37 mindən çox namizəd müəllim olmaq istəyir .....                        İkinci Dünya müharibəsindən qalma mərmi partladı - 7 yaralı var .....                        "Qarabağ"ın növbəti qələbəsi .....                        Prezidentlər Şuşada birgə nahar etdilər .....                        8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü .....                        Lukaşenko Füzulidən ölkəsinə qayıtdı .....                        Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                       
10-04-2022, 21:48
"Cənnətdən gələn hədiyyə" kitabının təqdimatı oldu
"Cənnətdən gələn hədiyyə" kitabının təqdimatı oldu


Aprelin 1-i Sumqayıt şəhər Poeziya evində şairə Esmira Günəşin Sumqayıt şəhidi evin tək övladı olan şəhid Rüfət Mustafayevin xatirəsinə həsr etdiyi "Cənnətdən gələn hədiyyə" kitabının təqdimatı oldu. Kitab şəhid Rüfət Mustafayevin anası Afət xanımın istəyi ilə çap olunaraq, onun xatirəsini yaşadanlara və eləcə də kitabda yer alan digər şəhidlərimizin ailələrinə təqdim olundu. Tədbirdə kitabda yer alan şəhidlərimizdən şəhid Bilala Qənbərovun ailəsi və Bayıl qəsəbəsində yerləşən 51 saylı məktəbin şəhid Bilal Qənbərovun adını daşıyan sinfinin şagirdlari, Sumqayıt şəhər 22 saylı məktəbin şəhid Ruslan İmamquliyevin adını daşıyan 9b sinfinin müəllimi Fərqanə Rüzbəyova və şagirdləri, şəhid Niyaməddin Ələkbərovun ailəsi və Sumqayıt ş. 32 nömrəli TTLE Liseyinin şəhidimizin adını daşıyan 1b sinifinin müəllimi Fəxriyyə müəllimə və şagirdləri, şəhid Abdulla Əhmədovun anası və Sumqayıt ş. 7 saylı məktəbin şəhidimizin adını daşıyan 4c sinifinin müəllimi Valide Əliyeva və şagirdləri, şəhid Kərim Əhmədəliyevin anası və Sumqayıt ş. 5 nömrəli məktəbin şəhidimizin adını daşıyan 3a sinifinin müəllimi Fərmanova Xatirə və şagirdləri, şəhid Ülvü Məhərrəmovun anası və M.Füzuli adına 15 saylı məktəbin şəhidimizin adına sinifin rəhbəri İbrahimova Vüsalə və şagirdləri, şəhid Sərxan Əliyevin anası və Sumqayıt ş. Humanitar və Təbiət Riyaziyyat Təmayüllü liseyin şəhidimizin adını daşıyan 11c sinifinin şagirdi Fatimə Abdullayeva, şəhid Əlzamin Mustafalının anası və İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şəhidimizin adını daşıyan 1a sinifinin şagirdləri Nigar və Rüqayə, şəhid Fərhad Fərhadlının anası və Qubadlı r. Xələc kənd tam orta məktəbin şəhidimizin adını daşıyan 4c sinifinin müəllimi Əliyeva Aynur və şagirdləri, şəhid Vüsal Muradovun anası və Sumqayıt ş. 9 saylı məktəbin 7c sinif şagirdi Ruslan Əşrəfov, 11 saylı məktəbin şəhid Vüsal Allahverdiyevin adını daşıyan 1c sinfinin müəllimi Qənimət müəllim və şagirdləri, şəhid Nadir Rzayevin anası və Sumqayıt ş.15 saylı məktəbin şəhidimizin adını daşıyan 4-cü sinif şagirdi Aydan Quluzadə, şəhid Saleh Nuriyevin anası və "İstedadx liseyində şəhidimizin adını daşıyan 4a sinifinin müəllimi Sədaqət Məmmədova və şagirdləri, şəhid Elmar Nəsibovun anası və 14 saylı məktəbin şəhidimizin adını daşıyan 8d sinifinin müəllimi Ülviyyə müəllimə və şagirdləri, şəhid Qubad Əliyevin ailəsi və 11 saylı məktəbin şəhidimizin adını daşıyan 3a sinfinin müəllimi Ləman Rzayeva və şagirdləri, şəhid Elvin İsmayılovun anası və 24 saylı məktəbin şəhidimizin adını daşıyan 3a sinfinin müəllimi Aygün müəllim və şagirdləri, şəhid Ruslan Məmmədovun anası və qazi qardaşı Siyavuş Məmmədov, həmçinin "İstedad" liseyinin şəhidimizin adını daşıyan 7c sinif şagirdi Pərviz Məmmədov, şəhid Səmid Əliyevin anası və 7 saylı məktəbin şəhidimizin adını daşıyan 3a sinfinin müəllimi Nazilə müəllim və şagirdləri, şəhid Nicat Nəbiyevin anası və 39 saylı məktəbin direktoru Bəxşeyiş müəllim, şəhidimizin adını daşıyan 4a sinfinin müəllimi Səfərova Nazilə müəllimə və şagirdləri, şəhid Nurlan Nuruzadənin bacısı və İnternat Tipli Gimnaziyanın şəhidimizin adını daşıyan 1c sinifinin müəllimi Ruhiyyə müəllim və şagirdləri, 14 saylı məktəbin şəhidimizin adını daşıyan 3ç sinifinin nümayəndələri, Qubadlı r. İşıqlı kənd tam orta məktəbin müəllimləri Sənubər müəllim və Əfsanə müəllimlə birlikdə şagirdləri və şəhid Rüfət Mustafayevin doğmaları iştirak edirdi. Tədbirin təşkilatçılığını və aparıcılığını edən kitabın müəllifi Esmira Günəşin dəvəti ilə şairə Aygül Özü Vətən və qiraətçi Həbibə Mehman da iştirak edirdilər. Tədbirdə Sumqayıt şəhər N. Gəncəvi adına kitabxana klubunun rəhbəri Ülviyyə xanımın iştirakı da şəhid analarına təsəlli oldu. Xüsusilə vurğulamaq lazımdır ki, Sumqayıt şəhər 26 saylı uşaq baxçasının şəhid Rüfət Mustafayevin adını daşıyan qupun hazırladığı səhnə hər kəsi qürurlandırdı. Qrupun rəhbəri Axundova Səkinə müəllim və musiqi rəhbəri Mahmudova Sevinc müəllimin Rüfət haqqında şeirləri də hər kəs tərəfindən maraqla dinlənildi. Tədbirin sonunda Esmira Günəş bu tədbirin baş tutmasında əməyi keçən "Şəhid Analarına Dəstək" İB-nin rəhbəri şəhid Əbdülməcid Axundovun anası Ceyran xanıma, Poeziya evinin rəhbəri İbrahim İlyaslıya təşəkkürünü bildirdikdən sonra şəhid Rüfət Mustafayevin anası Afət xanımla birlikdə kitablar qonaqlara hədiyyə etdilər. Tədbir xatirə şəkilləri ilə sona çatdı.
10-04-2022, 19:57
Ağcabədidə "Kəşfiyyatçı" filminin təqdimatı olacaq.

