Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
28-06-2022, 16:38
Aşqabadda Xəzəryanı ölkələrin XİN başçıları görüşdü

Aşqabadda Xəzəryanı ölkələrin XİN başçıları görüşdü
Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub. Görüşdə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Rəşid Mərədov, İranın XİN başçısı Hüseyn Əmirabdullahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak edib.
Qeyd edək ki, bu gün Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü də olacaq.
28-06-2022, 15:12
28-06-2022, 14:54
Minsk qrupu Qarabağa görə toplaşdı


Minsk qrupu Qarabağa görə toplaşdı - Rusiyalı həmsədr müzakirədən İMTİNA ETDİ

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosu ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin həmkarları ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiyini bildirib.Büronun “Tviter” səhifəsində dərc olunan məqalədə qeyd olunur ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev müzakirələrdə iştirakdan imtina edib.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyi ilə bağlı məsələni müzakirə edib. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”, - Büronun bəyanatında deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatandan sonra verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, 28 il ərzində heç bir nəticə əldə edə bilməyən Minsk qrupuna artıq ehtiyac qalmayıb.
“Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
İyunun 24-də Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Minsk qrupunun fəaliyyətinin dayandığını bəyan edib:
“Biz deyə bilərik ki, Minsk Qrupunun fəaliyyəti tamamilə dayanıb. Biz baxmalıyıq ki, onların üzvləri kimlərdir. Fransa, Amerika və Rusiya. Bu gün ölkələr arasında bu məsələ tam həllini itirib. Bunun da səbəbi üzv olan Amerikadır. Belə məsələ ABŞ-ın təşəbbüsü ilə olub”, - deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ATƏT-in Minsk qrupuna həmsədrliyi İqor Xovayev (Rusiya), Bris Rokfeyl (Fransa) və Endryu Şofer (ABŞ) edirdi...
28-06-2022, 14:39
QHT Agentliyi “Şuşa ili”nə dair müsabiqənin nəticələrini elan etdi


QHT Agentliyi “Şuşa ili”nə dair müsabiqənin nəticələrini elan etdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.
Qaliblərin adları QHT Agentliyinin bu gün Şuşada təşkil etdiyi tədbridə elan olunub.
Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib ki, “Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalib layihələrin icrası diqqət mərkəzində saxlanılacaq.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.
Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!