“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
24-07-2022, 17:23
Sabah da yağış yağacaq


Sabah da yağış yağacaq

Sabahın hava proqnozu açıqlanıb. Butov.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 14-18° isti olacaq.
24-07-2022, 08:46

"Nur Ocağı" Zaur Naqaninin şeirlərini-qəzəllərini təqdim edir:
"Nur Ocağı" Zaur Naqaninin şeirlərini-qəzəllərini təqdim edir:
Yazım.{qəzəl}
Ver mənə paslı qələm, sözlə vurum cila yazım,
Dünyanın gərdişini, gözüm dola-dola yazım.
*
Yazım o halına dəm, bir neçə dastan az olar,
Dərdini gizli çəkən, qəlbi yara qula, yazım.
*
Bu nə əyri , bu nə düz, anlamır heç kəs yerini,
Haqlılar haqq dilənir, haqqı ola-ola, yazım.
*
Var elə çarəsiz İnsan, dolanır hər günü ac,
Başını qatmaq üçün, qaçır sağa, sola, yazım
*
Dünənki yalan dönüb, bu gün doğru mizan qurur,
Söyləsin hap-gopunu, məndə bala-bala yazım.
*
Qamu bimar gəzir Allah, sənədir son ümüdİ,
Bu səbəb elminə aşkar, ver özün bəla, yazım.
*
Mənə yazdıqca gözəl, günləri şükründə qalıb,
Doymaz o zikrinə dil, İlham ala-ala yazım.

*********
Bu dünyanın.
Deyirlər ki, sev dünyanı, gözəldir,
Peşindəyəm, hələki bu güyanın.
Dünya hapdan-gopdan, dünya düzəldir,
De, nəyinə vurulum bu dünyanın?
***
De, nə deyim, nə danışım onunla?
Fərqi yoxdur, əvvəliylə, sonuyla,
Bir üz versəm, oynayacaq onuyla,
De, nəyinə vurulum bu dünyanın.?
***
Haqq çağırır, haqdan uzaq, gen gəzir,
Haqq itirib , "HAK,,dan uzaq , din gəzir,
Qiyamətdən qorxub, bucaq, tin gəzir,
De, nəyinə vurulum bu dünyanın?
***
Nəşələnib, itib başım tap deyır,
Tazı susub, dovşanlara qap deyir,
Yıxılanın kəs başını, xırp deyir,
De, nəyinə vurulum bu dünyanın?
***
Nə tənələr, vurdu mənə dinmədim,
Çox alçaldı, mən təninə enmədim,
Kədər səpdi, bircə - bircə dənlədim,
De, nəyinə vurulum bu dünyanın.?
***
Naqaniyəm, məcburam dolanmağa,
Tələsmirəm, gözlərinə dolmağa,
Yam - yamıara, gəzdirirsə "haftağa,,
De, nəyinə vurulum , bu dünyanın.?
Dünya düzələr.
Özümlə aparan, deyiləm naşı!
Dinləsin sükanın tutan kimsələr.
Keçib əyrilərin əlinə başı,
Düşsə düz əllərə, dünya düzələr.
****
Qaldı dəngil - düngül, gəda əlində,
Çürüdü, çürüyən qida əlində,
Düşdü zalimlərin, oda əlində,
Düşsə düz əllərə, dünya düzələr.
***
Duymadı kimsənin, bir kəlmə sözün,
Rüşvətlə bağladı, nadanlar gözün,
Oyuncaq eylədi, əllərdə özün,
Düşsə duz əllərə, dünya düzələr.
***
İtirib imanı - dini haçannan,
Dost olur, zinadan söhbət açannan,
Bir deyən varmıdır, uzaq qaç onnan?
Düşsə düz əllərə, dünya düzələr
***
Utanmır adının bir hərifindən,
Bilmir yarandığın, kim tərəfindən?
Həzz alır əyrinin "şin,, tərifindən,
Düşsə düz əllərə, dünya düzələr.
***
Aldanır uşaq tək, hər addım başı,
Getmir öz başına, deməsən "çoşı,,
Sürən bisavaddır, özü də naşı,
Düşsə düz əllərə, dünya düzələr.
***
Boyum çox qısadır, çatmır boyuna,
Deyəm qulağına düzün, oyana,
Naqani, bunları qoysaq bir yana,
Düşsə düz əllərə, dünya düzələr.

