Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Ermənilər illərdi musiqimizi oğurlayır .....                        Sən təkcə mənim anam deyildin .....                        Borçalıdan başlanan alim ömrü .....                        “Övladımın qəhrəmanlığı ilə fəxr edirəm” .....                        Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı .....                        Spiker “Partizan döyüşçüsü” abidəsini ziyarət etdi .....                        İlham Əliyev iki nazirə yeni vəzifə verdi .....                        Tariximizin varlıq qaynağı: Naxçıvan .....                       
1-06-2022, 18:06
Gənclər üçün ödənişsiz ilk yardım təlimləri keçiriləcək

Gənclər üçün ödənişsiz ilk yardım təlimləri keçiriləcək

“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsinə start verilir.
Birliyin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, 5 gün davam edəcək layihə xüsusi proqram çərçivəsində seçilmiş gənclər ilk yardım təlimləri, müxtəlif simulyasiya və praktiki sessiyalarda iştirak edəcəklər. Xüsusi proqram mövzularına həmçinin ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanmalar və kəllə-beyin travmaları, zəhərlənmələr, yanıq, donma, günvurma, epileptik tutmalar və s. aiddir.
“İrəli” İctimai Birliyinin ofisində keçiriləcək bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “İrəli” İctimai Birliyi tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediləcəklər. Bununla yanaşı, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşacaq, habelə Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak hüququ qazanacaqlar.
Qeyd edək ki, “Qızıl Yardım” layihəsinin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. Habelə layihənin məqsədləri sırasına zərərçəkmişə təcili və təxirəsalınmaz ilk yardım müdaxiləsi etmək vərdişlərini aşılamaq, o cümlədən “İrəli” Sağlamlıq Mərkəzi üzvlərinin sertifikatlaşdırılması daxildir.
Layihədə iştirak etmək istəyən motivasiyalı, həvəskar və məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3PMOt5c
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!