“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
20-07-2022, 17:11
"Nur Ocağı" Hənifə Şəbnəmin şeirlərini təqdim edir:


"Nur Ocağı" Hənifə Şəbnəmin şeirlərini təqdim edir:

Gözlərim
Nə zaman keçmişi seyrə çıxıram,
Qəhərdən kövrəlib dolur gözlərim.
Kirpiklərim şimşək kimi çaxnaşır,
Leysan yağan bulud olur gözlərim.
-----
Yaş yandıran yanağımda iz qalıb,
Baxışımda nə işvə, nə naz qalıb,
Odu sönüb kül altında köz qalıb,
Nuru azaldıqca solur gözlərim.
.........
Dürna qatarına bənzəyir illər,
Şəbnəmi külək tək qovur fəsillər,
Xəzan gəlib yasa batıbdı tellər,
Heyfini özündən alır gözlərim.

Bilmirəm
Deyirsən ki daha gileyli yazma,
Sevginin rəngini tuta bilmirəm.
Sinəmdə yurd salıb həsrət açısı,
Neyləyirəm söküb ata bilmirəm.
.......
Gileylənmək sanma mənə asandı,
Göynərtisi yeddi başlı çibandı,
İçmək olmur sanki açı dərmandı,
Arasına şərbət qata bilmirəm.
........
Yumaq kimi şözələnir yaddaşım,
Dərya olub boğur məni göz yaşım,
Yar vəfasız oldu, ölüb qardaşım,
Yorğanım od alıb yata bilmirəm.
.........
Sən hardan biləsən mən nələr çəkdim?
Əllərim qoynumda boynumu bükdüm.
Neçə məzar üstə göz yaşı tökdüm,
Axıb dərya oldu bata bilmirəm.
......
Kənardan baxana döyüş asandı,
Hökm amansız olub Şəbnəm qurbandı,
Ağlayanda, ağladanda insandı,
Zalımın felindən ötə bilmirəm.



Sənəm Səbayelin xatirəsinə
........
Bir görüşlə ay Sənəm,
Yazıldın yaddaşıma.
O qədər doğmalaşdıq,
Döndün qız qardaşıma.
.......
Toy bayrama bənzədi,
Sizi gördüyüm günüm.
Sığal çəkdi başıma,
Gülümsər təbəsümün.
........
Əcəl zamansız aldı,
Ayrıldın cərgəmizdən.
Şəbnəm sizdən doymamış,
Sən nə tez doydun bizdən.

.........
Yazıram
Bir kövrək qanadlı Pərvanə olub,
Oduna yandığım şamdan yazıram.
Əriyən Şam, mənim bənizim solub,
Ah nalə çəkirəm qəmdən yazıram.
.........
Ömür yaşamamış yaşına dolan,
Arzusu muradı gözündə qalan,
Sevgiyə aldanıb qurbanlıq olan,
Ağlı dərya bəxti kəmdən yazıram
.........
Qəzaya uğradı sultanlıq taxdım
Dərya tək bulanıb lil olub axdım
Ruhumu apardı dalınca baxdım
Mənə qalan dərdi qəmdən yazıram
.........
Qəlbimdəki ağrı boyumu aşır
Yaş yandırıb yanaqlarım alışır
Göz yaşlarım mürəkkəbə qarışır
Qəlbimə süzülən andan yazıram
.........
Dönüb dağda Şəbnəm adlı səyyada
Sevgi gəzib tora düşdüm qayada
Bəxdim atlı özüm oldum piyada
Çatmadığım arzu kamdan yazıram

.......
Getdi

Oduma yanmağa pərvanə olan
Duman tək başıma dolandı getdi
Çal çarpaz dağ çəkib sinəmin üstə
Özü atəşimə qalandı getdi
.......
Öz evini yıxdı yad əlləriylə
Məni ağlatdı bəd əməlləriylə
Sevgimin yıxılan təməlləriylə
Ağlı dərya kimi bulandı getdi
........
Qayıt dedim doğru yola gəlmədi
Çox can dedim dəyərini bilmədi
Nə zaman ki peşkəş verdim almadı
Axırda sevgimi diləndi getdi
.........
Xəyanəti oldu başına töhmət
Əməlindən özü çəkdi xəcalət
O qaldı məndəki sevgiyə həsrət
Mənimsə varlığım talandı getdi
......
Rəvadımı Şəmnəm nələr yaşadı
İllərin yükünü tənha daşıdı
Köksümün altında sevgim üşüdü
Yaş olub gözümdən ələndi getdi

