiriləcək.

Axar.az xəbər verir ki, Birliyin Baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Goranboy rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Göygöl rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Gəncə Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

Bütöv.az
27-01-2022, 11:22
Elton Məmmədov Ramiz Mehdiyevə NƏDƏN ASİ OLDU...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevlə Milli Məclisin keçmiş deputatı, AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Elton Məmmədovun arasında qalmaqal davam edir. Məsələnin məğzi budur ki, Ramiz Mehdiyev Elton Məmmədovu 2020-ci il yanvarın 16-da AMEA İşlər İdarəsinin müdiri, 2021-ci ilin yanvarında isə AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.


Bütöv.az xəbər verir ki, bu barədə “Yeni Müsavat” məlumat yayıb.

Elton Məmmədov AMEA-da işlədiyi il yarım ərzində Ramiz Mehdiyevin çap məhsullarına xərcləndiyini iddia etdiyi 10 milyon 400 min manatın izinə düşüb. Bundan sonra tərəflər arasında qalmaqal yaranıb, Elton Məmmədov işdən getməsi haqda ərizə yazıb. 1 gün sonra isə Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin iclasını çağırıb. 13 aprel 2021-ci il tarixində keçirilən iclasda Ramiz Mehdiyev Elton Məmmədovun ünvanına təriflər yağdırır və onun işdən çıxarıldığını elan edir. Əshabələrinə də tapşırır ki, bu məsələni rəsmiləşdirsinlər.

Həmin iclasda çıxış edən Elton Məmmədov isə Ramiz Mehdiyevin ünvanına sərt fikirlər səsləndirib. Məsələ ondadır ki, Elton Məmmədov AMEA İşlər İdarəsinin müdiri olaraq çap məhsullarına ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyini üzə çıxarıb. Elton Məmmədov bu faktları araşdırmaqla Ramiz Mehdiyevi qəzəbləndirib. Bu səbəbdən araları dəyib və Elton Məmmədovun AMEA-dan uzaqlaşdırılması ilə nəticələnib. Ramiz Mehdiyev Elton Məmmədovu işdən çıxardığını bəyan etsə də, sonuncu özünün istefa verdiyini bəyan edib.

Hesablama Palatasının təkcə 2018-2019-cu illər üzrə “AMEA-nın İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirinin nəticələri haqqında” 25 fevral 2020-ci il tarixli Q-24 saylı sərt qərarında akademiyada çap işləri adı altında milyonlarla manat məbləğində dövlət vəsaitinin mənimsənildiyi əks olunub. Məlum olub ki, AMEA-nın müxtəlif çap işlərinin görülməsi üçün Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olan “Şərq-Qərb” ASC-yə milyonlarla vəsait ötürülüb. Mətbəə pulu alandan sonra uzun müddət keçməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirməyib və ümumilikdə 10 milyon 400 min manatın izləri itib. İş üzrə Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müvafiq cinayət işi başlanıb. Qeyd olunur ki, Ramiz Mehdiyev hələ Prezident Administrasiyasının rəhbəri olduğu dönəmdə irihəcmli çap işləri üzrə sifarişlərin məhz “Şərq-Qərb” ASC-yə verilməsi üçün vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Elton Məmmədov deyib ki, AMEA-da Əmək Məcəlləsi və əmək müqaviləsi işləmir: “Bu gün AMEA-da 90 faiz əməkdaş, sadəcə olaraq, əmək müqaviləsinə deyil, iş vaxtına uyğun gedib-gəlməklə məşğuldur. Heç biri görəcəyi işlə məşğul olmur. AMEA-nın çox ölkələrlə əməkdaşlıq etdiyi müqavilələri var. Dövlət o müqavilələrdən irəli gələn birgə elmi tədqiqatın ortaya qoyulması, çoxsaylı alimlərin tamamlanmamış elmi məsələləri üçün Avropaya kifayət qədər vəsait verir. O vəsait isə təyinatı üzrə yox, şəxsi adamların maraqlarına sərf olunur. Mən bunları AMEA-da işlər idarəsinin rəhbəri vəzifəsində işlədiyim dövrdə aydınlaşdırmışam və hamısı Hesablama Palatasının öz aktında əksini tapıb. Bu özbaşınalıqların qarşısını almaq istəyən Elton Məmmədov kimi Azərbaycan ziyalısını, elmlər doktoru və professorunu uzaqlaşdırıb, kənara qoymaq nə deməkdir? Özbaşınalıqlar, yeyintilər, yersiz köçürmələr, Yüksək Texnologiyalar Parkının içərisində ofşor zona kimi dövlət vəsaitinin verilərək oradan silinməsi kimi məsələləri ortaya çıxarıb vicdanlı əməkdaş kimi rəhbərə məruzə etdim ki, bu işlər olub, amma olmamalıdır. Adını akademik qoyan Ramiz Mehdiyevin bu gün Rəyasət Heyətinin üzvlərinə, idarə və təşkilat rəhbərlərinə, elmi konsepsiyaya söykənən konkret mövqe ortaya qoya bilməməsi səriştəsiz idarəetmə sistemi deməkdir. Səriştəsizlikdən ortaya çıxan məsələlər isə dedi-qodulara, institut rəhbərlərinin birbaşa narazılığına gətirib çıxaracaq ki, bu da Azərbaycan ictimaiyyətinin bu gün üzləşdiyi faktlardır. Özüm məruz qaldığım üçün bunlar hamısı həqiqəti özündə əks etdirir”.

