Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 28-04-2016, 17:47
Neftçalada pilot layihə


Bu rayonda sənaye məhəlləsinin yaradılması yeni iş yerlərinin açılmasına,əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə,rayonun iqtisadi imkanlarının daha da artmasına səbəb olacaq

Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir.Bu rayon əsasən neft, qaz və balıqşılıqla tanınır.Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir.1996-cı ilə qədər rayonda 16 kolxoz fəalyyət göstərib.Hazırda kolxoz-sovxozların yerini fermer təsərrüfatları əvəz edib.Statistik məlumatlara görə, belə təsərrüfatların sayı 10 minə yaxındır.
Bununla yanaşı, rayonun 40 min hektara yaxın torpaq sahəsi kənd əhalisinin mülkiyyyətindədir ki, buradan da onlar nüxtəlif məqsədlər üçün yararlanır, əkin-biçinlə, heyvandarlıqla, bağçılıqla məşğul olurlar.Rayonda sənaye sahəsində isə onlarca müəssisə fəaliyyət göstərir ki, bu da yerli əhalinin məşğulluğunun təmin olunmasına ciddi təsir göstərir.Müsbət haldır ki, sənaye məhsulunun həcmində qeyri- dövlət sektorunun xüsusi çəkisi 90 faizə yaxındır.Sənaye sahəsində əsasən mədənçıxarma, xam pambığın emalı, tikinti üçün kərpic istehsalı, qazın təchizatı və bölüşdürülməsi, qeyri məhsullarının istehsalı başlıca yer tutur.Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom, konserv və balıqyetişdirmə zavodları, quşçuluq, həmçinin başqa müəssisələr fəaliyyət göstərir. Deyilənlərə misal kimi, "Azər-Yod", "Leqno-Neftçala", "Xəzər" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin, "Neftçala Balıq", "Neftçala-Avtonəqliyyat", "Qaraqaşlı-broyler", "Oriyat-balıq" Açıq Səhmdar Cəmiyyətlərinin və başqalarının adlarını çəkmək olar.
Neftçalada pilot layihə

