Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
17-05-2022, 00:14
Həkimliyin ən çətin tərəfi..
.


Müsahibimiz hazırda Türkiyədə beyinin stimulyasiyası üzrə kurs keçən neyrocərrah Zaur Ramixanovdur. Zaur həkimlə bu sahənin çətinlikləri, üstünlükləri, məsuliyyəti barədə danışdıq. Üzərində işlədiyi yeni əməliyyatı müzakirə etdik...

- Zaur bəy, gələcəkdə həkim olanların çoxu bunu uşaqlıqdan arzu edir. Sizdə də belə olub?
- Həkimlik peşəsinə yiyələnmək uşaqlıq arzumdur. O vaxtdan xəstələrin şəfasını tapmaqda köməklik etməyi ən böyük həyati və mənəvi məqsəd kimi saymışam. Amma bu sözləri demək asandır. Həkim təkcə bir peşə deyil, bir ixtisas deyil. Həkim - xalq içində mənəvi bir rütbədir, bir vəzifədir. Çünki xalq həkimə inanır, öz canını, sağlamlığını, ən azı həyat keyfiyyətini ona həvalə edir. Və bu rütbəli vəzifəni daşımaqda ən böyük məsuliyyət məhz bu işin mənəviyyatıdır. Bunun üçün həkim həm savadı, həm də insani keyfiyyətlərini birləşdirən bir şəxs olmalıdır. Hər bir xəstənin, xəstə yiyəsinin, ailənin öz problemləri, xəstəliyə öz nəzər nöqtəsi, müalicədən gözləntiləri fərqlidir. Həkim müalicəni etməklə xəstəni təkcə sağaltmır, onun ailənin içində mənəvi ruhunu yüksəldir, problemlərinin daha tez və keyfiyyətli həllinə yol açır, bu isə hər bir ailənin daha xoşbəxt olması deməkdir.
- Hansı universiteti bitirmisiniz?
- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin məzunuyam. 2012-2017-ci illərdə Tibb Universitetinin Hərbi Tibb Fakültəsində Silahlı Qüvvələrin Baş Kliniki Hospitalının (Papanin)bazasında
"Neyrocərrahiyyə" ixtisası üzrə uzmanlıq keçmişəm, 2016-2017-ci illərdə Türkiyə Respublikasının Gülhanə Askeri Tibb Akademiyasının Neyrocərrahiyyə klinikasında təkmilləşmə kursu keçmişəm.
- Niyə məhz baş-beyin üzrə fəaliyyət göstərməyi seçdiniz?

- Rezidentura imtahanından uğurla keçdikdən sonra qarşımda bir çox ixtisas seçimi var idi. Ümumi cərrahhiyyə, Oftalmologiya,
Otorinolaringologiya, terapiya və s. Hər il bu ixtisas seçimləri dəyişir. Ağlımda hər zaman məqsəd olaraq Neyrocərrahiyyəni tutmuşam və mənim bəxtimdən həmin il də bu ixtisas seçimi mövcud idi. Bu ixtisas ən çətin, həm mənəvi, həm fiziki zəhmət tələb edən ixtisasdır. Əlavə olaraq, Neyrocərrahiyyə ən sürətlə inkişaf edən və müasir avadanlığı tələb edən bir sahədir. Neyrocərrah müasir və hər zaman müasirləşən bilik bazasına, zərgər dəqiqliyində olan əməliyyat texnikalarına malik olan və ən əsası beynində bir ixtisası öndə tutan, özünü bu ixtisasa fəda edən, müasir təbabətlə ayaqlaşmağa özünə söz verən bir həkimdir.

