Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 13-04-2017, 18:58
Aran iqtisadi rayonunda sahibkarlara 5,3 mln. manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu gün Neftçala Sənaye Zonasında işgüzar forum keçirib.
Butov.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbər görə, forumda 80-ə yaxın sahibkar iştirak edib.
Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Neftçala Sənaye Zonasında sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan nümunəvi investisiya layihələrinin, o cümlədən çörək və şirniyyat məhsulları, plastik qablar, polietilen paketlər, corab, sabun, qablaşdırma materialı istehsalı, süd emalı, bal emalı və qablaşdırılması, meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarların təklifləri öyrənilib, maarifləndirici materiallar paylanılıb.
Fondun icraçı direktoru Şirzad Abdullayev deyib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 mln. manatadək güzəştli kredit verilib: "Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 mln. manat güzəştli kredit verilib. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir. Neftçalada fəaliyyət göstərən sənaye zonasında dövlətin güzəştli kreditləri hesabına balıq yemi istehsalı müəssisəsi maliyyələşdirilib. Bundan əlavə, sənaye zonasında dövlətin güzəştli krediti hesabına plastik tara istehsalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsi müzakirə olunur".
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən pambıq əkini və emalı müəssisəsinin yaradılması, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
Forum çərçivəsində Neftçala Sənaye Zonasında ildə 25 min ton balıq yemi istehsal etmək gücündə olan müəssisədə avadanlığın quraşdırılması işlərinə baxış keçirilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!