Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
18-02-2022, 15:19
Tərtərdə iki nəfər minaya düşdü

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.
1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
18-02-2022, 10:35
Türk Dövlətləri Təşkilatının keçmişi və gələcəyi


Əli Məhərrəmli

Azərbaycan Dövlət Texniki Universitetinin II kurs tələbəsi, Türkiyə-Azərbaycan Qardaşlıq İctimai Birliyinin Səbail RT-nın Gənclər və idman məsələləri üzrə sədr müavini

Türk Dövlətləri Təşkilatının keçmişi və gələcəyi

Türk Dövlətləri Təşkilatının təməli hələ 1992-ci il 30 oktyabr tarixində qoyulmuşdur. Türkiyənin ev sahibliyi və Turqut Özalın başçılığı ilə Ankarada ilk iclası keçirilmiş və TÜRK KENEŞİ adlandırılmışdır.
12 iyul 1993-cü il tarixində Qazaxıstanın Almatı şəhərində Nursultan Nazarbayevin başçılığı ilə keçirilən iclasda TÜRKSOY qurulmuşdur. TÜRKSOY türk dili ailəsinə aid edilən dilləri danışan ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilata üzv olan ölkələr arasında elm, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın dərinləşdirilməsi, ortaq türk dəyərlərinin dünyada tanıdılması bu qurumun əsas fəaliyyət istiqamətlərini təşkil edir.
21 noyabr 2008-ci il tarixində Türkiyənin İstanbul şəhərində Abdullah Gülün başçılığı ilə keçirilən iclasda Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılmışdır. Qərargahı Bakıda yerləşən bu qurumun məqsədi türk dövlətləri parlamentləri arasında əlaqələri və əməkdaşlığı genişləndirməkdən ibarətdir.

3 oktyabr 2009-cu il tarixində Azərbaycanın Naxçıvan şəhərində keçirilən iclasda Naxçıvan müqaviləsi imzalanmış və Türk Şurası qurulmuşdur. Bu münasibətlə də 3 oktyabr TÜRK DÜNYASI GÜNÜ kimi qəbul edilmişdir. Hazırda hər il oktyabr ayının 3-ü bütün türk xalqları tərəfindən bu əlamətdar gün qeyd olunur.
Türk Dövlətləri Təşkilatı 1992-2010-cu il tarixlərində Türkdilli Dövlətlər Təşkilatı adlandırılmışdır. Bu təşkilatın məqsədi türksoylu dövlətlər və ölkələr arasında hərtərəfli əməkdaşlığa nail olmaqdır. Beynəlxalq hökumətlərarası təşkilat kimi əsas fəaliyyət prinsipləri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, xarici siyasət məsələlərində ortaq yanaşmaya nail olmaq, beynəlxalq ekstremizm, terrorizm, separatçılıq kimi məsələlərə qarşı birgə mübarizə, ticarət əlaqələri, investisiyalar, elm, təhsil mədəniyyət, KİV, hüquq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və bir sıra digər əhəmiyyətli məqamlardan ibarətdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 1-ci zirvə görüşü 20-21 oktyabr 2011-ci il tarixində Qazaxıstanın Almatı şəhərində Nursultan Nazarbayevin başçılığı ilə iqtisadiyyat və ticarət əməkdaşlığı mövzusunda toplanmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2-ci zirvə görüşü 22-23 avqust 2012-ci il tarixində Qırğızıstannın Bişkek şəhərində Almazbek Atambayevin başçılığı ilə təhsil, elm və mədəniyyət əməkdaşlığı mövzusunda toplanmışdır. Bu iclasın ilk günündə təşkilatın bayrağı qəbul edilmişdir. Bayrağın dizaynında Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü zirvə görüşü 15-16 avqust 2013-cü il tarixində Azərbaycanın Qəbələ şəhərində İlham Əliyevin başçılığı ilə nəqliyyat əməkdaşlığı mövzusunda keçirilmişdir. Burada türk dövlətlərinin nəqliyyat və bağlantı sahələrində əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunmuş, bu istiqamətdə bir sıra razılaşmalar əldə olunmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 4-cü zirvə görüşü 4-5 iyun 2014-cü il tarixində Abdullah Gülün başçılığı ilə turizm əməkdaşlığı mövzusunda keçirilmiş, görüş Türkiyənin Bodrum şəhərində baş tutmuşdur.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 5-ci zirvə görüşü 10-11 sentyabr 2015-ci il tarixində Qazaxıstanın Astana şəhərində Nursultan Nazarbayevin başçılığı ilə media və informasiya əməkdaşlığı mövzusunda keçirilmişdir. Burada türk dövlətləri arasında media və informasiya sahələrində əməkdaşlığın daha yüksək səviyyədə qurulması üçün razılıqlar əldə edilmiş, bu istiqamətdə konkret əməkdaşlıq proqramı qəbul olunmuşdur.
Qurumun 6-cı zirvəsi 1-3 sentyabr 2018-ci il tarixində Qırğızıstanın Bişkek şəhərində Sooronbay Jeenbekovin başçılığı ilə gənclik və milli idmanlar mövzusunda keçirilən görüş nəticəsində baş tutmuş, türk idmançılarının fəaliyyətinin əlaqələndirilməsi və türk xalqlarının gəncləri arasında idman yarışlarının mütəmadi xarakter alması əsas müddəa kimi qəbul olunmuşdur.
Türkdilli Dövlətlər Əməkdaşlığı Şurasının 7-ci zirvə görüşü 15 oktyabr 2019-cu il tarixində Azərbaycanın Bakı şəhərində İlham Əliyevin başçılığı ilə kiçik və orta sahibkarlığın dəstəklənməsi mövzusunda keçirilmiş, Azərbaycan Respublikasının TDƏŞ-ə sədrlik etməsi barədə razılıq əldə olunmuşdur.
10 aprel 2020-ci il tarixində dünyada başlamış “Covid-19” pandemiyası ilə əlaqədar qurumun fövqəladə toplantısı çağrılmış, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq barədə Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının Fövqəladə Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul olunmuşdur.
Qurum Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət əməlləri ilə bağlı daim ölkəmizin haqq işinə dəstək olmuş, ermənilərin separatçı mövqeyini pisləmişdir. 2020-ci ilin iyul ayında Tovuz hadisələri baş verərkən də, 44 günlük Vətən müharibəsi zamanı da TDƏŞ ardıcıl bəyənatlar vermiş, ermənilərin Gəncə, Bərdə, Tərtər kimi şəhərlərimizdə dinc sakinlərə qarşı törətdiyi terror əməllərini qətiyyətlə pisləmişdir. Həmin ilin 20 oktyabrında təşkilatın baş katibi Bağdad Amreyevin rəhbərliyi altında nümayəndə heyəti Gəncədə terror törədilən bölgəni ziyarət etmiş, Ağdam və Füzuli rayonlarında olmuş, Türk dünyası adından erməni vəhşiliyini pisləyən və Azərbaycanla həmrəylik mövqeyini əks etdirən bəyanatla çıxış etmişdir.
31 mart 2021-ci il tarixində Qasım-Comərd Tokayevin başçılığı ilə videokonfrans formatında görüşdə Türkistan mənəvi paytaxt elan edilmiş, Türk Şurasının beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsinin yüksəldilməsi məsələləri müzakirə olunmuşdur.
12 noyabr 2021-ci il tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci zirvə görüşü Türkiyənin İstabul şəhərində Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə rəqəmsal çağda yaşıl texnologiyalar və ağıllı şəhərlər mövzusunda keçirilmiş, bu sahədə qarşıda duran problemlərin həlli müzakirə olunmuşdur. Bu görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının adı müzakirə olunmuş, dəyişdirilərək Türk Dövlətləri Təşkilatı kimi qəbul olunmuşdur.
Hazırda Türk Dövlətləri Təçkilatının 5 əsas üzvi var:
Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, və Qırğızıstan.
Türk Dövlətləri Təşkilatının 2 müşahidəçi üzvi var:
Türkmənistan və Macarıstan. Şimali Kipr Türk Respublikası gələcəkdə təşkilata üzv olmaq istəyindədir. Ukrayna və Əfqanıstan isə gələcəkdə müşahidəçi olmaq arzusunu qeyd etmişlər.
Türk Dövlətləri Təşkilatının 3 baş katibi olmuşdur:
1-ci baş katib 2009-2014-cü illərdə Halil Akıncı;
2-ci baş katib 2014-2018-ci illərdə Ramil Həsənov olmuş;
3-cü və hal-hazırkı baş katibi Bağdad Amreyevdir.

Gələcəkdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr arasında sərhədlərin olmaması, bu ölkələrə səyahət zamanı üzv ölkələrin pul vahidlərinin istifadəsi planlaşdırılır. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ortaq konstitusiyası olacaq və bu törə bütövlükdə TÜRK TÖRƏSİ adlanacaq.
Türk Dövlətləri Təşkilatına dünyanın bütün bölgələrindən üzvlər qəbul olunacağı istisna deyil. Bu üzvlər arasında, əsasən, Avropa, Afrika və Amerika qitələrindən olan ölkələrin yer alacağı proqnozlaşdırılır.
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI DÜNYAYA SÜLH VƏ BARIŞ GƏTİRƏCƏK!!!
18-02-2022, 10:00
XX ƏSRİN FACİƏSİ – XOCALI
Ağ qar qırmızı qana boyanmışdı

Ağ qar qırmızı qana boyanmışdı

Azərbaycan Şərqlə Qərbin qovuşduğu, müxtəlif geosiyası maraqların kəsişdiyi məkanda tarix boyu zəngin mədəniyyətə, qədim dövlətçilik ənənələrinə malik olan yetkin bir millət kimi formalaşmışdır. Lakin Cənubi Qafqaz regionunda əsrlərlə gedən tarixi-siyasi proseslər, xüsusən erməni şovinizmi nəticəsində azərbaycanlılar hərbi münaqişələrə cəlb olunmuş, ərazisinin müəyyən hissəsi işğal edilmiş, həmvətənlərimizə qarşı soyqırımları törədilmişdir. Ermənilərin şovinist millətçi siyasəti XX əsrdə daha da şiddətlənmiş, son yüzillikdə xalqımız dəfələrlə kütləvi soyqırımlara, deportasiyalara məruz qalmışdır.
1992-ci il fevralın 25- dən 26-na keçən gecə xalqımıza qarşı daha bir soyqırımı törədildi. Təcəvüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi yazıldı. Ağzın erməni cəlladları Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum etdi. Şəhər dağıdıldı, yandırılaraq yerlə yeksan edildi. Xocalı əhalisinə tutulan qanlı divan nəticəsində 613 nəfər o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü. Xocalı əhalisindən 1275 nəfər qoca, uşaq və qadın girov götürüldü. Onlar amansız zülüm və məşəqqətlərə məruz qalmışlar. Xocalıda 487 nəfər ömürlük şikəst oldu, 150 nəfərin taleyi haqqında heç bir məlumat əldə olunmamış, onların haraya göndərilməsi, necə məhv edilməsi sirr olaraq qalmışdır.
57 nəfər xüsusi amansızlıqla öldürülmüş, onlardan bir qisminin başı kəsilmiş, gözləri çıxarılmış , dəriləri soyulmuş, odda yandırılmışdır. 200 nəfərdən artıq adam əlindən, ayağından və ya gözündən olmuşdur. Pərən-pərən salınmış Xocalı əhalisi indi 58 rayonda məskunlaşmışdır.

Sənin böyüklüyünə şükür, İlahi!

Xalqımız 30 il bundan əvvəl törədilmiş Xocalı faciəsini dərin kədər hissi, düşmənə nifrətlə qeyd edir.
...Dünyaya göz açdığımız andan ilk sədamız, dünyadan köçdüyümüz anda son nidamız sənin böyüklüyünə şükür etməyimizdir, Ulu Tanrı!
“ Allahdan başqa Allah yoxdur “- kəlamı dilimizdə bəndələrinə məsləhət gördüklərini həmişə uca tutmuşuq, onun arxasınca getmişik. Bir olan Allahın mərhəmət və səyi nəticəsində həyatda düz və pak olmağa, özgə malına, yad torpaqlarına göz dikməyə, insanlara xəyanət və yamanlıq etməyə, özümüzə bir pay, qonşuya iki istəməyə həmişə əməl etmişik. Ancaq xain və acgöz erməni qonşularımız tarixin müxtəlif dönəmlərində yaranmış vəziyyətlərdən istifadə edərək azərbaycanlıları əzəli torpaqlarından qovmuş, yaxud soyqırımı törədərək oralarda məksunlaşmağa başlamışlar. Onlar çar Rusiyası və SSRİ-nin yetmiş ili ərzində ərazilərimizin xeyli hissəsini müxtəlif hiylələrlə ələ keçirərək bu gün Ermənistan adlanan respublikanın yaranmasına nail olmuşlar.

Bəs bizim günahımız nədir ki...

Həmişə düşmən əsarətində olmuşuq, Ulu Tanrı! Dağ vüqarlı, el qeyrətli, torpaqcanlı igidlərimiz sinələrini düşmən gülləsinə sipər edib, Vətən yolunda şəhid olublar! Elimiz-obamız yad ayaqları altında tapdağa dönüb, viranə qalıbdır.
Misilsiz sərvətlərimiz yad ellərə daşınıb, torpaqlarımıza Dədə Qorqud verdiyi adlar dəyişib, özgələşibdir. Bütün bu əzablar , dərdlər, işgəncələr azmış kimi Xocalı dağı çəkildi sinəmizə, Xocalı faciəsi yazıldı taleyimizə! Əsrin Xatın faciəsindən, Xatın harayından dəhşətli olan Xocalı soyqırımı törətdi insan cildinə girmiş canavarlar! Xocalı faciəsindən sonra başımızı qaldırıb vətən göylərinə baxmağa, Ulu Tanrıya dualar etməyə utanırıq.....Özü də Xocalıdakı qırğını planlı şəkildə etdilər. Türkləri başa salmaq istədilər ki, ermənilərlə oynamaq olmaz:


Üzlərə baxmağa gözüm utanır,
Təsəlli verməyə sözüm utanır,
Halına yanmağa üzüm utanır,
Namərdlər əlində qalan torpağım-
Xocalım hey, Xocalım...


Düşmən həmişə düşməndir.....

Unutma bunu, oğul! Özü də erməni kimi düşməni! Zənciri özgə əllərdədir. Həmişə qabına yal töküb, qabağına küt atıb “huy” verənləri var. Belə qansız düşmənin beş addımlığında yaşayırdı Xocalı! Yalqız qalsa da öz vüqarını, qeyrətini, namusunu, dilini, dinini qoruyub saxlayırdı Xocalı! Nə halına yanan, nə dərdinə qalan oldu. Düşmən düşmənliyini etdi, sinəsində od qaladı, odlara çatdı Xocalını....



Yetişən olmadı o gün dadına ,
Axan qanlar hopdu yeddi qatına.
Səni tay tutdular yaslı Xatına,
Dilimi yandıran yanıqlı ağım-
Xocalım hey, Xocalım...

Qırmızı qar...

“Xocalını gözlərimlə gördüm. Hər yerdən qan iyi gəlirdi. Qar üstündəki kimsəsiz, sahibsiz cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın. Bu gün ruslar bizimlədir. Sabah biz tənha qala bilərik”, bunlar bir erməni yazıçısının dedikləri və bəşəriyyətə çatdırdığıdır.
...İsti yuvalarından perikən quşlar, haraya uçursunuz?! Başınız üzərində hərlənən caynaqlı düşmənlərinizi görmürsünüzmü ?...
Görmürsünüzmü bu vəhşilər qana susayıblar? Sizi məhv etmək üçün alçaqlığa əl atırlar. Haraya qaçırsan körpə balam, dörd yanın düşməndir, düşmən də həmin düşməndir- sənə də qıyar!
...Qar yağanda sevinmisən, baharda torpağımız bərəkətli, düzlərimiz laləli olacaq, -demisən, Xocalının ağsaqqalı. Qarın ağlığı xəyalını ağ günlərə aparıb, sevinmisən. Bəs qırmızı qarı görəndə hansı hissləri keçirirdin?
Qırmızı qarı- oğlunun , qızının, nəvənin qanına boyanmış qarı deyirəm! Düşmənə nifrətin güclü idi, yoxsa şan- şöhrət axtaran, vəzifə davası aparan biqeyrət vətən oğullarına? Ağ qar qırmızı qana boyandı, o qan Xocalı torpağına hopdu...

Günəş üzərinə qəm saçacaqdır,
Otlar göz yaşıyla boy atacaqdır,
Lalələr rənginə qan qatacaqdır...
Baharda saralan yaşıl yarpağım-
Xocalım hey, Xocalım...



O gün gəlibdir...


