Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                       
31-07-2022, 19:35
Macarıstan Qran-prisinin qalibi məlum oldu


Macarıstan Qran-prisinin qalibi məlum oldu

"Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi məlum olub. Butov.az xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen birinci yerə çıxıb. Finişə ikinci "Mercedes"in pilotu Lüis Hemilton çatıb. Onun komanda yoldaşı Corc Rassel isə yarışı üçüncü yerdə qərarlaşıb.
31-07-2022, 19:31
Cəlilabadda zəlzələ oldu


Cəlilabadda zəlzələ oldu

Cəlilabad rayonunda 3,3 maqnitudalı zəlzələ olub. Butov.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 18:35-də Cəlilabad stansiyasından 20 km qərbdə Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
31-07-2022, 19:26
Moskva "Qızıl Xaç"ın əməkdaşlarını Donetskə buraxmadı


Moskva "Qızıl Xaç"ın əməkdaşlarını Donetskə buraxmadı

Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşlarını Ukraynanın işğal altındakı ərazilərinə buraxmayıb. Butov.az-ın xəbərinə görə, Kreml "Qırmızı Xaç"ın əməkdaşlarının Donetsk vilayətindəki "Novaya Yelenovka" düşərgəsində saxlanılan ukraynalı hərbi əsirlərlə görüşünə icazə verməyib. Bu barədə Komitənin Tvitter hesabında məlumat verilib. “Yelenovka hərbi əsir düşərgəsinə edilən son hücumu qətiyyətlə pisləyirik. Ukraynadakı silahlı münaqişə çoxlu sayda insanın ölümünə və ailələrin dağılmasına səbəb olub. Müvafiq görüşün təmin edilməsi Cenevrə Konvensiyalarına uyğun olaraq münaqişə tərəflərinin üzərinə düşür”, - məlumatda qeyd olunub.
31-07-2022, 19:19
"Neftçi"-"Rapid" oyununun hakimləri bəlli oldu


"Neftçi"-"Rapid" oyununun hakimləri bəlli oldu

Bakıda “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək. Butov.az xəbər verir ki, matçın baş hakimi Dario Bel olacaq. Ona Maryan Tomas və Kristian Novosel köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Tixomir Pein yerinə yetirəcək. Qeyd edək ki, avqustun 4-də “Bakcell Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq.
31-07-2022, 19:11
Denge qızdırmasına yoluxma sayı artır


Denge qızdırmasına yoluxma sayı artır

Kubada Denge qızdırmasına yoluxma sayı artır. Butov.az xəbər verir ki, Kuba Səhiyyə Nazirliyi Denge qızdırması ilə əlaqədar profilaktika və nəzarətin artırılması barədə göstəriş verib. Həftə ərzində Denge qızdırmasına 23,7 min yoluxma qeydə alınıb. Bu göstərici öncəki həftə ilə müqayisədə 6 min, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz çoxdur. Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə yayılan Denge virus infeksiyasıdır, daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı ağır daxili qanaxma ilə müşayiət olunur.
31-07-2022, 19:08
Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi


Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi

Azərbaycanın tanınmış pedaqoqu, Bakının 132 saylı məktəbinin sabiq direktoru Aliyə Təhmasib vəfat edib. Bu barədə teleaparıcı Saleh Bağırov məlumat yayıb. A.Təhmasib 75 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Uzun illər 132 nömrəli məktəbə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb. 2007-ci ilin mart ayında Aliyə müəllim təhsilin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb. Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvü olub. 2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanan 132 saylı məktəbin açılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınıb. O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilib.
31-07-2022, 19:02
Toya dava salan molla qovuldu


Toya dava salan molla qovuldu

İranda toy mərasimi zamanı molla döyülüb. Bu barədə “Azad İran” “Telegram” kanalının məlumat verib. Fars əyalətinin Darab şəhərinin Xeyrabad qəsəbəsində keçirilən toy məclisinə gələn molla rəqs edən gənclərə mane olmaq istəyib. Lakin bundan qəzəblənən mərasim iştirakçıları mollanı döyərək toydan qovublar.
31-07-2022, 18:57
4 saata 13 mindən çox bilet satıldı


4 saata 13 mindən çox bilet satıldı

“Qarabağ” klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində avqustun 3-ü “Ferenstvaroş”a (Macarıstan) qarşı keçirəcəyi ev oyunu üçün biletlər bu gün saat 11:00-da satışa çıxarılıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 4 saat ərzində 13 min 500 bilet satılıb. Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.
31-07-2022, 18:53
"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq


"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq

"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlanıb: "Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək".
31-07-2022, 18:50
Çin hərbi təyyarələrini Tayvana göndərdi


Çin hərbi təyyarələrini Tayvana göndərdi

Çin Hərbi Hava Qüvvələrinin təyyarələri ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün Tayvan adasına göndərilib. Bu barədə Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Şen Tsinke bildirib. Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin bir çox təyyarələri adada uçuşlar həyata keçirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!