- Beyin mürəkkəb sxemə malikdir. Bu günə qədər çözə bilmədiyiniz hansısa xəstəlik halı ilə qarşılaşmısınız?
- Beyin-insan orqanlarının içində ən mürəkkəbidir, bütün digər orqanlar və sistemlərini idarə edir, orqanların əlaqəli fəaliyyəti məhz baş beyindən birbaşa və ya biləvasitə asılıdır. Beyinin əksər xəstəliklərinin səbəbləri hələ də bilinmir, müalicəsi isə ya yoxdur, ya müvəqqətidir, ya da səbəbə yönəlik yox, xəstəliyin əlamətlərinə yönəlikdir. Bu cür xəstəliklər ən yaxşı halda müalicə olunur, amma sağalmır. Əlavə olaraq, beyinin anatomiyası və ya fəaliyyəti pozulanda bütün sistem və orqanlar pozulur. Bəzən olur ki, beyində qan sızan xəstənin qansızmasını aradan qaldırmaqla hər şeyin normaya qayıdacağını gözləyirsən, amma digər yerdən elə bir problem çıxır ki, nəticələr heç də xoşagələn olmur. Xüsusən yaşlı xəstələrdə onsuz da əvvəldən mürəkkəb olan beyin xəstəliyi digər mövcud əlavə xəstəliklərin (şəkər, təzyiq, ürək, qaraciyər və ya böyrəyin xroniki xəstəlikləri) kəskinləşməsi 1 problemin 5 problemə çevrilməsinə gətirib çıxarır.
- Hazırda üzərində işlədiyiniz prosesin gedişindən danışardınız?
- Hazırda Türkiyənin İstanbul şəhərinin Medikana özəl xəstəxanasının Neyromodulyasiya Mərkəzində kurs keçirəm. Bu, neyrocərrahiyyənin ən müasir və ən mürəkkəb sahələrindən biridir. Beyinin xüsusi mərkəzlərinin stimulyasiyası ilə beyinin nasaz işini nizamlamaq mümkündür. Bu yolla Parkinson, Tremor (əsmə), Dağınıq Sklerozun və Uşaq Serebral İflicin hərəki problemlərini həll etmək mümkündür. Beyinin hərəki nüvələrinə elektrod yeridilir, elektrodun digər ucu stimulyatora qoşulur, stimulyator öz növbəsində döş qəfəsinin ön divarının dərialtına yerləşdirilir. Stimulyator 5 ilədək işləyir və sıradan çıxanda stimulyatoru yerini keyləşdirməklə dəyişmək olur. Sadalanmış xəstəliklərin yeni müalicə yoludur, stimulyasiya vasitəsi ilə beyinin pozulmuş fəaliyyəti bərpa olunur. Azərbaycana qayıdanda bu cür əməliyyatları icra etmək məqsədim var, amma bu işin təşkili çox önəmlidir, çünki avadanlıq birbaşa Amerikadan xüsusi komanda ilə gətirilir və əməliyyatın içində həmin komanda hər şeyə nəzarət edir, əməliyyatdan sonrakı stimulyatorun proqlamlaşdırılmasını təmin edir.
- Neçə müddətə bu əməliyyat Azərbaycanda baş tuta biləcək?
- Parkinson xəstəliyi bütün dünyada, eləcə də Azərbaycanda çox yayılıb. Təəssüf ki, geridönməz, müalicə olunmayan bir xəstəlikdir. Bu xəstəliyin yaranma səbəbi və ən effektiv müalicəsi hələ də mövcud deyil. Təyin olunan dərmanlar xəstəliyin əvvəlində effektiv olsa da, xəstəliyin irəliləyən mərhələsində effektliyi düşür, dozanı qaldırmaqla isə arzuolunmaz yan effektləri ortaya çıxır. Bu yan təsirlər isə dərman dozalarını endirməyə məcbur edir, bu isə effektivliyin azalmasına gətirib çıxarır. Nəticədə xəstələr çıxılmaz vəziyyətdə qalır - şikayətləri artırsa, doza, doza artırsa, yan təsirlər artır. Məhz bu cür xəstələrdə Beyinin Dərin Stimulyasiyası (DBS) olduqca gözəl effekt verir, xəstələr dərmandan ya qurtulur, ya da ən az dozalara endirilir ki, yan effekti yaranmır. Bu isə həyat keyfiyyətini və yaşama müddətini artırır. Bu cür xəstələrə yardım etmək, həyat keyfiyyətini qaldırmaq, ömrünü uzatmaq mənim başlıca məqsədlərimdəndir. Müasir əməliyyatları Vətənimə gətirmək, xalqı təbabətin yenilikləri haqqında maarifləndirmək, bu cür xəstələrə sağalma yönündə yeni bir ümid vermək də digər məqsədlərimdəndir.
- Həkimlik çətin və məsuliyyətli peşədir. Bəs sizə bu sahədə ən ağır gələn nə olub?