Ağcabədidə "Kəşfiyyatçı" filminin təqdimatı olacaq.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçiləcək "Kəşfiyyatçı” filminin çəkilməsi adlı layihəsinin başa çatmasına az qalıb. Vətən müharibəsi şəhidi Mirağa Əliyevin xatirəsinə çəkilən “Kəşfiyyatçı” filmi artıq tam olaraq hazırdır. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək “Kəşfiyyatçı” filminin çəkilməsi adlı layihənin icrasını “Vətənpərvərlər” Maarifləndirilmə İctimai Birliyi həyata keçirir. Layihə Ağcabədi rayonunun Xocavənd kəndində həyata keçirilir. Layihənin icrası məqsədi ilə çəklən filmdə Xocavənd kənd sakinləri ata oğul haqda danışılacaq. 1992-ci ilin döyüşlərində iştirak etmiş Əliyev Musanın döyüş bacarığı və vətənsevərliyi onun komandirləri və dostları yanında çox böyük qiymətlə dəyərləndirilir. 2020-ci ilin döyüşlərinə şəhid Əliyev Mirağa Musa oğlunu aparan isə atası Musanın vətənpərvərliyi və tərbiyyəsi olub. Kəşfiyyat taborunun əsas kəşfiyyatçılarından bir olan Mirağa komandirlərinin əmrlərini əsil hərbçi, kəşfiyyatçı bacarığı ilə yerinə yetirib və həmişə diqqət mərkəzində olan döyüşçü olub. 20 yaşlı şəhidimiz Mirağa Əliyev 2020-ci il sentyabr ayının 29-da Cəbrayıl rayonunun erməni qəsbkarlarının Azərbaycan ərazilərindən təmizlənməsi uğrunda gedən döyüşlərdə vətəni azad edərkən qəhramancasına şəhid olub.
Şəhid Əliyev Mirağanın vətən yolunda xidməti dövlətimiz tərəfindən, "Vətən uğrunda" və "Füzulinin azad edilməsi uğrunda" medalları ilə qiymətləndirilib. Allah rəhmət eyləsin.
"Kəşfiyyatçı" filminin təqdimatı Ağcabədi rayonunun Mədəniyyət evində aprel ayının 23-də keçiriləcək. Tədbirdə şəhid ailələri, qazilər və digər ictimaiyyət adamları iştirak edəcəklər. Tədbir zamanı iştirakçılara "Kəşfiyyatçı" filminin diskləri paylanacaq.

