Baş prokuror Çinə səfər edib .....                        Bakıda 2 nəfər dəm qazından öldü .....                        Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                       
11-07-2022, 12:33
Lapid Ərdoğana minnətdarlıq edib

"Türkiyə-İsrail münasibətləri Yaxın Şərqdə sabitlik üçün böyük əhəmiyyət kəsb edir"

Lapid Ərdoğana israillilərə qarşı terror aktlarının qarşısının alınmasına görə minnətdarlıq edib
İsrailin baş naziri Yair Lapid bazar günü, iyulun 10-da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları aparıb.
Bu, Lapidin hökumət başçısı seçiləndən sonra Türkiyə prezidenti ilə ilk danışığıdır. Bu barədə "Vesti" saytı məlumat yayıb.
Lapid Ərdoğanı və ölkəsinin vətəndaşlarını Qurban bayramı münasibətilə təbrik edib.
Lapid Ərdoğana Türkiyədə israillilərə qarşı terror aktlarının qarşısının alınmasında əməkdaşlığa və yardıma görə təşəkkür edib.
Öz növbəsində Türkiyə prezidenti Lapidi baş nazir vəzifəsinə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Ərdoğan Lapidin 26 iyun 2022-ci ildə Ankaraya səfərini yüksək qiymətləndirib (o zaman Lapid xarici işlər naziri vəzifəsində olub).
Söhbət zamanı hər iki lider Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik, iqtisadiyyat və sabitlik üçün böyük əhəmiyyət kəsb etdiyi barədə yekdil fikrə gəlib.
Onlar Türkiyə ilə İsrail arasında aviasiya sahəsində yeni sazişi yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin bundan sonra da yaxşılaşdırılmasına ümid etdiklərini bildiriblər.
11-07-2022, 12:06
Yaponiyada matəm elan olundu


Yaponiyada matəm elan olundu[b][/b]

Kuba rəhbərliyi Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin öldürülməsi ilə əlaqədar matəm elan etmək qərarına gəlib.
Bu barədə yerli “Prensa Latina” agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 11-də matəm elan olunacaq. Ölkənin hərbi və digər dövlət qurumlarında dövlət bayraqları yarıya endiriləcək.
Xatırladaq ki, iyulun 8-də Yaponiyanın keçmiş baş naziri Sindzo Abeyə qarşı sui-qəsd olub. 67 yaşlı siyasətçi ölkənin Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən vurulub. Belə ki, 41 yaşlı Nara sakini Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş baş nazirə iki dəfə atəş açıb. Sindzo Abe xilasedici helikopterlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
11-07-2022, 11:54
“Şimal axını” kəmərində qaz nəqli dayandırıldı

“Şimal axını” kəmərində qaz nəqli dayandırıldı
Rusiyadan Avropaya "Şimal axını" kəməri ilə göndərilən qaz nəqli dayandırılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Şimal axını” kəmərində qaz təchizatı 11-21 iyul tarixlərində - 10 gün müddətinə planlı təmir işləri aparılması məqsədilə dayandırılıb.
Qeyd edək ki, iyun ayında Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” ilə Avropaya qaz axınını əhəmiyyətli dərəcədə azaldıb.
11-07-2022, 11:52
Şimali Qafqazda İŞİD-in 11 üzvü həbs edildi

Şimali Qafqazda İŞİD-in 11 üzvü həbs edildi
Rusiya Federal Təhlükəsizlik Xidməti Qaraçay-Çərkəz Respublikasında region sakinlərini terror fəaliyyətinə cəlb etməkdə iştirak edən İŞİD beynəlxalq terror təşkilatının gizli şəbəkəsinin 11 üzvünü saxlayıb. Bu barədə TASS FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadla xəbər yayıb.
Məlumata görə, saxlanılan 11 nəfərin hamısı Rusiya vətəndaşıdır. Onların həmçinin, internetdə təbliğat apardıqları bildirilir.
Saxlanılan zaman onlardan 10 ədəd mülki odlu silah, 1 ədəd “Makarov” tapançası, lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd qumbara, xeyli miqdarda döyüş sursatı və təbliğat materialları götürülüb.
11-07-2022, 11:39
İsveç PKK üzvlərinin siyahısını hazırladı


İsveç PKK üzvlərinin siyahısını hazırladı

İsveç Türkiyəyə ekstradisiya üçün Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinin siyahısını hazırlayıb.
Siyahıya 10 nəfərin adı daxil edilib.
Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyaya ölkədə qadağan olunmuş PKK üzvlərinin ekstradisiyası üçün yazılı tələb göndərib.
Xatırladaq ki, Madriddə keçirilən NATO sammiti ərəfəsində Türkiyə, İsveç və Finlandiya təhlükəsizliklə bağlı memorandum imzalayıb. Ölkələr terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
11-07-2022, 11:06
Cənnət - Şuşanı azad görmək haqqı


