Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Daha bir cüdoçumuz Avropa çempionu oldu .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Bakı metrosunda sərnişin öldü .....                       
29-06-2022, 20:49

Ərdoğanla Bayden arasında görüş BAŞLAYIB
Ərdoğanla Bayden arasında görüş BAŞLAYIB
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Cozef Bayden arasında görüş başlayıb.
Ordum.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyə lideri amerikalı həmkarı ilə bir araya gəlməkdən məmnun olduğunu bildirib.
Qeyd edək ki, görüş NATO-nun Madriddəki Sammiti çərçivəsində baş tutub.
29-06-2022, 20:42
Xəzər beynəlxalq nəqliyyat qovşağına çevrilir

Xəzər beynəlxalq nəqliyyat qovşağına çevrilir
Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bildirib.
“Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir”, - dövlət başçısı qeyd edib.
Prezidenti İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
29-06-2022, 19:08

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı genişləndirir
Azərbaycan və Pakistan hərbi əməkdaşlığı genişləndirir
İyunun 29-da Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Babar Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən (MN) Ordum.az-a bildirilib ki, general-leytenant R.Tahirov ölkələrimizin digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya sahəsində əməkdaşlığının da inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Marşal Z.Sidhu da öz növbəsində bildirib ki, Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsil almaları, eyni zamanda ölkəsinin HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçmələri iki dövlət arasında hərbi aviasiya sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir.
Görüşdə Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
29-06-2022, 18:24
NATO İsveç və Finlandiya ilə bağlı qərar verdi


NATO İsveç və Finlandiya ilə bağlı qərar verdi
NATO İsveç və Finlandiyanı rəsmi olaraq ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansa qoşulmağa dəvət edib.
NATO-nun bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən zirvə görüşündə bəyanat qəbul edilib.
"Bu gün biz Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etmək qərarına gəldik və üzvlük protokollarını imzalamağa razılaşdıq", - NATO dövlət və hökumət başçıları bəyanatda bildiriblər.
“Şimali Atlantika Alyansına istənilən qoşulma zamanı bütün müttəfiqlərin qanuni təhlükəsizlik maraqlarının lazımi qaydada nəzərə alınması həyati əhəmiyyət kəsb edir.
Bu baxımdan Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumun bağlanmasını alqışlayırıq. Finlandiya və İsveçin qoşulması onları daha təhlükəsiz, NATO-nu daha güclü və Avro-Atlantik məkanı daha təhlükəsiz edəcək”.
29-06-2022, 15:44
Milli Məclisin komitə sədri Tahir Mirkişili ilə göruş keçirilib

Qubadliya Qayidiş İB uzvləri Milli Məclisdə , Milli Məclisin komitə sədri Tahir Mirkişili ilə göruşüblər. Göruşdə Qubadliya Qayidiş İB sədri İlham Ilham Nerimanoglu, sədrin muavini Asif Talıboğlu, İdarə heyətinin uzvləri Elbrus Qayalı və Şukur Quliyev iştirak edirdi.
Göruş yuksək səviyyədə, işgüzar şəraitdə keçdi.
Tahir muəllim bizləri dinlədi, təkliflərimizlə maraqlandi, görduyumuz işlərlə taniş oldu...
Yaxin gələcəkdəki planlarımızı açiqladiq. Tahir muəllim öz növbəsində işğaldan azad edilmiş ərazilərdə görülən işlər barədə bizə məlumat verdi və yaxin gələcəyin dövlət proqramları, investisiya, kənd təsərrüfatı, ağıllı kəndlərin salınması, infrastruktur layihələri, yol tikintisi və basqa məsələlərdən danışdı. Bir sözlə göruşumuz çox maraqli və məhsuldar oldu...
Sonda Milli Qəhrəman Bəylər Ağayevin qardaşının iş problemini Tahir muəllimə çatdirdiq...Bu məsələnin araşdırılacağına söz verildi.
Qubadlıya Qayıdış İB olaraq yaxin gələcəkdə başqa Millət vəkilləri ilə də belə görüşlərin keçirilməsini davam etdirəcəyik.
Şükür Quliyev
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!