Neftçala rayonunda qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, həmçinin əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması məqsədi ilə 2015-ci il fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev "Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında" sərəncam imzalayıb. Bu sərəncamdan irəli gələrək, Neftçala Sənaye Məhəlləsinin (NSM) ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələrinin yaradılması başlıca vəzifə olaraq qarşıya qoyulub.NSM-in fəaliyyətinin təşkili və tənzimlənməsi isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilib və sənaye məhəlləsinin fəaliyyəti üçün rayon ərazisində 10 hektar torpaq sahəsi ayrılıb. Eyni zamanda bu sərəncamla İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, NSM-in fəaliyyətinin təşkili, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün. Bununla yanaşı, NSM-in fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsi də İqtisadiyyat nazirliyə həvalə edilib.
Dövlət başçısının imzaladığı sərəncamdan dərhal sonra həm nazirlər kabineti və yerli icra hakimiyyəti orqanı, həm də İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq addımlar atılıb. Rayonda sənaye məhəlləsinin yaradılması istiqamətində görüləcək əlavə işlərə həsr olunan tədbirdə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, bu siyasətin uğurlu icrası nəticəsində ölkəmizdə müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılır. İcraçı direktor hazırda regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə diqqət yönəldildiyini vurğulayıb. R.Nəcəf həmin vaxt onu da bəyan edib ki, 2015-ci ilin sonunadək sənaye məhəlləsinin birinci fazasının yekunlaşdırılması, yəni orada zəruri infrastrukturun və ilkin istehsal sahələrinin yaradılması nəzərdə tutulub: "Biz Neftçala Sənaye Məhəlləsində müəssisələrin yaradılmasına maraq göstərən 16 şirkətlə danışıqlar aparırıq. Bunlar yerli şirkətlərdir, əcnəbi şirkətlərin iştirakı ilə bağlı heç bir məhdudiyyət yoxdur.Sənaye məhəlləsinin rezidenti olmaq istəyənlərdən layihələr qəbul edirik.Rezident sahibkarlara zəruri şərait yaradacağıq.Onlara güzəştli kreditlərin verilməsi, peşə treninqlərinin keçirilməsi, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, mühasibatlığın aparılması və məhsulların satışı ilə bağlı müvafiq təlimlərin təşkili nəzərdə tutulur".
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru R.Nəcəfin həmin çıxışından və Azərbaycan Prezidentinin imzaladığı sərəncamdan ötən müddət ərzində NSM-in ərazisində sənaye məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 7779 m2 olan 4 ədəd istehsal bloku və bütün zəruri infrastrukturun tikintisi işləri aparılıb. Tikinti işlərinə 200 nəfərdən çox yerli sakin cəlb olunub. Ümumilikdə, Sənaye Məhəlləsi üçün ayrılmış 10 ha torpaq sahəsində hər biri 2 moduldan ibarət və ümumi sahəsi 14908 m2 olan 8 ədəd istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcək. Bununla yanaşı, NSM-də fəaliyyət göstərmək istəyən sahibkarlarla hazırda da danışıqlar aparılır.Artıq 18 layihə "Azərbaycan İnvestisiya Şirkəti"nə təqdim edilib. İlkin mərhələdə şirkətlər tərəfindən sənaye məhəlləsinə 7 layihə üzrə 15,6 mln. manat investisiya qoyulacağı və bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir.
Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov mövzu ilə bağlı mətbuata açıqlamasında bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri yaradılıb. Onun fikrincə, bu siyasətin davamı olaraq rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq üçün hazırda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində iş aparılır: "Ötən il icrasına başlanılan sənaye texnologiyaları parklarının istehsal və ixrac imkanlarının artması baxımından müsbət nəticələrin əldə olunması sənaye modellərinin tətbiqinin genişləndirilməsini zəruri edir. Onların sırasında ən mühüm yer tutan iqtisadi modellərdən biri sənaye məhəllələridir.Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.Dünyada bu tipli modelin tətbiqi geniş yayılıb. Avropa və Amerika qitəsi ölkələrində, o cümlədən ABŞ, Fransa, Kanada, Danimarka, İspaniya, Almaniyada sənaye məhsulu istehsalının 30-40 faizi bu cür iqtisadi zonalarda formalaşır".
Millət vəkili bildirib ki, belə iqtisadi zonalara yüksək texnologiyalar əsasında fəaliyyət göstərən mini-fabrik və zavodlar, yüngül və yeyinti sənayesi müəssisələri daxildir: "Yarımfabrikatlar, aksessuarlar, tikinti, məişət materialları hazırlanan həmin ərazilərin məhsulları əsac sənaye mərkəzlərinə - iri zavodlara və texnoparklara göndərilir. Bir sıra hallarda sənaye məhəllələri sənaye texnoparkları üçün ilkin istehsal rolunda çıxış edir. "İnnovasiya rayonları" adlanan bu tipli istehsal ərazilərini bəzi ölkələrdə "mikroistehsal", "bölgə istehsalı", "yüngül istehsal" kimi səciyyələndirirlər. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və sair məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.Sənaye məhəllələri, adətən, sənaye şəhərciklərini və ya onlardan nisbətən kiçik ərazini əhatə edir.Konkret olaraq burada həm yerli, həm də xarici investorlara güzəştlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.Məqsəd sözügedən ərazilərə investisiya qoyuluşunu və rəqabət qabiliyyətli məhsul istehsalını stimullaşdırmaqdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sənaye məhəllələrnin yaradılması prosesi yalnız NSM ilə məhdudlaşmır.Sənaye məhəlləsinin yaradılması imkanlarının araşdırılması məqsədilə İqtisadiyyat nazirliyinin nümayəndələri bir neçə ay bundan öncə Masallı rayonunda da olublar.Burada sənaye məhəlləsinin yaradılması üçün təklif edilən əraziyə baxış keçirilib, müvafiq infrastrukturun yaradılması imkanları araşdırılıb, sənaye məhəlləsində həyata keçirilə biləcək investisiya layihələri barədə təkliflər dinlənilib. Bütün bunlar onu deməyə əsas verir ki, hələlik pilot layihə kimi Neftçala rayonunda salınan sənaye məhəlləsini yaxın zamanlarda Masallıda, eləcə də Azərbaycanın digər rayonlarında da görmək mümkün olacaq. Neftçala ilə yanaşı, digər rayonlarda da sənaye məhəlləsinin fəaliyyətə başlaması yeni iş yerlərinin açılması, bunun sayəsində də rayonda əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnəcək. Həmçinin investisiyaların qoyulması və istehsalın artması nəticəsində rayonların iqtisadi imkanları bir qədər də artacaq.

T.Hacıyev

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!