Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
13-06-2022, 20:34

BƏŞƏR ÖVLADININ HÜRRİYYƏT VƏ İSTİQLALI:
ƏNUŞİRƏVAN İBRAHİMİ QANUNLARI VƏ
FİRİDUN İBRAHİMİ ANAYASASI
!


Fədakarlığınız nəticəsiz qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və şəhadətinizlə yandırdığınız milli azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən milyonlarla türk ərənlərinin ürəyində alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli azadlığını addım-addım yaxınlaşdırır.
BƏŞƏR ÖVLADININ HÜRRİYYƏT VƏ İSTİQLAL


Firidun Qəni oğlu İbrahimi

21.11.1918-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Qəni Mirzə Ağabala oğlunun ailəsində anadan olub. Hələ gənclik illərində Tehran universitetinin hüquq fakültəsində oxuduğu zaman milli ruhlu azadlıq mübarizi kimi yetişir. Təhsilini başa vurduqdan sonra ona İranın müxtəlif şəhərlərində samballı vəzifələr təklif etsələr də, o bunlardan imtina edib Təbrizə gələrək Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi 21 Azər hərəkatına qoşularaq qısa bir müddətdə hərəkatın mətin, dönməz və önəmli şəxsiyyətlərindən birinə çevrilir. O Azərbaycan Demokrat Firqəsinin, Milli Məclisinin, Milli Hökumətinin qurulması və fəaliyyətində fəal iştirak edir. F.İbrahimi Cənubi Azərbaycan Demokratik Respublikası qurulduğu 12.11.1945-ci il tarixindən, respublikanın süqut etdiyi 12.12.1946-cı il tarixinə qədər respublikanın Baş Prokuroru olub. Respublika ingilislərin dəstəklədiyi şah qoşunları ilə qeyri-bərabər müharibədə süqut etdiyi vaxt hökumət üzvlərinin (S.C.Pişəvəri və M.Bağırzadə (Biriya) istisna olmaqla) və səhra komandirlərinin əksəriyyətinin Sovet Azərbaycanına mühacirət etməsinə baxmayaraq nəinki Cənubi Azərbaycanı, hətta Təbrizi belə tərk etmir. Vətəndə qalıb düşmənlə son nəfəsə qədər mübarizə aparmağa üstünlük verərək bu addımını belə əsaslandırır: – “Xalqı bu mübarizəyə biz cəlb etmişik. Onları yalnız qoymağa haqqımız yoxdur. Onların yanında qalıb ölmək, qaçmaqdan və vətəni tərk etməkdən daha yaxşıdır”.
Məsləkdaşları ilə birlikdə düşmənin mühasirəsində Cənubi Azərbaycan Demokrat Firqəsinin binasında barrikada qurub 34 saat düşmənlə döyüşən F.İbrahimi düşmənin əlinə keçmiş, altı ay Təbrizin və Tehranın zindanlarında işgəncəyə məruz qoyulduqdan sonra belə, əyə, sındıra bilmədikləri, 22.05.1947-ci ildə dara çəkilən Azərbaycanın Baş Prokurorunun Təbrizdə “Ağalı” (bugünkü “İmamiyyə”) qəbristanlığındakı məzarı bu gün də İrandakı bütün milli şüuru olan türklərin müqəddəs ziyarətgahı, and yeridir.

Ənuşirəvan Qəni oğlu İbrahimi

12.05.1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Qəni Mirzə Ağabala oğlunun ailəsində anadan olub. O ibtidai təhsilini Astara şəhərində başlasa da, atasının Nəhavəndə sürgün olunması səbəbindən ibtidai təhsilini də orada davam etdirir. Cənubi Azərbaycanda Demokratik Respublika qurulduqdan sonra Ə.İbrahimi Təbrizə gələrək orada təsis edilmiş polis məktəbində təhsilini davam etdirir. Milli hökumət süqut etdikdə böyük qardaşı, Milli Hökumətin baş prokuroru Firidun İbrahimi onu çağıraraq təcili Astaraya gedərək bacılarının Sovet İttifaqına mühacirət etməsinin qarşısını almağı tapşırır. Bu zaman bütün Cənubi Azərbaycan geniş zindana çevrilmiş, Tehran hökumətinin polis və hərbi qüvvələri yaşayış məntəqələrini, əsas yolları və Şimali Azərbaycanla sərhədləri güclü nəzarətə götürmüşdü. Astara çayı boyundakı sıldırıma çatdıqda təqib edildiyini görüb özünü aşağı ataraq qarlı sıldırımdan sürüşüb çayın kənarına düşən kimi qarşısında iki silahlı sərhəd keşikçisini görür. Məcburən Şimali Azərbaycanda qalmalı olur. Burada ali təhsil və alimlik dərəcəsi alır. Burada Azərbaycan Demokrat Firqəsinin müxtəlif rəhbər vəzifələrində çalışır. 1978-79-cu ildə şahlıq rejimi devrildikdən sonra vətənə qayıdaraq Təbrizdə İran Xalq Partiyasının Azərbaycan yerli təşkilatının – Azərbaycan Demokrat Firqəsinin katibi olaraq fəaliyyətə başlayır. Öz şəxsi keyfiyyətlərinə görə çox qısa zamanda xalq arasında böyük nüfuz sahibi olur. O qardaşı Firudinin məzarı önündə duraraq söyləyir: Əziz qardaşım! «Böyük ustadım! Mən bütün bu illər boyu səninlə birlikdə yaşamışam və mənə öyrətdiyin hər şeyə əməl etmişəm. Sənə qovuşmaq üçün də yolunu davam etdirirəm». Ruhulla Xomeyninin şovinist molla rejimi mütərəqqi siyasi qüvvələrə qarşı terror elan etdiyi zaman Ə.İbrahimi Təbrizdə idi və çox asanlıqla mühacirət edə bilərdi. Lakin o qardaşı kimi son nəfəsinədək mübarizə etməkdə qərarlı idi. O Tehrana gedir və Mərkəzi Komitənin digər üzvləri ilə birlikdə həbs edilərək 13.09.1987-ci ildə Tehranda, “Evin” zindanında edam edilir. Tehranın şərq hissəsində “Xavəran” (keçmiş Misgərabad) qəbristanlığında dəfn edilib.
Bu gün İran adlanan coğrafiyada 1370 il öncə ərəb işğalçılarını məğlub edib 1925-ci ilə qədər, yəni, 1274 il ərzində bu ərazidə böyük bir imperiya quran türk xanədanlarından Əhməd şah Qacarı ingilislərin köməyilə hərbi çevriliş edib hakimiyyətə sahib olan fars şovinisti Rza Pəhləvi İranda türk dilini, türk mədəniyyətini, tədrisini, mətbuatını qadağan edərək bu coğrafiyada öz milli ərazilərində yaşayan bütün türkləri assimilyasiya edərək farslaşdırmaq siyasəti yeridib. Pəhləvilər 53 illik hakimiyyəti dövründə öz təbii milli hüquqlarını tələb edən milyonlarla türk aydınlarını, mübarizlərini qətlə yetirib, zindanlarda çürüdüb. Pəhləvilərin zülmündən cana doyan xalqı islam dini, şiəlik nağılları ilə aldadaraq hakimiyyətə gələn Ruhulla Xomeyninin qurduğu islam rejimi şahlıq rejimindən daha qəddarlıq və hiyləgərliklə türkləri məhv edir, dilinə, mədəniyyətinə, tədrisinə və s. daha sərt qadağalar qoyur. Bu molla rejimi bir tərəfdən polis, məhkəmə, hərbi zor vasitəsilə türkləri, eləcə də başqa millətləri fiziki məhvə düçar edir, digər tərəfdən isə onların zehinlərini din ilə qandallayaraq onları mənəvi əsarəti altına alır. Məhz din vasitəsilə başqa millətlərin milli ruhunu, milli mənliyini və şəxsi azadlıq hisslərini, düşüncələrini boğmağa çalışırlar. Hamıya məlumdur ki, insanın inzibati azadlığının reallaşdırılmasının əsası onun iqtisadi azadlığıdır. Bu gün Tehranın molla rejimi İran əhalisini, xüsusilə türk əhalini dilənçi halına gətirmək hesabına təkcə Suriyada Bəşər Əsədin hakimiyyətdə qalmasına ildə 8 (səkkiz) milyard ABŞ dolları xərcləyir. Əgər İranın ərəb ölkələrində böyük silahlı birləşmələr saxladığını, Ermənistana kömək üçün milyardlarla dollar xərclədiyini, Türkiyə və Azərbaycan dövlətinə qarşı təxribat qrupları yaradaraq maliyyələşdirilməsi, İranda məmurların büdcəni oğurlaması, rüşvətxorluq və s. nəzərə alsaq molla rejiminin İranda yaşayan millətlərə düşünülmüş şəkildə hərtərəfli divan tutduğu məlum olur. Bəşər övladı ancaq elmə sarılmaqla, öz azadlığı uğrunda mübarizəni elmi əsaslarla qurduğu zaman azad ola bilər. Məhz bu baxımdan mən Şapur Qasimi məzmununu kəşf etdiyim və İranda türk milli azadlıq mübarizəsinin öndərlərindən olan Ənuşirəvan Qəni oğlu İbrahiminin şərəfinə “obyektiv Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan qanunları” adlandırdığım qanunlar əsasında məşhur hüquqşünas Məmmədxan Əzizxanlı ilə birlikdə hazırlayaraq 1945-46-cı illərdə Cənubi Azərbaycan Demokratik Respublikasında Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi hökumətin Baş Prokuroru olmuş. Firidun Qəni oğlu İbrahiminin şərəfinə “Turan dövlətinin Firidun İbrahimi Anayasası” adlandırdığımız Anayasanın qısa şərhini və bəzi müddəalarını İran adlanan coğrafiyadakı insnalara ünvanlayıram. Bu qanunların və Anayasanın məzmunu nəinki türk millətinə İran coğrafiyasında azad olaraq böyük Turanın tərkib hissəsinə çevrilməyə, eləcə də digər millətlərə azad yaşamağın yollarını göstərəcək, bizim milli azadlıq mübarizəmizin nəticəsi olaraq hökmən azadlıq günəşi doğacaq.