Sinəmizə çəkilən Xocalı dağının 30 ili tamam olur. Hələ ki, Xocalı düşmən əlindədir, hələ ki, Xocalıdan sağ qalanlar köçkün adı ilə yaşayırlar. Hələ ki, Xocalısız Xocalı dərdi ilə yaşayırıq. Yaşayırıq- sabaha ümidlə... Yaşayırıq- Xocalıya qayıtmaq, bu torpağa diz çöküb səcdə etmək üçün. Bu torpağın murdarlanmış sinəsini göz yaşımızla yumaq üçün.....
“Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır... Mövcud status-kvo qəbul edilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır”.
Otuz il müddətində “Dərdinə” əlac tapa bilmədiyimiz işğal altında olan torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mübariz və yenilməz ordumuz tərəfindən 44 gün ərzində eməni quldurlarından geri alındı.
Gün gəlibdir...XX əsrdə törədilmiş Xirosima, Naqasaki, Xatun faciələrindən də dəhşətli olan Xocalı soyqırımı beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini alacaq, faciənin səbəbkarları və iştirakçıları törətdikləri əməllərə görə cavab verəcəklər.

Qoynundakı yadlar qovulacaqdır,
Şişmiş burunları ovulacaqdır ,
Bu dərd içimizdə qovrulacaqdır,
Sinəmə çəkilən sağalmaz dağım-
Xocalım hey, Xocalım!


İbrahim Yusifoğlu
AMEA-nın N. Gəncəvi adına
Ədəbiyyat İnstitutunun əməkdaşı

15.02.2022

Redaksiyadan: “Xocalıda azı 3813 nəfər qətlə yetirilib
Onlardan 613 nəfəri ictimaiyyətə məlumdur, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
...Martın 2-də “Qaflan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. Düşmənin informasiya təxribatı burda da işləyib.
18-02-2022, 09:51
Misralarla dərdləşən Şəhid atası


Misralarla dərdləşən Şəhid atası

Quliyev Sabir Cahad oğlu 1942 ci ildə İyun ayının 6 da Samux Rayonunun Çırdaxan kəndində dünyaya göz açıb. Hər ömür bir insanın öz yaşam tərzi, həyata, cəmiyyətə baxışı və dünyagörüşü olaraq xatirələşir. Sevinclə, kədərlə, qayğılarla dolu dünyamızda şair olmaq o qədər də asan deyil. Çünki şairlər, ümumiyyətlə sənət, incəsənət adamları digərlərinə nisbətdə, həyata, ətrafa həssas olurlar. Bəzən çılğın, bəzən susqun, bəzən də mübariz, döyüşkən əhval-ruhiyyədə. Sabir Quluyev öz təbiətinə, taleyinə Qəmli təxəllüsünü yaraşdırıb.
Yazıya yox pozu hardada olsan,
Tapacaq qəm səni istədikdə bil.
Başını uca tut,nə qədər sağsan,
Əyilsən Allahın önündə əyil...

Sabir Qəmli yazdığı hər sətirdə həqiqəti əks etdirib, ömür yolu keşməkeşli olsa belə hər zaman alnı açıq üzü ağ yasayıb. Nəyə nail olubsa öz halal zəhməti, alın təri ilə nail olub. El-obada, cəmiyyət içində hörmət sahibi olub. Kəndin ağsaqqalarından sayılan Sabir Qəmlidən nə qədər yazılsa da haqqıdır. Həyat, insan ömrü də bu dünyada bir əmanətdir. Hərə o əmanətə bir cür sahib çıxır və hərə özünəməxsus bir iz qoyub gedir. Sabir Qəmlinin söz aləmində bu dünyanın hər üzündən bəhs edilir. Onun vətən sevgisi daima hər sətrində coşub çağlayır.
Baxma mənim yaşıma,
Baharıma qışıma.
Torpağıma daşıma,
Yurduma qurban olum.

Bəli onun qəlbindəki Vətən sevgisi hər sətrində duyulur və öz əksini müxtəlif şəkildə ifadə edir. Sabir Qəmli uzun müddət “Azər Enerji”də işləyib öz peşəsinə sevə -sevə xidmət edib. Şairimiz Vətən yolunda bir övlad qurban verib. Allah şəhidlərimizə rəhmət eləsin! Sabir Qəmli də Şəhid atasıdır. O övladı ilə həm fəxr edir, həm də onun həsrətilə yaşayır. Hətta yuxularında görmək ümidilə axşamları gözləyir...
Sızlayır məzarın ustündə bağrım,
Sən gedən gündən çoxalıb ağrım,
Nolar bircə dəfə gəl ginən oğlum,
Gecələr yuxumda mən görüm səni.!
Hər zaman haqqınn, ədalətin tərəfində olan şairimizə can sağlığı, uzun ömür arzu edirik .və onun bir neçə şeirini diqqətinizə çatdırirıq:


AZƏRBAYCAN İGİDLƏRİ
Ucaldın üç rəngli şanlı bayrağı,
Alın düşmənlərdən ulu torpağı,
Yenidən qaytarın siz Qarabağı,
Sizədir ümüdlər sizədir pənah-
Azəri yurdumun mərd igidləri.!
Qalxın, düşmənlərin verin cəsazın,
Bizim torpaqlarda izi qalmazın.
Qələbə sədası elə yayılsın,
Sizə kömək olsun o uca Allah-
Azəri yurdumun mərd igidləri.!
Zəfər sədanızdan xoşbəxt oluruq,
Xoş arzu, xoş dilək arzulayırıq
Sizinlə fəxr edir, qurur duyuruq,
Sabir sizdən yazdı hey varaq-varaq,
Azəri yurdumun mərd igidləri.!


AY OĞLUM
Oğul, dur məzardan məni şad elə,
Oyan, ayağa qalx, yatma ay oğlum!
Dərdimi, qəmimi bir an yox elə,
Sən sada tək tənha qoyma ay oğlum.

Axı sənlə döyünürdü ürəyim,
Sən idin qolumun gücu gərəyim,
İndi tək qalmışam bilməm neyləyim,
Tut əlim, buraxma heç vaxt ay oğlum!
Yoxluğun dərd verdi, məni qocaltdı,
Sənsizlik ən böyük kədər qübardı,
Həkimlər dərdinə dəva olmadı,
Çarəsiz halina qurban ay oğlum!

Üç il vuruşdun Vətən yolunda,
Səngəri özünə doğma bilmisən,
Canından qanından oldun bir anda,
Sən Vətən naminə qurban getmisən!
Sabir Qəmliyəm sən gedən andan
Bir bilsən nə çəkir, bu xəstə atan,
O, şux qamətinə boyuna qurban,
Sənsiz darıxıram hər an Ay oğlum!


Sabir Qəmli danışanda da hər zaman deyir ki, mən şair deyiləm. Sadəcə qəlbimin səsini ağ vərəq üstə düzüb misralarla dərdləşirəm. O, “Nisgilli talehim” adlı kitabın müəllifidir. Yazıları müxtəlif dövrlərdə bəzi almanax jurnallarda çap olunub.
LEYLA İSMAYILOVA
18-02-2022, 09:43
Natiq müəllim onu özü qədər  sevirdi...


VİDA SÖZÜ...

"Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi, müəllim ömrü."


Natiq müəllim onu özü qədər sevirdi...

