Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
31-07-2022, 18:43
Norveç Ukraynaya zirehli texnikalar verdi


Norveç Ukraynaya zirehli texnikalar verdi

Norveç Ukraynaya “Iveco LMV” markalı 14 ədəd yüngül zirehli döyüş maşını verib. Bu barədə Norveç hökuməti məlumat yayıb. Krallığın müdafiə naziri Born Arilda Qrammın sözlərinə görə, Norveç Ukraynanın müdafiəsi üçün bu ölkəyə yardım göstərməyə davam edəcək. Bu məqsədlə Krallıqda Ukraynaya əlavə dəstək göstərilməsi imkanları daim təhlil edilir.
31-07-2022, 18:38
İran-Əfqanıstan sərhədində atışma başladı


İran-Əfqanıstan sərhədində atışma başladı

İran sərhədçiləri və “Taliban” silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma başlayıb. Butov.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Hilmənd rayonunun rəhbəri Meysam Barazande bildirib. Onun sözlərinə görə, hazırda sərhəddə atışma gedir. M.Barazande silahlı toqquşma nəticəsində itkilərin sayının dəqiqləşdirildiyini vurğulayıb. İnsidentin səbəbi hələlik açıqlanmayıb.
31-07-2022, 18:36
Putin yeni doktrina imzaladı: İldırımsürətli cavab...


Putin yeni doktrina imzaladı: İldırımsürətli cavab...

Rusiya Prezidenti Vladimir Putin yeni dəniz doktrinası imzalayıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. O, Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır: "Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım sürəti ilə cavab verməyə hazırdır", - deyə Putin qeyd edib. Yeni doktrinaya görə, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil Alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir. Doktrina Rusiyanın, ilk növbədə, Arktika, Qara, Oxotsk və Berinq dənizlərində milli maraqların sərhədləri və zonalarını müəyyən edir. Bundan əlavə, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi” nəzərdə tutulur. Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır.
31-07-2022, 18:33
Meymunçiçəyi daha bir ölkənin qapısını döydü


Meymunçiçəyi daha bir ölkənin qapısını döydü

Monteneqroda meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb. Butov.az xəbər verir ki, ölkənin İctimai Səhiyyə İnstitutundan verilən məlumata görə, xəstəlik Monteneqro vətəndaşında aşkar edilib. Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
31-07-2022, 18:30
Bakı erməni təxribatlarına hansı cavabı hazırlayır...


Bakı erməni təxribatlarına hansı cavabı hazırlayır...

"Ermənilərin həm Ermənistan-Azərbaycan sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdən atəşkəsi intensiv pozması, müxtəlif təxribatlara əl atması təbii olaraq, Azərbaycanı da adekvat və təsirli addımlar atmağa vadar edir". Bu ifadəni erməni təxribatlarından və müharibə vəziyyətinin bərpa olunacağı haqqında iddialardan danışan hərbi ekspert Ədalət Verdiyev bildirib. O qeyd edib ki, 21 ay 22 gün əvvəl rus sülhməramlılarının nəzarətindəki ərazilərdən çıxarılmalı olan ermənilərin hələ də həmin ərazilərdə qalması, üstəlik döyüş mövqeləri hazırlayıb, oradan Azərbaycan ordusunun birbaşa nəzarətindəki ərazilərə, hərbçilərimizə atəş açması tərəfimizdən separatçı rejimin daha təsirli və səmərəli şəkildə cəzalandırılmasını şərtləndirir: "Zəngəzur dəhlizinin bu günə qədər açılmaması, rusların nəzarətində olan ərazilərdən erməni silahlılarının çıxarılmaması, həmçinin Azərbaycanlı əhalinin doğma yurd-yuvalarına qayıtmaması Ermənistanın birgə bəyanatda üzərinə götürdüyü məsələləri yerinə yetirməməsi kimi də dəyərləndirilə bilər. Bu isə Azərbaycanın da həmin birgə bəyanatdan imzasını geri çəkməsinə, başqa sözlə desək, vəziyyətin 9 noyabr 2020-ci il tarixinə qayıtmasına səbəb ola bilər. Baş verən hadisələr bir daha onu göstərir ki, Ermənistan və rusların müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında hələ də mövcud olan qanunsuz rejim təxribat fəaliyyətlərindən əl çəkmək niyyətində deyil. Onlar bu əməllərində ən qısa müddətdə dəyişiklik etməsələr, ciddi şəkildə Azərbaycan tərəfindən cəzalandırılacaqlar". Qeyd edək ki, son günlər Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub. Qarşı tərəf cavab tədbirləri nəticəsində susdurulsa da, erməni təxribatları davam etdirirlər.
31-07-2022, 18:19
Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu imiş...


Qaziləri aldadan şəxs icra başçısının qardaşı oğlu imiş...

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxsin icra başçısının qohumu olması müəyyən edilib. Butov.az xəbər verir ki, iyulun 27-də saxlanılan Elvin Əliyev Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğludur. Məlumata görə, bu, onun ilk dələduzluğu deyil. Qeyd edək ki, vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsi və onların maddi vəsaitlərinin ələ keçirilməsi ilə bağlı çoxsaylı faktlara dair daxil olmuş məlumatlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində Elvin Əliyev məsuliyyətə cəlb edilib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
31-07-2022, 18:14
Dollar bahalaşır: Manatı hansı aqibət gözləyir?