Layihənin rəhbəri Q. Novruzov
8-04-2022, 22:32
“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tədbir keçirib

Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tədbir keçirib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin İnkişafı İctimai Birliyi "Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri" layihəsi çərçivəsində növbəti tədbirini Siyəzən şəhər Mədəniyyət Evində keçirmişdir.

Giriş sözü ilə çıxış edən Siyəzən RİH-nin baş məsləhətçisi Aqil Abdulov Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun tədbir iştirakçılarına salamlarını çatdırdı. Rayon rəhbərliyinin Narkomaniya ilə mübarizə sahəsində fəaliyyətindən bəhs edən Aqil Abdulov bütün iştirakçılara uğurlar arzuladı. Layihə barədə məlumat verən layihə rəhbəri Vidadi Fətullayev narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını, dövlət qurumları ilə yanaşı ictimaiyyətin də bu mübarizədə fəal rol almasının hər kəs üçün vətəndaşlıq borcu olduğunu qeyd etdi.

Görüşdə iştirak edən Milli Məclisin deputatı,Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycanda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam inkişafı sahəsində dövlət rəhbərliyinin qayğısından bəhs etdi və mövzu ilə bağlı parlamentdə qəbul edilən yeni qərarlar barədə geniş məlumat verdi. Millət vəkili cəmiyyətimizi narkomaniya bəlasından qurtarmaq üçün milli adət-ənənələrimizə bağlılığın, ailə institutunun gücləndirilməsinin və gənclər arasında zərərli vərdişlərə qarşı müsbət meyllərin təbliğinin vacibliyini qeyd etdi. Tədbirdə iştirak edən müəllim və məktəb psixoloqlarına mövzu ilə bağlı özünün pedaqoji fəaliyyətində rastlaşdığı bəzi hadisələrdən nümunələr danışdı. Ölkəmizin
iqtisadi qüdrətinin artması nəticəsində Siyəzən rayonunda da yeni iş yerlərinin açıldığını, bundan sonra da yeni yatırımların davam edəcəyini vurğulayan Millət vəkili bütün bu irəliləyişlərin xalqın rifah halının yüksəlməsinə və cinayətkarlığın azalmasına səbəb olacağını
vurğuladı. Görüşdə Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov təmsil etdiyi qurum tərəfindən Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramına uyqun olaraq görülən və görüləcək işlər
haqqında, həmçinin rayon məktəblərini təmsil edən müəllim və psixoloqlara narkotik vasitələrin zərərləri barədə slaydlarla izahatlı məlumatlar verdi, tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırdı.

Siyəzən Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Əhməd Nəcəfov çıxışında son illər ərzində rayon ərazisində narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi orqanları tərəfindən aparılan qətiyyətli və səmərəli tədbirlər nəticəsində cinayət hallarının xeyli azaldığını, hüquq-mühafizə orqanlarının vətəndaşların asayişinin və hüquqlarının təmini sahəsində yorulmadan mübarizə
apardıqlarını anlatdı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və 1-ci vitse prezident Mehriban Əliyevaya ölkə gəncliyinə göstərdikləri qayğı və yüksək qiymətə görə rayon ziyalıları adından təşəkkür edən məktəb direktoru Rəşad Rəhmanov və digər iştirakçılar rayon ərazisində gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman meydançaları və sahələrinin artırılması barədə təklif və istəklərini səsləndiriblər.

Fəal iştirakçılara Sertifikatların təqdim edildiyi tədbirin sonunda göstərdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Millətvəkili Sadiq Qurbanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyasının (NMDK) və Siyəzən rayon İcra Hakimiyyətinin rəhbərliklərinə minnətdarlıq edildi.

Vidadi Fətullayev
“Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!