OBYEKTİV MÜLKİYYƏT, BÖLGÜ VƏ ƏMƏK HAQQININ
ƏNUŞİRƏVAN İBRAHİMİ QANUNLARI

1918-ci ildə Rusiyada V. Lenin başda olmaqla bolşeviklər K. Marksın elmi sosializm nəzəriyyəsinə aid olan anlayışlardan şüar kimi sui-istifadə edib zəhmətkeş kütlələrini aldatmaqla onlardan zərbə qüvvəsi kimi istifadə edərək hakimiyyəti ələ almış və dünya tarixində ilk dəfə olaraq dövlət quldarlığı quruluşu qurmuşlar. Mövcud olduğu 74 il ərzində az qala dünyanın yarısını öz əsarəti altına alaraq bütün dünyaya özünü sosialist dövləti kimi qələmə verməklə guya bu quruluşun K. Marksın elmi sosializm nəzəriyyəsi əsasında qurduqlarını iddia etmişlər. Əslində Rusiyada qurulub SSRİ adlanan dövlət V.Leninin elmi ədəbiyyatda “Hərbi kommunizm” adlanan nəzəriyyəsi əsasında qurulmuş, 1980 – ci illərdə hakimiyyətə gələn M.Qorbaçovun V.Leninin digər, “Yeni Iqtisadi Siyasət” adlanan nəzəriyyəsi əsasında həyata keçirdiyi islahatlar nəticəsində dövlət feodalizmi quruluşuna çevrilmişdir. V.Leninin K.Marksın elmi sosializm nəzəriyyəsi ilə daban-dabana zidd olan bu “Dövlət Quldarlığı” və “Dövlət Feodalizmi” nəzəriyyələri bolşeviklər tərəfindən elə ustalıqla “Marksizm” adı ilə pərdələnmişdir ki, bunu nəinki SSRİ-nin iqtisadçı, hüquqşünas alimləri, hətta dünyanın ən məşhur iqtisadçı və hüquqşünas alimləri belə bolşeviklərin bu sirrini bü günədək aça bilmir.
Mən 1972-ci ildə indiyədək dünya iqtisad elmində mücərrəd, yəni adı çəkilsə də məzmunu bəlli olmayan obyektiv Mülkiyyət, Bölgü və Əmək Haqqı iqtisadi qanunlarının məzmununu kəşf etdiyim zaman SSRİ-də mövcud olan quruluşun sosializm deyil, “Dövlət quldarlığı” quruluşu olub V. Leninin “Hərbi kommunizm” nəzəriyyəsinə əsaslandığını, onun “Yeni İqtisadi Siyasət” nəzəriyyəsinin mahiyyətinin isə dövlət feodalizmi olduğunu elmi əsaslarla sübut edərək bu barədə o zaman SSRİ-nin baş ideoloqu olan M. Suslova müraciət etdim. Təbii ki, buna görə mənim başımı sığallamadılar. SSRİ dağıldıqdan sonra bu qanunlar Bakı qəzetlərində çap edilsələr də onun mahiyyətini, yəni ölkədə vətəndaşların, bütövlükdə cəmiyyətin inkişafı üçün, müasir dövrün tələblərinə cavab verə biləcək dövlət quruluşunun yaradılmasının yolunu göstərən bir vasitə olduğunu bolşeviklərin uzun illər hiyləgər təbliğatı nəticəsində sosializm sözünü sovet hakimiyyəti kimi başa düşərək diksinən, qorxuya düşən insanlar indiyədək dərk edə bilməmişlər. Həm də təkcə sadə insanlar deyil, dünyanın tanınmış alimlərinin çoxu belə K.Marksın sosializm nəzəriyyəsindən söz düşdükdə bunu bolşeviklərin təqdimatındakı kimi təsəvvür edərək ömür boyu xırmanda dövrə vurub taxıl tapdalayan xırman atları qamçı görəndə hətta cıdır meydanında belə yerində dövrə vurduqları kimi, sovet hakimiyyəti kimi dərk edirlər.
Mənim sovet alimləri və ideoloqlarının K. Marksın elmi sosializm nəzəriyyəsinin özülü olan “Proletariat diktaturası” və “İctimai mülkiyyət” habelə “Xüsusi mülkiyyət”, “İzafi dəyər” anlayışlarının mahiyyətini necə saxtalaşdırdıqlarını, K.Marksın elmi sosializm nəzəriyyəsinin təcrübədə hansı iqtisadi, ictimai mexanizmlər vasitəsilə reallaşdırmaq mümkün olduğu və ümumiyyətlə sosializmin mahiyyət etibarilə nə olduğunu, kəşf etdiyim qanunlar əsasında izah etdiyim monoqrafiya Rusiya Höküməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialının elmi şurasının 20.06.2017-ci il tarixli 44 saylı qərarı ilə Sankt-Peterburq şəhəri, İnfo-da nəşriyyatında rus dilində məhdud sayda çap olunması əlbəttə ki, geniş oxucu kütləsinin sosializm quruluşunun mahiyyətini dərk etməsinə yetərli deyildi. Bu həm də geniş oxucu kütləsinin sosial iqtisad elminə və Markisizmə bələd olmaması ilə əlaqədardır. Bu səbəbdən mən məşhur hüquqşünas, kiçik ədliyyə müşaviri Məmmədxan Əzizxanlı ilə birlikdə K. Marksın elmi sosializm nəzəriyyəsini təcrübədə reallaşdıra biləcək müasir dövlətin Anayasasını işləyib hazırladıqdan sonra türk ölkələri birliyinin vahid Turan dövlətində birləşəcəyi halda türk millətinin bütövlükdə bu Anayasa əsasında hətta bu gün Avropanın ən inkişaf etmiş ölkələrində belə mövcud olmayan münbit iqtisadi və ictimai şəraitdə sürətlə inkişaf edib dünyanın ən qabaqcıl dövlətlərindən, cəmiyyətlərindən birinə çevrilə biləcəyini dərk edərək türk dövlətlərinin vahid Turan dövlətinə çevrilməsinin hazırlıq və keçid mərhələsinin strateji əsaslarını da işləyib hazırladıq.
Bütün bunları ardıcıllıqla oxucuya izah edəcəyəm. Dünyanı, o cümlədən ən məşhur iqtisadçı və hüquqşünas alimləri dəhşətə gətirən söz K. Marksın “Proletar diktaturası” terminidir. Bu termin sovet dövlətinin ölkə ərazisində mülkiyyəti dövlətin əlində, sahibliyində cəmləşdirib, bütün vətəndaşları isə mülkiyyət hüququndan məhrum edərək onları dövlətin quluna çevirməsi anlamında başa düşülür. Bolşeviklər tam mərkəzləşmiş bu mülkiyyəti rəsmən dövlətə versələr də, reallıqda onu dövlət mexanizmini idarə edən piramidaşəkilli dövlət sisteminin üfüqi və şaquli pillələrində duran dövlət məmurlarının qeyri-rəsmi mülkiyyətinə vermişdilər. Çünki, dövlət mexanizmi canlı və şüurlu varlıq olmadığından, o bu mülkiyyətə sahiblik edə, nə də onu idarə edə bilməz. Faktiki olaraq bu mülkiyyətin sahiblik, istifadə və sərəncam hüququ dövlət məmurlarının vəzifə səviyyəsi və səlahiyyətlərinə uyğun olaraq, onların arasında bölüşdürülmüş olur. Bu o deməkdir ki, Sovet hakimiyyəti sıravi vətəndaşları dövlət məmurlarının quluna çevirməklə yanaşı, hakimiyyət piramidasının aşağı pillələrində duran məmurların özünü də hakimiyyətin ən yuxarı pilləsində durub dövləti təmsil edən şəxsin quluna çevirmişdi. Proletariat anlayışının irqindən, milliyətindən, cinsindən, əqidəsindən, ixtisas, vəzifə və s. asılı olmayaraq ona gəlir gətirən mülkiyyəti (kapitalı) olmayan şəxs olduğunu nəzərə aldıqda sovet hakimiyyətinin proletariatın diktaturası deyil, sadə, mülkiyyətsiz vətəndaşların üzərində, rəsmən mülkiyyət hüququ olmayıb, reallıqda dövlət mülkiyyətinin sahibi olan dövlət məmurlarının diktaturası olduğu aydın olar. Bundan başqa hansısa fəhlənin, kəndlinin, müəllimin, mühəndisin və s. hansısa vəzifəyə təyin etməklə, onun vəzifə səlahiyyətlərinə uyğun dövlət mülkiyyətini mənimsəmək imkanı verilməsi də proletariat diktaturası deyil. Bu barədə K.Marks F.Boltyeyə ünvanladığı məktubda yazır ki; “Fəhlələrin dağınıq iqtisadi hərəkatından hər yerdə siyasi hərəkat, yəni öz marağını ümumi formada, yəni bütün cəmiyyət üçün icbari olan formada həyata keçirməyə çalışan sinfin hərəkatı olan formaya gəlir”. Qeyd edək ki, heç bir mülkiyyəti (kapitalı) olmayan sinif kimi proletariatın çoxluq təşkil edən və mövcudluq uğrunda ən aktiv mübarizə aparmağa məhkum olan hissəsi fəhlə sinfidir. Belə ki, proletariatın tərkib hissələri olan mülkiyyətsiz müəllimin, mühəndisin, nazirin və s. proletarların vəziyyəti fəhlələrin vəziyyəti qədər dözülməz olmadığından onlar bu mübarizədə fəhlələr qədər aktiv olmur. Buna görə də K. Marks daim proletariatın vəziyyətindən danışarkən ən çox onun vəziyyətini ən qabarıq ifadə edən fəhlə sinfini dilə gətirir. Məhz buna görə markisizmə bələd olmayan kütlə proletar anlayışına çox dar çərçivədə yanaşaraq bu ifadəni ancaq fəhlə, yaxşı halda isə, həm də kasıb kəndli kimi anlayır.
Kapitalizm cəmiyyətində bütün vətəndaşların, o cümlədən kapitalı olmayan proletarların kapital sahibi olmaq hüququ tanınsa da, nə bu hüququ iqtisadi cəhətdən mütləq reallaşdırılmasını təsbit edən inzibati qanun, nə də iqtisadi mexanizm var.
Ölkədəki bütün proletarların ən ümdə tələbi və marağı onların mövcudluğunu təmin edən kapitalla təmin edilməsidir. Onun bu marağının bütün cəmiyyət üçün ümumi və icbari formada həyata keçirilməsi isə onları qeyd-şərtsiz bu mülkiyyətlə təmin olunmasını təsbib edən inzibati qanun, bu qanunun reallaşdırılmasını iqtisadi cəhətdən təmin edən iqtisadi mexanizm ola bilər.