Maksim Qorki deyirdi ki, insan kəlməsi əzəmətlə səslənir. Müəllim kəlməsi də əzəmətlə, bir qədər də ehtiramla səslənir. Bu gün o müəllimi xatırladıqca gözlərimizin önündə qayğılı, nigaran çöhrəsi canlanır. Daim axtarışda idi, elə bil nəyisə düşünür, gözlərinin dərinliyində düşüncələri ilə qoşa yol getdiyi sezilirdi. Bəli, indi o, ruhlar dünyasının sakinidir. Fevralın 10-da gözlərini bu dünyaya əbədi yumub, torpaq əmanəti olsa da, amma onun işıqlı xatirəsi və xeyirxah əməlləri bizimlə yaşamaqda davam edir. Bizi görür, ondan danışıb, yazdığımızı hiss edir. Müdriklərin təbirincə desək, bizim dünya ömrünü xalqının xoşbəxt sabahı, rifahı üçün şam tək əridən belə ziyalıların nuru ilə işıqlanır.
Haqqında sayğı və böyük ehtiramla danışdığımız Natiq Teymur oğlu Əliyev 17 iyun 1949-cu ildə Biləsuvar rayonunda dünyaya göz açmışdı. İstər orta məktəb illərində, istərsə də ali təhsil aldığı zaman riyaziyyatı çox sevərdi. Elə sevərdi ki, rəqəmlər, düsturlar dünyasının romantikası onun düşüncələrini tamamilə bürümüşdü. Bu sevgi onu Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil aldığı dövrdən - 1971-ci ildən doğma rayonu Biləsuvarda təhsil alan (keçmiş Puşkin rayonu) şagirdlər aləminə çəkib gətirir. Natiq müəllim əvvəlcə şəhər 1 saylı 8 illik orta məktəbdə, sonradan isə şəhər 4 saylı tam orta məktəbdə öz ixtisası üzrə riyaziyyat fənnini tədris edir. Rayonun ən savadlı və təcrübəli pedaqoqlarından biri olur. Kifayət qədər dünyagörüşə və geniş erudisiyaya malik bu ziyalının dünya ədəbiyyatına bələdliyi, onu ünsiyyətdə olduğu hər bir adama sevdirirdi. Natiq Əliyev Çalışdığı kollektivlərdə həmişə qabaqcıllar sırasında olmuş, dəfələrlə rayon Maarif şöbəsi adından diplomlara, Fəxri fərmanlara layiq görülmüşdür.
Onun 43 illik pedoqoji fəaliyyəti boyunca təkcə ixtisası üzrə yetirdiyi yüzlərlə şagirdi bu gün ayrı-ayrı sahələrdə aparıcı vəzifələrdə, elm-təhsil ocaqlarında çalışmaqla Natiq müəllimin qarşısında əbədi ehtiramlarını ifadə edirlər. Bu gün onun yoxluğu yalnız doğmalarının, ailəsinin deyil, həm də müəllim kollektivinin, saysız-hesabsız şagirdlərinin könlünü sızladır. O, çox səmimi bir insan idi. Hər dəfə bizimlə görüşəndə məktəb illərində baş vermiş maraqlı hadisələri gülərək yada salar, keçmiş şirin xatirələrini həvəslə bölüşərdi. Amma son günlərinin bir səmimi etirafını məncə heç unutmaq olmaz.
Natiq müəllim: "Dərs dediyim- sinif rəhbəri olduğum məzunlarımız çox olub, amma 1988-ci il buraxılış sinfinin şagirdlərinin hər birini adla tanıyıram, qəlbimdə silinməz izləri var o uşaqların. Onlarda riyaziyyat fənninə olan sonsuz həvəs məni sanki, yenidən gəncləşdirmişdi, bilmirdim o ruh, o enerji məndə hardan idi. Dərsdən sonra da sinfin riyaziyyatdan əlaçı uşaqları ilə məşqul olurdum. Həmin il bir sinifdən 15-ə yaxın oğlan və qızlar riyaziyyat imtahanından ən yüksək nəticə ilə ali təhsil ocaqlarına daxil oldular. Sevincimin həddi-hüdudu yox idi. Amma yanılmamışdım, çox etibarlı çıxdılar. Harda çalışmaqlarından asılı olmayaraq, mənimlə hər gün maraqlanırlar, darıxmağa qoymurlar -Vüqar Kərimov, Xalid Əliyev, Vüqar Mirzəyev, İmran Qurbanov, Faxrəddin Mansurov, Mikayıl Abışov... Sağ olsunlar!"

Natiq müəllim bu dünyada izini yaddaşlarda qoyub getmiş İlahinin sevimli bəndələrindən biridir. Burda belə bir deyim də yada düşür: "Natiq müəllim kimi insanlar təkcə evindən yox, həm də elindən gedir". Eldən gedənlər isə ruhən elin, obanın qəlbində həmişə yaşayır, xatırlanır. Şagirdi-1988-ci il məzunu Vüqar Kərimov da həyatda tutduğu mövqeyə, uğur və nailiyyətlərə görə məhz Natiq müəllimə daim borclu olduğunu deyir:
"Sinif rəhbərim, həm də riyaziyyat müəllimim idi, Natiq müəllim. Müəllimimdən eşitdiyim "Riyaziyyatı bilənə zaval yoxdur" - kəlmələri məni bu sehirli dünyayla doğmalaşdırdı. Peşəkar pedaqoqun, dərin zəka sahibinin, erudisiyalı ziyalının düşüncələrinin doğmalığında düşüncələrimə köçürürdüm. 10-cu sinfi bitirəndə artıq riyaziyyat fənni üzrə mükəmməl biliyə sahib idik. Bu mükəmməlliyimiz özünü qəbul imtahanlarında da ilk anda göstərdi. Əla qiymətlərlə instituta daxil oldum. Müvəffəqiyyətlə də bitirib müstəqil həyat yollarında doğru-dürüst yol seçmək şansı qazandıq. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu daim şad olsun!
Natiq müəllim 1971-ci ildən 2014-cü ilədək-65 yaşı tamam olanadək ömrünün tam 43 ilini sərasər gənc nəslin sağlam və savadlı böyüməsinə, xalqına millətinə sərf etmişdir. 2019-cu ildə onun 70 illik yubileyi çalışdığı şəhər 4 saylı orta məktəbdə sevimli kollektivinin, şagirdlərinin böyük coşqusu ilə qeyd olunmuşdur. 5 övlad, 13 nəvə sahibi olan Natiq müəllim, onu tanıyanların yaddaşında qayğıkeş insan, bacarıqlı müəllim, gözəl ailə başçısı, yüksək intellekt sahibi və mədəni bir insan kimi qalmışdır. Şair İbrahim Yusifoğlu müəllim haqqında bu şeiri yazanda, sanki, onu məhz Natiq müəllimin ruhuna ithaf edib:

Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.


Ömrünün 73-cü baharında haqqa qovuşan Natiq müəllim, həqiqətən də, Biləsuvar təhsil aləminin bir parlaq ulduzu idi. O, qaranlıqlara nur saçan ay, dalğalı dəniz, ömründən, gözünün nurundan kəsib sonrakı nəsillərə pay verən böyük, möhtəşəm bir ürəyə sahib əsl müəllim idi. Dünya bundan sonra nə qədər duracaqsa, zaman nə qədər ölçüləcəksə, bütün bunlar riyaziyyat elminin rəqəmlərindən, düsturlarından kənarda qalmayacaq. O riyaziyyat ki, Natiq müəllim onu özü qədər sevirdi... Ruhu şad olsun!

Dərin ehtiramla,
1998-ci il məzunları adından:

Surxay ŞAHBAZOV, Samir QURBANOV


18-02-2022, 09:37
Bir anın müqəddəs nişanəsi


Bir anın müqəddəs nişanəsi
İlk dərs günü Jurnalistika fakültəsində çöhrəsində xoş təbəssümü, sevgi dolu səmimiyyəti ilə sanki tələbəyə: "Xoş gəlib, səfa gətirmisən" - deyən insanla qarşılaşdıq. Sözün əsl mənasında insanla! Sonra həmin insanı sevdik. Çox keçmədi ki, insanlığına da vurulduq. Bütün bunlar 2019 -cu ilə təsadüf edir. Oktyabr ayının tən ortası. Hər dəfə jurnalistika fakültəsinə daxil olanda sözü və özü bütöv olan bu insan özünün yüksək mədəni davranışı, xoş və səmimi münasibətilə payız havasının tutqunluğunu yaz günəşinə, fəslin soyuqluğunu isə yazın ilıq və isti havasına kökləyə bilirdi. Bu, Zaur Babayev idi. Şəxsi və iş həyatında hər zaman dəqiqliyi, səmimiyyəti sevən, düzgünlüyü və məsuliyyəti hər an həyat amalı hesab edən Zaur Babayev!
Zaur Babayevin məndə xüsusi maraq doğuran hekayələrindən biri haqqında danışacam, daha doğrusu yazacam. Uzun illər Bakı Dövlət Universitetində müəllim fəaliyyətilə məşğul olan Zaur Babayevin "Saat" hekayəsini oxuyarkən diqqətimi çəkən bir neçə fikir və mülahizələri bildirməyi özümə borc bildim.
Hələ yeniyetmə olarkən böyüklərin dilindən səslənən bir fikir mənim diqqətimi cəlb etmişdir. Nə idi o fikir? Eşidirdim: "Filankəs necə adamdır?" - sualına cavab olaraq deyərdilər ki, hələ onunla dostluq, yoldaşlıq etməmişəm. Bu deyimin fərqinə vardıqda, sözün dərinliyinə baş vurduqda, fikrin arxasında görünməyən tərəfləri araşdırdıqda ifadənin nə qədər öz dolğunluğu ilə yerində deyildiyini, özündə həyat həqiqətini, gerçəkliyini göstərdiyinin şahidi olmuş olursan. Bəzən adı - şanı - şöhrəti və müxtəlif titulu olan kəslər qarşısındakının qəlbinə toxunar, ciddi əsas olmadan qəlb qırar. Ancaq Zaur Babayevin "Saat" hekayəsini oxuyarkən gənc qəhrəmanın mənəvi bütövlüyünü, daxili dünyasının zənginliyini, qəlbinin böyüklüyünü sezmiş oluruq.
Hekayədə baş verən hadisələr demək olar ki, sanki hansısa bir dahinin fikirlərinin iqtibasıdır. Ancaq belə də bir fikir var ki, təsadüf zərurətdən doğur. Biz saatı adətən sol qolumuza - biləyimizə taxırıq. Sol qolumuz da qəlbimizə yaxındır. Hekayənin qəhrəmanı təmiz qəlbə sahib olan Zaur müəllimin qərib bir yerdə tələbəlik çağında başına gələn bu hadisə onun bütöv xarakterini, daha doğrusu iradəsinin gücünü, əzmini və daxilindəki gözlə görünən və görünməyən müsbət keyfiyyətlərini, çalarlarını oxucuya çatdırır.
Bu hekayədən hiss olunur ki, Zaur müəllim real həyat boyaları ilə yaxşı çəkilmiş mühitdə, müdrik əhatədə böyümüş, doğru tərbiyə almışdır. Ələlxüsus da ailə tərbiyəsi. O, mükəmməl ailə tərbiyəsi aldığı üçün daha erkən mərifət sahibi səviyyəsinə yüksəlməyə nail olub. Bu fikirlərimi oxucu, dinləyici, izləyici bəlkə hardasa çox da isti qəbul eləməsin. Yuxarıda da qeyd etdiyim kimi bu fikirlər Zaur müəllimi yaxşı tanıdığım üçün öz şəxsi yanaşmam və hekayədən gəldiyim qənaətimdir.
Belə bir misal var ki, "qərib ölkədə insanın nəinki dili, hətta boyu da qısıq olar".
Adi bir idman yarışmasına baxarkən rəqiblər arasındakı mübarizə kənardan asan görünər. Ancaq bu belə deyil. Əsla! Lakin "Saat" hekayəsindəki qəhrəmanın qərib ölkədə daxili məsuliyyəti, hadisələrə çevik yanaşması özünü çox aydın şəkildə göstərir. Hekayə qəhrəmanının yaddaşında təbii olaraq içkinin təsirindən "boşluq" yaranır. Daha sonra saatı qolunda görməyən hekayə qəhrəmanı elə zənn edir ki, səhər adəti üzrə qoluna taxdığı saatı dəhlizdə alışqan verdiyi həmin adam qarşısındakının düşdüyü vəziyyətdən sui-istifadə edərək götürmüşdür.
Müəllif özü də qeyd edir ki, bu saat müstəqil həyata qədəm qoyduğu anın müqəddəs nişanəsidir. Həm də bildiyim qədərilə o zamanlar "Luç" markalı saatı maddi tərəfdən hər biləyin daşımağa gücü çatmazdı. Atanın oğluna bu saatı əmanət etməsi bizlərə: "Zər qədrini zərgər bilər" - misalını xatırladır. Ancaq hər gənc ata əmanətini qoruya bilmir. Mövzudan uzaq düşmək istəməzdim, ancaq yeri gəlmişkən hekayədə ananın mənəvi böyüklüyü, ucalığını: "Əgər sənə qarşı hər hansı bir təcavüz, soyğunçuluq olarsa ən dəyərli əşyandan - saatdan keç" fikirlərini də görmüş - oxumuş oluruq. Bu da onu göstərir ki, ana təhsilli oldu-olmadı nə qədər müdrik, uzaqgörən xanım olub. Bütün bunlar, əlbəttə genlə gələn faktordu. Buradaca Famil Mehdi yaradıcılığına müraciət edək:

Bəs səni toxuyan? -
Kimdir o ana?
Yaşadı, yaratdı şöhrətsiz, adsız.
Dünyanın böyük bir sənətkarına,
Kimi müti dedi, kimi savadsız.


Bu məqamda hər kəsə maraqlı olacaq və bəlkə də çoxlarının bilmədiyi bir faktı söyləmək istəyirəm. Beləki, Azərbaycan qadınlarının sabahkı taleyində çox böyük rol oynamış Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım həm də Zaur müəllimin nənəsinə Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində dərs demişdir. Həmin məktəbin ilk məzunlarından biri məhz Zaur müəllimin nənəsi olmuşdur. (bax: Z.Babayev "Həyat Ağacım" kitabı)
Bəzən gözümüz qarşısında qiymətli sənət əsəri olan xalılarımıza baxarkən, oradakı əfsanələri, əsatirləri, orijinallığı, təbiətin sirli sehrini biz bir anlıq görürük.(sözsüz ki, bəsirət gözü açıq olanlar) Düşünək ki, heç bir akademiya, təhsil müəssisəsi görməyən nənələrimizin, analarımızın toxuduğu xalçada əsrlər boyu, hələ bu gün də elm aləmini düşündürən nə qədər sirlər var. Zaur müəllimin anasının fikrinin üzərində ona görə bu qədər dayandım ki, yalnız müdrik insanlar çox sonralar gələcək hadisələr haqqında əvvəlcədən xəbərdar olar.
Hekayənin sonu olduqca maraqlıdır. Zaur Babayev öz saatını yaşadığı mənzildə şkafın gözündə tapır. Ancaq dəhlizdə şübhələndiyi adamın da saatı hekayənin qəhrəmanının qolunda idi. Bu ona olduqca mənfi təsir edir. Səhərə qədər gözlərinə yuxu getmir. Bu anlaşılmazlıq və həmin vaxt baş verənlər qəhrəmanın rahatlığını pozur. Səhərə qədər gözünə yuxu getmir. Çaşqınlıq içində olması hekayə qəhrəmanını olduqca narahat edir. Qanunları mükəmməl bilməsi və ən əsas da daxili dünyasının saflığı, vicdanının səsi onu əsarət altına alır. İstəmədən yaranmış vəziyyətdən özgəsindən əldə etdiyi saat sanki onun bütün həyat zamanını dayandırır.
Hadisəyə baxanda qəhrəmanın keçirdiyi hissləri böyük rus klassiki Dostoyevskinin əsərlərindəki qəhrəmanların yaşadığı həyəcanla, təlatümlə müqayisə etmək mümkündür.
Hekayənin qəhrəmanı üçün soyuq Moskva havasında donmuş saatın buzu elə səhər Zaur Babayevin saatı milis (oxu: polis) bölməsinə aparması ilə əriyir.

Hekayə real boyalarla, kəskin sujetlə necə deyərlər gün kimi aydın yazı üslubu ilə seçilir. Qələm sahibinin güclü bədii yaradıcılığı, səriştə və təcrübəsi oxucunu həyəcanlı saxladığı kimi arxasınca da aparmağı bacarır. Bu da Zaur Babayevin böyük təcrübəsindən, zəngin müşahidə qabiliyyətindən, yaddaşının iti və aydın olmasından irəli gəlir.
Göründüyü kimi, elmi işlə bağlı Saratova gedən hekayə qəhrəmanı elmi iş rəhbərilə səmimi söhbət edir. İş elə gətirir ki, illər bundan əvvəl saat ətrafında baş verən hadisənin o zamankı qaranlığına günəş doğur. Hər iki tərəfin daxili saflığının günəşi istənilmədən illər bundan öncə yaranmış xoşagəlməz hadisənin qaranlığını nura boyayır. Həmin zaman: "Qəhrəman olmaq üçün bir an belə bəs edər" - fikirləri özünü hekayə qəhrəmanının hərəkətində tamlığı ilə tapmış olur.
Zaur müəllimin soyadı Babayevdi. «Baba» sözü bizə çox mətləblərdən xəbər verir. Baba adətimizin ifadəsi, baba bu günün nəslinin səbəbkarı, baba müdriklik, ucalıq və təbiətin özü qədər zənginliyin ifadəsidir. Məhz bu soyadın baba olması da onun lap erkən yaşlarından qətiyyətli, məsuliyyətli hərəkəti və insanlarla rəftarı bir müdrik insanın davranış və xüsusiyyətlərini xatırladır. Deyirlər ki, o kəslərlə otur-dur ki, o gənc yaşda da belə ağsaqqal kimi davranmış ola.
Zaur müəllim Moskva təhsili alsa da, ancaq onun qəlbindəki kökümüzə bağlılıq, milli adət-ənənəni paylaşmaq və ünsiyyət mədəniyyətinin mərtəbəsinin yüksəkliyi, onun daxili azadlığını əlindən ala bilməmişdir. O, özgələşməyib, əksinə daha da milliləşib. Ancaq bu özümüzünküləşməkdə, milliləşməkdə böyük bəşərilik var. Bəşərilik də odur ki, Zaur Babayev hər zaman öyrəndikləri, qazandığı təcrübəsi ilə qarşı tərəfi zənginləşdirir.