Cənnət - Şuşanı azad görmək haqqı

İşğaldan azad edilmiş ərazilərimizi ziyarət etmək təkcə vaxtilə həmin ərazilərdə yaşamış həmvətənlərimizin deyil, bütün Azərbaycan vətəndaşlarının arzusudur. İnsanlarımız qrup halında təşkil oluynan səfərlər hesabına tədricən bu arzularını gerçəkləşdirirlər. Vətəndaşlarımızın hazırda abadlaşdırılan, bərpa edilən, yaşayış və fəaliyyət üçün infrastruktur qurulan həmin ərazilərdə məskunlaşacağı gün də uzaqda deyildir.
Bu günlərdə arzusuna qovuşaraq Şuşanı ziyarət edən Behbudov Nazim müəllim də çox sevinclidir. Çünki o, bu xoş günü görməyi haqq etmişdi. Birinci Qarabağ savaşının iştirakçısı kimi uğrunda vuruşduğu Qarabağın tacı Şuşanın, dünyaya göz açdığı doğma Cəbrayılın yağı tapdağından azad olunmasını görməkdən, müqəddəs torpağın bərəkət saçan ətrini duymaqdan, gözəl təbiətinin əsrarəngiz mənzərəsini seyr etməkdən daha gözəl nə ola bilər ki? Bu, elə Cənnəti bu dünyada görmək kimidir!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi “Dəmir Yolları” Şöbəsinin İdarə Heyətinin üzvü, müharibə veteranı Behbudov Nazim Möhür oğlunun erməni təcavüzkarlarının Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı Dağlıq Qarabağ və ətraf bölgələrdə ərazilərimizə və mülki şəxslərə qarşı apardıqları təcavüzə qarşı döyüşlərə ilk qatılanlardan olmuşdur. Belə ki, 1989-cu ilin yayında sovet ordusundan tərxis olunduqdan sonra 19-20 yanvar 1990-cı ildə Bakı şəhərində və digər regionlarda Azərbaycan xalqına qarşı törədilən qanlı faciəyə biganə qalmayaraq əyani təhsilini yarımçıq qoyub Şuşada yaradılmış ərazi özünümüdafiə dəstəsinə könüllü qoşulmuşdur.
Həmin illərdə keçmiş Sovet İttifaqı Silahlı Qüvvələri və digər hüquq-mühafizə orqanları Dağlıq Qarabağda və ətraf ərazilərdə ermənilərə hərtərəfli havadarlıq edirdilər. Buna baxmayaraq, o dövr üçün nadir hal hesab edilən və cəsarət tələb olunan şəraitdə N.M.Behbudov gənc həyatını təhlükəyə ataraq əsasən də polislərdən (o zamankı milislərdən) ibarət zəif silahlanmış ərazi özünümüdafiə dəstəsinin tərkibində erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak etmiş, azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi məqsədilə yaradılmış postlarda dayanırdı. O dövrlərdə əsasən mülki vətəndaşların təhlükəsizliyinin qorunması və azərbaycanlı yaşayış məntəqələrinə erməni quldur dəstələrinin hücümlarının qarşısının alınmasında iştirak edir və bu məqsədlər üçün yaradılmış postlarda keşik çəkirdi. Dəfələrlə o dövr üçün xarakterik olmayan açıq döyüşlərdə iştirak etmiş və bu hala seyrçi mövqe tutan sovet silahlı qüvvələrinin və o vaxtkı hüquq-mühafizə orqanlarının yüksək çinli məmurlarına öz etirazını bildirmişdir. Hətta bir neçə dəfə sovet silahlı qüvvələri və digər güc strukturları tərəfindən saxlanılmış və təcridxanaya salınmışdır. Təcridxanada işgəncələrə məruz qalmış və Dağlıq Qarabağda hərbi komendantlır rejimi tətbiq edildiyində bölgəyə bir daha gəlməsinə qadağa qoyulmuşdur.
Bundan sonra N.M.Behbudov qarşılaşdığı haqsızlıqlara dözməyib 1991-ci ildə doğma Cəbrayıl rayonuna qayıdır və ərazidə erməni təcavüzkarlarına qarşı rayonda yeni yaradılan könüllü müdafiə dəstələrinə qoşulur. Rayonun sərhəddində yerləşən erməni kəndlərinin erməni təcavüzkarlarından təmizlənməsində fəal iştirak etmiş və rayonun müdafiəsi üçün yaradılmış postlarda durmuşdur. Çox təəssüflər olsun ki, 1993-cü ilin yaz-yay aylarında Qarabağ bölgəsi, o cümlədən Cəbrayıl rayonu erməni təcavüzkarları tərəfindən, havadarlarının hesabına, işğal olunur. N.M.Behbudov ailəsi ilə birlikdə öz doğma torpaqlarından didərgin düşür və məcburi köçkün qismində İmişli şəhərinə pənah gətirirlər. Qarşılaşdığı sosial-mənəvi sarsıntılara baxmayaraq, Heydər Əliyevin 1993-cü ilin payızında torpaqlarımızın müdafiəsi üçün xalqa müraciətindən ruhlanaraq yenidən döyüşə yollanmışdır. 