“Proletariat diktaturası” və “İctimai mülkiyyət” anlayışlarını K. Marksın müəyyən etdiyini və bu iki anlayış onun elmi sosializm nəzəriyyəsinin özülü olduğunu nəzərə aldıqda “Proletariat diktaturasının” cəmiyyətdə mülkiyyətsiz vətən¬daşları qeyd-şərtsiz və mütləq mülkiyyətlə təmin etmək haqqında qanun olduğu aydın olur. Üstəlik bu qanunu, yəni, proletariatın bu diktaturasını reallaş¬dı¬ran iqtisadi mexanizmi, yəni milli mülkiyyətin bir hissəsinə ictimai mülkiyyət statusu verilərək mülkiyyətsiz vətəndaşları mülkiyyətlə təmin etməklə təcrübədə insanlara nə dərəcədə azad, demokrarik şəraitdə yaşamaq, inkişaf etmək imkanları verən iqtisadi-ictimai sistem, dövlət quruluşu yaratmaq imkanı verdiyini görmək olur.
Sosializm quruluşunun yaradılmasının ilk zəruri addımı kimi K. Marksın cəmiyyətdə mövcud olan dövlət mülkiyyətinin milliləşdirilməsini daim önə çəkməsi də fövqəladə dərəcədə mühüm məsələdir.
Bu gün dünyanın bütün quldarlıq, feodalist, kapitalist ölkələrindəki dövlət mülkiyyəti çox zaman populistcəsinə milli mülkiyyət adlanır. Halbuki bu mülkiyyətlərin nəinki iqtisadi mahiyyətində, həm də inzibati statusunda çox ciddi fərqlər mövcuddur.
Bu ölkələrdə dövlət mülkiyyətinin sahiblik hüququ kral, prezident və s. adlandırılmasından asılı olmayaraq dövlət başçısına məxsus olur və ya icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında bölüşdürülür. Yəni bütün hallarda bu sahiblik hüququ mülkiyyətin əsl sahiblərinə məxsus olmur. Dövlət mülkiyyətinin sahiblik hüququnun kiməsə məxsus olması cəmiyyətdə dövlət idarəetməsində mütləqiyyət idarəetmə üsulunun yaranmasını labüd edir. Bu halda hətta dövlət mülkiyyətinin bir hissəsinin daim ictimailəşdirərək mülkiyyətsiz vətəndaşlara verilməsi də mümkün deyil. Çünki, bu mülkiyyətin hakimiyyət piramidası pillələrində duran məmurların vəzifə statusuna uyğun olaraq onların mülkiyyətində toplanması labüddür.
Fərdi və dövlət feodalizmi quruluşlarında dövlət mülkiyyətinin kiçik bir hissəsi yerli feodalların, əsas hissəsi isə baş feodalın mülkiyyətində olması ilə fərqlənərək digər proseslərin məhz bu fərqin məzmun və mahiyyətinə uyğun olaraq inkişafını təmin etdiyindən mülkiyyətsiz vətəndaşların daim mülkiyyətlə təmin edilməsi ehtimalı sıfra bərabər olur.
Kapitalizm quruluşunda əvvəlki quruluşlardan fərqli olaraq dövlət mülkiyyəti üzərində sahiblik hüququ və inzibati hakimiyyət dövlət başçısı və qanunverici orqan arasında bölüşdürülsə də dövlətin mülkiyyətsiz vətəndaşları mülkiyyətlə təmin etmək öhdəliyi olmadığından, vətəndaşın mülkiyyət sahibi olmaq hüququ reallaşmadan qalır.
Sosialist dövləti isə mülkiyyətsiz vətəndaşı ən azı minimum zəruri mülkiyyətlə qeyd-şərtsiz təmin etmək öhdəliyi daşıyır və K. Marksın "proletariat diktaturası" adlandırdığı hüquqi anlayışdan doğan inzibati qanuna əsasən, onun müəyyən etdiyi, ictimai mülkiyyət iqtisadi mexanizmi vasitəsilə reallaşdırılır. Bundan başqa sosialist dövlətində hakimiyyətin dövlətin hansısa qurumuna, dövlət başçısına və s. deyil ancaq Anayasaya və ondan irəli gələn qanunlara məxsus olması, həm də bu qanunların məzmun və mahiyyət etibarilə vətəndaşın mülkiyyət sahibi, məmurun isə muzdur statusu nisbətində tənzimlənən münasibətlər əsasında müəyyən edilərək çərçivələnməsi, bəşər tarixində ilk dəfə dövlətin mülkiyyət sahibləri və məmurların mülkiyyətsiz vətəndaşları əzmək, onları ədalətsiz istismara məruz qoymaq vasitəsi olmaq xüsusiyyətini kökündən ləğv etmiş olur. Bu hal həm də kimliyindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini və qanunun aliliyini real olaraq təmin edir.
Başda V. Lenin olmaqla bolşeviklərin mahiyyətini saxtalaşdıraraq, guya vətəndaşları ədalətsiz istismara məruz qoyulmasının günahkarı kimi lənətlədiyi iqtisadi kateqoriyalardan ən əsas olanı xüsusi mülkiyyətdir. Bəs mülkiyyət (kapital) və xüsusi mülkiyyət nədir? Hər hansı bir mülkiyyət öncə əmlak vəziyyətində olub, ancaq sahibinin istehlak tələbini ödəyir, yəni ona öz dəyərindən artıq dəyər gətirmir. Əmlak sahibi bu əmlaka öz şəxsi əməyini tətbiq etməklə istehsal etdiyi əmtəəyə, göstərdiyi xidmətə sərf etdiyi dəyərdən artıq, izafi dəyər əldə edirsə, bu əmlak şəxsi mülkiyyətə (kapitala) çevrilmiş olur. Bu əmlak sahibi istehsal və ya xidmət prossesində muzdlu özgə əməyindən istifadə etdikdə isə bu əmlak xüsusi mülkiyyətə çevrilir. Yəni xüsusi müıkiyyətin xüsusiliyi onda istehsal və ya xidmət prossesində özgənin muzdlu əməyindən istifadə edilməsindədir. Quldar, feodalist, kapitalist dövlət mülkiyyətləri, hətta milli mülkiyyət belə bütün hallarda xüsusi mülkiyyətdir. Beləki, dövlət texniki, təşkilati mexanizm olmaqla canlı varlıq olmadığından, öz iş qüvvəsinə malik olmadığından hər hansı bir prossesdə muzdlu özgə əməyindən istifadə etməyə məhkumdur. Yəni, bolşeviklər rəsmən xüsusi mülkiyyəti daim lənətləmələrinə rəğmən, özlərinin yaradıb 74 il vətəndaşları qula çevirdikləri dövlət quldarlığı mülkiyyəti insanları ən ədalətsiz istismara məruz qoyan, mürtəce, mülkiyyət növüdür. Primitiv istehsal alətlərlə kustar istehsal və xidmət istisna olmaqla mürəkkəb texniki vasitələrin, texnoloji proseslərin tətbiqi vasitəsilə bəşər cəmiyyətinin bu günkü durmadan artan tələbatını ödəyə biləcək istehsal və xidmət sahələrində muzdlu, özgə əməyindən istifadə etmədən istehsal və xidmətin həyata keçirilməsi mümkün deyil. Deməli xüsusi mülkiyyətin ləğv edilməsi bəşərin mövcudluğunu təmin edən istehsal məhsullarının və istehsal vasitələrinin istehsalının durdurulması, yəni bəşəriyyətin məhv edilməsi anlamına gəlir. Nəticə budur ki, kiminsə istəyib, istəməməsindən asılı olmayaraq xüsusi mülkiyyətin mövcudluğu bəşərin mövcudluğu üçün əbədi və zəruri iqtisadi amildir. Xüsusi mülkiyyətə olan yeganə etiraz isə istehsal olunan məhsulun dəyərinin xüsusi mülkiyyət sahibi ilə muzdlu istehsalçının arasında ədalətsiz bölüşdürülməsidir.
Lenin və bolşeviklər dövlət mülkiyyətini ictimai mülkiyyət, ümumxalq mülkiyyəti, sovet dövlət quldarlıq hakimiyyətini isə proletariatın diktaturası adlandırmaqla dövlət quldarlığını sosializmlə, marksizmi isə leninizmlə eyniləşdirmək məqsədi güdərək buna nail ola bilmişlər.
Belə ki, bu günədək dünyanın ən adlı-sanlı iqtisadçı, hüquqşünas alimləri belə bolşeviklərin dələduzluğunun bu qədər sadə mexanizmini anlamaqda aciz qalıblar.
İstehsal olunan məhsulun xüsusi mülkiyyət sahibi ilə muzdlu arasında ədalətsiz bölgüsünə gəldikdə isə kiçik bir müqayisə etmək zəruridir. Hamiya məlumdur ki, bəşər cəmiyyətinin daimi mövcudluğunu təmin edən amil kişi ilə qadının cinsi əlaqəsidir. Əgər biz bu əlaqə zamanı və ya nəticə olaraq kişinin qadını və ya əksinə ədalətsiz istismara məruz qoyduğuna əsaslanaraq bu əlaqəni qadağan və ya ləğv etsək bu bəşəriyyətin məhvə məhkum edilməsi demək olardı. Bəşərin inkişafının bir çox dövrlərində qadın – kişi cinsi əlaqələrinin, ailə münasibətlərinin ədalətsiz, hətta vəhşi əsaslarla qurulması, tənzim edilməsi dövrləri olub, bu gün də mövcuddur. Bunun belə olduğunu sübut etməyə Səuduyyə Ərəbistanı taxt-tacının vəliəhdi Salmanın yalnız bu yaxınlarda “qadınlar da bəzi hallarda insandır” bəyənatı yetərlidir. Lakin bu gün qadın-kişi cinsi əlaqə və münasibətləri daha sivil əsaslarda qurulub, tənzimlənir və daim təkmilləşdirilir. Mülkiyyət elementlərinin sahibkar ilə muzdur arasında bölüşdürülməsi nisbətini sivil üsularla dəyişməklə xüsusi mülkiyyət əsasında istehsal olunan məhsulun dəyərinin ədalətli bölgüsünə nail olmaq olar ki, hər iki tərəf bundan razı qalsın. Bütün cəmiyyətlərdə mövcud olan əmək və kapital arasındakı barışmaz ziddiyyəti ləğv edərək, bəşərin min illər boyu arzuladığı ədalətli iqtisadi-ictimai quruluşu qurmağın yeganə mümkün yolu da məhz budur. K. Marks və F. Engeles “Kommunist partiyasının manifestində” yazır ki, “Kommunizmi fərqləndirən cəhət ümumiyyətlə mülkiyyəti ləğv etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir”. K.Marksın burjua mülkiyyəti ifadəsini bolşeviklər bütövlükdə xüsusi mülkiyyət anlayışına şamil edirlər. Xüsusi mülkiyyət sahibinin muzdlunu ədalətsiz istismara məruz qoya bilməsinin səbəbi xüsusi mülkiyyətin mövcudluğu deyil. Quldarlıq qurluşunda mülkiyyətin rəsmən 5, reallıqda isə 4, feodalizmdə 3, kapitalizmdə 2 elementinin xüsusi mülkiyyət sahibinin mülkiyyətində olmasıdır. Yəni, bu birbaşa mülkiyyət elementlərinin sahibkar ilə muzdurun arasında bölgüsü nisbətindən asılı olan məsələdir.
