Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
16-07-2022, 21:46
ABŞ Rusiyanı İrəvandan çıxarır


ABŞ Rusiyanı İrəvandan çıxarır
ABŞ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üzərində işləyir.
Bu sözləri erməni ekspert Suren Sərkisyan FTX rəhbəri Uilyam Bernsin İrəvana səfərini şərh edərkən qeyd edib.
O bildirib ki, ABŞ-ın regionda siyasəti dəyişməyib. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tam bərpasına yönəlib.
Sərkisyanın fikrincə, məhz buna görə Berns baş nazirdən əlavə Ermənistan MTX-nin deyil, Təhlükəsizlik Şurasının katibi ilə görüşdü, çünki Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində prosesə İrəvan tərəfdən Armen Qriqoryan rəhbərlik edir, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşən də odur.
“FTX-nin regionda hədəfi Rusiya və İran olaraq qalır. Ancaq hazırda əsas diqqət Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır, buna görə də Tehran hələlik sakitliyini qoruyur.
ABŞ Rusiyanın Ermənistanda hərbi bazasının və Qarabağda sülhməramlılarının olmasını Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə ən ciddi maneə sayır. Buna görə də anlamaq lazımdır ki, Berns İrəvana hardan gəlib və buradan hara gedəcək”, - Sərkisyan vurğulayıb.
Qeyd edək ki, FTX rəhbərinin İrəvana səfəri ciddi reaksiyalara səbəb olub. Belə ki, bu, son 28 ildə ilk dəfədir.
Bernsin İrəvana səfəri haqda məlumatlar qapalı saxlanılırdı, yalnız ötən gün axşam saatlarında onun Paşinyan və Qriqoryanla görüşü təsdiqləndi.
16-07-2022, 21:38
Bayramovdan Tiflis səfəri ilə bağlı paylaşım

Bayramovdan Tiflis səfəri ilə bağlı paylaşım
Gürcüstanın xarici işlər naziri İlya Daçiaşvili ilə görüşmək xoş oldu.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Tvitter hesabında yazıb.
“Azərbaycan-Gürcüstan möhkəm strateji tərəfdaşlığının əhəmiyyəti bir daha vurğulanıb, regionda davamlı sülh və tərəqqiyə nail olmaq üçün göstərilən səylərə görə minnətdarlıq bildirilib”, – C.Bayramov vurğulayıb..
Qeyd edək ki, Ceyhun Bayramovun Tiflis səfəri başa çatıb.
16-07-2022, 21:05
Prezident Səfər Mehdiyevi vəzifəsindən azad etdi


Prezident Səfər Mehdiyevi vəzifəsindən azad etdi
Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Butov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
16-07-2022, 21:02
XİN rəhbərləri Tiflisdə görüşdü

XİN rəhbərləri Tiflisdə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Görüş Tiflisdə keçirilir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüş başa çatıb.
XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam edib.
Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşlərdən öncə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü də olub.
16-07-2022, 09:42
İrəvandan Rusiyaya “sürpriz”


İrəvandan Rusiyaya “sürpriz”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Ermənistana səfəri və Baş nazir Nikol Paşinyanla görüşü sıradan hadisə deyil.
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib:
“ABŞ-ın baş kəşfiyyatçısının Ermənistana səfəri ən çox Kremli düşündürüb. Rusiyanın baş düşməninin əsas adamlarından biri uzaq Ermənistanla nəyi müzakirə etmək üçün minlərlə kilometr məsafə qət edib? Rəsmi xəbərlərdə tərəflərin beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə etdiyi bildirilib. Paşinyan və Berns Cənubi Qafqazda baş verən proseslərə dair də fikir mübadiləsi aparıblar. Əgər Uliyam Berns Tiflisə və Bakıya səfər etmədən yalnız İrəvana gəlişi ilə kifayətlənib Vaşinqtona geri qayıtsa, sualların sayı çoxalacaq”.
Qeyd edək ki, Bernsin ötən gün səhər saatlarında İrəvana gəldiyini Rusiyanın “Sputnik” agentliyinin Ermənistan bölməsi öz mənbələrinə istinadla yaymışdı. Ermənistan hökuməti və ABŞ səfirliyinin səfərlə bağlı heç bir açıqlama verməməsinə də diqqət çəkilmişdi.
Yalnız axşam saatlarında Ermənistan hökuməti Bernsin Nikola Paşinyan və Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşdüyünü təsdiqlədi.
16-07-2022, 07:47
Yaşarlar, nə yaşayar, nə yaşamaz...