"Saat" hekayəsi adi bir hekayə deyil. Elə hekayədəki bu saat da adi bir hədiyyə deyildi. Bu saat Zaur Babayevin həyat yolu ilə birgə onunla addımladı. Həyatının hər bir anın mənasız keçməməsi üçün onun qarşısını aldı. Saatın əqrəbinin təkin səsi Zaur Babayevin sol biləyində onun nəbzi ilə bir vurdu, ailəsinin onun yanında olmasını hər dəfə saat əqrəbinin döyüntüsündə bildirdi.
Əliağa Vahidin dediyi kimi vaxtını, anını boş sərf etməyibdir, Zaur Babayev.

Açıq, aydın bütün bunlar onun təhsil aldığı illərlə yanaşı, digər vaxtlarda da ölçülü-biçili, saat dəqiqliyi qədər həyatının da məzmunlu olduğunu görə bilərik. Biz tələbələr Zaur Babayevi hər bir anın gözəlliyini, qədrini bilən bir şəxs kimi görürük və sevirik.

Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

18-02-2022, 09:07
Evdən təlimə getmək adı ilə çıxdı…
Evdən təlimə getmək adı ilə çıxdı…

Mayor Emin Bəhmən oğlu Süleymanov 1977-ci il 21 iyulda İmişli rayonunda anadan olmuşdu. Rayondakı Namiq Şirinov adına 5 saylı məktəbin 9- cu sinfində oxuyarkən isə sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verir . Elə kiçik yaşlarından hərbyə maraq göstərirdi Atasına hərbi paqon, papaq tikdirməyi israr edirdi.
1995- ci ildə hərbi liseyi biyirdikdən sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olur. 1999- cu ildə " Leytenant " rütbəsi alaraq Gəncədəki "N"saylı hərbi hissədə xidmətə başladı. Çox savadlı zabit olduğuna görə Leytenant Emin Süleymanov "N" saylı hərbi hissənin reaktiv artilleriya divizionunun reaktiv artilleriya batareyasının idarəetmə tağım komandiri vəzifəsinə təyin edilir . Müxtəlif vəzifələrdə xidmət edrək mayor rütbəsinə qədər yüksəlmişdi. Ön cəbhədədə Azərbaycanımızın keşiyində durmuşdu . Hətta öz vəsaitindən belə əsgərləri üçün uyğun şərait qurmağa çalışıb ki, əsgərləri əziyyət çəkməsinlər.

Bir zabit kimi 10 ilə yaxın çətin dağ şəraiti olan Murov dağ silsiləsində də " N" saylı hərbi hissədə xidmət etmişdi.
2016-cı ilin aprel ayı idi. Qəfil gələn zəng onu dərhal narahat etdi. Anası Tamara xanıma, həmçinin ailəsinə bildirmədən qatılmışdı döyüşə. Murov dağ "N" saylı hərbi hissədən gələrək Goranboy rayon Tapqaraqoyunlu kəndində döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Müdafiyə nazrinin əmrinə əsasən Fəxti fərmanla təltif olunmuşdu. Həyat yoldaşı Məhsəti xanım belə xatırlayır o günləri:
“Çox həyəcanlı və dəhşətli günlər idi mənim üçün. Biz onun təlimə getdiyini zənn etmişdik .Top səsləri eşidilirdi. Sonra qonşudan eşidəndəki Emin də döyüşdədi özümə yer tapa bilmirdim. Nələr baş verdiyini belə düşünmürdüm. Yalnız onun zəngini gözləyirdim ki, telefona cavab verəm. Allah dualarımızı eşitdi, sağ salamat qayıtdı evə. Qəfil qapını açıb içəri girəndə sevincimizin həddi-hüdudu yox idi. Sanki günəş doğdu evə. Müəyyən ərazilərimiz alınmışdı, sevinirdik. Eminin sağ - salamat qələbə müjdəsi ilə qayıtması isə bu kəlmələrə sığmayacaq qədər qürur və fəxr hissi idi. Şəhidlərimizin olması isə qələbəyə rəğmən çox sarsıtdı bizi… Çox sevirdi peşəsini. Sanki müharibənin başlayacağı günü gözləyirdi.”
Anası Tamara xanımın dediklərindən belə məlum oldu ki, Süleymanovlar ailəsi Atası polis mayoru Süleymanov Bəhmən, böyük qardaşı Süleymanov Mehman müəllim də 1 ci Qarabağ müharibəsində Azərbaycanın əzari büyövlüyü uğrunda döyüşmüşdürlər. Müstəsna xidmətləri olan Mayor Emin Süleymanov bir çox medallarla, qüsursuz xidmətlərinə görə 1- ci, 2- ci, 3- cü dərəcəli medallarla təltif olunmuşdur. Arzusu böyük idi. Peşəsinin vurğunu idi baxmayaraq ki, 43 il ömrünün 30 ilə yaxınını yorulmadan can qoymuşdur Azərbaycan ordusuna…
2020-ci ilin yay ayları idi. Bir tərəfdən genış yayılmış xəstəlik ucbatından karantin şəraiti, bir tərəfdən də müharibə əks-sədası bürümüşdü ölkəmizi. Artıq generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onlarla birlikdə Şəhid olan hərbiçilərimizin bu sarsıntısı ölkəni vəcdə gətirdi.Torpaqlar hələ də düşmən tapdağı altında idi. Mayor Emin Süleymanov da bir Azərbaycan ordusunun zabiti kimi kədər hissi keçirmişdi. Polad Həşimovu yaxından tanıyırdı. Həqiqətən mərd, qorxmaz zabit olduğunu bildirmişdi ailəsinə. Polkovnik İlqar Mirzəyev kursant dövründə Emin Süleymanovun tağım komandiri olmuşdu. Sentyabrın 26 idi müharibənin ilk günləri televiziya xəbərlərindən məlumat verilsə də ailəsi buna inanmaq belə istəmirdi.

Emin təlimə gedirmiş kimi evdən çıxır. 2016-cı ilin yayından Gəncədə yerləşən N saylı hərbi hissədə artilleriya batareyasının komandiri vəzifəsində xidmət edirdi Mayor Emin Süleymanov. Müharibədən xəbərsiz ailə səksəkə içində hər gün Eminin gəlişini gözləyirdi.
4 oktyabr birdən gurultulu səsi Gəncəni bürüyür. Bu səs çox narahat etmişdi ailəsini. 5 oktyabr nankor düşmən şəhəri yenidən raket atəşinə məruz qoyur. Övladları üçün narahat olan Emin ailəsini Bakıya göndərir. Həmin gündən daha ağır, həyəcanlı günlər başlayır . Torpaqlar alındıqca xalq bayram edirdi. Eminə çox güvənən ailəsinin heç xəyalından da keçmirdi ki, bir gün Eminin də Şəhid xəbəri gələ bilər. Çünki çox peşəkar artillerist idi və buna baxmayaraq heç yaxınlarına bildirmirdi ki, ən qızğın yerlərdə döyüşür.
İlk olaraq döyüş yolu Kəlbəcərdən, Fizuli, Cəbrayıl, Qubadlı, Şuşa- Daşaltı, Laçın dəhlizi istiqamətinə qədər irəliləyərək igidlik göstərərək vuruşmuşdu, könüllü əsgərləri ilə birlikdə. Ailə olaraq çox narahat idi. Çünki aprel döyüşlərində keçirdikləri böyük sarsıntı heç yaddan çıxmamışdı.

14 noyabr qızı Emiliyanın ad günü idi. Hər il olduğu kimi atasının sürpriz hədiyyəsi ilə həmin günü səbrsizliklə gözləyirdi. Telefon danışığında da deyib ki ,"ad günümə kimi gəl Ata ". Emin əminliklə söz verə bilmirdi gələcəyinə, çünki ən ağır və məsuliyyət var idi çiyinlərində. Vətəni yağı düşməndən azad etmək! Buna baxmayaraq hər gün zəngini və qəfil qapını açıb gələcəyini gözləyirdilər, aprel döyüşlərində olduğu kimi…
Sonunda 8 noyabrı Bakı bayram edirdi. Şuşa düşməndən azad edilmişdi. Ailəsi ondan neçə gündür xəbər tuta bilmədiyi üçün ürəkdən sevinə bilmirdi. Bir gün zəngi gəlmədiyinə görə həddindən artıq narahat idilər. Çünki nəinki günü hətta saatı, dəqiqəni, saniyələri belə gözləyirdilər ki bir zəng gəlsin Emindən. Emini sağ- salamat qələbə müjdəsi ilə gözləyirdilər.