Məsələn, kapitalist istehsal üsulunda mülkiyyət elementlərinin üçü, onun iş qüvvəsi, əməyinin və özünün inzibati azadlığı muzdurun mülkiyyətində olmasına baxmayaraq əməyin iqtisadi elementinin, yəni istehsal vasitələrinin onun mülkiyyətində olmadığından, o özünü və ailəsinin mövcudluğunu ancaq əməyini sahibkara satmaqla təmin edə bilər.
Çünki onun özünün və ailəsinin mövcudluğunu təmin edə biləcək mülkiyyəti yoxdur. İnkişaf səviyyəsindən asılı olmayaraq kapitalizm quruluşu olan ölkələrdə əmək bazarında təklif daim tələbatdan çox olur ki, bu kapitalizmin mahiyyətindən yaranan qanundur. Bu səbəbdən əmək bazarında əməyin satış qiyməti onun real dəyərindən aşağı olur. Buna görədə muzdur acından ölmək təhlükəsi qarşısında əməyini dəyər-dəyməzinə satmağa, yəni öz əməyinin ədalətsiz istismarına məcburən razılıq verir.
K. Marks kommunizmdə burjua mülkiyyətinin ləğv ediləcəyini deyərkən hec də kapitalizm cəmiyyətində mövcud olan xüsusi mülkiyyətin hərfi mənada cismən ləğv edilməsini və ya bolşeviklər kimi xüsusi mülkiyyət sahiblərinin mülkiyyətinin əlindən alınaraq özlərinin də güllələnməsini nəzərdə tutmur. K.Marks kommunizmdə, o cümlədən onun ilk pilləsi olan sosializmdə hər bir mülkiyyətsiz vətəndaşa onun mövcudluğunu təmin edən mülkiyyət verilməsi ilə onun acından ölmək təhlükəsi qarşısında öz əməyini sahibkara dəyər-dəyməzinə satmaq məcburiyyətinin qarşısının alınması ilə xüsusi mülkiyyət sahibinin onun əməyini ədalətsiz istismara məruz qoymaq imkanının ləğv edilməsini nəzərdə tutur. Obrazlı ifadə ilə desək söhbət ilanı öldürməkdən deyil, onun potensial qurbanlarının müqavimət qabiliyyətinin artırılmasını təmin edərək təcavüz imkanlarının neytrallaşdırılmasından gedir.
Bundan başqa sosializm cəmiyyətində yetkinlik yaşına çatmış imkansız vətəndaşlara əvəzi ödənilmədən birdəfəlik start kapitalı, müxtəlif səbəblərdən müflis olmuş vətəndaşları yenidən sahibkarlığa cəlb etmək və ölkənin strateji, zəruri sahələrinə əlavə kapital qoyulmasına sahibkarlara aşağı tarif dərəcələri ilə qısa, uzunmüddətli kredirlər verilməsi işsizliyin bir problem kimi aradan qaldırılmasına, sahibkarların sayının artmasına, uyğun olaraq əmək bazarında əməyin öz real qiymətinə satılmasına şərait yaradacaq. K. Marks kommunizm quruluşunda məhz bu üsulla burjua xüsusi mülkiyyətinin komunist xüsusi mülkiyyətinə çevrilməsini nəzərdə tutur.
Beləliklə sosializm iqtisadi sisteminin kapitalist iqtisadi sistemindən əsas fərqləri bunlardır.
1. Vətəndaş anadan olduğu gündən onu milli mülkiyyətin bir hissəsini ictimailəşdirərək bu ictimai mülkiyyət vasitəsilə onun cəmiyyətdə rəsmən qəbul edilmiş minimum istehlak zənbilinin dəyəri çərçivəsində gəlir gətirən mülkiyyətlə (kapitalla) təmin etməklə yanaşı, ona cəmiyyətdə qəbul edilmiş minimum yaşayış normasına müvafiq mənzil və ya torpaq sahəsi verilir.
2. Mülkiyyətsiz vətəndaşlar yetkinlik yaşına çatanda hər kəsi qabiliyyətinə görə sahibkarlıqla məşğul olmasını təmin etmək üçün onlara qanunla müəyyən edilən miqdarda, qeyd-şərtsiz. əvəzi ödənilmədən ilkin (start) kapitalı verilməsi mexanizmləri fəaliyyət göstərir.
3. Bu və ya digər səbəbdən müflisləşmiş sahibkarları yenidən sahibkarlıq fəaliyyətinə cəlb etmək üçün onlara aşağı tarif dərəcəsi ilə kredit verilməsi mexanizmləri fəaliyyət göstərir.
4. Cəmiyyət üçün strateji əhəmiyyəti olan sahələrə kapital qoyuluşunun təmin edilməsi məqsədilə sahibkarlara bu sahələrə əlavə kapital qoyuluşu üçün faizsiz kreditlər verilməsi mexanizmləri fəaliyyət göstərir.
5. Ayri-ayrı sahibkarların maliyyələşdirmək imkanından xaric olub cəmiyyət üçün zəruri, strateji əhəmiyyəti olan istehsal, ticarət və digər xidmət obyektlərini milli büdcədən maliyyələşdirərək onların işlək vəziyyətdə aksiyalaşdırılıb vətəndaşların mövcudluğunu təmin etmək, ilkin kapital kimi onlara əvəzi ödənilmədən verilməsi və vətəndaşlara satılması mexanizmləri fəaliyyət göstərir.
Əgər ilk üç mexanizm istehsalçının (vətəndaşın) mövcudluğunu və sahibkarlıq fəaliyyətini təmin etməyə görədirsə, sonrakı iki mexanizm sahibkarlığın inkişaf edərək azad sahibkarlığa çevrilməsinə və cəmiyyətdəki iqtisadi prossesləri dövlətin iqtisadi üsullarla idarə etməsinə xidmət edir.
Bu gün hətta dünyanın elmi ictimayyətinin belə bütövlükdə hər bir iqtisadi-ictimai quruluşun əsas və həlledici elementi olan mülkiyyətin tərkib hissələri, obyektiv Mülkiyyət, Bölgü, Əmək Haqqının Ənuşirəvan İbrahimi qanunlarını, istehsal üsulunu qurmaq və onu necə dəyişdirilməsi haqqında elmi bilgisi olmadığından cəmiyyətdə mövcud olan və yeni yaranan iqtisadi, ictimai ziddiyyətlərin sivil yolla necə həll edilməli olduğunu da müəyyən etmək çətin olur. Hər bir cəmiyyətin ziddiyyətlər, toqquşmalar içərisində çalxalanmaqla inkişafdan geri qalmasının əsas və başlıca səbəblərindən biri də budur. Məqalənin həcmi imkan vermədiyindən mən ancaq məzmununu kəşf etdiyim obyektiv "Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan İbrahimi Qanunları"nı elmi ictimayyətin nəzərinə çatdırıram. Ən azından iqtisadçı alimlər mülkiyyət elementlərinin sahibkar ilə muzdlu arasında bölüşdürülməsi nisbəti dəyişdikcə istehsal üsulunun, yəni cəmiyyətin iqtisadi sisteminin mahiyyət etibarilə necə dəyişdiyini anlaya biləcəklər.
Obyektiv Mülkiyyət Bölgü və Əmək Haqqı iqtisadi Ənuşirəvani İbrahimi qanunlarının məzmun və formulası aşağıdakı kimidir.
Mülkiyyət qanunu: M= (L+D+A+B+K)
burada M – mülkiyyət;
L – iş qüvvəsi;
D – istehsalçının özünün inzibati azadlığı;
A – istehsalçının əməyinin inzibati azadlığı
B – istehsalçının əməyinin iqtisadi azadlığı;
K – istehsalçının özünün iqtisadi azadlığı.

Bölgü qanunu: F = ( P + H + V + T + Z + I + U + C)
burada F – istehsal olunan əmtəənin dəyəri;
P – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin iş qüvvəsinin təkrar istehsalına zəruri olan hissəsi, başqa sözlə istehsalçının qul hüququnda mövcudluğunu təmin edən dəyər;
H – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin təhkimli statusunda mövcudluğunu təmin edən hissəsi;
V – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin onun satış qiymətinə bərabər olan hissəsi;
T – izafi dəyərin şəxsi istehlaka zəruri olan hissəsi;
Z – şəxsi istehlak tələbatından artıq olan əlavə izafi dəyər;
I – istehsal vasitələrinin ilkin dəyəri;
U – izafi dəyərin istehsal vasitələrinin geniş təkrar istehsalına zəruri olan hissəsi;
C – istehsal vasitələrinin geniş təkrar istehsalına tələbatından artıq olan əlavə izafi dəyər.
Əmək Haqqı qanunu; J = (P + H + V + T + Z)
J – bilavasitə istehsalçının əmək haqqı;
P – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin onun qul hüququnda mövcudluğuna zəruri olan hissəsi.
H – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin onun təhkimli statusunda mövcudluğuna zəruri olan hissəsi;
V – bilavasitə istehsalçının əməyinin satış qiymətinə bərabər olan ilkin dəyəri;
T – izafi dəyərin bilavasitə istehsalçının şəxsi istehlak tələbatına zəruri olan hissəsi;
Z – şəxsi istehlak tələbatından artıq olan əlavə izafi dəyər.

Mülkiyyət qanunun elementlərinin sahibkar və istehsalçı arasında gedən bölgüsündə dəyişiklik bölgü qanununda da dərhal öz əksini tapır. Yəni istehsal olunan məhsulun dəyəri sahibkar ilə istehsalçı arasında mülkiyyət elementlərinin dəyişdiyi nisbətdə bölünür.
Cəmiyyətin iqtisadi sistemində baş verən hər hansı bir köklü dəyişiklik onun ictimai sistemində həndəsi silsilə efekti ilə əks olunduğuna görə bu dəyişikliklər ictimai sitemdə də nəzərə alınmalıdır.
Belə ki, cəmiyyətin iqtisadi, inzibati, hüquqi, sosial təminat və digər sistemləri üzvü surətdə birləşmiş vahid mexanizmlər toplusu olduğundan onların mahiyyəti eyni olmalıdır. Bunların ən azından biri, onların ümumi mahiyyətinə uyğun gəlmədikdə bütövlükdə sistemin normal fəaliyyət göstərməsi imkansızdır.