Hamar Quluzadə,
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi.

Yaşarlar, nə yaşayar, nə yaşamaz...

Dahi Üzeyir bəy Hacıbəyli "Qərəz, getdim..." başlıqlı yazısında müsəlmana qəzet oxumağın vacibliyini yana-yana çatdıraraq yazırdı: "... qәzetsiz bu saat dünyada dolanmaq çәtindir. Bir bu qәdәr әhvalat vaqe olur, bunları eşidib bilmәk hәr kәsә vacibdir..."
Atalarımız deyib ki, qulaq gündə bir (oxu: min) söz eşitməsə kar olar. Düşünsək ki, bugünün adamı informasiya dövründə yaşayır, demək məlumatın da bolluğu qaçılmazdı. Bəzən beyin xəbər çoxluğuna, məlumat zənginliyinə də müəyyən mənada tab gətirmir. Ələlxüsus da bunlar yalan xarakterli, piar kampaniyalı məlumat olarsa. Ən dəhşətlisi terror, müharibə, intihar, zorakılıq, ailə-məişət xarakterli xəbərlərdi. Acı da olsa təəssüflə deyə bilərəm ki, bu gün oxucu sayı qazandıran da, baxış və gəlir gətirən də sadaladığımız "qara" mövzulardı.
Vaxtilə fərqli üsluba sahib olan qələm adamı Əziz Nesin yolda bir dilənçi uşaqla qarşılaşır. Uşağın adının Yaşar olduğunu öyrənir. Bu acı talehli uşağın adı yazıçının beynində düşündüyü hekayəyə sərlövhə olur: "Yaşar nə yaşar, nə yaşamaz" Buradakı yaşamaq" ifadəsi fərdin yoxsul durumda olmasına işarədir. İndi söhbət açacağım məsələdəki yaşamaq ifadəsi, doğrusu yaşamamaq sözü intiharla bağlıdır. Artıq tez-tez intihar hadisəsi haqqında oxuyur, bu səpkili xəbərlə qarşılaşırıq. Bunlar da Əziz Nesinin sözlərini redaktə edib, və bugünün acı həqiqəti kimi söyləməyimə gətirir: "Bu günün Yaşarları (oxu:uşaqları) nə yaşar, nə yaşamaz".
Bugünün təəssüflə oxunan acı xəbəri - növbəti intiharı. Hadisə əyalətlərin birində cərəyan edir. Oxuyuram ki, on yeddi yaşlı uşağın həyatına qıyması telefonunun ailə tərəfindən alınmasıdır. Ortaya belə bir sual çıxır, telefon gənclərə neçə yaşında alınmalıdır?! Çox valideyn "Universitetə daxil ol sənə ən bahalı telefonu alacayıq" deyir. Bu fikir nə dərəcədə düzgündü: təhsilə görə mükafatlandırmaq? Hesab edirəm ki, yanaşma dəyişilsə effektli olar. Yeniyetmə də ağlında formalaşdırmaz ki, mən universitetə daxil olsam telefon qazanacam. Tələbənin elə ilk qazancı Ali məktəb, sonra da ali biliklər... Valideyn uşağı bu istiqamətə kökləməlidi. Ümumiyyətlə, kor-koranə telefon istifadəsi, buna aludəçilik sonradan ciddi, hətta sonu pis məcraya yönələn nəticələr verir.
Texnologiyaya oyun oynamaq, əyləncə şəklində yanaşmaq gələcək kadrların savadsız olmasına yol açır. Yeniyetmələri nəyəsə görə mükafatlandırmaq əvəzinə, müəyyən çərçivə daxilində istədiklərini alıb lakin limitli istifadə etmələrini öyrətsələr düz olmazmı? Düşünürəm ki, belə daha məqsədəuyğun olar. Başqa bir yöndən baxsaq, Allahın bizə nə qədər ömür verdiyini, bizim nə yaşayacağımızı bilmirik. Hər açılan səhər bəşər övladı üçün mükafatdır. Bu günü doyunca yaşamalı, təhsil, elm yolunda inamla irəliləməli, pis vərdişlərdən uzaq durmağı bacarmalıyıq. Cəmiyyətin "mən" anlayışından çıxmağı, "biz"ə doğru hərəkət etməyi doğru olar. Birlik şəklində, mənəvi dəyərlərə sadiqlik ruhunda yaşamaq isə sabahkı mənəvi, maddi, fiziki fəsadların qarşını alar.
Cəmiyyət ailələrin birliyidir. Ailədə valideyn amili olduqca zəruridir. Hər ailənin ən başlıcası missiyası təlim, tərbiyə və təhsildən keçir. Bu təqdirdə uşaqların mənəvi sağlam, şüurlu böyüməsi, anlamaq qabiliyyəti, dərk bacarığı formalaşır. Uşaq, oxumağa, qidalanmağa, istirahətə, dostlarla zaman keçirməyə, sosial şəbəkə ilə məşğul olmağa ayıracaq vaxta nəzarət etməyi də bacarır. Bəzən psixoloqlara ənənəvi, şablon və bəsit suallar ünvanlanır: "Biz nə edək ki, övladlarımız (2-7 yaş aralığı) telefondan əl çəksin?". Körpəyə, uşağa telefon verəndə bunu düşünmədinizmi? Başa düşməsə belə ona hər hansı nağıl kitabını oxumaq, və ya dilinin tam açılması üçün ünsiyyətdə olmaq, parkda gəzdirmək olmazmı? Sözsüz, cizgi filminə də baxmalıdır, lakin bu niyə televizor üzərindən yox məhz telefon üzərindən edilir?!
Valideynlər övladları ilə kifayət qədər zaman keçirsə onları düzgün böyütsə qadağa və qaydaları sərt olmayacaq şəkildə tətbiq etsələr ölkədə intihar sayları da inanıram ki, azalacaq...