Elton Məmmədov Ramiz Mehdiyevi ermənini vəzifəyə qoymaqda ittiham edib: “Ramiz Mehdiyevin ətrafında olan akademiklərdən tutmuş idarə və şöbə rəislərinə kimi hamısı ona diktə etməklə məşğuldur. Kamal Əliyevin rəhbərlik etdiyi hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və akademiyanın qrupundakı yazışmalardan ibarətdir. Ramiz Mehdiyev erməni baldızının oğlunu AMEA-da vəzifəyə qoyub. Gündə işi-peşəsi qəzetdən qayçı ilə dedi-qoduları kəsməkdir. Üstəlik, Rəyasət Heyətində oradan-buradan qovulmuş yaxın adamlarını və qohum-əqrəbalarını oturdub. Bu gün həmin qohum-əqrəba Ramiz Mehdiyevə ”pas" ötürür. Çünki o, özü-özünü idarə edə bilmir, öz fikrinin daşıyıcısı və icraçısı deyil. O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər. AMEA-da elə insanlar var ki, səsini çıxara bilmir. İxtisası üzrə uzun müddət mərkəzi kitabxanada fəaliyyət göstərən gənc xanımı da həqiqəti dediyi üçün təhvil və təslim aktına imza atmadığı üçün sıxışdırırlar. Hansı ki, özündə dövlətin böyük tarixini və sirrini əks etdirən 1 milyondan çox kitab, eləcə də bütün sənədlər dövlət fondundan yoxa çıxıb. Ölkənin ideologiyasına kim rəhbərlik edir? Fatma Abdullazadənin nəzarəti və İsa Həbibbəylinin kurasiyası ilə Ramiz Mehdiyev! Ramiz Mehdiyev düşüncə tərzi ilə bu gün oranı idarə edə bilmir. Tək patent almaq hələ elmin inkişafı demək deyil. AMEA elm ocağı ilə yanaşı, həm də böyük təsərrüfatdır. Mən Yüksək Texnologiyalar Parkının ərazisində 800 kvadratmetrlik elmi tədqiqatların sonu olaraq tətbiq sahəsi yaratmışdım. O vaxtı da Ramiz Mehdiyevin təzyiqi ilə işdən çıxanda ölkə rəhbərinə ərizəmdə yazmışdım ki, AMEA-da olan ziddiyyətlər, qeyri-sağlam mühit, ölkə rəhbərinin siyasətinə zidd addımlar mənə burada milli ideologiyaya xidmət etməyə maneçilik törədir. Nə oldu, professor Kərim Şükürov ora müraciət edən kimi Rəyasət Heyəti dərhal müşavirə keçirdi və toplandı. Ərizəsinin tərkib hissəsi araşdırıldı. Amma Elton Məmmədov ərizə ilə müraciət edəndə və tərkibində də məhz səbəbləri göstərdiyi halda heç nə araşdırılmadı. Akademiyada ilk addımı mən atmışam. Rəyasət Heyətində kəskin ziyalı və vətəndaş mövqeyimi ortaya qoydum. Akademiyanın tamamilə başqa bir şeylə məşğul olduğunu, çəkişmələr kənarda qalmasını və institutlarda sağlamlaşma getməsini tələb etdim. Elm milliləşə bilməz. Bu gün AMEA-nın dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərdə və yaxud hansısa sahələrdə əməli, elmi tərkibi yoxdursa, akademiyanın özünü hansı fəaliyyət növü kimi müəyyənləşdirməsi məlumdur".

