Azərbaycan və Qazaxıstanın dövlət arxivləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib .....                        “Bakı Telefon Rabitəsi” internetin qiymətini bahalaşdırdı .....                        Heydər Əliyev Beynəlxalq Aeroportunun enerji təchizatında fasilələr yaranıb .....                        Elməddin Behbud yazır: Biz də qayıdırıq, onlar da... .....                        Azərbaycanın dörd güləşçisi İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib .....                        Mərkəzi Banka yeni departament direktoru təyin edilib .....                        İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı .....                        QHT BMT qurumuna üzv qəbul olundu .....                        "Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsinə başlanılıb .....                       
3-07-2022, 17:04
Ukraynada 100 faiz təhlükəsiz yer yoxdur


Ukraynada 100 faiz təhlükəsiz yer qalmayıb.

Bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib.
“İnsanların üzərinə, evlərə raketlər yağır. Ukraynalılar gərginlik içində yaşayırlar. Kimsə desə ki, cəbhəyanı yerlərdən başqa bütün Ukraynaya şəhərlərində sakitlikdir, inanmayın. Çünki bu, rus təbliğatıdır. Uşaqlar və böyüklər səhər sağ oyanacaqlarını bilmədən yatırlar”, - Zelenskaya bildirib.

3-07-2022, 16:57
Ukrayna tərəfi “Toçka-U” raketləri ilə Rusiyaya zərbələr endirib


Ukrayna tərəfi “Toçka-U” raketləri ilə Belqorod şəhərinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov məlumat verib:
“Bu gecə, Moskva vaxtı ilə saat 03:00-dan 3:30-a qədər Ukrayna kasetli mərmilərlə birlikdə "Toçka-U" ballistik raketləri və Tu-143 “Reys” PUA-ları ilə Belqorod və Kursk şəhərlərində hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə qəsdən zərbələr endirib”, - Konaşenkov bildirib.
Onun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə vasitələri “Toçka-U” raketləri havada məhv edib.
Bununla yanaşı, vurulan raketlərdən birinin qalığı yaşayış evinə düşüb.
Konaşenkov Kursk istiqamətində də 2 ədəd Tu-143 “Reys” PUA-nın vurulduğunu deyib.
Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə bildirib ki, zərbələr nəticəsində 4 nəfər (Rusiya tərəfi ölənlərdən 3-nün Ukrayna vətəndaşı olduğunu iddia edir – red.) ölüb.
11 çoxmərtəbəli yaşayış binasına, 40 şəxsi tikiliyə də ziyan dəyib.
3-07-2022, 09:35
Tbilisidə Avropa İttifaqının bayrağı yandırıldı

Tbilisidə Avropa İttifaqının bayrağı yandırıldı

“Alt-İnfo” tərəfdarları Gürcüstanın paytaxtı Tbilisidə keçirdikləri aksiyada Avropa İttifaqının bayrağını yandırıblar.
Gürcüstan mediası xəbər verir ki, parlamentin önündə başlayan aksiya ilə "Gürcü Arzusu"nun mərkəzi qərargahına, oradan isə Avropa İttifaqının Tbilisidəki ofisinə doğru yürüş edən aksiyaçılar "Yaşasın Gürcüstan" şüarı səsləndiriblər.
Cinsi azlıqların "Tbilisi Pride" aksiyasının əleyhinə olan "Alt-İnfo" hərəkatının tərəfdarları Avropa İttifaqı ofisinin qarşısında Avropa İttifaqının bayrağını yandırıblar.
Onlar Aİ səfirinə “Get, get”, - deyə qışqıraraq müraciət ediblər.
Aksiyaçıların sözlərinə görə, Avropa Gürcüstanla dostluq istəyirsə, gürcü xalqını olduğu kimi qəbul etməlidir.
3-07-2022, 09:24
Günün hava proqnozu


Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeronda gecə 21-23° isti, gündüz 30-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.
Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
Qırmızı işıqda keçən “Range Rover” dəhşətli qəza törətdi - VİDEO

Bakının mərkəzində avtomobilin aşması ilə nəticələnən dəhşətli qəza baş verib.

Bütöv.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən anlaşılır ki, Bülbül prospektində “Range Rover” markalı avtomobil aşıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, onun digər avtomobillə toqquşmasının səbəbi yüksək sürətlə qırmızı işıqda keçməsi olub.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.(Unikal)



All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!