Vardanyan yenidən hakim qarşısında .....                        “Sputnik Azərbaycan”ın əməkdaşları barədə qərar verildi .....                        İşğal nəticəsində Azərbaycana dəyən zərərin məbləği açıqlandı .....                        “Sputnik Azərbaycan” işinə görə saxlanılanların məhkəməsi keçirilir .....                        Azərbaycanda şəkər tozunun qiyməti bahalaşdı .....                        Ermənistan Azərbaycana 150 milyard dollarlıq zərər vurub - Samir Şərifov .....                        İlqar Mustafayevin qanunsuz əməlləri ifşa edildi - 11 milyon manat... .....                        Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşdü - FOTO .....                        Rəsmi Bakıdan Putinin xüsusi nümayəndəsinə cavab .....                       
Tarix : 16-06-2017, 20:22
Sabirabad rayonunda quşçuluq və pambıqçılıq təsərrüfatları maliyyələşdirilib

Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Sabirabad rayonunun Ulacalı kəndində keçirdiyi işgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan sahibkarlara 3,1 mln. manat güzəştli kredit verilib.
Butov.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, kreditlər əsasən, pambıqçılıq, quşçuluq, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 300-dən çox yeni iş yerinin açılması imkanı yaradacaq.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 524,4 mln. manat güzəştli kredit verilib.
Bugünkü forumda Sabirabad rayonunda ildə 109 mln. ədəd əmtəəlik yumurta və 1,4 min ton quş əti istehsal etmək gücündə olacaq müəssisənin tikintisinə güzəştli kredit ayrılıb. Müəssisə istifadəyə verildikdən sonra burada 130-a yaxın yeni iş yeri yaradılacaq.
Ümumilikdə isə, son illər 40 quşçuluq təsərrüfatına 133,3 mln. manat güzəştli kredit verilib. Həyata keçirilən sistemli tədbirlər nəticəsində, sənaye quşçuluğunun illik istehsal gücü 130 min tonu ötüb, quş əti istehsalı artaraq 2016-cı ildə 95,5 min ton, o cümlədən sənaye üsulu ilə istehsal 2,5 dəfə artaraq 53,4 min tona, yumurta istehsalı 1,6 mlrd. ədədə (36,6% artım), o cümlədən sənaye üsulu ilə istehsal 48,8% artaraq 668,4 mln. ədədə çatıb. Bu məhsullarla özünütəminetmə səviyyəsi yüksəlib, ixrac imkanları artıb.
Qeyd edək ki, 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı məqsədilə 144 sahibkara 7,2 mln. manat güzəştli kredit verilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!