1994-cü ilin əvvəlində həyata keçirilən uğurlu Horadiz hərbi ənməliyyatında döyüşmüşdür. Atəşkəsdən sonra tərxis olunmuş və arxa cəbhədə dəmir yolunda əmək fəaliyyətinə başlamışdır. O, ön cəbhədə döyüşlərdə göstərdiyi fədakarlıqlar kimi, arxa cəbhədə əmək fəaliyyətində də əzmkarlıqla çalışmışdır. İşlədiyi əmək kollektivinin böyük rəğbətini qazanmaqla ictimai işlərdə fəal iştirak etrmişdir. Rəhbərlik onun fədakar əməyini məqsədyönlü sanmış və fəhləlikdən idarə rəhbərliyinə kimi yüksəltmişdir.
Bacarıqlı, işgüzar və ali ixtisaslı kadr kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin aparatına dəvət olunmuşdur (N.Behbudov 2000-ci ildə Bakı Dəmir Yolu Nəqliyyatı texnikumunun yol təsərrüfatı və süni qurğular fakültəsini, 2005-ci ildə Bakı Dövlət İqtisad Kollecinin hüquq fakültəsini və 2014-cü ildə isə Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Akademiyasının yol təsərrüfatı fakültəsini bitirmişdir). Dəmir yolunda aparılan layihələrin həyata keçirilməsində və sahə üçün vacib olan texniki ədəbiyyatların hazırlanmasında bilavasitə iştirak edir.
2016-cı ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi “Dəmir Yolları” şöbəsinin ilk üzvlərindən biridir və şöbənin yaranmasında fəal iştirak etmişdir. Hazırda çalışdığı sahə - Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi bu kateqoriyadan olan vətəndaşların mənafeyinin müdafiəsində mühüm rol oynayır. Buna görə də N.M.Behbudovun həm ön cəbhədə, həm də arxa cəbhədəki fəaliyyəti səmərəli və məhsuldar alınmışdır. Dəmir yolundakı əmək fəaliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək 2012-ci ildə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunmuşdur.
N.M.Behbudov nümunəvi işçi olmaqla yanaşı, Respublikanın ictimai həyatında yaxından iştirak etməklə dövlətçilik ənənələrinə sadiqlik göstərir və seçki məntəqəsinin üzvüdür. N.M.Behbudovun ölkə başçısının yürütdüyü siyasətə sadiqlik göstərməklə bu yönümdə qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə onun əməyi yüksək qiymətləndirilərək 2018-ci ilin fevralında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunmuşdur, Dəmiryolçu – müharibə veteranlarının sosial vəziyyətlərinin yaxşılaşdırılmasında və hüquqlarının müdafisəsində yaxından iştirak edir. 2018-ci ildə AVMVİB-nin yaranmasının 25 illik yubileyi medalı ilə təltif olunmuşdur.
Vətən müharibəsi vaxtı yaşı və hərbi mükəlləfiyyətinə görə səfərbərlik şöbəsinə müraciət etməsinə baxmayaraq, döyüşə səfərbər olunmamışdır. Buna baxmayaraq, ürəyi vətənpərvərlik hissilə döyünən N.Behbudov bir neçə dəfə ön cəbhəyə əsgərlərə sovqat aparmış və əsgərlərlə görüş keçirmişdir. Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni təcavüzkarların işğalı altında olan doğma torpaqlarımızın azad olunmasında keçmiş döyüşçü veteran kimi ön cəbhədə döyüşən əsgərlərimizə göstərdiyi mənəvi dəstəyə və töhfələrə görə 2021-ci ildə tarixi qələbəmizin şərəfinə Azərbaycan Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Böyük Zəfər” xatirə medalı ilə, 2022 - ci ildə "Vətənpərvərlik işində xidmətlərə görə" medalı ilə təltif olunmuşdur. Bundan başqa, Azərbaycan ordusunun yaranmasının 104 illiyi münasibətilə “N” saylı hərbi hissənin Fəxri fərmanı ilə təltif edilmişdir.
Nazim müəllim bu qənaətdədir ki, düşmən üzərində Qələbəni, doğma yurdu azad görməsi taleyin ona bəxş etdiyi ən böyük mükafatdır.

Sevil Həsənli
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!