Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-07-2022, 19:35
Putin Özbəkistan lideri ilə danışdı


Putin Özbəkistan lideri ilə danışdı
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefonla danışıblar.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı liderlər Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Rəhbərləri Şurasının Özbəkistanda keçiriləcək iclasına hazırlıq məsələlərini müzakirə ediblər.
Prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
24-07-2022, 19:13
Fransada sudan istifadə məhdudlaşdırılır


Fransada sudan istifadə məhdudlaşdırılır

Fransada getdikcə daha geniş yayılan quraqlıq səbəbindən ölkənin 88 departamentində sudan istifadəyə məhdudiyyətlər qoyulur. Butov.az xəbər verir ki, günorta saatlarında bağçaları və qazonları sulamaq qadağan edilib. Əhaliyə mümkün olan yerlərdə suya qənaət etməyə çağırış olunub. Quraqlıq demək olar ki, bütün ölkəni əhatə etsə də, Pays-de-la-Luara və Poitou-Şarentes bölgələri xüsusilə ziyan çəkib.
24-07-2022, 19:05
Bakıdan Həştərxana uçan təyyarə geri döndü


Bakıdan Həştərxana uçan təyyarə geri döndü

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib. Bu barədə Butov.az-a aviaşirkətin Mətbuat xidmətindən bildirilib. Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.
24-07-2022, 18:59
Soçidə fövqəladə vəziyyət elan edildi


Soçidə fövqəladə vəziyyət elan edildi

Soçi şəhərinin rəhbərliyi bazar gününə keçə gecə şəhərdə baş verən güclü leysan yağışlarından sonra fövqəladə vəziyyət elan etmək qərarına gəlib. Bu barədə Soçinin rəhbəri Aleksey Kopayqorodski öz “Telegram” kanalında məlumat verib. O bildirib ki, son üç gündə baş verən təbii fəlakətlər şəhərin bütün ərazilərində dağıntılara səbəb olub. Vəziyyətin çox ciddi olduğunu deyən şəhər başçısı Soçinin müasir tarixində belə miqyasda insident baş vermədiyini qeyd edib.
24-07-2022, 18:55
Dünya Kubokunun finalı Bakıda keçiriləcək


Dünya Kubokunun finalı Bakıda keçiriləcək

Beynəlxalq Gimnastika Federasiyası gələn il üçün bədii gimnastika üzrə Dünya Kuboku seriyasının təqvimini açıqlayıb. Butov.az xəbər verir ki, ümumilikdə beş mərhələdən ibarət seriyanın sonuncu yarışına Azərbaycan ev sahibliyi edəcək. Yarış aprelin 21-23-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək. Xatırladaq ki, Bakıda 17-23 may aralığında Avropa çempionatı da təşkil olunacaq.
24-07-2022, 18:47
Şəhidlərimiz anıldı


Şəhidlərimiz anıldı

İkinci Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri Fərid Ələkbərov, Nurlan Mustafayev və Nurlan Ağakişiyevin xatirəsinə həsr olunan anım tədbirləri keçirilib. Bu barədə Butov.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb. Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

24-07-2022, 18:40
Odessa limanı yenə atəşə tutuldu


Odessa limanı yenə atəşə tutuldu

Rusiyaya məxsus artilleriya sistemləri bu gün Odessaya daha bir neçə raket zərbəsi endirib. Bu barədə Ukrayna mətbuatı “Cənub” operativ komandanlığına istinadən məlumat yayıb. Məlumata əsasən, raket zərbələri nəticəsində dəniz ticarət limanına ciddi ziyan dəyib. İtkilər barədə məlumat verilməyib. Qeyd edək ki, Odessa limanı ötən gün də hədəfə alınmışdı.
24-07-2022, 18:35
Yoluxanların sayı açıqlandı


Yoluxanların sayı açıqlandı

Bugün Azərbaycanda koronavirusa 333 yeni yoluxma qeydə alınıb, 187 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan vəfat edən olmayıb. Ölkədə indiyədək 796 474 nəfər koronavirusa yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir. Ölkədə son sutka ərzində 2 945, hazırkı dövrədək isə 7 024 138 test aparılıb.
24-07-2022, 18:25
Məşhur aktyor qəzaya düşdü


Məşhur aktyor qəzaya düşdü

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz “Erşan Kuneri” filminin çəkilişləri bitdikdən sonra Bodrumda tətilinə davam edib. Butov.az xəbər verir ki, o ötən gecə yol qəzası keçirib. Yılmazın idarə etdiyi “Mercedes” markalı avtomobili taksi ilə toqquşub. Qəza nəticəsində nəqliyyat vasitəsi zədələnsə də, gülüş ustası xəsarət almayıb. Aktyorun yayın sonuna qədər Bodrumda qalacağı bildirilir. İllərdir tətilini məhz buradakı bağ evində keçirən aktyorun yeni serial üzərində çalışmağa başladığı iddia edilir.
24-07-2022, 18:18
Azərbaycan çempionatının qalibləri bəlli oldu


Azərbaycan çempionatının qalibləri bəlli oldu

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən trek velosipedi üzrə ölkə çempionatına yekun vurulub. Federasiyadan verilən məlumata görə, Respublika Velotrekindəki turnirdə bütün yaş kateqoriyaları üzrə ümumilikdə 80 idmançı mübarizə aparıb. Qızlar arasında QİT-500 m yarışında Ayan Xankişiyeva, gənc oğlanlar arasında QİT-1000 m yarışında Hüseyn Nərimanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında QİT-1000 m yarışında Musa Mikayılzadə, qızlar arasında 48 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 72 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 2 km məsafəyə fərdi ötüşmədə Viktoriya Sidorenko, gənc oğlanlar arasında 3 km məsafəyə fərdi ötüşmədə Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 3 km məsafəyə fərdi ötüşmədə Musa Mikayılzadə, qızlar arasında çıxmaqla qrup ötüşməsində Ayan Xankişiyeva, gənc oğlanlar arasında çıxmaqla qrup ötüşməsində Kamran Mirzəxanov, U-23/Elit yaş kateqoriyasında kişilər arasında çıxmaqla qrup ötüşməsində Musa Mikayılzadə, qızlar arasında 7,5 km məsafəyə skretç növü üzrə yarışda Ayan Xankişiyeva, U-23/Elit yaş kateqoriyasında kişilər arasında 10 km məsafəyə skretç növü üzrə yarışda Musa Mikayılzadə, qızlar arasında sprint növü üzrə yarışda Viktoriya Sidorenko və U-23/Elit yaş kateqoriyasında kişilər arasında sprint növü üzrə yarışda Musa Mikayılzadə birinci yerə layiq görülüb. Mükafatları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov və Nadim Babayev, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və Respublika Velotrekinin direktoru Tamerlan Salahov təqdim ediblər. Qeyd edək ki, yarışın nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!