Bütün bunları və bunlardan xeyli çox məsələləri cəmiyyət üzvlərinin daha çox hissəsinin anlaması üçün Turan dövlətinin yaradılmasının hazırlıq və keçid mərhələsi ilə yanaşı Turan dövlətinin Anayasası olmaqda iddialı olan “Turan dövlətinin Firidun İbrahimi Anayasasının” əsas müddəalarının qısa şərhini də oxucuya təqdim edirəm.


TURAN DÖVLƏTİNİN FİRİDUN İBRAHİMİ
ANAYASININ ƏSAS MÜDDƏALARININ ŞƏRHİ


Bu gün yer kürəsinin ictimai-iqtisadi həyatının rəngarəngliyində ibtidai icma quruluşu nümunələrindən tutmuş fərdi və dövlət quldarlığı, fərdi və dövlət feodalizmi, eləcə də fərdi kapitalizmin vəhşi formaları olan şəxsi, tayfa kapitalizmi ilə yanaşı inkişaf etmiş kapitalizm quruluşu da mövcuddur. Lakin dünya ölkələrinin çox hissəsində iqtisadi-ictimai quruluşun, həyat tərzinin və səviyyəsinin müxtəlifliyinə baxmayaraq bu cəmiyyətlərin aydınları artıq mövcud inkişaf etmiş cəmiyyətin quruluşlarının belə bəşər cəmiyyətinin inkişafının bu günkü tələblərinə cavab vermədiklərini anlayırlar. Bu məsələnin bir tərəfidir. Əsas məsələ cəmiyyətin bu günkü tələblərinə cavab verə biləcək quruluşun hansı məzmunda olması, onun hansı üsul və vasitələrlə bərqərar edilə biləcəyidir. Biz K. Marksın elmi sosializm nəzəriyyəsinə və obyektiv iqtisadi "Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan İbrahimi qanunlarına" əsaslanaraq məşhur hüquqşünas Məmmədxan Əzizxanlı ilə tərtib etdiyimiz müasir dövlətin Firidun İbrahimi Anayasası bütün cəmiyyətlərdə, eləcə də bu gün dünyada ən mütərəqqi sayılan Avropadakı dövlət hakimiyyəti sistemlərində belə mövcud olan bütün haqsızlıqları və eybəcərlikləri aradan qaldırmağa qadirdir.
Hər bir dövlət onun iqtisadi sisteminin mənsub olduğu istehsal üsulu çərçivəsində cəmiyyətin idarəetmə qaydalarının çərçivəsi və əsas müddəalarını özündə əks etdirən Anayasa, bu çərçivə və əsas müddəaların təfərrüatını əks etdirən konkret qanunlar və onların təcrübədə də reallaşdırılması üçün zəruri olan iqtisadi, hüquqi və inzibati mexanizmlər toplusu, sistemidir. Cəmiyyətin iqtisadi, hüquqi və ya inzibati sisteminin daxilində, eləcə də bu sistemlər arasında ən kiçik uyğunsuzluq belə cəmiyyətdə ziddiyyətlərin, o cümlədən barışmaz ziddiyyətlərin yaranmasına gətirib çıxarmaqla cəmiyyətdə iqtisadi-ictimai fəlakətlərin baş verməsinə səbəb olur. Dövlət sistemi 4 (dörd) əsas müstəqil hissəyə: qanunvericilik, icra, məhkəmə, nəzarət sistemlərinə ayrılır. Bu dörd müstəqil dövlət orqanının heç biri digərinə tabe ola bilməz. Onların hər biri tam müstəqil olmaqla bərabər ayrı-ayrılıqda və bütövlükdə Anayasaya və onun məzmununa, mahiyyətinə uyğun qəbul edilmiş qanunlara tabe olmalıdır.
Dövlət hakimiyyəti bir şəxsin və ya bir qrupun əlində hansı siyasi texnologiyalar, Anayasa və qanunlar vasitəsilə cəmləşdirilməsindən asılı olmayaraq təkcə sıravi vətəndaşları deyil, hakimiyyətin mərkəzləşməsi səviyyəsindən asılı olaraq dövlət məmurlarını belə hakim şəxsin və ya qrupun quluna, təhkimlisinə və ya nökərinə çevirərək özünün şəxsi mənafeyinə, maraqlarına, məqsədinə xidmət etməyə məcbur edə bilməsini labüd edir. Belə halda heç bir istisna olmadan bütün dövlət qurumları gecə-gündüz, durmadan mütəşəkkil surətdə iqtisadi, siyasi, kriminal və s. cinayətlər törədən, istehsal edən mexanizmlər kompleksinə çevrilir. Onlar bunu vətəndaşların təhlükəsizliyini, hüquq və azadlıqlarını qorumalı olan hüquq mühafizə orqanlarının, müxtəlif silahlı qüvvələrin fəaliyyətini vərəndaşların iqtisadi-sosial, hüquqlarının taptalanmasına yönəltməklə həyata keçirirlər.
Belə ki, cəmiyyətdə mövcud olan hüquq mühafizə orqanları, polis, prokurorluq, məhkəmə və digər dövlət qurumları, o cümlədən bu qurumların müxtəlif pillərində qərarlaşan məmurların törətdikləri geniş miqyaslı və ağır mütəşəkkil cinayətlərinin müdafiəçisinə çevrilərək sıravi vətəndaşların Anayasa və qanunlarda təsbit edilmiş ən adi insan və vətəndaş hüquqlarını və azadlıqlarını bu dövlət qurumlarının məmurları üçün yaradılmış xüsusi cəzasızlıq şəraitində aşkar və vəhşicəsinə tapdalamaqla böyük cinayətkarlar ordusuna çevrilirlər. Bu hal dövlətdə hakimiyyətin bir şəxsin və ya bir qrup şəxsin əlində cəmləşməsinin qaçılmaz, labüd nəticəsidir.
Buna görə də cəmiyyətdə vətəndaşların öz hüquq və azadlıqlarını qorumaq üçün bütün mümkün vasitələrdən, o cümlədən silahlı üsyandan istifadə etməyə obyektiv təbiət qanunlarından irəli gələn təbii özünümüdafiə hüququ var və bu hüquq Anayasada öz əksinə tapmalıdır.
Bu Anayasasının bu gün dünyada mövcud olan dövlət quldarlığı, dövlət feodalizmi, kapitalizm və bəzi hallarda bunların qarışıq sintezindən ibarət olan dövlətlərin Anayasasından bir çox əsaslı fərqləri var. Bunların ən önəmli olanlarından biri hakimiyyəti zorla, qanunsuz yolla müxtəlif siyasi texnologiyalar vasitəsilə ələ alanlara qarşı dinc mübarizə vasitələrinin nəticə vermədiyi halda vətəndaşların silahlı üsyan hüququnun tanınmasıdır.
Belə hallarda ölkənin bütün silahlı qüvvələri, ordu, təhlükəsizlik, polis əməkdaşları və s. silahlı qüvvələr vətəndaşların haqlı tələblərini və mübarizəsini dəstəkləməli, cəmiyyətdə vətəndaşların hüquq və azadlıqlarının tam qorunmasını təmin edən dövlət sisteminin yaradılmasının təminatçısı olmalıdır. Çünki bütün cəmiyyəti əhatə edən haqsızlıq mexanizmi fəaliyyət göztərməkdə davam etdikcə, bir gün onların özünün də bu mexanizmin qurbanı olacağı labüd və qaçılmazdır.
İnkişaf etmiş kapitalist ölkələrində qrup maraqlarının reallaşdırılmasının əsas vasitəsi olan siyasi partiyaların mövcudluğu, seçki sistemi, kütlələrə demokratiya kimi sırınır və bu seçki sistemi vasitəsilə müəyyən qruplar vətəndaşların hakimiyyətə iddialı olan insanların hər hansı bir sahədə biliyi, səviyyəsi və s. barədə dəqiq məlumatı olmadığı halda kor-koranə onlara səs verməsi ilə öz nümayəndələrini hakimiyyətə gətirirlər. Əslində seçici kütləsinin mütləq əksəriyyəti hakimiyyətə gələcək insanların hansı biliklərə, xüsusiyyətlərə və s. malik olması və dövlətin hansı üsul, vasitələrlə, necə idarə edilməli olduğu barədə heç bir təsəvvürləri olmur. Seçici kütləsi bu qrupların irəli sürdükləri bəzəkli, lakin əksər hallarda heç bir real, konkret məzmun ifadə etməyən şüarlara inanmaqla bu və ya digər qrupun nümayəndəsinə səs verərək son nəticədə aldanmış olurlar. Məsələn, ABŞ-da mahiyyət etibarı ilə bir-birindən heç nə ilə fərqlənməyən respublikaçılar və demokratlar partiyası hakimiyyəti bir-birinə, Çündə mahiyyəti dövlət feodalizmi partiyası olub "komunist partiyası" adlanan partiyanın üzvləri bir-birinə, Şimali Koreya və onun tipli ölkələrdə hakimiyyəti arvad-uşağına ötürməklə ölkə vətəndaşlarını mövcud mürtəce rejimin əsarətində saxlayırlar. Bu ölkələrdə Anayasa xalqın mövcud mürtəce rejimə qarşı silahlı müqavimət hüququnu tanımır. Hətta Anayasa vətəndaşların dinc mübarizə hüququnu formal olaraq tanıdığı hallarda belə zor tətbiqi, cəmiyyətdə qanunverici orqanın qəbul etdiyi inzibati qanunlar və s. siyasi, inzibati texnologiyalar vasitəsilə vətəndaşların bu hüquqlarını reallaşdırmasını əngəlləyirlər.
Bu Anayasada siyasi partiyaların və seçki siteminin ləğv edilməsi belə eybəcərliyə və siyasi şarlatanlığa son qoyur. Nəzəri cəhətdən siyasi partiyalar kimisə hakimiyyətə gətirmək üçün yox, cəmiyyətdə mövcud olan problemlərin həll edilməsinə yönələn fərqli iqtisadi-ictimai proqramların işlənib hazırlanması və irəli sürülməsi zərurətindən irəli gəlir. İctimai birliklərin yaradılması, onların azad və müstəqil fəaliyyəti, hər bir vətəndaşın fikir və söz azadlığı və s. üçün real şərait yaradılan bu Anayasasının tətbiq edildiyi cəmiyyətdə nə siyasi partiyaların yaradılmasına, nə də kiminsə kimlər tərəfindən hakimiyyətə gətirilməsinə nə ehtiyac, nə də şərait olmur. Dövlət orqanlarında hər hansı vəzifəyə iddialı olan hər hansı bir şəxs heç kəsdən asılılığı olmadan Dövlət İmtahan Komissiyasında imtahan verərək dövlət qurumunda layiq olduğu vəzifəni tuta bilər. Müxtəlif ictimai birliklərin və ya hər hansı bir vətəndaşın irəli sürdüyü, bütün cəmiyyət üzvlərinin, vətəndaşların mütləq əksəriyyətinin mənafeinə uyğun olan proqramı reallaşdırmaqla, qanunlara tam riayət etməklə, öz səviyyəsini daim artırmaqla vəzifədə olduğu vaxtı maksimum mümkün həddə çatdıra bilər.