16-07-2022, 00:20
Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib


Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Ordum.az xəbər verir ki, 7 turdan ibarət turnirdə “İrəli” İctimai Birliyinin, “Ağ At” Şahmat Klubunun nümayəndələri, media təmsilçiləri, habelə 100-ə yaxın gənc iştirak edib.
Turnirin açılış mərasimində çıxış edən “Ağ At” Şahmat Klubunun direktoru, beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Ülkər Umudova bildirib ki, hazırda şahmat idman növü gənclərin ən çox marağında olduğu idman növlərindən biridir. Gənclərin hərtərəfli inkişafı istiqamətində keçirilən tədbirlərdə tərəfdaş kimi iştirakdan məmnunluğunu ifadə edən Ülkər Umudova turnir iştirakçılarına uğurlar arzu edib.
“İrəli” İctimai Birliyinin Layihələrlə iş üzrə katibi Raziyə Dadaşzadə çıxışı zamanı diqqətə çatdırıb ki, təşkilat tərəfindən gənclərin intellektual bacarıqlarının möhkəmlənməsi istiqamətində bir sıra layihə və tədbirlər həyata keçirilir. General-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş şahmat turniri də bu tədbirlər sırasındadır.



Həmçinin qeyd olunub ki, Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi xalqımızın yaddaşında silinməz izlər qoyub. İki il bundan öncə baş vermiş Tovuz hadisələrinin ordumuzun gücü, xalqımızın birlik və həmrəyliyinin bariz nümunəsi olduğu vurğulanıb.
Qeyd edək ki, həyata keçirilən turnir olimpiya sisteminə uyğun olaraq təşkil olunub. Turnirdə Amin Qurbanov birinci, Səyyad Əhədli ikinci, Şahin Hacıyev isə üçüncü yerin qalibi olub.


Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!