Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
25-07-2022, 20:55
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı


Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığı aparıb. Butov.az xəbər verir ki, məlumatı Türkiyə tərəfi yayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, nazirlər ikitərəfli və regional məsələləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə və təhlükəsizlik məsələləri, Ukraynadan taxıl daşınması, terrorla mübarizə, Türkiyə-Yunanıstan münasibətləri və F-16 təyyarələrinin tədarükünü müzakirə ediblər.
25-07-2022, 20:49
Erməni hərbçi Zəngəzurda yandı


Erməni hərbçi Zəngəzurda yandı

Zəngəzur bölgəsində yerləşən Ermənistan ordusunun hərbi hissəsində hərbi qulluqçulardan biri ağır yanıq xəsarətləri alıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə iyulun 17-də baş verib. İnsidentin hansı şəraitdə baş verdiyi açıqlanmayıb. Qeyd olunub ki, Palyan Poğosyan adlı müddətli hərbi qulluqçu 2-ci dərəcəli yanıq xəsarəti ilə Zəngəzur hərbi hospitalına, daha sonra İrəvana aparılıb.
25-07-2022, 20:41
Zelenski xüsusi təyinatlı qüvvələrin komandanını dəyişdirdi


Zelenski xüsusi təyinatlı qüvvələrin komandanını dəyişdirdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Qriqori Qalaqaqanı vəzifəsindən azad edib. Bu barədə Zelenski müvafiq fərman imzalayıb. Qriqori Qalaqan 2020-ci ilin avqustundan bu vəzifəni icra edirdi. Digər bir qərarla Viktor Xorenko Ukrayna xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edilib.
25-07-2022, 20:33
Prokuror Əvəz Hafizlini öldürən şəxsə 10 il həbs istədi


Prokuror Əvəz Hafizlini öldürən şəxsə 10 il həbs istədi[

Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Proses iyulun 29-da davam etdiriləcək. Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib. Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
25-07-2022, 20:24
Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu


Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu

Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub. Dövlətə olan vergi borcunu ödəmədiyi üçün onun barəsində müvafiq qərar çıxarılıb. Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə 6 min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub. Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.
25-07-2022, 20:18
Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı


Avropadan Ukraynaya 1.6 milyard maliyyə yardımı

Avropa İnvestisiya Bankı (AİB) infrastrukturun bərpası və Ukrayna xalqına dəstək üçün Ukraynaya 1,59 milyard avro ayırıb. Bu barədə Avropa Komissiyası məlumat yayıb. AİB vasitəsilə həyata keçirilən ikinci yardım paketinin 1,05 milyard avroluq hissəsi dərhal Ukraynaya veriləcək. İlk yardım paketi çərçivəsində Aİ Kiyevə 668 milyon avro ayırıb. "Ukraynadakı son dərəcə çətin vəziyyəti nəzərə alaraq, AİB Direktorlar Şurası bu gün ölkənin infrastrukturunun maliyyələşdirilməsində yaranan boşluqların aradan qaldırılması və təcili ehtiyacların ödənilməsi üçün Ukraynaya 1,59 milyard avro məbləğində əlavə maliyyə dəstəyini təsdiqləyib", - Komissiyanın məlumatında deyilir. Yardım Ukraynada ümumi dəyəri 540 milyon avro olan AİB tərəfindən maliyyələşdirilən layihələrə yenidən start verəcək.Layihələr enerji, enerji səmərəliliyi, yollar, nəqliyyat, təhsil və infrastruktur, həmçinin yenidənqurma və reabilitasiya proqramlarını əhatə edəcək. Ukraynanın maliyyə naziri Serhiy Marçenko AİB və Aİ-yə uzunmüddətli əməkdaşlığa, maliyyə dəstəyinə və Ukraynaya lazım olan müddətdə dəstək verdiyinə görə təşəkkür edib. Bundan əvvəl Aİ Ukraynaya Avropa Sülh Fondundan 500 milyon avro məbləğində vəd edilmiş hərbi yardımın beşinci hissəsini təsdiqləyib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel yardımın ümumi məbləğinin 2,5 milyard avro təşkil etdiyini bildirib.
25-07-2022, 20:14
1 yaşlı körpə binadan yıxılıb öldü


1 yaşlı körpə binadan yıxılıb öldü

Sumqayıtda bədbəxt hadisə baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb. Belə ki, yaşayış binalarından birinin ikinci mərtəbəsindən yıxılan 2021-ci il təvəllüdlü Yusif Şükürlü ağır xəsarət alıb. Körpə aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.
25-07-2022, 20:09
Bayden koronavirusdan sağaldı


Bayden koronavirusdan sağaldı

Koronavirusa yoluxan ABŞ Prezidenti Co Bayden demək olar ki, tamamilə sağalıb. Butov.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Qeyd olunan informaiyaya əsasən, Baydendə müşahidə olunan simptomlar yoxa çıxıb. Xatırladaq ki, dünən Baydenin şəxsi həkimi prezidentin vəziyyətinin yüngülləşdiyini bildirib.
25-07-2022, 20:04
“Titanik”in məşhur aktyoru vəfat edib


“Titanik”in məşhur aktyoru vəfat edib

Britaniyalı məşhur aktyor Devid Uorner 80 yaşında vəfat edib. “BBC” xəbər verir ki, aktyor xərçəng xəstəliyindən dünyasını dəyişib. O, “Titanik” filmində, “Doctor Who”, “Tvin Piks”, “Qorxulu nağıllar” və digər məşhur seriallarda rol alıb. Sonuncu dəfə 2018-ci ildə “Meri Poppins geri qayıdır” filminə çəkilib.
25-07-2022, 19:59
İstiliklə bağlı yeni cərimələr gəlir


İstiliklə bağlı yeni cərimələr gəlir

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş Məcəlləyə və qanuna əsasən, bundan sonra istilik sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa maneələr törədən istehlakçılar cərimə ediləcək. Cərimənin məbləği fiziki şəxslər üçün 20 manat, vəzifəli şəxslər üçün 50 manat, hüquqi şəxslər isə 100 manat olacaq. İndiyə qədər bu cərimə yalnız qaz və elektrik enerjisi sahələrində tətbiq edilirdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!