Hazırda dünyanın bir çox ölkəsində fəaliyyət göstərən seçki sistemi də bu proqramları dəstəkləyən qrupların nümayəndələrini hakimiyyətə gətirmək vasitəsi kimi istifadə edilir. Bu sitemin ən böyük naqisliklərindən biri də hakimiyyətə gələnlərin onları hakimiyyətə gətirənlərin qrup və şəxsi maraqlarından asılı vəziyyətə düşməsidir. Əksər hallarda isə bu qrup maraqları bütövlükdə cəmiyyətin və vətəndaşların mütləq əksəriyyətinin maraqları ilə üst-üstə düşmür. Buna görə də bu qrupların irəli sürdükləri proqramlar da cəmiyyətin iqtisadi-ictimai inkişafına deyil, qrup maraqlarının həyata keçirilməsinə xidmət edir.
Bu Anayasanın ən əhəmiyyətli və indiydək mövcud olmuş Anayasalardan böyük fərqlərindən biri də budur ki, burada dövlətin idarə edilməsində iştirak etmək üçün hər bir vətəndaşa imkan verilir. Dövlət mexanizminin hər hansı bir pilləsində, hər hansı bir vəzifəni tutmaq üçün vətəndaş heç kəsdən asılı deyil. Bu ancaq onun şəxsi keyfiyyətlərindən, yəni, sağlamlığından, bilik səviyyəsindən asılıdır. Bəşər cəmiyyəti tarixində dövlət mexanizmin bütün pillərində vəzifə tutmaq üçün imtahan üsulunun tətbiq edilməsi hakimiyyətin zor, dəstəbazlıq və digər siyasi şarlatanlıq texnologiyaları vasitələrilə zəbt edilməsi nəticəsində dövləti sivil üsullarla idarə etmək qabiliyyəti, bilik səviyyəsi olmayan şəxslərin hakimiyyətə gəlməsinin qarşısını alımış olacaq. Dövlət məmurlarının fəaliyyətinin nəticələrinin mənfi bal sistemi ilə qiymətləndirərək işində səhvlərə və ya qanunsuzluğa yol vermiş şəxslərin sivil üsulla dərhal vəzifəsindən uzaqlaşdırmaq imkanı isə vəzifə başına təsadüf nəticəsində gələn şəxslərin tez bir zamanda aşkar edilməsinə şərair yaradır. Bununla da məhz bu məsələ ilə bağlı baş verən iqtisadi-ictimai, təşkilati və s. bəlaların baş verməsi mümkün olmayacaq.
Təklif edilən dövlət quruluşunda hər bir vətəndaşın kütləvi informasiya vasitələri və çap məhsulları vasiəsilə öz ideya və proqramlarının elan və təbliğ etməsinə real şərait yaradılması siyasi partiyaların təbliğat aləti kimi mövcudluğuna da olan zərurəti aradan qaldırmış olur. Digər tərəfdən bütün dövlət qurumlarında kiçik və ya böyüklüyündən asılı olmayaraq vətəndaşların kiminsə təyinatı və seçki sistemi ilə deyil fərdi imtahan nəticəsində vəzifəyə sahib olması bu günə dünyada mövcud olan bütün seçki sistemlərinin naqisliklərini aradan götürür. İlk növbədə isə hər hansı bir vəzifəni tutan şəxs buna görə heç kəsə borclu olmur, heç bir qrupun və ya şəxsin qarşısında heç bir öhdəliyi yaranmır. Bu sistemdə vətəndaşın vəzifəyə sahib olması ancaq özündən asılı olduğu kimi, vəzifədən kənarlaşdırılması da onun biliyindən, qanunlara riayət etməsindən və əmək qabiliyyətinin tutduğu vəzifənin tələblərinə cavab verə bilməsindən asılıdır. İşdə buraxılan səhvlərin mənfi bal sistemi ilə qiymətləndirmə prosesinin heç bir kəsin subyektiv fikri və ya iradəsindən asılı olmaması, eləcə də ondan yuxarı vəzifə tutanların ona qanunsuz əmr, göstəriş vermək və ya hər hansı bir formada ona təzyiq göstərmək hüququ və imkanının olmaması vətəndaşın tam sərbəst və demokratik şəraitdə ancaq qanuna uyğun fəaliyyət göstərməsinə real şərait yaradır. Bu zaman ayrılıqda götürülmüş bir fərdin və ya sosial qrupun mənafeini deyil, bütün cəmiyyət üzvlərinin mənafeinə, bütövlükdə cəmiyyətin iqtisadi-ictimai inkişafına yönəldilmiş proqramların kimin tərəfindən hazırlanması və ya irəli sürülməsindən asılı olmayaraq reallaşdırılmasına daha münbit şərait yaradılmış olur.
Bir çox ölkələrdə cinayət törətmiş şəxslər öz cəza müddətini tam çəkmədən ölkə prezidenti, kralı, xüsusi əfv komissiyası və ya məhkəmənin, parlamentin qərarı ilə bağışlanılır (əfv edilir). Cinayət etmiş şəxsi cinayət əməlindən cismani, maddi, mənəvi zərər şəkmiş vətəndaşın özü, əgər zərər çəkmiş həlak olubsa onun varisləri, birinci dərəcəli qohumları bağışlaya bilər, çünki vətəndaşın maddi, mənəvi varlığı, sağlamlığı, həyatı onun özünə, o öldükdə isə onun varislərinə məxsusdur. Onu başqasına bağışlamaq hüququnun ölkə başçısına və ya digər hansı bir quruma verilməsi həmin şəxsə quldar, vətəndaşa isə qul statusu vermək deməkdir.
Bu gün də bir çox ölkələrdə fəaliyyət göstərən bu mexanizmin mövcudluğu həmin ölkələrdə quldar-qul münasibətlərinin, quldarlıq quruluşu mexanizmlərinin qalmasının bariz nümunəsidir. Cinayət törədən şəxsin bağışlanmasının, cəza müddətinin başa çatmasından qabaq onun azad edilməsinin meyarı kimi guya onun islah edilməsi göstərilir.
Birincisi-cinayət törətmək potensialı genetik olaraq anadan olan hər bir insanda olub, var, daim olacaq. Buna baxmayaraq heç bir insan anadan cinayətkar olaraq doğulmur. Hər bir insanı cinayət etməyə sürkləyən, vadar edən, onu cinayətkar kimi formalaşdıran yaşadığı cəmiyyətdəki ümumi vəziyyətin, onu əhatə edən konkret şəraitdə baş verən proses, hadisələr və s. onda təbiətdən mövcud olan cinayət törətmə genini hərəkətə gətirərək cinayətin baş verməsinə səbəb olur. Əlbəttdə baş verən cinayətləri müxtəlif nişanələrinə görə təxmini qruplara bölmək olar. Təcrübədə belə də edilir. Lakin hər bir insanı konkret cinayətə vadar edən səbəb ona cəza təyin edilərkən heç zaman tam obyektiv olarq qiymətləndirilmir.
İkincisi- cinayət etmiş şəxsin hansı müddət ərzində islah olunduğunu obyektiv göstərə bilən heç bir vasitə və ölçü meyarı yoxdur. Bu məsələ həmişə cinayətkarın guya islah olunduğu barədə qərar qəbul edən məmurun tam olaraq subyektiv fikri və iradəsindən asılı olur, yəni məmurun qəbul etdiyi bu qərarın obyektiv olduğunu iddia etmək heç zaman mümkün deyil.
Üçüncüsü- cinayətkara verilən cəzanın bütün cəhətləri toplum halında cinayətin baş verməsində zərərçəkənin günahı da nəzərə alınmaqla zərəçəkənə dəymiş maddi, cismani, mənəvi və s. zərərə adekvat olmalıdır. Bu halda cinayət etmiş şəxs bağışlanırsa və ya cəzanın bir hissəsindən hər hansı bir dövlət qurumu, vəzifəli şəxs tərəfindən azad edilirsə həmin qurum və ya şəxs zəzərçəkən vətəndaşa qarşı cinayət etmiş olur. Çünki, cinayət etmiş şəxsin hətta real islah olması belə zərərçəkmişin razılığı olmadan onun cəzasını tam çəkməkdən azad olunmasına əsas ola bilməz.
Dördüncüsü - əgər cinayət etmiş şəxs bağışlanır və ya cəzanın bir hissəsindən hansı bir qurum və ya kimsə tərəfindən obyektiv və haqlı olaraq azad edilirsə bu halda ya bu cəza haqqında qərar çıxarmış hakim vəzifə cinayəti törətmiş ya da ki, bu əməl üçün bu cəzanı və ya cəza müddətini nəzərdə tutan qanun qeyri-obyektiv və ədalətsiz qanundur. Əgər bu belədirsə onda bu qanunun özü, hakim və cinayətkarı bağışlayanlar üçün əvvəlcədən düşünülmüş şəkildə rüşvət və korrupsiya, başqalarının malı, sağlamlığı, həyatı hesabına cəmiyyətdə siyasi çəki ya pul qazanmaq üçün cinayət mexanizmi kimi hesablanaraq qəbul edilmişdir. Belə hal ancaq vətəndaşın qul hüququnda olduğu cəmiyyətlərdə mümkün ola bilər.
