Azərbaycan və Qazaxıstanın dövlət arxivləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib .....                        “Bakı Telefon Rabitəsi” internetin qiymətini bahalaşdırdı .....                        Heydər Əliyev Beynəlxalq Aeroportunun enerji təchizatında fasilələr yaranıb .....                        Elməddin Behbud yazır: Biz də qayıdırıq, onlar da... .....                        Azərbaycanın dörd güləşçisi İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib .....                        Mərkəzi Banka yeni departament direktoru təyin edilib .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        QHT BMT qurumuna üzv qəbul olundu .....                        "Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsinə başlanılıb .....                       
30-06-2022, 19:18
Jurnalistika "ikinci qədim peşə" olmamalıdır

Jurnalistika "ikinci qədim peşə" olmamalıdır
Azərbaycanın televiziya məkanı da ciddi islahatlar, mənəvi -əxlaqi təmizləmə tələb edir. Səviyyəsizlik, tərbiyəsizlik baş alıb gedir. Vaxtilə jurnalistika fakültəsində dəyərli müəllimlərimiz, ustad redaktorlarımız bizə təlqin edirdilər ki, müxbir, aparıcı sıravi vətəndaş deyil. O nəinki özünün yüksək səviyyəsini qorumalı, üstəlik oxucunu, tamaşaçını öz səviyyəsinə qaldırmalıdır. Jurnalist həm maarifçi, həm də ictimai rəyi formalaşdıran ideoloqur. Bu gün Azərbaycan mətbuatında bazar münasibətləri, səviyyəsizlik hökm sürür. Sözün həqiqi mənasında hər yoldan ötən tamaşaçını, oxucunu öz düşük səviyyəsinə endirməyə çalışır. Bu bazarda əsas alqı-satqı obyekti isə jurnalistdir. Azərbaycanda bir neçə kanal istisna olunmaqla qalanları qaraguruh, primitiv təfəkkürlü istehlakçı yetişdirməklə, bunu qazanc mənbəyinə çevirməklə məşğuldur. Məgər, Zaur Kamal təkdir? Qəzetlərdə, tele-radio kanallarında jurnalistikadan, peşə etikasından, əxlaqdan kənar onlarca dələduz var. Məgər bilmirsiniz ki, onların əsas fəaliyyəti özləri kimi səviyyəsiz "sənətçiləri", ara həkimlərini reklam etməklə kanal rəhbərliyinə pul qazandırmaqdır. Deməyin ki, jurnalist təşkilatları bundan xəbərsizdirlər. Sadəcə olaraq, dişsizdirlər.
İndi şərait dəyişib, Azərbaycan mətbuatına süpürgə çəkmək, jurnalistikanın nüfuzunu, ləyaqətini özünə qaytarmaq vaxtıdır.
30-06-2022, 16:36
Britaniya Azərbaycana pul AYIRDI

Britaniya Azərbaycana pul AYIRDI
Böyük Britaniya işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
"Böyük Britaniya regionu insanlar üçün təhlükəsiz yerə çevirmək və regionda sabitlik üçün çalışır. Böyük Britaniya bölgədə minatəmizləmə fəaliyyətini dəstəkləmək üçün əlavə 500.000 funt sterlinq ayırıb", - məlumatda deyilir.
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bununla bağlı özünün "Twitter" səhifəsində paylaşım edib: "Biz bir yerdə regionda sülh üçün çalışmağa davam edirik. Britaniya Xarici İşlər Nazirliyi regionda minatəmizləmə fəaliyyəti üçün əlavə £500,000 ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait ANAMA-ya mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək".
30-06-2022, 16:30
Vergi ödəyicilərinin sayı AÇIQLANIB

Vergi ödəyicilərinin sayı AÇIQLANIB

Azərbaycanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı cəmi 1 358 581 nəfər olub. Bu barədə məlumat Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyinin KİV nümayəndələri üçün keçirilən birgə təlim zamanı bildirilib.
Qeyd edilib ki, vergi ödəyicilərindən 1 190 710 nəfəri fiziki, 167 871-i isə hüquqi şəxslərdir:
"Hüquqi şəxslərin 151 859-u kommersiya qurumlarıdır. Bunlardan 92 430 nəfərinin fəaliyyəti aktivdir, 59429-nun isə fəaliyyəti dayandırılıb.
Hazırda xarici hüquqi şəxslərin sayı isə 17239 nəfərdir ki, bunlardan 12522-sinin fəaliyyəti aktivdir. 4717-nin fəaliyyəti isə dayandırılıb.
30-06-2022, 16:25
Daha 7 min nəfərə veteran statusu veriləcək

Daha 7 min müharibə iştirakçısına veteran statusu veriləcək

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə "Müharibə veteranı" adı verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Qırmızı işıqda keçən “Range Rover” dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində avtomobilin aşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən anlaşılır ki, Bülbül prospektində “Range Rover” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, onun digər avtomobillə toqquşmasının səbəbi yüksək sürətlə qırmızı işıqda keçməsi olub.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.(Unikal)



All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!