Dünyaya aşiq.{qəzəl}
Özümü tərki cahan eylədim aşiq, sənə qalsın,
Uğruna bağrımı qan eylədim aşiq, sənə qalsın.
*
Məni dünya bələdi hər acıya, nisbəti dünya,
Ruzidən bəxtimi yan eylədi aşiq, sənə qalsın.
*
Səni öz halinə məftun eləyibdir, günü-gündən,
Bunu eşqinlə əyan eylədin aşiq, sənə qalsın.
*
Sənə girdabı verən kuyi yalannan, mədh edirlər,
Sözümü ziddinə-zənn eylədin aşiq, sənə qalsın.
*
Bilirəm başqa şirin hüsnü cəmalı, dili saysız,
Dadıb onsuzda ziyan eylədim aşiq, sənə qalsın.
*
Mən onu hər zaman öydüm nə səmərdi, gözüm ağlar?
Bu səbəbdirki bəyan eylədim aşiq, sənə qalsın.
*
Dönə min bağı gülüstanə yalandır, talan oldu,
Bu cavan ömrü xəzan eylədim aşiq, sənə qalsın.


A nazlım!

Yada düşən ilk xatirə kimisən,
Dili şəkər, əli nəzir, niyazlım,
Bir məsəl var, aya günə dönmüsən,
Gözlərini, gözüm gəzir a nazlım.
***
Xəyalım yoluna, düşər gecələr,
Yuxum qor götürüb, bişər gecələr,
Fikrin ürəyimi, deşər gecələr,
Ruhum fərağında azar, a nazlım.
***
Könlüm uçar, sən yadıma düşəndə,
Adın ürək adlı, dilbər güşəmdə,
İzin qalıb, sevincimdə, nəşəmdə,
Sənsizliyim, məni üzür, a nazlım.
***
Sən gedəli, dilim balsız, könlüm ac,
Dərd boynuma, dolanıb qulac-qulac,
Hərdən sənə yaman duyur ehtiyac,
Göynəməkdən qəlbim bezir, a nazlım.
***
Naz, qəmzəni at kənara, yaxın gəl,
Yel ol gülüm, saçlarıma toxun, gəl,
Sevgilimsən şən, yaramaz, həm dəcəl,
Şıltaqlığın verir huzur, a nazlım.

24-07-2022, 08:39
Cüdoçumuz Avropada gümüş medal qazandı


Cüdoçumuz Avropada gümüş medal qazandı
Çexiyanın paytaxtı Praqa şəhərində baş tutan gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günün görüşləri başa çatıb.
Bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, bu gün 66 kq. çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət milli yığma komandamızın üzvü Samir Piriyev gümüş medala sahiblənərək turnirin ikincisi olub.
24-07-2022, 08:34
Meşə yanğını Yunanıstanı cənginə aldı:

Meşə yanğını Yunanıstanı cənginə aldı:
Yunanıstanda iki güclü meşə yanğını başlayıb. Yanğın ölkənin şimal-şərqində, Evros bölgəsindəki Dadia-Lefkimi-Suflion Milli Parkı və Egey dənizindəki Midilli adasında davam edir.
Ərazidəki turistlər və yerli sakinlər evakuasiya edilir.
Yanğınla əlaqədar ölkənin Baş naziri Kiriakos Miçotakis İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin əməliyyatlar və böhranların idarə edilməsi üzrə vahid koordinasiya mərkəzinə gəlib.
24-07-2022, 08:25
Çin Ərdoğanın təşəbbüsünü “çox mənalı addım” adlandırdı

Çin Ərdoğanın təşəbbüsünü “çox mənalı addım” adlandırdı

Rəsmi Pekin Ukrayna taxılının beynəlxalq bazarlara çıxarılmasına dair imzalanan sazişi alqışlayır.
Çinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Can Cün tviter hesabında “Sazişin imalanmasına alqış! Çox mənalı addım!” sözləri ilə reaksiya verib. O, maraqlı tərəflərin dialoqun dinamikasını saxlayacağına və sülhün tezliklə bərpa olunmasına şərait yaradacaqlarına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, iyulun 21-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması ilə bağlı saziş imzalanıb. İmzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya tərəfindən müdafiə naziri Sergey Şoyqu, Ukrayna tərəfdən isə infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Rusiya və Ukrayna ayrı-ayrılıqda Türkiyə və BMT ilə sənəd imzalayıblar. Saziş Ukraynanın Qara dəniz sahillərindəki Odessa, Çernomorsk və Yujnıy limanlarından taxılın beynəlxalq bazarlara çıxarılmasına imkan verəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, Ukrayna dünyada ən çox taxıl ixrac edən ölkələrdən biridir. İldə dünya bazarına təxminən 45 milyon ton taxıl çıxaran Ukraynanın taxıl ixracında cari ilin fevralında başlayan müharibə ilə əlaqədar çətinlik yaranmışdı. BMT bu səbəbdən dünyada təxminən 800 milyon insanın aclıqla üzləşəmənin astanasında olduğunu açıqlayıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!