- Həkimliyin ən çətin məqamı xəstələri itirmək və ya arzuolunmaz nəticələr əldə etməkdir. Qeyd etdiyim kimi, Neyrocərrahiyyə ən çətin, ölüm və əlillik faizi çox olan bir sahədir. Amerika və Avropanın aparıcı Neyrocərrahi mərkəzlərində ölüm faizi 27-35% təşkil edir. Yəni hər 10 xəstədən 2-3-ü vəfat edir. Azərbaycanda və xüsusən qeyri ixtisaslı mərkəzlərdə bu statistika ondan da böyükdür, bu da başa düşüləndir. Böyük, çoxprofilli, reanimasiyası və neyrocərrahı olan, ağır xəstələri olan xəstəxanalarda ölüm halları olur və bu normaldır. Biz həkim və xəstəxana olaraq dünyanın ən aparıcı mərkəzlərinin statistikasını keçə bilmərik. Ölümün normal hal olduğunu həkimlər başa düşsə də, onlar üçün də bu xoşagəlməz, arzuolunmaz bir haldır. Heç bir həkim istəməz ki, xəstəsi dünyasını dəyişsin. Amma xəstə yaxınları üçün xəstənin ölüm halı çox kədərli bir məsələdir, çünki onun yaxını həyatını bir dəfəlik itirir. Bəzən bu kədər elə bir aqressiyaya çevrilir ki, ölümə səbəb kimi həkimi görür, ona inanılmaz ittihamlar irəli sürülür. Həkimliyin ən arzuolunmaz çətinliyi xəstənin ölümü, xəstə yaxınlarının ədalətsiz ittihamları və məmnuniyyətsizliyidir.
- Sonda insanlara baş-beyin fəaliyyətini daim aktiv saxlamaq üçün hansı qidalardan istifadəni və ya vasitələri məsləhət görərdiniz?
- Son tədqiqatlara əsasən uşaqlarda bilik və həyat təcrübəsi artması beyin toxumasının hüceyrəsi olan neyronların arasında əlaqələrin çoxalması sayəsində həyata keçir. Uşaq nə qədər çox oxuyur, neyronların arasında olan əlaqələrin sayı da artır, bu isə öz növbəsində ümumilikdə beyin toxumasının həcminin artmasına gətirib çıxardır. Yəni məhz bu yolla beyinin böyüməsi reallaşır. Yaşlaşdıqca bilikləri və təcrübəsini istifadə etmədikcə əlaqələr kəsilir, beyin toxumasının həcmi azalır və buna atrofiya (beyin ölçülərinin kəllənin ölçülərinə görə kiçilməsi) deyilir. Atrofiya geridönməz prosesdir və aşırı atrofiya demensiya (ahıl zəifliyi) kimi xəstəliyə gətirib çıxardır. Demensiyanın bir neçə növü var və onların 50%-i “Alzheimer” xəstəliyi deyilən geridönməz, irəliləyən, müalicəsi olmayan və bir neçə ilə ölümlə nəticələnən bir xəstəlikdir. Bu xəstəlikdə neyronların arasında olan əlaqələr o qədər itir ki, xəstələr nəinki bilik və təcrübəsini, hətta gündəlik məişət işlərini edə bilmir. Yaxınlarını və axırda özlərini tanıya bilmirlər. Yəni beyinin yüksək şəxsiyyət fəaliyyəti (xüsusən yaddaş) pozulur. Bu xəstəliyin önləyici profilaktik tədbirlərinə, əlaqələrin itməməsi və ya təzə əlaqələrin yaranması məqsədilə daimi oxumaq, təzə təcrübə qazanmaq, fiziki aktiv olmaq, sağlam həyat tərzi sürmək kimi tədbirlər məsləhət görülür.

Aysu ABBASOVA
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!