9 noyabr Daşaltı, Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır. Artıq bir daha sağ salamat geri dönməyəcək hissi bürümüşdü Məhsəti xanımı. 13 noyabrda isə Şəhid xəbərini aldıqları gün yer, göy çökdü sanki- söylədi anası Tamara xanım.Sözünə davam edərək Emin ailəmizin fəxri, anaya, ailəsinə, bacı, qardaşına dayaqdı. Övladlarımdan fərqlənirdi. Çox səliqəli, qayğıkeş, diqqətli idi. Onun kimi oğulu tarix tək- tək yetişdirər. Elə bil hərbi üçün doğulmuşdu. Çox arzuları yarımçıq qaldı, balamın. Emin bizim sağalmaz yaramızdı. Düzdü şəhidlik uca məqamdır, qürurumuzdur, mən Eminlə fəxr etmişəm, bu gün də fəxr edirəm balamla. Amma onun gülüşünü, danışığını, üzünü görməmək çox ağırdı bir anaya. Övladları Bəhmən və Emiliya bu gün də atalarının yolunu gözləyirlər .
Qəhrəmanlıq səlnaməsi olan Emin Süleymanov 13 noyabr 2020 -ci il ata yurdu olan İmişli rayonunun Xubyarlı kəndində torpağa tapşırıldı. Məqamın ucadır Vətən oğlu!

Bünyamin Nərimanoğlu
18-02-2022, 08:56
Qürbətdən gələn səs

Kifayət Nemətabadlı


Abbasova Kifayət İsmayıl qızı, Ağdaş rayonunun Nemətabad kəndində dünyaya gəlib. Hazırda ailəsi ilə Qazaxıstan Respublikasında yaşayır. Qürbətdə yaşasa da Vətən həsrətli ilə yazıb-yaradır. Beş şeir kitabının müəllifidir. Onun şeirlərini oxucularımıza təqdim edirik:
Ürək
Soldu bir andaca gül yanaqlarım,
Nədən susub, dinmir bal dodaqlarım?
Göz yaşı tökürəm mən narın- narın,
Niyə sızlayırsan, söylə ay ürək?

Axı hər çətinə hünərin vardı,
Gücün, qüvvən vardı, təpərin vardı.
Qarşıda hələ çox zəfərin vardı,
Niyə sızlayırsan söylə ay ürək?

Kifayət etmədi sənə xəyanət,
Onda var çətinə dözüm, dəyanət.
Səni Rəbbim verib mənə əmanət,
Niyə sızlayırsan söylə ay ürək?

Şairin
Şair demək olmaz hər yazan kəsə,
Yazdığı misralar xoşa gəlməsə.
Yoxdursa qabiliyyət, düşmə həvəsə,
Qismətin mələklər yazır şairin.

Ləl-govhər süzülə sözündən gərək,
Kədər hiss oluna üzündən gərək,
Baxanlar anlaya gözündən gərək,
Ruhu asimanlar gəzir şairin.

Kifayət, ilhamı al Yaradandan,
Dərsi götür o müqəddəs Qurandan.
Qəfil zərbə alsa nakəs, nadandan,
Göz yaşı yanaqdan süzür şairin.

Ana

Adına bərabər yoxdur dünyada,
Olsa da dövlətin həddən-ziyada.
Birin dəyişmərəm müqəddəs ada,
Ağzımın ən ləziz dadısan, ana!

Övlad məhəbbətin bənzər bahara,
Dünya-aləm hara, söylə, sən hara?
Sənsiz günəş belə gəlmir ki, kara,
Ocağımın yanan odusan ana.

Kifayət o nurlu üzünə qurban,
Gözümün üstündə yerin var hər an.
Səni əvəz etməz özgə bir insan,
Dilimin müqəddəs adısan, ana!

Ağdaşım
Kaş ki, dönüm bir anlığa,
Səndə keçən cavanlığa.
Həsrətəm firavanlığa
Sənsən mənim üzük qaşım,
Doğma vətənim Ağdaşım.

Adın qürur yerim oldu,
Həm ocağım, pirim oldu.
Cah-cəlalım, varım oldu,
Şəninə nəğmələr qoşum,
Doğma vətənim Ağdaşım.

Gəl unutma Kifayəti,
Səninlədir şan-şohrəti.
Sənsiz dözəmmirəm qəti,
Əzizdir torpağın, daşın,
Doğma vətənim Ağdaşım.

Cavanlığım
Həsrətini çox çəkirəm,
Gəl ay mənim cavanlığım!
Dərd becərib, qəm əkirəm
Gəl ay mənim cavanlığım!

Ömür sürdüm qürbət eldə,
Misralarım gəzir dildə.
Səni atıb gəldim eldə,
Gəl ay mənim cavanlığım.

Kifayət il yorğunudu
Axan sellər durğunudu.
O dağların vurğunudu,
Gəl ay mənim cavanlığım.

Dünyasan

Adəmdən, Həvvadan bizə,
Yadigar qalan dünyasan.
Sənə gələn bir gün gedir,
Boşalıb, dolan dünyasan.

Baxmırsan varlı kasıba,
Zülümün gəlmir hesaba.
Ürək dözmür bu əzaba,
Doğru, həm yalan dünyasan.

Kifayəti yaxşı tanı,
Onun da gedər karvanı.
Neçə Sultan Süleymanı,
Taxtından salan dünyasan
Boşalıb, dolan dünyasan.

Azərbaycanın

İstəmirəm boş yerə nə şöhrəti, nə şanı,
Başıma tac bilirəm atam ilə anamı.
Hər vaxt müqəddəs bildim and yerimiz Quranı,
Mən ismətli qızıyam doğma Azərbaycanın!

Yazıram ki, tarixdə mənim də izim qalsın,
El-obanın dilində söhbətim-sözum qalsın,
Məni xoş xatirə tək hər kəs yadına salsın,
Söhbətiyəm, sözüyəm doğma Azərbaycanın.

Elə danış, eşidən səni ürəkdən duysun,
Etdiyin xoş əməllər qəlbə, könülə dolsun.
Yazdığım misralarım dillərdə əzbər olsun,
Gül-cicəlki düzüyəm doğma Azərbaycanın.

Çalış yaxşı örnək ol, öz obana,elinə,
Tarixdə qalmaq üçün qələm aldın əlinə,
Mizrab toxunan zaman simin hər bir telinə,
Qəmli çalan sazıyam, doğma Azərbaycanın,
Mən İsmətli qızıyam doğma Azərbaycanın.


Sevindir
Sən gələndə sevinc gəlir hər yana,
Gəl ay bahar, qəlbimizi sevindir.
Çağlasın hər kəsin qoy söz ilhamı,
Gəl ay bahar,könlümüzü sevindir.

Sən gələndə qaranquşlar oxuyur,
Sən gələndə torpaq ətir qoxuyur.
Sən gələndə qızlar çələng toxuyur
Gəl ay bahar, gəlişinlə sevindir.

Kifayətin ilhamına qanad ver,
Təbiətdə hər nə varsa həyat ver.
Çiçəklərdən yal-yamaca xalı sər,
Gəl ay bahar, könlümüzü sevindir.


Bahar gəlir

Bülbülün xoş avazıyla,
Yurdumuza bahar gəlir.
Aşığın telli zazıyla,
Yurdumuza bahar gəlir.

Göy gurlayır, şimşək çaxır,
Bulud dolur, leysan yağır.
Dərələrdən sellər axır,
Yurdumuza bahar gəlir.

Kifayət də ilham alır,
Dərin xəyallara dalır.
El-obasın yada salır,
Yurdumuza bahar gəlir.

Vətən torpağında


Aşıq bir Kərəmi çalsın,
Könlüm ondan ilham alsın,
Yazıram ki, izim qalsın,
Doğma Vətən torpağında.

Bizik bu dünyada qonaq,
Ömür ötür varaq-varaq.
Gəncliyimdən verin soraq,
Doğma Vətən torpağında.