Elton Məmmədov AMEA ilə məhkəmə çəkişməsində qarşı tərəfi Kamal Əliyevin təmsil etdiyini deyib: “Bu adam bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də keçmiş Tərtər hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi Məhkəməsinin hakimidir. Ötən il aprelin 13-də Rəyasət Heyətinin iclasında çıxış edib, ərizəmi təqdim etmişəm. Rəyasət Heyətinin iclasında heç bir akademik və ya üzv işdən getməyimə, yaxud ərizəmdə qeyd olunan fikrə münasibət bildirmədən haqqımda qərar qəbul edib. Aprelin 13-də ərizə yaza-yaza, ayın 12-də Ramiz Mehdiyev məni işdən azad edir. Axı canlı Rəyasət Heyətinin iclasıdır. İclasdan məhkəməyə vəsatət qaldırdım və həmin səs yazısını təqdim etdim. Kamal Əliyev Ramiz Mehdiyevlə məsləhətləşəndən sonra deyir ki, gizli səs yazısıdır. Gizli səsi agentura yazır, heç bir gizli səs yazmamışam. Kamal Əliyevə mənə təzyiq olunduğunu və məhkəməni yalnış istiqamətə yönəltmə deyə bildirdim. Sonuncu məhkəmədə mənə deyir ki, bu texniki səhvdir. Halbuki bir texniki səhv ucbatından insan məhkumluq həyatı yaşaya bilməz. Beləliklə, haqlarıma istinad olunaraq işə bərpa olundum. Dövlətdən məvacib və məzuniyyət haqqı alaraq, aprel ayında 56 gün məzuniyyətdə olmuşam. İyun ayının 24-də gəlib öz ərizəmlə işdən kənarlaşmalı idim. May ayında əmək müqaviləmə xitam verilib. Yenə Kamal Əliyevə sual verirəm ki, əgər may ayında işdən çıxmışamsa, dövlət iyunun 24-nə kimi mənə necə maaş verə bilər? Cavab yoxdur... Səbayel Rayon Məhkəməsi yenə də dekabr ayında ədalətli qərar verdi”.

Hazırda Elton Məmmədovla AMEA arasında məhkəmə çəkişməsi Bakı Apelyasiya Məhkəməsinə daşınıb. Fevralın 15-də apelyasiya instansiyasında tərəflərin şikayətləri dinləniləcək.

Bəzi mənbələr isə iddia edir ki, R.Mehdiyevlə E.Məmmədovun davasının səbəbləri daha dərindir. İddiaya görə, R.Mehdiyev PA rəhbəri olduğu dönəmdə E.Məmmədova onu icra başçısı təyin etdirəcəyi vədini verib və bunun “şirinliyini” öncədən alıb. Ancaq R.Mehdiyev bunu edə bilməyib və vəzifədən azad olunduqdan sonra “şirinliyi” qaytarmayıb, əvəzində Məmmədovu AMEA-da vəzifəyə gətirməklə neytrallaşdırmağa çalışıb. Ancaq burada daha çox onu aldatmaqla, yola verməklə məşğul olub. Nəticədə isə mövcud durum yaşanır...
27-01-2022, 11:18
İlham Əliyev və Mehriban Əliyeva yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında - FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub.

Bütöv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

27-01-2022, 11:14
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində azalma müşahidə olunur.

WTI markalı neftin mart fyuçersləri 0,89 % ucuzlaşaraq bir bareli 86,57 ABŞ dolları olub.

“Brent” markalı neftin mart fyuçersləri 0,78 % ucuzlaşaraq bir bareli 89,26 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!