Hazırladığımız müasir dövlətin Firidun İbrahimi Anayasasının bu günə mövcud olan Anayasalardan əsaslı fərqlərindən biri də rütbə və vəzifəsindən asılı olmayaraq bütün dövlət məmurlarına, ümumiyyətlə vətəndaşa nəyisə qadağan etmək və ya ona nəyəsə icazə vermək hüququnun ləğv edilməsidir. Vətəndaşa hər hansı bir məsələ barədə icazə və ya qadağanı qanun verməlidir. Bu gün dünyanın bir sıra ölkələrində, əsasən də qeyri-demokratik ölkələrdə qanunlar qanunverici orqanda deklarativ məzmunda qəbul edilir. Onların konkret icra mexanizmləri sərəncam, qərar və təlimat formasında müəyyən edilməsi hüququ isə hökümətə və ya baş idarələrə verilir. Üstəlik ölkənin icra hakimiyyətini təmsil edən prezident, baş nazirin əmr, sərəncam, qərarları da qanun statusu daşıyır. Yəni, heç bir qanunvericilik hüququ olmayan icra hakimiyyəti ölkənin qanunvericilik orqanının hüququnu qanunsuz olaraq mənimsəyir. Belə cəmiyyətlərdə adətən dövlətin qanunverici, məhkəmə, nəzarət orqanlarının başçılarının və onların müavinlərinin vəzifəyə təyin edilməsi və vəzifədən kənarlaşdırılması hüququnu da icra hakimiyyəti başçısı mənimsəməklə hakimiyyətin əsas qollarının müstəqilliyinə son qoyaraq mütləq monarx sistemi yaratmış olur. Mütləq monarx sistemində ancaq quldarlıq və feodalizm üsul idarəsi mövcud ola bilər. Bu sistemdə nəinki sosializm quruluşu, hətta normal kapitalizm quruluşunun mövcud olmasından söhbət belə gedə bilməz. Belə bir anormal qayda cəmiyyətdə bir şəxsin bütün vətəndaşlar üzərində şəxsi diktaturasını yaratmış olur. Nəticədə həm qanunların icra mexanizmi olmadan yarımçıq qəbul edilməsi, həm də hətta qanunlar icra mexanizmi ilə birlikdə qəbul edildiyi halda belə təcrübədə hər hansı hadisə və prosesin müəyyən halı qanunda əks olunmadıqda yaranan boşluğu doldurmaq üçün məmur icazəsinə və iradəsinə ehtiyac yaranır. Belə hallarda operativ olaraq qanuna əlavə və dəyişiklik edilməsi əvəzinə məmur icazəsindən istifadə edilir ki, bu da vətəndaşı məmurun tutduğu vəzifənin hakimiyyət piramıdasının üfüqi və şaquli ölçülərinə uyğun olaraq quluna, təhkimlisinə, nökərinə çevirmiş olur.
Bu gün üçün dünyanın ən mükəmməl hüquq sistemi sayılan İngiltərənin hüquq sistemində, belə boşluqları doldurmaq üçün hansısa bir məhkəmənin oxşar situasiyada çıxardığı qərara (president) istinad edilərək doldurulur. Yəni bu halda qanunvericilik hüququ olmayan məhkəmə əslində hamı üçün icrası məcburi olan qanun qəbul etmiş olur.
Müasir dövlətin Firidun İbrahimi Anayasasında dövlət mexanizminin bütün qollarının tam müstəqil olmasının təmin edilməsi, bütün dövlət orqanlarının, o cümlədən qanunverici orqanın ancaq imtahan vasitəsilə peşəkar mütəxəssislərdən formalaşdırılması, habelə qanunverici orqanın daim, fasiləsiz işləyən təşkilatı mexanizmə çevrilməsi cəmiyyətdə baş verən bütün hadisə və proseslərin təfərrüatını qanunda əks etdirməyə, həyatın inkişaf prosesindən irəli gələrək yaranan boşluqları isə vaxtında doldurmaq üçün zəruri şərait yaratmış olur.
Cəmiyyətin mövcudluğunun təminatçısı olan ailənin, yeni nəslin qayğısının çəkilməsi, tərbiyə və təhsilində qadınların əsas, həlledici və əvəzolunmaz rolunu nəzərə alaraq qadınların əməyi və əmək haqqına müasir dövlətin Anayasasında nəzərdə tutulan güzəştlər hətta iqtisadi cəhətdən ən yüksək səviyyədə inkişaf etmiş kapitalist dövlətinin hüquq sistemində nəzərdə tutulmaması ilə yanaşı cəmiyyətdə hər zaman fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsində mühüm əhəmiyyət kəsb edir.
İnsanların fiziki parametrləri eyni olmadığı kimi onların düşüncəsi, şüuru, elmi səviyyəsi, hər hansı bir problemə, prosesə, hadisəyə və s. yanaşma tərzi, təhlil qabiliyyəti eyni deyil və bu xüsusiyyətlər bütün cəmiyyət üzvlərində vahid kəmiyyət və kefiyyət ölçüsündə ola bilməz. Bu həyatın obyektiv reallığıdır və bunu əsaslı şəkildə tamamilə eyniləşdirmək mümkün də deyil. Buna görə də cəmiyyətdə müxtəlif fəlsəfi dünyagörüşlərinin mövcud olması təbii haldır və bu hər bir vətəndaşın əqidəsinin, fikirlərinin cəmiyyətdə rəsmən qəbul edilmiş fəlsəfəyə, dünyagörüşünə uyğun olub-olmamasından, səhv və ya düzlüyündən, elmi və ya qeyri-elmi olub olmamasından asılı olmayraq hər kəskin fikir söz, əqidə azadlığının olmasını zəruri edir.
Müvəqqəti saxlanılan şəxsin müvəqqəti saxlanc yerinə təhvil verildiyi andan cinayət işinin məhkəməyə göndərildiyi anadək onun müstəntiqlə, vəkillə, prokurorla, ombudsmanla fiziki təmasını istisna edən şəraitdə görüşlərin səs yazısı və görüntülərin cinayət işinə əlavə edilməsi, onun surətinin müstəntiqə, vəkilə, prokurora verilməsi, lazım gəldikdə isə bu görüntüləri kütləvi informasiya vasitəsilə nümayiş etdirmək imkanının olması, istintaqın ondan hər hansı bir zor, hədə, aldatma yolu ilə saxta ifadə almaq buna məcbur etmək imkanından məhrum etməklə yanaşı, onu istintaqı ondan qanunsuz yolla saxta ifadə almaqda suçlandırmaq imkanından məhrum etmiş olur.
Bundan başqa müvəqqəti saxlanc yerlərinin polisin və təhlükəsizlik idarəsinin ixtiyarında olması, instintaq dövrünə saxlanılmış vətəndaşların həbsxanada saxlanılması, həm də bu məkanın ictimai nəzarətdən kənar olması cinayət etməsi barədə heç bir fakt aşkar olmayan şəxsləri qanunsuz olaraq həftələrlə, hətta aylarla bu yerlərdə saxlayaraq onlara ağlasığmaz işgəncələr verməklə etmədikləri, hətta xəbərləri belə olmadıqları cinayətləri etiraf etməyə məcbur edirlər. Bu hüquq-mühafizə orqanlarının fəaliyyətində ən geniş yayılan haldır. Müstəqil olmayan məhkəmələr də bu saxta ittiham üzrə qanunsuz qərarlar çıxarmağa məcbur qalmaqla bu cinayətlərin şərikinə, davamçısına çevrilirlər.
Dövlət mexanizminin kütləvi cinayət istehsal edən sistem olmaq etibarilə onu bu mahiyyətdə formalaşdırılan əsas, fundamental səbəb cəmiyyətin iqtisadi sisteminin quruluşunda və onun üst qurumu olan ictimai sistemində, o cümlədən hüquq sisteminin məzmun və mahiyyətindədir. Yəni hər bir cəmiyyətdə cinayətkarlığın səviyyəsi, həcmi onun iqtisadi-ictimai quruluşunda olan ədalətsizliyə düz mütənasibdir.
Ədalətsiz hüquq-mühafizə sistemi isə özünün qanunsuz fəaliyyəti ilə əslində günahsız insanları qanunsuz olaraq zorla cinayətkara, təsadüfən və ya məcburən cinayət etmiş şəxsləri peşəkar cinayətkara çevirməklə cinayətkarlığın geniş təkrar istehsalını reallaşdıran mexanizmdir. Buna görə də bu gün dünyada mövcud olan heç bir iqtisadi-ictimai, dövlət, hüquq mühafizə sistemi az-çox əsaslı surətdə cinayətkarlığı aradan qaldırmaq və hətta təsadüfən, məcburi olaraq ilk dəfə cinayət etmiş şəxsi islah etmək qüdrətinə malik deyil. Ədalətsiz iqtisadi-ictimai sistemin özünü bütövlükdə dəyişmədən nə ədalətsiz hüquq-mühafizə sistemini dəyişmək, nədə ki, cinayətkarlığın kökünü kəsmək mümkün deyil.
Dövlət mexanizmi adlandırılaraq kütləvi və ağır cinayətlər istehsal edən bu mexanizm bu gün də bütün dünyada var gücü ilə hər gün milyonlarla insanları fiziki və mənəvi cəhətdən şikəst və məhv etməklə bəşər cəmiyyətini bütövlükdə cinayətkar aləmə çevirməkdədir.
Bunları dərk etməyən millət, toplum qul vəziyyətindən təkamül yolu ilə çıxmasını tarixən uzun müddət gözləməli olacaq. Cəmiyyətin quldarlıq, feodalizm və ya kapitalist quruluşuna malik olması və inkişaf səviyyəsinə uyğun olaraq bu cinayətlərin miqyas və səviyyəsi bir qədər azalsa da dövlət daim cinayət və cinayətkar istehsal edən mexanizm olmaq etibarilə öz xüsusiyyətini hələ də saxlayır.
Lakin cəmiyyətin iqtisadi-ictimai sisteminin ədalətsizliyindən yaranaraq bu günə cəmiyyətdə törədilən cinayətlərin ən azı 95% -ni təşkil edən cinayətlərin baş vermə səbəblərini aradan qaldırmağa qadir olan dövlət sistemi qurmaq mümkündür. Cəmiyyətə təklif etdiyiniz Anayasa məhz buna tam şərait yaratmağa qadir dövlət sisteminin Firidun İbrahimi Anayasasıdır. Bu Anayasa reallaşdırıldığı halda bəşər tarixində ilk dəfə olaraq dövlət aparatı kiminsə və ya kimlərinsə şəxsi və ya qrup maraqları xatirinə, subyektiv iradəsi əsasında, kimliyindən asılı olmayaraq vətəndaşa qarşı tətbiq edilən insanların ədalətsiz istismara məruz qoyulmasını qanuniləşdirən zor vasitəsi olmaq xüsusiyyətini həmişəlik itirir.
Bu Anayasanı biz irqindən, milliyyətindən və sairə xüsusiyyətlərindən asılı olmayaraq bəşər cəmiyyətinə bu günkü vəziyyətdən çıxış yolu olmaqla bərabər, bəşəriyyətin iqtisadi-ictimai inkişafının yeni pilləsi olaraq təqdim və təklif edirik.
K. Marks yazır ki, "Artıq iş o yerə çatıb ki, söhbət bu və ya digər teoremin düz olub olmadığından deyil, bunun kapital üçün əlverişli və ya əlverişsiz, sərfəli ya sərfəsiz olması, polisin düşüncəsinə uyğun olub olmamasından gedir. Obyektiv tədqiqat öz yerini muzdlu yazarların döyüşünə veir, obyektiv elmi araşdırmalar əvvəlcədən yarınmağa hesablanmış yalanlarla dəyişdirilir. (K. Marks, Kapital II səh.17).