Yuxuda kəndi gördüm

Xatirəm çözələnib al əlvan yumaq kimi,
Məni məndən apardı dəcəl bir uşaq kimi,
Sevincimdən qaynayıb daşanda bulaq kimi,
Xəyalların içində yatıb yuxuya qaldım.
Gözlərimi yumanda hər yan çəməndi gördüm,
Yuxuda kəndi gördüm…
........
Xınalı kəklik kimi daşdan daşa səkirdim,
Xallı kəpənək olub güldən şirə çəkirdim
Ziyarətə bənzədib hər nə görsəm öpürdüm
(Sarı bulağa)endim (Bala təpə)yə cıxdım
(Bayrambulağı)ndakı qurulan bəndi gördüm
Yuxuda kəndi gördüm
..........
Qoca palıd yağışda başıma çətir oldu
Hörüyümə ilişən kollar saçımı ¹yoldu
Səmada çaxan şimşək yerdə vahimə saldıö
Qorxumdan diksinəndə kolluqdan düzə çıxdım
Cilovunu qoparan hürkək səməndi gördüm
Yuxuda kəndi gördüm
.......
Kölların arasında Bənövşələr boylanır
Yağış çəməni yuyub Lalə alışıb yanır
Meh əsib, şeh tökülür çəmənlər qurulanır
Sərçələr civildəşib, arılar şirə çəkir
Təbiyətin qoynunda nə varsa şəndi gördüm
Yuxuda kəndi gördüm
........
Bir yanda (Şindi) dağı əzəmətlə ucalır
Yamac gül çiçək açıb zirvəsində qar qalıra
Yayda (Keçəl təpə)də nənələr binə salır
Əyləşib süfrəsində nənəmə qonaq oldu
Əlvan boğçasındakı noğulu qəndi grdüm
Yuxuda kəndi gördüm

......
.
Gözümdə canlandırıb yenilməz Sultan kimi
Gəlişini gözlədim ağ atlı oğlan kimi
Bir nurani bəxdimi röyamda sənə yazdı
Həyatda can yoldaşı sevgimə bağban kimi
.......
Mürgülü çiçək idim cəh cəhindən ayıldım
Dən tutan sünbül oldum bar verdikcə əyuldum
Dərib səfamı gördün qiymətini bilmədin
Üzərimdən yol saldın ovuldum köşən kimi
.........
Gülümsər təbəssümüm dondu dodaqlarımda
Göz yaşım cığır saldı lalə yanaqlarımda
Şimşək çaxdı gürültu qopdu qulaqlarımdan
Yağış olub buluddan süzüldüm leysan kimi
.......
Ay vəfasız ömrümü sənə vermişdim hədər
Etibar eyləmişdim inanıb özüm qədər
Özüm sevginə əsir ruhum oldu dərbədər
Yaşamadan günlərim ötüşdü zaman kimi
........
Gözlədiyim ağ atlı oğlan döndü kabusa
İki günüm toy bayram üçüncü döndü yasa
Ölmək istədim bəlkə iztirablarım susa.
Məni güclə yaşatdı özünə qurban kimi
.......
Gündə neçə yol düşüb çıxdım qaynar qazandan
Bilmədim ondan küsüm ya bəxdimi yazandan
Nə Şəbnəmə yar oldu nə sevgisinə bağban
Dönüb şaxtalı qışa gəldi qar boran kimi
.....
Yar yolunda canımı çox eyləsəmdə fəda
Doğmalaşa bilmədim hər an bənzədim yada
Axan göz yaşım ümman, oldu mən özüm ada
Qəvvas olub dəryada üzməyidə bacardım
........
Vəfasıza uçmağa həran qol qanad oldum
Yenə qəlbində uzaq gözlərində yad oldum
Verdiyi əzablardan nə qədər bərbad oldum
O qədər tab gətirib dözməyidə bacardım
......
Bu zalım zamaniyə oldum günahsız qurban
İnsan bir dəfə ölər mən yüz yolla verdim can
Yalvarıb mətləbimi arzuladım tanrıdan
Düyün düşən bəxdimi çözməyidə bacardım
......
Keşməkeşli həyatın sınağından dərs aldım
İmtahanda meylimi kağız qələmə saldım
Qabarlı əlllərimin zəhmətiylə ucaldım
Alnım açıq üzüm ağ gəzməyidə bacardım
.......
Mənə çətin dərs verdi həyt adlı bu məktəb
Kipiyim qələm oldu göz yaşlarım mürəkkəb
Sonradan ozan oldum mən Hənifə Şəbnəm tək
Dərdimi ağ kağıza yazmağıda bacardım
20-07-2022, 13:57
"Nur Ocağı" Zəkəriyyə Qurbanovun şeirlərini təqdim edir:

