Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
17-07-2022, 23:48
Polis Petrosyanın evində axtarış aparıb


“Bomba şousu”: Polis Petrosyanın evində axtarış aparıb

Ermənistanın birinci prezidenti Ter-Petrosyanın evinə bomba qoyulduğu barədə məlumat daxil olub.
Bu barədə eks-prezidentin mətbuat katibi Aram Musinyan “Sputnik Ermənistan”a deyib.
Bildirib ki, Petrosyanın malikanəsində polis əməkdaşları axtarış aparıblar, həmçinin əraziyə Patrul Xidmətinin alayı cəlb edilib.
Axtarışların nəticə vermədiyi, məlumatın yalan olduğu qeyd edilir.
17-07-2022, 14:35
"Nur Ocağı" təqdim edir:


Havva Nazim


"Nur Ocağı" təqdim edir
Kəndim
Həsrətəm yaz vaxtı “Öküzdağı”nın,
Döşündə lalələr saymağa, kəndim.
Utancaq güllərə bir tumar çəkib,
Bənovşə ətrini duymağa, kəndim.
*
Dümanın dərələr boyu sürünər,
Dümağ yapıncıya hərdən bürünər,
Bax yalın başından, füsun görünər,
Heç səndən olarmı doymaq, a kəndim?!
*
Şirin xəyallara səndə dalam kaş,
“Kələmdərəsi”ndə qələm alam kaş,
Pürrəngi çay ilə qonaq olam kaş,
Səhərlər bal dadan qaymağa, kəndim.
*
Yellənəm dumanın çənli saçından,
Nələr yada düşməz binə köçündən?
Toplayam yenə də otlar içindən,
Quzqulaq, gicitkən oymağa, kəndim.
*
Qəlbindən həsrəti bir gün siləcək,
Səni görcək bil ki, üzü güləcək,
Havva qucaq açıb yenə gələcək,
Yolunda bu canı qoymağa, kəndim.

10.04.2022
Həsrət
Dəyişməyin bir tozunu Vətənin,
Qucaq-qucaq almazına qürbətin.
Yavan çörək orda baldır, inan ki,
Unutmazsan damağında ləzzətin.
*
Yada düşsə qəlbin oda qalanar,
Hər telindən nisgil yükü sallanar,
Xəyallarda el-obaya yollanar,
İçin-için hey çəkərsən həsrətin.
*
Nə toyunda, nə yasında olursan,
Nə ağlayır, nə ürəkdən gülürsən,
Sən elinin qürbətlərdə bilirsən,
Hər tozunun, zərrəsinin qiymətin.
*
Hardan düşdün bu yabançı ellərə?
Dön yurduna, min qanadlı yellərə.
Ya dərviştək düş piyada yollara,
Çəkmə daha qürbət elin minnətin.
*
Bax, Havvanın könlü qubar eləyir,
Vücudunu həsrətlərə bələyir,
Axşam-axşam oturanda diləyir,
Qohumların dadlı-duzlu söhbətin.

29.04.2022

Gedirəm
Hərəyə bir ömür verib Yaradan,
Yolunun rəngləri ağdan, qaradan,
Çəkib göy qurşağı mən də aradan,
Rənglərin selində üzüb gedirəm.
*
Yerdən ta göylərə cığır salıram,
Küsən buludların könlün alıram,
Açıb qanadımı laçın oluram,
Əngin səmalarda süzüb gedirəm.
*
Dəryanın damlası bilib özümü,
Havvayam, deyirəm hərdən sözümü.
Hər kiçik damlada qoyub izimi,
Sonsuz ümmanlara sızıb gedirəm.

07.07.2022

Söylə
Söylə, göyərçinim, söylə qəribə,
Mənə yaxınımdan, yadımdan söylə.
Külünün hisləri ovcumda qalan,
İsti ocağımdan, odumdan söylə.
*
Söylə, darıxırmı ata ürəyi?
Anam bişiribmi sacda çörəyi?
Yanında vardımı təzə dürməyi?
Yavan çörəyimdən, cadımdan söylə.
*
Azadsan uçuşda, vüsətə dal sən,
Sərhədsiz səmada qanadlar çal sən,
Havvanın elindən yolunu sal sən,
Vətənə salamlar adımdan söylə.


25.12.2021
17-07-2022, 14:05
Ağstafada Qazilərlə görüş olub.

Ağstafa RİH başçısı Seymur Orucov Vətən müharibəsi iştirakçıları və Qazilərlə görüşüb.

Vətən müharibəsi iştirakçılarının sosial problem və qayğılarını operativ şəkildə həll etmək məqsədilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qazilərlə görüşü davam edir. Növbəti görüşü giriş sözü ilə açan Ağstafa rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, ölkə rəhbərliyi Vətən müharibəsi iştirakçılarının sosial rifahını yüksəltmək işinə xüsusi önəm verir. Məhz buna görə yerli icra hakimiyyəti orqanları bu sahədə bütün imkanlarını səfər ediblər. Daha sonra söz alan qazilər müharibədən sonra dinc həyata adaptasiya olunmaqda üzləşdikləri çətinliklərdən söz açdılar.

Qaldırılan bir sıra problemlərin həlli mərkəzi icra hakimiyyət orqanlarının səlahiyyətləri çərçivəsində olduğundan bu qurumlara müvafiq müraciətlərin ediləcəyi bildirildi. Digər məsələlərlə əlaqədar isə Ağstafa rayon İcra Hakimiyyəti aparatında fəaliyyət göstərən “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə bir sıra tapşırıqlar verildi.
Görüşdə çıxış edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin təşəkkülərini bildirdilər.
17-07-2022, 08:51
Blinken də Bayramov-Mirzoyan görüşündən yazdı


Blinken də Bayramov-Mirzoyan görüşündən yazdı

Ceyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar.
Bunu ABŞ Dövlət katibi Entoni Blinken Tvitter hesabında yazıb.
“Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, - Blinken vurğulayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Tiflisdə bir araya gəlib.
17-07-2022, 08:46
Gürcüstan NATO-dan daha bir status aldı

Gürcüstan NATO-dan daha bir status aldı

Gürcüstan təhlükəsizlik baxımından “Dəniz mühafizəsi” əməliyyatında NATO tərəfdaşı statusu alıb. Bu barədə “Novosti Georgia” məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Sahil Mühafizəsinin taktiki bölmələri bu gün dörd səviyyəli NATO qiymətləndirməsini uğurla başa vurub.
Gürcüstan Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi bu gün 24-cü ildönümünü qeyd edir.
17-07-2022, 08:42
İran admiralı öldü


İran admiralı öldü

İran Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti ölüb.
Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Ali rütbəli zabitin xidməti vəzifələrini yerinə yetirərkən öldüyü bildirilir.
Admiral Beitaleh Devsaların dəfn mərasimi ölkənin şimal sahilindəki Nouşəhr bölgəsində keçiriləcək.
Onun necə öldürüldüyü barədə məlumat verilməyib.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!