Dollar bahalaşır: Manatı hansı aqibət gözləyir?

"Dollar bahalaşsa belə Azərbaycan üçün təsiri olmayacaq. Çünki ölkədə valyuta inzibati qaydada tənzimlənir. Artıq 6-cı ildir ki, dolların məzənnəsi ölkə üçün 1.70 civarında götürülür". Bu sözləri Butov.az-a dollar, avro və rublun dünya bazarındakı məzənnəsi haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O aparıcı valyutaların payız aylarındakı durumu haqqında proqnozları diqqətə çatdırıb: "Azərbaycanda digər valyutaların məzənnəsi dolların manata olan məzənnəsi üzərində hesablanır. Yəni dollar avroya qarşı güclənirsə, Azərbaycanda da avro zəifləməyə başlayır və manat qarşısında ucuzlaşır. İstənilən valyuta eyni qaydadadır. Dünyada baş verən proseslər, bazar iqtisadiyyatı Azərbaycana təsir etmir. Neftin qiyməti yüksək qaldıqca, digər məzənnələrin manata elə də təsiri olmayacaq. Əsas inzibati məzənnə manat və dollar üzərindədir".



Dünyada çox qəribə tendensiyanın hökm sürdüyünü söyləyən ekspertin sözlərinə görə, qiymət bahalaşması artır, inflyasiya sürətlənir deyə mərkəzi banklar faizi artırır: "Bu, o deməkdir ki, valyutalar bahalaşır. O cümlədən dollar indeksi son zamanların tarixi maksimumuna çatıb. 108-109 punkta yaxınlaşan dollar indeksi son illərin ən yüksək göstəricisidir. Dollar yenə də güclü və digər valyutalara nisbətən dayanıqlı görünür. Avro isə dollara qarşı ucuzlaşır. Amma payız aylarında Avropa Mərkəzi Bankı ard-arda faiz artırsa, avro özünə gələ bilər. Rubla gəldikdə isə, bizdəki kimi inzibati qaydada tənzimlənir, azad bazara əvvəlki qaydada satılsaydı, rubl daha ucuz olardı. Amma inzibati qaydada tənzimləndiyinə görə, rublun gələcək taleyi hökumətin verəcəyi qərarlardan asılı olacaq. İstənilən halda rublun taleyi yaxşı görünmür. Çünki inzibati tənzimləmə bir müddət sonra ləğv edilməlidir və bu, rublun kəskin ucuzlaşmasına gətirib çıxara bilər".
31-07-2022, 18:01
Azyaşlı bacılar itkin düşdülər


Azyaşlı bacılar itkin düşdülər

Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Qardabani bölgəsində 2 azyaşlı qız itkin düşüb. Butov.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gündür itkin düşmüş azyaşlı bacıları axtarır. Məlumata görə, onlar evi tərk ediblər, lakin bir daha geri qayıtmayıblar. İtkin düşən uşaqlar barədə hələlik başqa məlumat yoxdur.
31-07-2022, 17:56
Zelenski məcburi təxliyyə əmri verdi


Zelenski məcburi təxliyyə əmri verdi

Ukrayna Prezidenti Volodimir Zelenski şiddətli döyüşlərin getdiyi Donetsk vilayətində insanların məcburi təxliyəsinə göstəriş verib. Bu barədə ukraynalı lider videomüraciət yayıb. Zelenski bildirib ki, Donbass bölgələrində yüz minlərlə insan yaşayır. "Yüz minlərlə insan, on minlərlə uşaq var. Çoxları getməkdən imtina edir. Bunu həqiqətən etmək lazımdır. Bu nə qədər tez baş verərsə, Donetsk bölgəsini nə qədər çox insan tərk edərsə, rus ordusunun sizi öldürməsi üçün fürsəti bir o qədər az olacaq. Əgər belədirsə, lütfən, döyüş bölgələrində qalanlarla danışın. Xahiş edirəm, onları bölgəni tərk etməli olduqlarına inandırın",- Zelenski deyib. O, bölgəni tərk edən sakinlərə kompensasiya veriləcəyini vurğulayıb.
31-07-2022, 17:51
İraqda vəziyyət daha da pisləşdi


İraqda vəziyyət daha da pisləşdi

İraq parlamenti etirazçılar tərəfindən zəbt edildikdən sonra ölkədə siyasi gərginlik yaranıb. Butov.az xəbər verir ki, İraqın Baş naziri Mustafa Əl-Kazımi xəstəxanalardan başqa bütün dövlət qurumlarının fəaliyyətini dayandırdığını bəyan edib. O, siyasi və dini qrupları dialoqa çağırıb. Etirazçılar Baş nazirin istefa verməsini və yeni Baş nazirin seçilməsini tələb edirlər. İraq mətbuatı yazır ki, başqa dövlətlərin İraqın daxili işlərinə qarışması nəticəsində daxili siyasi mübarizə gərgin xarakter alıb. Siyasi partiya və dini qruplaşmalar konsensus əldə edib, yeni hökumət qura bilərlər. Lakin kənar qüvvələrin İraq uğrunda mübarizəsi gərginləşdikcə, daxili qüvvələrin də siyasi hakimiyyət uğrunda mübarizəsi gərgin xarakter alır və dialoq arxa plana keçib. Hələlik etirazlar davam edir və siyasi qüvvələr danışıqlar masası arxasında oturmaq fikrində deyillər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!