"Nur Ocağı" Zəkəriyyə Qurbanovun şeirlərini təqdim edir:

Ümidlər sonuncu ölürlər

Silib əzabları, silib dərd-səri,
Qəlbimdə bir ümid gülü bitirdin.
Unutdum kədərli xatirələri,
Sən mənim ömrümə işıq gətirdin.

İndisə tərk edib gedirsən məni,
Tək qalan cismdir, ayrılansa can.
Unutma, əzizim, unutma, səni
Her yağan yağışla xatırlayacam.

Gedirsən, mən isə tək qalacağam,
Yağışlar könlümə həmdəm olacaq.
Səni gözləyəcəm ümidlə hər an,
Ümidlər sonuncu ölürlər ancaq.


Məktəb

Qayğısızdım bir zamanlar,
İndi bitir həmin anlar,
Həyəcandan qız-oğlanlar,
Girib başqa dona, məktəb.
*
Həyat albom, biz şəkillər,
Dolandı aylar, fəsillər,
Səndə keçirdiyim illər,
Heyif çatır sona, məktəb.
*
Çalan son zəngdirmi yəni,
Demək tərk edirəm səni,
Oğluntək yola sal məni,
Dua elə, ana məktəb.


Heyif

Unutdun sən məni ötən gün kimi,
İçdiyin o anda-amana heyif...
Sənə bəslədiyim təmiz sevgini,
Döndərdin böyük bir yalana heyif...
*
Səni düşünürdüm, bilsəydin, necə?
Nə gündüz bilirdim, nə də ki gecə.
Mənli günlərini döndərdin heçə,
Sənə sərf etdiyim zamana heyif...
*
Nə deyim, ay fələk, daha nə deyim?
Vəfasız yardandır sənə gileyim.
Onsuz yetim qalmış qəmli taleyim,
Düşübdür çiskinə, dumana heyif...
*
Necə gözəl idi, necə o çağlar,
Qəmli könlüm o illəri soraqlar,
Sevgiylə yaranan bağçalar, bağlar,
Nədənsə dönübdür xəzana heyif...


Gələcəyəm mən
Səni düşünürəm, olsam da harda,
Dondurmaz sevgimi boran da, qar da,
Laləli, nərgizli bir ilk baharda
Sənin görüşünə gələcəyəm mən.
*
Ömür parçalanib olsa da yarı,
Ürəyim can atır sevginə sarı,
Keçib dənizləri, kecib çayları,
Sənin görüşünə gələcəyəm mən.
*
Qurut gözlərində qalan nəmini,
Yandır məhəbbətin sönən şəmini,
Unudub dünyanın dərdi-qəmini,
Sənin görüşünə gələcəyəm mən.


Kaş
Silinib gedəydi duman, bulud, çən,
İnsan saçlarına düşməyəydi dən.
Zülümdən, əzabdan, qəmdən, qüssədən,
Gözlər kədərlənib dolmayaydı kaş.
*
Sevgiylə vuraydı bütün ürəklər,
Qol- qanad açaydı arzu - diləklər,
Könüllər oxşayan güllər, çiçəklər,
Təzə- tər qalaydı, solmayaydı kaş.
*
Ömrü uzanaydı səadətlərin,
Zamanı bitəydi şikayətlərin,
Vüsala yol gedən məhəbbətlərin,
Sonunda ayrılıq olmayaydı kaş.


Bağışla məni
Sevgimi dəyişməz duman da, sis də,
Verərəm canımı, təki sən istə.
Hər yağış yağanda, başının üstə
Tutduğun çətrinə bağışla məni!

Hər acı sözünə söyləyərəm can,
Qəlbim səninlədir, səninlə hər an.
Gözəl vücuduna gözəl yaraşan,
Saçının ətrinə bağışla məni!



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!