Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 28-06-2022, 16:03
Qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı ötən illə müqayisədə artıb

2022-ci ilin yanvar-may ayları ərzində sahibkarlıq subyektlərinin 1226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə bu göstərici 339 layihə üzrə 24,9 milyon manat təşkil edib.

Butov.az Trend-ə istinadən xəbər verir ki, keçən il olduğu kimi, 2022-ci ildə də maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. 2022-ci ilin ötən dövründə güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 95,4%-i KOB subyektlərinin payına düşür.

Bu il qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. 2022-ci ilin yanvar-may ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-may ayları ərzində 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, eyni göstərici 2022-ci ilin müvafiq dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.

2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qadın sahibkarların və gənclərin layihələrinin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Qeyd edək ki, ötən il ərzində qadın sahibkarların güzəştli qaydada maliyyələşdirilmiş layihələri hesabına 303, gənc sahibkarların investisiya layihələri üzrə isə 97 yeni iş yerinin yaradılması nəzərdə tutulub.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!