Bu gün bütün ölkələrdə hakimiyyətə gələnlərin məqsədi heç də cəmiyyətə millətin rifah və inkişafı yolunu göstərmək deyil, onları hakimiyyətə gətirə biləcək yalanları millətə sırıyaraq onu öz məqsədlərinə tabe etməkdir. Əslində hakimiyyət başına gələnlərin mütləq çoxluğu cəmiyyətin rifaha çatmaq yolunu heç bilmir də. Bu səbəbdən biz millətin rifah və inkişafını təmin edə biləcək, 1945-1946 cı illərdə Cənubi Azərbaycan Demokratik Respublikasının Baş Prokuroru, türk milli azadlıq mübarizəsinin şəhidi Firidun Qəni oğlu İbrahiminin şərəfinə adlandırdığımız Firidun İbrahimi Anayasasının 139 maddəsinin 689 bəndinin həcminin çoxluğunu nəzərə alaraq onun bəndlərinin bir necəsini də şərh etmədən oxucuya təqdim edirik.
1. Müasir dövlətdə dövlət mülkiyyət sahibi ola bilməz. Yəni dövlət mülkiyyətinin mövcudluğu qadağandır.
2. Hakimiyyət vətəndaşların və ümumilikdə xalqın iqtisadi-ictimai azadlığının önəmli bir hissəsi üzərində sahiblik hüququ olduğuna görə o dövlətə, hansısa şəxsə, qrupa məxsus ola bilməz. Hakimiyyət ancaq Anayasaya və ondan irəli gələn qanunlara məxsusdur.
3. Şəhidlərin anası, atası, həyat yoldaşı və uşaqları ödənişsiz təhsil və qanunda nəzərdə tutulan təminatlarla təchiz edilir.
4. Cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum edilmiş şəxslərin birinci dərəcəli qohumları, ictimai təşkilatların nümayəndələri, kütləvi informaisya vasitələri əməkdaşları onların səs yazısı istisna olmaqla istənilən vaxta aid görüntülərinə baxmaq hüququ və şəraiti təmin edilməlidir.
5. Bu Anayasa zor və digər siyasi texnologiyalar vasitəsilə qanunsuz olaraq hakimiyyəti ələ alanlara qarşı xalqın silahlı üsyan hüququnu tanıyır.
6. Heç bir vəzifəli şəxs bütövlükdə xalqı təmsil edə bilməz. Heç kəsə toxunulmazlıq statusu verilə bilməz.
7. Ölkədə iqtisadi, texniki, ictimai və s. proseslərin idarə edilməsi üçün yaradılmış hüquqi şəxslər, o cümlədən dövlət qurumları, milli və fərdi xüsusi mülkiyyətə aid olan hüquqi şəxslər, ictimai təşkilatlar hər hansı bir mülkiyyət üzərində sahiblik hüququna malik ola bilməzlər. Hüquqi şəxslər onun istifadəsinə və sərəncamına verilmiş milli mülkiyyət, əmlak və ya fərdi xüsusi mülkiyyət, əmlak üzərində mülkiyyətçinin verildiyi təyinat üzrə və ona verilən hüquqlar çərçivəsində ancaq bu mülkiyyətdən istifadə və sərəncam hüququna malik ola bilərlər.
8. Məhkəmə istisna olmaqla heç bir dövlət qurumunun heç bir yüksək vəzifəli məmuru özündən aşağı vəzifə tutan şəxslərə, kimliyindən asılı olmayaraq heç bir vətəndaşa nəyə görəsə icazə vermək və ya qadağa qoymaq hüququ yoxdur. Bütün icazə və qadağalar həmin məsələlər üzrə qəbul edilmiş qanunlarda əks olunmalıdır.
9. Heç bir dövlət qurumu və ya onun səlahiyyətli vəzifə sahibi əmr, sərəncam, təlimat və s. bu qəbildən icrası məcbur olan yazılı və şifahi göstərişlər vermək hüququna malik deyil. Çünki bütün bunlar qanunun özünün, icra mexanizminin səlahiyyəti və tərkib hissəsidir.
10. Bütün dövlət qurumlarının istisna edilmədən bütün əməkdaşları Dövlət İmtahan Komissiyası və peşə üzrə təşkil etdiyi imtahanların nəticəsi olaraq vəzifəsini əldə etməlidir.
11. Ümumi və fərdi bağışlama hüququ dövlət orqanları və ya dövlət məmuruna yox, ancaq zərərçəkmişə, o həyatda olmadıqda isə onun varislərinə məxsusdur.
12. Bütün vətəndaşlar, dövlət orqanları, xüsusi mülkiyyət əsaslı hüquqi şəxslər, yerli idarəetmə orqanları, ictimai təşkilatlar bütün məsələlər üzrə qanunvericilik təşəbbüsü qüququna malikdir.
13. Dövlət valideynlərinin imkanı olmayan hər bir vətəndaşı və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxsi anadan olduğu gündən qanunda nəzərdə tutulan norma üzrə yaşayış yeri (mənzil sahəsi ya torpaq) və ona minimum istehlak səbəti həcmində gəlir gətirən kapital ilə təmin edir.
14. Dövlət valideynlərinin imkanı olmayan hər bir vətəndaşı və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxsi yetkinlik yaşına çatan gündən sahibkarlıqla məşğul olmaq üçün qanunla müəyyən edilmiş miqdarda ilkin (start) kapital ilə qeyd-şərtsiz, əvəzi ödənilmədən təmin edir.
15. Bu və ya digər səbəbdən müflis olmuş vətəndaşları təkrar sahibkarlığa cəlb etmək məqsədilə dövlət onları aşağı tarif dərəcəsi ilə verilən kreditlə təmin edir.
16. Cəmiyyət üçün zəruri olan sahələrə kapital qoyan sahibkarların vəsaiti yetərli olmadığı halllarda dövlət onları əlavə kapital qoyuluşuna aşağı tarif dərəcəsi ilə kreditlə təmin edir.
17. Vətəndaşın minimum yaşayış sahəsi və onun mövcudluğunu təmin edən kapitalın heç bir dövlət qurumu, vəzifəli şəxs, məhkəmə qərarı, heç bir əsasla onun əlindən ala və ya müsadirə edə bilməz.
18. İş yerinin milli mülkiyyətə və ya fərdi xüsusi mülkiyyətə aid olmasından asılı olmayaraq qadınlar qanunla müəyyən edilmiş vaxtdan analıq məzuniyyətinə çıxdığı gündən dünyaya gətirdiyi uşağın 3 (üç) yaşı tamam olanadək əmək haqqı 100% ödənilməklə və əmək haqqının səviyyəsi saxlanılmaqla üç ildən sonra işinə qayıtmaq hüququ ilə analıq məzuniyyəti hüququ var.
19. On dörd yaşı tamam olmamış uşağı olan qadınlar 8 saatlıq iş günü üçün verilən əmək haqqı 100% ödənilməklə 6 (altı) saatlıq iş günü hüququna malikdir.
20. 3 (üç) və daha artıq 14 (ön dörd) yaşı tamam olmamış uşağı olan qadınlar 8 (səkkiz) saatlıq iş günü üçün ödənilən əmək haqqı 100% ödənilməklə 4 (dörd) saatlıq iş günü hüququna malikdir. İşəmuzd işlərdə də əmək haqqı ödənilən istehsal və xidmət normaları da bu nisbətdə olmalıdır.
21. Qanunla müəyyən edilmiş ağır və insan səhhəti üçün zərərli olan sahələrdə və işlərdə, gecə növbətlərində aktiv müharibə şəraiti istisna olmaqla qadınların və həddi-buluğa çatmamış oğlanların əməyindən istifadə etmək qadağandır.
22. Bütün dövlət qurumlarının əməkdaşları (xidmətçi heyət istisna olmaqla) imtahan verməzdən əvvəl digər sənədlərlə bərabər özünün, həyat yoldaşının, onunla birlikdə yaşayan həddi-buluğa çatmış övladlarının daşınan və daşınmaz mülkiyyəti, əmlakı barədə qanunda nəzərdə tutulan qaydada deklarasiya təqdim etməlidir.
23. Orta məktəbin yuxarı siniflərində oğlanlara və qizlara müharibə və hərbi vəziyyət şəraitində özünümüdafiə üçün zəruri olan hərbi texnikadan istifadə üzrə 2 (iki) illik kurs keçilməlidir.
24. Bütün kütləvi informasiya vasitələri hər gün qanunla müəyyyən edilən həcmdə və vaxt ərzində ictimai əsaslarla hüquqşünasların Anayasasının maddələri və qanunların elmi və populyar şəkildə vətəndaşlara izah və şərh edilməsini təmin etməlidir.
25. Vətəndaşların ictimai birlik yaratması və onun fəaliyyətinə xitam verilməsi, habelə nümayiş, miting yürüş, piket və s. dinc etiraz tədbiri keçirmək üçün yerli özünüidarə orqanına bu barədə qanunla nəzərdə tutulan vaxtda, qanunla müəyyən edilən məlumatları yazılı və ya elektron qaydada göndərməsi kifayətdir.
26. Məhkəmənin vətəndaşı azadlıqdan məhrum edilməsi haqqında qərarı qanuni qüvvəyə minənədək saxlanılan və ya müvvəqəti həbs edilən şəxslərin müvəqqəti saxlanc yerləri təcrid edilmiş, daim ictimai nəzarət altında olan mehmanxana tipli qorunan yer olmalıdır.
27. Polisin, xüsusi xidmət orqanları əməkdaşlarının ictimai asayişi pozan və hər hansı bir səbəbdən saxladığı şəxsi dərhal gətirib onu dəqiq saxlanma səbəbi, yeri, vaxtı göstərilməklə müvəqqəti saxlanc yerinə təhvil verməlidir.
28. Müstəntiq təqsirləndirilən şəxsə təqdim etdiyi ittihamı məhkəmədə müdafiə etməlidir.
29. Təqsirləndirilən şəxsin etirafı şahid ifadələri cinayətin törədilməsinin sübutu və məhkəmə qərarının əsası ola bilməz.
30. Təqsirləndirilən şəxsin, zərərçəkmişin iş üzrə məhkəməyə təqdim etdikləri sənədlərin surəti və şifahi faktların siyahısı hakimin imzası və möhürü ilə təsdiq edilib onlara və onların vəkilinə verilməlidir.
31. Əvf etmə hüququ ancaq zərərçəkmişə, o həyatda olmadıqda isə onun varislərinə məxsusdur. Məhkəmə isə bu aktı qanuna uyğun rəsmiləşdirən dövlət orqanıdır.
32. Prokuror dövlət ittihamçısı deyil, o Anayasa və qanunların düzgün tətbiqi və icrasına nəzarət edən dövlət nəzarətçisidir.

Şapur Qasımi
Tel.: +99455 522-36-15


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!