Kifayət xəyala dalıb,
Ötənləri yada salıb.
Neçə xoş xatirəm qalıb,
Doğma Vətən torpağında.

Gedir əldən

Qocalıram qürbət eldə,
Cavanlığım gedir əldən.
Ömür ötür qüssə ilə,
İncidim hər ötən ildən
Cavanlığım gedir əldən.

Öz yurdumda gəzə-gəzə,
Kaş yetirəm ömrü yüzə.
Yaş çoxalır arzu təzə,
Doymamışam şirin dildən,
Cavanlığım gedir əldən.

Budur Kifayətin sözü,
Sizə qurban iki gözü,
Uçdu, həsrət qoydu bizi,
Yasilbaşlı sona göldən,
Qocalıram qürbət eldə
Cavanlığım gedir əldən.

Vətənim

Həsrətinlə yaşayıram,
Sənə qurban can, Vətənim.
Şair qızın qərib eldə,
Arzular hər an Vətənim.

Qürbət mənə sanki qəfəs,
Sənsiz almıram ki, nəfəs.
Cavan ömrüm keçdi əbəs,
Oldu zimistan, Vətənim.

Kifayətin ömrü heçdi,
Aylar, illər ötüb keçdi.
Tale mənə qürbət seçdi,
Qalmadı güman Vətənim,
Sənsizəm inan Vətənim.

Ay Sevil
(aşıq Sevil Ədalətə)

Bahar nəfəsiylə, yaz nəfəsiylə,
Qəlbimə od saldın ay Sevil xanım.
Sinənə sıxdığın telli sazınla,
Məni məndən aldın, ay Şevil xanım.

Çöl-çəmənin gül-çicəklə doludu,
Tutduğun yol insanlığın yoludu.
Dəhanından süzülən nə balıdı,
Ürəyimdə qaldın ay Şevil xanım.

Kifayət də qızım deyibdi sənə,
Tərifin eyləyib o dönə-dönə.
Üzümü çevirib ana Vətənə,
Xəyallara daldım ay Şevil xanım,
Səni yada saldım ay Şevil xanım.

18-02-2022, 08:44
"Şərq" ailəsinin cəfakeş başçısı


"Şərq" ailəsinin cəfakeş başçısı

Akif müəllim- "Şərq" qəzetinin təsisçisi və baş redaktoru, mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Akif Aşırlı haqqında yazmaq mənim üçün həm asandır, həm də çətin. Asandır ona görə ki, təxminən üç il rəhbərliyi altında çalışmışam. Demək olar, hər gün üz- üzə gəlir, danışırdıq. Yəni xarakterinə az- çox bələdəm. Çətindir ona görə ki, mən Akif müəllimin sözə, üsluba necə qiymət verdiyinin, yazıları necə diqqətlə oxuduğunun şəxsən şahidiyəm. Ona görə də daha diqqətli olmaq lazım olduğunu bilirəm.
Ümumiyyətlə, indiyə qədər qazandığım təcrübədə, bu gün özümü jurnalistikada daha inamlı hiss etməyimdə bütün "Şərq" qəzeti kollektivi kimi, Akif Aşırlının da xüsusi rolu var.
Bir- birimizi xeyli əvvəldən- mən universitetin birinci kursunda oxuyandan tanıyırdıq. Bir müəllimimizin dəvəti ilə mühazirə oxumağa gəlmişdi. Sonralar fərqli vaxtlarda bir neçə dəfə də görüşmüşdük.
... Bir gün Akif müəllimdən zəng gəldi. Təəccübləndim. Həm nə deyəcəyini düşünür, həm də nömrəmi kimdən aldığını fikirləşirdim. Çünki bu vaxtadək telefonla danışmamışdıq. Zəngi qəbul etdim, "Bəli, Akif müəllim" dedim. Dərslərimlə maraqlandı, harda işlədiyimi soruşdu, sonra da "Redaksiyaya gəl, gözləyirəm" söylədi. Beləcə, bir neçə gün sonra "Şərq"in əməkdaşına, bu ailənin üzvünə çevrildim.
Yadımdadır, "Şərq"dəki ilk həftələrim idi. Bir məsələ ilə bağlı o biri otağa getdim. Ancaq qapının kandarında dayandım. Tərəddüd etdim. Foyedeki kresloda oturub, məni izləyən baş redaktorum ayağa qalxdı, yanıma gəldi, qapını açdı və özünəxas formada "Niyə utanırsan? Keç" dedi.
Yuxarıda bildirdiyim kimi, Akif müəllim yazıları diqqətlə oxuyur. Dəfələrlə xəbərlərimə, müsahibələrimə, reportajlarıma irad tutub. Lakin bu tənqidlərdən hər biri islahedici xarakter daşıyıb, öyrətməyə hesablanıb. Akif Aşırlı onu tanıdığım ilk gündən "Kənan mənim tələbəmdir" deyir. Mən də elə o gündən həmişə baş redaktorumu özümə müəllimlərdən biri hesab edirəm. Onun dərsləri "Şərq" in o qədər də böyük olmayan, fəqət yaradıcılıq, müzakirə dolu redaksiyasında, otağındakı iclaslarda, "planirovka"larda davam edir. Bəzən praktik qəzetçilik haqqında danışmaqla da kifayətlənmir, həm də Üzeyir bəydən, Mirzə Cəlildən, Ceyhun Hacıbəylidən... danışır. Və bu dərslər heç vaxt bitmir.
Akif müəllim öyrətməyi, izah etməyi sevən insandır. Əlbəttə, bu, eyni zamanda onun pedaqoji fəaliyyətindən irəli gəlir. Belə ki, o, bir müddət müxtəlif ali məktəblər, o cümlədən BDU- da dərs deyib. Alimdir. Mətbuatımızın banilərinin irsini, jurnalistikamızın indiyədək gəlib keçdiyi yolu araşdırıb. Və özünün qəzetçilik təcrübəsində onların irsindən də yararlanıb. Əlbəttə, belə olmasa, qəzetçiliyin getdikcə öləzidiyi bir vaxtda "Şərq" 30 ilə yaxındır fəaliyyət göstərməyi, oxucuları ilə görüşməyi bacarmazdı. Təsadüfi deyil ki, Akif Aşırlı həmişə müstəqil mətbuatın, azad sözün tərəfdarı olub. O, Məhəmməd Əmin Rəsulzadənin "O millət azad və xoşbəxtdir ki, onun mətbuatı azad və xoşbəxt olsun" fikrini, bəlkə də, peşə kredosuna çevirib.
Təxminən üç ildən sonra "Şərq" dən ayrılanda Akif müəllimin yanına getdim, halallıq istədim. "Yolun açıq olsun" dedi, uğurlar arzuladı.
"Şərq" mənim yaddaşımda daim isti ocaq olaraq qalacaq. Redaksiyadan ayrılarkən yazdığım ""Şərq"dəki son sözüm" yazısında göstərdiyim kimi, yəqin, jurnalistika karyeramın ən maraqlı, yaddaqalan dövrü məhz “Şərq”lə əməkdaşlıq illərinə təsadüf etdi: " Əvvəl dünyanı lərzəyə salan koronavirus pandemiyası ilə tanış olduq. İctimaiyyətə SOS siqnalı verdik. Hətta gündə bir insanın, o cümlədən yaxınlarımızın, əzizlərimizin ölüm xəbərini eşitsək belə, özümüzü yox, oxucularımızı düşündük. Auditoriyanı xəbərsiz qoymadıq. Sərt karantin rejiminə, hər cür çətinliyə müqavimət göstərdik. Nə vaxtsa, “Gözünüz aydın, pandemiya bitdi” başlığı ilə hər kəsi sevindirəcəyimiz ümidindən təsəlli tapdıq. Və həmin ümidimizdən ikiəlli yapışdıq...İşə əvvəlkindən daha tez getdik, daha gec çıxdıq. Əksəriyyətini bircə dəfə belə görmədiyimiz oxucularımız üçün ailə üzvlərimizin üzünü az görməyə razı olduq". Çətin olsa da, öhdəsindən gəldik. Çünki "Şərq" təkcə redaksiya deyil, həm də ailədir. Akif müəllim isə bu ailənin cəfakeş, yorulmaz başçısıdır.
Ad gününüz, yeni yaşınız mübarək, əziz müəllim!

Kənan Novruzov

17-02-2022, 13:07
Qatı duman hərəkəti məhdudlaşdıracaq

Fevralın 18-nə avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevral ayının 18-də gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Xankəndi-Xocavənd, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli Göyçay-Ucar, Xaldan-Mingəçevir, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!